Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4849/2020 11.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər “X1 MMC-yə və Cavabdeh2 İKB ASC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: hərracın nəticələrinə dair protokolun etibarsızlığı tələbi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı, vəkili X2, Cavabdeh “xxxx” İKB ASC-nin vəkili xxx oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx nömrəli iş üzrə xx xxxx 2020ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq m əhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri Suraxanı Məhkəməsinin xx.xx.2016-cı il tarixli x saylı qətnaməsi ilə İddiaçı 20.604 manat məbləğində əsas, 2790 manat faiz, 50 manat dəbbə pulu borcunun, dövlət rüsumu kimi ödənilmiş 30 manatın tutularaq Cavabdeh2 İKB-yə ödənilməsi, ödənişin X2ndə yerləşən 2 nömrəli evin 3 nömrəli mənzilinin açıq hərrac vasitəsilə satışı hesabına həyata keçirilməsi, həmin mənzilin açıq hərracda ilkin satış qiymətinin 55.000 manat məbləğində müəyyən edilməsi və s. qət edilmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmiş və mənzilin açıq hərracdan satılması “X1 MMC-yə sifariş edilmişdir. Suraxanı rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2016-cı il tarixli və xx.xx.2018-ci il tarixli məktublarına əsasən, borclul ar tərəfindən apellyasiya və kassasiya şikayətləri verilməsi ilə bağlı “X1 MMC tərəfindən xx.xx.2016-cı il tarixdə və xx.xx.2018-ci il tarixdə hərracın dayandırılması barədə iki protokol tərtib olunmuşdur. İş üzrə yekun məhkəmə qərarı qəbul edildikdən sonra Suraxanı rayon İcra və Probasiya Şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə hərracın davam etdirilməsi barədə Hərrac Mərkəzinə sifariş məktubu göndərilmişdir. Həmin məktub əsasında hərrac mərkəzi tərəfindən hərracın keçirilməsi davam etdirilmiş və ilkin hərrac xx.xx.2019-cu il tarixə təyin edilmiş, həmin hərrac baş tutmadığından, ikinci hərrac xx.xx.2019-cu il tarixə təyin edilmişdir. İkinci hərrac da baş tutmadığından hərracın nəticələrinə dair xx.xx.2019-cu il tarixdə tərtib edilmiş xnömrəli protokolla Cavabdeh2 İKB əmlakı əldə etmişd ir.
2. İddiaçı, xx.xx.2019-cu ildə hərracın dayandırılması haqqında Suaraxanı rayon İcra və Probasiya şöbəsinin xx.xx.2018-ci il tarixli məktubunu “X1 MMC-yə təqdim etmiş və hərrac təşkilatı tərəfindən həmin məktub əsasında (məktubun tarixi xx.xx.2019 kimi qəbul edilməklə) hərracın dayandırılması haqqında 046 nömrəli protokol tərtib edilmişdir. Lakin sonradan sözügedən protokol ləğv edilməklə ikinci hərrac təyin edildiyi tarixdə keçirilmişdir.
3. İddiaçı bildirir ki, o, xx.xx.2019-cu il tarixdə hərraca gəlib 1-ci hərracın keçirilməsi barədə məlumat almaq istəmiş və həmin işlə bağlı olaraq materialın Ali Məhkəmənin icraatında olduğundan və yekun qərar qəbul edilmədiyindən dayandırma barədə məktub təqdim etmişdir. Həmin tarixdə hərrac rəsmi olaraq dayandırılmış və onlara hərracın keçirilməsi barədə bildiriş göndəriləcəyi bildirilmişdir. Bundan sonra onlar heç bir bildiriş almamışlar və xx.xx.2019-cu il tarixdə Suraxanı rayon İcra və Probasiya şöbəsinin əməkdaşları yaşadığı ünvana qanunsuz gələrək mənzil artıq Cavabdeh2 İKB satıldığını bildirmişlər.
4. Cavabdeh isə bildirir ki, hərracın keçirilməsindən iddiaçının xəbəri olub və hərrac qanuni əsaslarla keçirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, “X1 Hərracın nəticələri haqqında nömrəli protokolun etibarsız hesab edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (hakim Ş.Abdullayev) xx xxxxxx 2019-cu il tarixli, x nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir.
7. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, hərrac mərkəzi tərəfindən hərracın dayandırılmasının ləğv edilməsi əsaslı olsa da, bu barədə iddiaçıya da məlumat verilməli idi. Lakin cavabdeh hərracın dayandırılmasının ləğv edilməsi barədə iddiaçıya məlumat verilməmiş və bu səbəbdən iddiaçı hərracın davam etdirilməsi və təkrar hərracın kençirilməsini bilməmişdir. Yəni hərrac təşkilatı hərracın dayandırılmasının ləğv edilməsi barədə iddiaçıya məlumat vermədiyi üçün, iddiaçı təkrar hərracda iştirak etməmiş və bununla da onun hüquqları pozulmuşdur. Bu səbəbdən hərrac mərkəzi tərəfindən təkrar hərrac qanuni əsaslarla keçirilmiş hesab edilə bilməz. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
8. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-X.Sarıyev (sədrlik edən və məruzəçi), V.Həsənov və Ş.Məmmədo va) xx xxxx 2020-ci il tarixli, x nömrəli qətnaməsi ilə cavabdeh “xxxx” ASC (əvvəlki adı Cavabdeh2 İKB ASC) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, x saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq iddia rədd edilmişdir.
9. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, hərrac təşkilatçısı olan “X1 MMC-nin qanunun tələblərinə riayət edilməklə ipoteka saxlayana, ipoteka qoyana keçiriləcək hərracla bağlı məlumat verilməsi istiqamətində tədbirlər görüldüyü, həmçinin kütləvi informasiya vasitələrində elanların dərc edildiyi iş materiallarında olan sənədlərlə sübut olunur. xx.xx.2019-cu il tarixə təyin edilmiş ilkin hərracla bağlı tərəflərə bildirişlərin göndərilməsi iş materialları ilə müəyyən edilm əsə də, bu barədə kütləvi informasiya vasitələrində məlumat dərc edilmiş və tərəflər məlumatlı olmuşlar. Bununla da, mübahisəsiz qaydada təsdiq olunur ki, hərracın təyin olunması və keçirilməsindən ipoteka qoyan və ipoteka saxlayanın kifayət qədər məlumatı olmuşdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
10. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
11. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib iş üzrə yeni qətnamə qəbul edərkən xx.xx.2019-cu il tarixli hərracın dayandırılması barədə 046 nömrəli protokolun heç bir hüquqi qüvvəsi olmadığı qənaətinə gəlmişdir. Lakin iş materiallarından da görünüdüyü kimi iddiaçının hərracın dayandırılmasının ləğv edilməsindən xəbəri olmayıb, ona bu barədə məlumat verilməyib. Heç kəs hüquqlarının, o cümlədən mülkiyyət hüququnun pozulmasını daimi olaraq gözləməyə və istənilən anda hüququnun pozula biləcəyini güman etməyə məcbur edilə bilməz. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə iclasında iştirak edən iddiaçı və vəkili, kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdilər.
14. Məhkəmə iclasında iştirak edən cavabdeh “xxxx” İKB ASC-nin vəkili xxx oğlu kassasiya şikayətinə etiraz edərək onun rədd olunmasını xahiş etdi.
15. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iş üzrə digər şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəllə:
16. Maddə
416. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.
17. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolver ilməzdir.
18. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
19. Maddə 560.3.2. Şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi hüquqdan sui-istifadədir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Azərbaycan Respublikasının “İpoteka haqqında” Qanunu:
22. Maddə 41.2. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi pro seduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Məhkəmə icraçısı hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata, (hərracın təşkilatçısına) sifariş verir.
23. Maddə 42.1. Hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir.
24. Maddə 42.3. Hərracın təşkilatçı və onun əməkdaşları istisna olmaqla, hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan alıcı qismində iştirak edə bilər.
25. Maddə 42.8. Hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur.
26. Maddə 43.1. Hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə, hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir: 43.1.1. hərraca iki nəfərdən az alıcı gəldikdə; 43.1.2. hərracın iştirakçısı olmadıqda; 43.1.3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; 43.1.4. hərracı udmuş iştirakçı bu Qanunla müəyyən o olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı və həmin müddət uzadılmasın.
27. Maddə 43.4. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayanla ipoteka qoyan arasında müqavilə baş tutmadıqda, birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir.
28. Maddə 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır.
29. Maddə 43.6.Təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur.
30. Maddə 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə, ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. Kassasiya baxışının hədləri
31. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apelyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıl ır.
32. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
34. Belə ki, apelyasiya instansiyası məhkəməsi işin yuxarıda qeyd edilən faktiki hallarına istinadən qeyd etmişdir ki, ipoteka predmeti olmuş X2ndə yerləşən 2 saylı evin, 3 saylı mənzilinə tutmanın yönəldilməsi məqsədilə “X1 MMC tərəfindən keçirilmiş hərracın etibarsızlığı üçün hər hansı bir əsaslar yoxdur. Belə ki, hərrac təşkilatçısı olan “X1 MMC-nin qanunun tələblərinə riayət edilməklə ipoteka saxlayana, ipoteka qoyana keçiriləcək hərracla bağlı məlumat verilməsi istiqamətində tədbirlər görüldüyü, həmçinin kütləvi informasiya vasitələrində elanların dərc edildiyi iş materiallarında olan sə nədlərlə sübut olunur. xx.xx.2019-cu il tarixə təyin edilmiş ilkin hərracla bağlı tərəflərə bildirişlərin göndərilməsi iş materialları ilə müəyyən edilməsə də, bu barədə kütləvi informasiya vasitələrində məlumat dərc edilmiş və tərəflər məlumatlı olmuşlar. Bununla da, mübahisəsiz qaydada təsdiq olunur ki, hərracın təyin olunması və keçirilməsindən ipoteka qoyan və ipoteka saxlayanın kifayət qədər məlumatı olmuşdur. 35. x və. X şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxxxxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2008-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir k i, MM-in 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsində n və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur.
36. Apelyasiya instansiyası məhkəməsi vurğulamışdır ki, xx.xx.2019-cu il tarixdə keçirilən ilkin hərracla bağlı kütləvi kütləvi informasiya vasitələrində məlumat dərc edilmiş, xx.xx.2019-cu il tarixli təkrar hərracla bağlı həm bildiriş, həm də kütləvi kütləvi informasiya vasitələrində məlumat dərc edilməklə, tərəflər məlumatlı olmuşlar. Bundan əlavə, xx.xx.2019-cu il tarixdə hərracın dayandırılması barədə 046 nömrəli protokol iddiaçının iddia ərizəsində, birinci instansiya məhkəməsi və apelyasiya məhkəməsində izahatında qeyd etdiyi kimi, onun təqdim etdiyi, heç bir hüquqi qüvvəsi olmayan məktub əsasında tərtib edilmişdir.
37. Belə ki, xx.xx.2019-cu il tarixdə hərracın dayandırılması barədə 046 No-li protokol iddiaçı tərəfindən təqdim olunmuş Suraxanı rayon İcra və probasiya şöbəsinin xx xxxx 2018-ci il tarixli, x saylı məktubu əsasında tərtib olunmuş, həmin protokolda səhvən Suraxanı rayon İcra və probasiya şöbəsinin x saylı, xx.xx.2019-cu il tarixli məktubu əsasında dayandırılması göstərilmişdir. Göründüyü kimi, iddiaçı xx xxxx 2018-ci il tarixli, x saylı məktubu təqdim edərkən bilirdi ki, həmin məktub əvvəlki dayandırmaya aid olmaqla, hazırda heç bir qüvvəsi yoxdur. Yəni, icra məmuru artıq xx.xx.2019-cu il tarixdə hərracın keçirilməsi barədə Sifariş göndərmiş, dayandırma ilə bağlı heç bir məktub olmamışdır. Qeyd olunanlar onu təsdiq edir ki, iddiaçı məhkəmə qərarını uzun müddət mübahisələndirməklə, sonda süni surətdə hərracın keçirilməsinə mane ola biləcək hesab etdiyi, heç bir hüquqi qüvvəsi olmayan xx.xx.20 19-cu il tarixdə hərracın dayandırılması barədə 046 nömrəli protokola istinad etməklə, hərracın nəticəsinin etibarsızlığını tələb etmişdir.
38. Kollegiya apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, iddiaçı, hərracın dayandırılması barədə icra məmurunun əvvəlki məktubunu hərrac təşkilatına təqdim edərək hərracın əsassız şəkildə dayandırılmasına səbəb olduğu, habelə kredit borcunu qaytarmadığı halda, hərracın nəticələrinə dair protokolun etibarsızlığını tələb etməsi dürüstlük qaydasında uyğun gəlmir.
39. Məlum olduğu kimi, mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, qanunvericilik hüquqdan açıqca sui-istifadə edil məsini qorumur. Dürüstlük qaydası, hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir.
40. Bu səbəbdən bir şəxsin şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq, hüquqlarını həyata keçirməsi hüquqdan sui-istifadə sayılır və qanunla qorunmur. Belə ki, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir, hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan s ui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən hərəkətlər etibarsızdır (§ 17-19).
41. Qeyd olunanları nəzərə alaraq Kollegiya bu qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
42. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx nömrəli iş üzrə xx xxxx 2020ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.