Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4855/2021 21.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı Şirkətinin cavabdeh Xocasən Bələdiyyəsinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4855/21 (Açar sözlər: bələdiyyə qərarının etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu sədrlik edən, məruzəçi, Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 aprel 2021-ci il tarixli, 2(103)3382/2021 saylı qətnaməsindən maraqlı şəxs Mehtiyev Eyvaz Rəhim oğlunun kassasiya şikayəti üzrə işə 21 sentyabr 2021- ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, iddiaçı məhkəmədə cavabdehə və digərlərinə qarşı iddia qaldıraraq, Eyvaz Mehtiyevin istifadəsinə torpaq sahəsinin ayrılması barədə Xocəsən Bələdiyyəsinin 17 iyun 2005-ci il tarixli, 12/15 saylı Qərarının etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 may 2009-cu il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim M.S.Kazımov) iddia təmin edilərək, Eyvaz Mehtiyevin istifadəsinə torpaq sahəsinin ayrılması haqqında 17 iyun 2005-ci il tarixli, 12/15 saylı qərarı etibarsız hesab edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticən i belə əsaslandırıb ki, Binəqədi rayonu, Xocəsən Bələdiyyəsinin 17 iyun 2005-ci il tarixli, 12/15 saylı qərarı ilə Xocəsən bələdiyyəsinin ərazisində Binəqədi Rayon İcra Hakimiyyətinin Memarlıq xidməti ilə razılaşdırılmış cizgi ilə müəyyənləşdirilmiş ölçü və ünvana uyğun olaraq fərdi yaşayış evinin tikintisi üçün 600 kv.metr torpaq sahəsi alqı-satqı yolu ilə Eyvaz Mehtiyevin mülkiyyətinə verilib. Mülki iş materiallarına və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı Şəhər Şöbəsinin 10 aprel 2009-cu il tarixli rəyinə görə, iddia ərizəsində göstərilən torpaq sahəsi Azərbaycan Respublikası DNŞ-nin X2 Bi.Vi. və ARDNŞ-nin Ortaq Neft Şirkəti arasında Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulu-Təpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bə rpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında 29 sentyabr 2004-cü il tarixli sazişə əsasən İddiaçı Şirkətinin icarəsindədir. Mübahisələndirilən torpaq sahəsinin neft quyusunun təhlükəsizlik zonasında yerləşib-yerləşməməsindən asılı olmayaraq, həmin sahə yalnız təyinatı üzrə istifadə oluna bilər və bələdiyyəyə heç bir aidiyyəti yoxdur. Bu baxımdan Xocəsən bələdiyyəsinin 17 iyun 2005-ci il tarixli, 12/15 saylı torpaqayırma haqqında Qərarı etibarsız hesab edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Torpaq Məcəlləsinin 8, 20, 55-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. 24 avqust 2020-ci il tarixdə maraqlı şəxs Eyvaz Mehtiyev apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianı n rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Q.A.Əsgərov sədrlik edən, məruzəçi, R.M.Həsənov və V.N.Sadıqov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 may 2009-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Torpaq Məcəlləsinin 8, 20, 55-ci maddələrinin və digər maddi, prosessual hüquq no rmalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsinə icraat Kassasiya şikayətinin və ona etirazın iştirakçılarının izahatları dəlilləri, məhkəmə icraatı Kassasiya şikayətinin dəlilləri Maraqlı şəxs Eyvaz Mehtiyev kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı filialının kassasiya şikayətinə dair etiraz ərizəsində kassasiya şikayətinin təmin edilmədən, iş üzrə ap ellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş olunub. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı Şirkəti, cavabdeh Xocəsən bələdiyyəsi, maraqlı şəxs Eyvaz Mehtiyev və vəkili Vəkil məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Torpaq Məcəlləsi: Həmin Məcəllənin 8-ci maddəsinin birinci abzasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlar a sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi səlahiyyəti də müəyyən edilmişdir. Həmin Məcəllənin 20-ci maddəsinin 1-ci bəndinə əsasən, yaşayış məntəqələrinin torpaqlarından onların baş planlarına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə və eləcə də, yerqurluşu- təsərrüfat planlarına müvafiq surətdə istifadə edilməlidir. Həmin Məcəllənin 55-ci maddəsinə əsasən, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyy ən edilmiş digər yollarla yaranır. Həmin Məcəllənin 56-cı maddəsinin 6-cı bəndinə əsasən, bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə bələdiyyənin qərarı (müqavilə) ilə, dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaqlar istifadəyə və icarəyə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının və bələdiyyənin qərarı (müqavilə) ilə verilir. Həmin Məcəllənin 67-ci maddəsinin 4-cü bəndində göstərilmişdir ki, torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerində müəyyən edilməsindən, onların yer quruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Həmin Məcəllənin 84-cü maddəsinin 1-ci bəndinə əsasən, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 109-cu maddəsinə əsasən, torpaq istifadəçiləri və icarəçiləri tərəfindən özgənin mülkiyyətində olan torpağın alınıb-satılması, bağışlanması, torpaq sahələrinin özbaşına dəyişdirilməsi barədə bağladığı əqdələr, habelə torpaq mülkiyyətçilərin bu Məcəllədə nəzərdə tutulmuş qaydaları pozmaqla bağladıqdları əqdlər etibarsız hesab edilir. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Maraqlı şəxs Eyvaz Mehtiyevin kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasi ya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Maraqlı şəxs Eyvaz Mehtiyev kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmasını, iddianın təmin edilməsi üçün əsasların olmamasını göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkə məsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, Binəqədi rayonu, Xocəsən Bələdiyyəsinin 17 iyun 2005-ci il tarixli, 12/15 saylı Qərarı ilə Xocəsən bələdiyyəsinin ərazisində Binəqədi Rayon İcra Hakimiyyətinin Memarlıq xidməti ilə razılaşdırılmış cizgi ilə müəyyənləşdirilmiş ölçü və ünvana uyğun olaraq fərdi yaşayış evinin tikintisi üçün 600 kv.metr torpaq sahəsi alqı-satqı yolu ilə Eyvaz Mehtiyevin mülkiyyətinə verilib. Mülki iş materiallarına və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsinin 10 aprel 2009-cu il tarixli rəyinə görə, iddia ərizəsində göstərilən torpaq sahəsi Azərbaycan Respublikası DNŞ-nin X2 Bi.Vi. və ARDNŞ-nin Ortaq Neft Şirkəti arasında Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulu-Təpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında 29 sentyabr 2004-cü il tarixli sazişə əsasən İddiaçı Şirkətinin icarəsindədir. Mübahisələndirilən torpaq sahəsinin neft quyusunun təhlükəsizlik zonasında yerləşib-yerləşməməsindən asılı olmayaraq, həmin sahə yalnız təyinatı üzrə istifadə oluna bilər və bələdiyyəyə heç bir aidiyyəti yoxdur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, işə əlavə edilmiş sübutları araşdırıb, kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, mübahisəli torpaq sahəsinin Xocəsən bələdiyyəsinin mülkiyyətində olması mülki iş materialları, o cümlədən Dövlət Torpaq və Xəritəçəkmə Komi təsinin Bakı Şəhər Şöbəsinin 10 aprel 2009-cu il tarixli rəyi ilə istisna olunur. Belə ki, həmin sübutlarla müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsinin də yerləşdiyi ərazi Azərbaycan Respublikası DNŞ X2 Bi.Vi. və ARDNŞ-nin Ortaq Neft Şirkəti arasında Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulu-Təpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında 29 sentyabr 2004-cü il tarixli sazişə əsasən İddiaçı Şirkətinin icarəsindədir. Mübahisələndirilən torpaq sahəsinin neft quyusunun təhlükəsizlik zonasında yerləşib-yerləşməməsindən asılı olmayaraq, həmin sahə yalnız təyinatı üzrə istifadə oluna bilər və bələdiyyəyə heç bir aidiyyəti yoxdur. Torpaq Məcəlləsinin 8-ci maddəsinin birinci abzasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi səlahiyyəti də müəyyən edilmişdir. Həmin Məcəllənin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Həmin Məcəllənin 67-ci maddəsinin 4-cü bəndind ə göstərilmişdir ki, torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerində müəyyən edilməsindən, onların yer quruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Həmin Məcəllənin 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Kassator, kassasiya şikayətində mübahisəli torpaq sahəsinin qanuni əsaslarla Eyvaz Mehtiyevə satıldığını, həmin torpaq sahəsinin iddiaçıya aidiyyətinin olmadığını və s air göstərsə də, etirazının əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməyib. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran f aktları sübut etməlidir. Hazırki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Kassasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, maraqlı şəxs Eyvaz Mehtiyevin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin digər dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maraqlı şəxs Eyvaz Mehtiyevin kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Maraqlı şəxs Mehtiyev Eyvaz Rəhim oğlunun kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 aprel 2021-ci il tarixli, 2(103)-3382/2021 saylı qətnaməsi kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4855/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-4855/2021
21.09.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver