Məhkəmə qərarları › İş №2(102)-4852/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4852/2021

21.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4852/2021 21.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: "xxxx" ASC-nin cavabdeh Ələkbərov Dadaş Əhəd oğluna qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4852/21 (Açar sözlər: subroqasiya qaydasında pul tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən, məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, İddiaçı: "xxxx" ASC-nin vəkili X1, Cavabdeh: Cavabdeh iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 aprel 2021-ci il tarixli, 2(103)3431/2021 saylı qətnaməsindən Cavabdeh kassasiya şikayəti üzrə işə 21 sentyabr 2021ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, iddiaçı "xxxx" ASC-nin məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq, subroqasiya qaydasında cavabdehdən 4.896,30 manat pulun tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim L.E.Rəhimli) iddia təmin edilərək, cavabdehdən 4.896,30 manat pulun tutulub iddiaçıya ödənilməsi qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, 19 oktyabr 2018ci ildə baş vermiş yol nəqliyyat hadisəsi zamanı "xxxx" MMC məxsus və Zeyn əb Əhmədova tərəfindən idarə olunan “Kia Picanto” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə cavabdehin idarə etdiyi “BMW 320” markalı, **-OT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi toqquşub və sonuncu yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli sayılaraq İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə 40 manat cərimə edilib. “Kia Motors” servis mərkəzinin 23 oktyabr 2018-ci il tarixli qüsur Aktına əsasən “Kia Picanto” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəyən zərər 10.396,30 manat məbləğində müəyyən edilib. 14 noyabr 2018-ci il tarixli ödəniş tapşırığına əsasən, 500 manat şərtsiz azadolma çıxılmaqla iddiaçı tərəfindən Zeynəb Əhmədovaya 9.896,30 manat pul ödənilib və onun cavabdehə qarşı subroqasiya hüququ əmələ gəlib. B elə ki, Zeynəb Əhmədovaya dəymiş zərəri cavabdehdən tələb etmək hüququ iddiaçıya keçib. Cavabdehin idarə etdiyi “BMW 320” markalı, **-OT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx" sığorta şirkəti tərəfindən icbari qaydada sığortalandığından və sığorta məbləğinin 5.000 manat hissəsi həmin Şirkəti tərəfindən ödənildiyindən, 500 manat şərtsiz azadolma çıxılmaqla, subroqasiya qaydasında cavabdehdən iddiaçının xeyrinə 4.896,30 manat sığorta ödənişi tutulmalıdır. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 926,1, 936.1, 936.6-cı maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Ape llyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Q.A.Əsgərov sədrlik edən, məruzəçi, R.M.Həsənov və V.N.Sadıqov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04 sentyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 883.1, 922.1, 936.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiy ası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh məhkəmə iclasında iştirak etsə də vəkillə birgə təmsil olunmadığı üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərini izah etməklə onu məhkəmə iclasında dinləmədi. İddiaçı "xxxx" ASC-nin vəkili Səbuhi Paşayev məhkəmə iclasında kassasiya şikayətinin dəlilləri ilə razılaşmayıb izahatında iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh vəkili Vəkil məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də üzrsüz səbəbdən məhkəmə iclasına gəlmədiyi üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Həmin Məcəllənin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliy yət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etm əyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş s übutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Cavabdehin kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə “Kia Picanto” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx " MMC məxsus olmaqla, Zeynəb Əhmədova tərəfindən idarə olunur. 19 dekabr 2017ci il tarixli Sığorta Şəhadətnaməsinə əsasən sözügedən nəqliyyat vasitəsi 19 dekabr 2018ci il tarixədək “yol nəqliyyat hadisəsi (toqquşma, aşma, düşmə) və sair sığorta risklərinə görə iddiaçı tərəfindən sığortalanıb. “BMW 320” markalı, **-OT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi isə cavabdehə məxsusdur və həmin nəqliyyat vasitəsi "xxxx" Sığorta Şirkəti tərəfindən sığortalanıb. 19 oktyabr 2018-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı cavabdehin idarə etdiyi “BMW 320” markalı, **-OT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx" MMC məxsus, Zeynəb Əhmədovanın idarə etdiyi “Kia Picanto” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşub. Polisin “İnzibati tənbe h vermə haqqında” 19 oktyabr 2018-ci il tarixli qərarına əsasən yol-nəqliyyat hadisəsinə görə cavabdeh İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli sayılaraq 40 manat cərimə edilib. “Kia Motors” servis mərkəzinin 23 oktyabr 2018-ci il tarixli qüsur aktına əsasən "xxxx" MMC məxsus Zeynəb Əhmədovanın idarə etdiyi “Kia Picanto” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin məbləği 10.396,30 manat müəyyən edilib. Müqavilənin şərtlərinə görə 500 manat şərtsiz azadolma çıxılmaqla 14 noyabr 2018-ci il tarixli ödəniş tapşırığına əsasən iddiaçı tərəfindən Zeynəb Əhmədovanın bank hesabına 9.896,30 manat pul ödənilib. Hazırda iddiaçı, Zeynəb Əhmədovaya dəymiş zərərə görə cavabdehə qarşı malik olduğu hüquqlardan və vasitələrdən istifadə etmək hüququnun ona keçdiyini, Zeynəb Əhmədovanın idarə etdiyi nəqliyyat vasitəsinə dəymiş zərərin məbləğinin 10.396,30 manat müəyyən edildiyini, sığorta məbləğinin 5.000 manat hissəsinin Sığorta Şirkəti tərəfindən ödənildiyini, 500 manat şərtsiz azadolma çıxılmaqla subroqasiya qaydasında cavabdehdən 4.896,30 manat sığorta ödənişinin tutulub ona ödənilməsini iddia edir. Cavabdeh isə “Kia Motors” tərəfindən verilmiş qüsur aktında Zeynəb Əhmədovaya məxsus nəqliyyat vasitəsinə dəymiş zərərin məbləğinin həddən artıq şişirdildiyini, həmin qüsur aktının saxta olmaqla nəqliyyat vasitəsinə dəymiş real zərəri özündə əks etdirmədiyini, zərərin məbləğinin iş üzrə müvafiq ekspertiza keçirilmədən müəyyən edildiyini, "xxxx" MMC tərəfindən verilmiş qüsur aktında isə nəqliyyat vasitəsinə bütövlükdə 6.872,50 manat maddi zərərin dəydiyini göstərib, iddiaya etiraz edir. Əvvəla, latın mənşəli “subroqasiya” sözü- etimoloji anlamda “əvəz etmə”; hüquqi mənada isə müəyyən hüquqların bir şəxsdən başqasına keçməsi; şəxslərin əvəzlənməsi anlamında işlədilir. Mülki Məcəllənin 936.1-ci maddəsində sığorta münasibətlərində subroqasiya hüququnun anlayışı verilib. Həmin maddənin tələblərinə görə subroqasiya hüququ- bəzi istisnalarla sığorta ödənişi almış şəxsin zərər vurmuş şəxsə qarşı yaranmış hüquqlarından, həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Nəzərə alınmalıdır ki, subroqasiya hüququ- şəxs sığortalının yalnız sığorta ödənişi almış olduğu müqavilə üzrə sığortalanmış mənafelərinə zərər vurulduğu halda yaranır. Subroqasiya hüququna yalnız sığorta ödənişi v ermiş sığortaçı ödəmiş olduğu sığorta ödənişi məbləğində malikdir. Belə ki, sığortaçı sığorta ödənişini sığorta məbləği həddində ödəyir. Hazırki halda cavabdehin təqsiri üzündən Zeynəb Əhmədovanın idarə etdiyi və iddiaçı tərəfindən sığortalanmış sözügedən nəqliyyat vasitəsinə maddi zərərin dəyməsi, dəymiş maddi zərərə görə Zeynəb Əhmədovanın cavabdehə qarşı malik olduğu hüquqlardan və vasitələrdən istifadə etmək hüququnun bilavasitə iddiaçıya keçməsi işin mübahisə olunmayan halları olmaqla qanunla tənzimlənir. Cavabdeh özü də bu halları inkar etmir. Tərəflər arasında fikir ayrılığı əslində Zeynəb Əhmədovanın idarə etdiyi sığortalı nəqliyyat vasitəsinə dəymiş maddi zərərin məbləği ilə bağlıdır və həmin nəqliyyat vasitəsinə dəymiş maddi zərərin məbləği "xxxx" MMC tərəfindən tərtib edilmiş 23 oktyabr 2018-ci il tarixli qüsur aktına əsasən müəyyən edilib. Halbuki, həmin qüsur aktı tərtib edilərkən və sözügedən nəqliyyat vasitəsinə ilkin baxış keçirilərkən cavabdehin ümumiyyətlə iştirakı təmin edilməyib və sonuncu zərərin məbləği ilə razılaşmır. Digər tərəfdən işə əlavə edilmiş "xxxx" MMC 14 oktyabr 2019-cu il tarixli arayışından görünür ki, qeyd olunan nəqliyyat vasitəsinin təmiri üçün Cəmiyyətə müraciət edilməsi qeydə alınmayıb. Bundan başqa sığortalanmış nəqliyyat vasitəsinə dəymiş maddi zərərin qiymətləndirilməsində iştirak etmək üçün 25 oktyabr 2018-ci il tarixdə "xxxx" Sığorta Şirkəti ilə yanaşı cavabdehə də bildiriş göndərilsə də, işdə, cavabdehin həmin bildirişi almasına dair heç bir mötəbər yazılı sübut yoxdur. Əksinə, işə sığortalı nəqliyyat vasitəsinə dəymiş maddi zər ərin qiymətləndirilməsinə dair "xxxx" MMC tərəfindən verilmiş 23 oktyabr 2018-ci il tarixli qüsur aktı ilə yanaşı, "xxxx" MMC 26 oktyabr 2018-ci il tarixli qüsur aktı da əlavə edilib və hər iki qüsur aktında sığortalı nəqliyyat vasitəsinə dəymiş maddi zərərin məbləği biri-birindən kəskin şəkildə fərqlənir. Belə ki, sığortalı nəqliyyat vasitəsinə dəymiş maddi zərərin məbləği "xxxx" MMC tərəfindən verilmiş qüsur aktında 10.396 manat müəyyən edildiyi halda, "xxxx" MMC tərəfindən verilmiş qüsur aktında 6.872,50 manat müəyyən edilib. Mülki Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçi r. Maddənin mənasına görə, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçsə də, bu növ iddialara baxılarkən ilk növbədə zərərvuran şəxsin faydalanan şəxsə vurduğu zərərin məbləği mötəbər yazılı sübutlarla müəyyən edilməlidir. Apellyasiya instansiyası məhkəməsi, sığortalı nəqliyyat vasitəsinə dəymiş maddi zərərin məbləği ilə bağlı sözügedən qüsur aktlarında göstərilən qiymətlər arasındakı kəskin fərqə aydınlıq gətirmədən, zərurət yarandığı halda qeyd olunan nəqliyyat vasitəsinin hansı servis mərkəzdə, avtomobillərin təmiri sexində təmir olunduğunu aydınlaşdırmadan, təmirə çəkilmiş xərcləri özündə ehtiva edən sənədlər i məhkəməyə təqdim etməyi iddiaçıya təklif etmədən, xüsusi bilik tələb edən qeyd olunan suallara aydınlıq gətirmək üçün iş üzrə müvafiq ekspertizalar keçirib əsaslandırılmış rəy almadan, cavabdehin bu barədə apellyasiya şikayətinin dəlilləri və iddiaya etirazının əsası kimi istinad etdiyi hallarla bağlı irəli sürdüyü arqumentlər barədə kifayət qədər araşdırma aparmadan, mübahisəli məsələyə dair işdə iştirak edən şəxslərin, o cümlədən cavabdehin izahatlarını işə əlavə edilmiş digər sübutlarla müqayisəli şəkildə tədqiq etmədən, yalnız sübroqasiya qaydasında tələb hüququnun iddiaçıya keçməsini əsas tutub birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Halbuki, mülki prosessual qanunvericiliyə görə, məhkəmə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatlarını, şahid ifadələrini iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və bütövlükdə həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hüquqi qiymət verilməlidir (MPM-nin 88, 106.1-ci maddələri). Eləcə də həmin Məcəllənin 77.3-cü maddəsində göstərilir ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda məhkəmə zəruri əlavə sübutları təqdim etməyi tərəflərə təklif etməlidir. Kassasiya instansiyası məhkəməsi eyni zamanda hesab edir ki, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbinin (iddiasının) sığortaçıya keçməsi, sığortalı nəqliyyat vasitəsinə dəymiş real maddi zərərin məbləğinin müəyyən edilməməsini özündə ehtiva etmir və hər bir halda işin bu halı bilavasitə işdə iştirak edən şəxslərin iştirakları ilə araşdırılmalıdır. Bu baxımdan kassasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayətinin dəlillərini əsaslı sayır və hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə yalnız sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarında da məhkəmələrə məhz bu qaydalara əməl etmələri tövsiyə olunub. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş həqiqi hallarını və sadalanan maddi, prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kassasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kassasiya şikayəti təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı və işə yenidən apellyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli və araşdırılan sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 aprel 2021-ci il tarixli, 2(103)-3431/2021 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar