Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-486/2023 07.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) iş üzrə QƏRARİ (Açar sözlər: müqavilə azadlığı prinsipi) Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 26 sentyabr 2022-ci il tarixli, 2(105)-5084/2022 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdak ı qərarı qəbul etdi. İşin halları 1. 16 aprel 2014-cü il tarixli, 618628 saylı mədaxil qəbzinə əsasən "xxxx" tərəfindən ********** mobil nömrəsi üçün "xxxx" MMC-yə 250 manat məbləğində pul ödənilmişdir.
2. İddiaçı həmin mobil nömrəsinin "xxxx" MMC-nin adından çıxarılaraq onun adına keçirilməsini xahiş etmiş, lakin Cavabdeh MMC bundan imtina edərək bildirmişdir ki, 211 seriyalı nömrələrin addan-ada keçirilməsinə icazə verilmir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ********** mobil nömrəsinin "xxxx" MMC-nin adından çıxarılaraq iddiaçının adına keçirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia onunla əsaslandırıl mışdır ki, ********** mobil nömrəsinin "xxxx" MMC-nin adından çıxarılaraq onun adına keçirilməsi ilə bağlı e-mail vasitəsi ilə tərəfindən Cavabdeh MMC-yə müraciət olunmuş, həmçinin həmin müraciətə mobil nömrə üçün ödənilmiş vəsaitin qəbzi əlavə olunmuş, lakin cavabdeh tərəfindən 211 seriyalı nömrələrin addanada keçirilməsinə icazə verilmədiyi əsası ilə bundan imtina verilmiş, imtinanın səbəbləri əsaslandırılmamışdır. İmtinanın əsaslarını aydınlaşdırmaq üçün tərəfindən xx.xx.2021-ci il tarixli məktub əsasında cavabdehə müraciət edilmiş, məktubunda "xxxx" MMC-nin keçmiş əməkdaşı olduğu və göstərilən mobil nömrənin şəxsi vəsaiti hesabına alınaraq "xxxx" MMC-nin balansına əlavə olunduğu göstərilməklə işdən çıxdığı üçün həmin nömrənin onun, yəni faktiki sahibinin adına keçirilməsi xahiş olunmuş, lakin məktuba hər hansı rəsmi münasibət bildirilməmişdir. Hesab edir ki, cavabdeh tərəfindən e-mail vasitəsilə edilmiş imtina əsassız, müraciəti ilə bağlı edilmiş hərəkətsizlik qanunsuz olmaqla mülkiyyət hüquqlarının pozulması halı kimi qiymətləndirilməlidir. Hazırda mübahisə predmeti olan mobil nömrə "xxxx" MMC-nin balansındadır və o, mülkiyyətçi olaraq nömrənin iddiaçının adına keçirilməsi ilə bağlı iradə ifadəsini bildirmişdir. Bundan başqa, nömrənin sahibi tərəfindən nömrədən birtərəfli qaydada imtina edilməmiş, bununla müqaviləyə xitam verilməmiş və nömrə üzərində olan hüquqları məhdudlaşdırılmamışdır. Həmçinin qeyd edir ki, həmin nömrə vasitəsilə kifayət qədər işgüzar münasibətdə olduğu şəxslərlə əlaqə saxlamışdır. Hal-hazırda isə nömrənin istifadəsində olmaması ona işgüzar fəaliyy ətində maneəçilik törətməklə maddi ziyan vurur.
5. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, iddiaçı ilə "xxxx" MMC-də tanış olmuş və birlikdə işləmiş, qeyd olunan mobil nömrə iddiaçı tərəfindən əldə olunaraq istifadə edilmişdir. Mədaxil qəbzində ödənişin "xxxx" MMC tərəfindən edilməsi qeyd olunsa da, ödəniş iddiaçı tərəfindən həyata keçirilmişdir.
6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3853/2021 nömrəli, 24 iyun 2021ci il tarixli qətnaməsi ilə (hakim Anar İbadzadə) iddia tələbi təmin edilməmişdir.
7. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, telekommunikasiya xidmətlərinin göstərilməsi operatorla abunəçi arasında bağlanan müqavilə əsasında həyata keçirilir. Lakin işin hallarından görünür ki, İddiaçı ilə Cavabdeh MMC arasında telekommunikasiya x idmətlərinin göstərilməsi barədə müqavilə bağlanmamışdır.
8. Məhkəmə qeyd etmişdir ki, iddiaçı ********** mobil nömrəsinin məhz onun tərəfindən edilmiş ödəniş əsasında "xxxx" MMC tərəfindən əldə olunmasını bildirsə də, bunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş və bu halları sübuta yetirə bilməmişdir. Əksinə iş materiallarında olan 16 aprel 2014-cü il tarixli 618628 saylı mədaxil qəbzindən görünür ki, məhz "xxxx" tərəfindən ********** mobil nömrəsi üçün "xxxx" MMC-yə 250 manat məbləğində pul ödənilmişdir.
9. Məhkəmə həmçinin şahid X1 ifadəsinə münasibətdə qeyd edir ki, şahid iddiaçının iş yoldaşı olduğundan onun mənafeyinə uyğun olmaqla, eləcə də ********** mobil nömrəsinin məhz iddiaçı tərəfindən Bakcell MMC-yə ödəniş edilərək əldə olunmasını təsdiq edən mötəbər və əsaslı məlum at verməməklə ifadə verdiyindən, şahid ifadəsi mötəbər sübut kimi qəbul edilə bilməz.
10. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 385, 406-cı maddələrinə və “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 7.2, 7.3, 40.1-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
11. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış, həmçinin qeyd edilmişdir ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması, işə düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə qəbul edilmiş və qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun olmamışdır.
13. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 18 oktyabr 2021-ci il tarixli, 2(103)-9176/2021 nömrəli qətnaməsi ilə (hakimlər V.Ə.İbayev (sədrlik edən və məruzəçi), Ş.Ə.Məhərrəmova və R.M.Həsənov) apellyasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilərək iddia tələbi təmin olunmuşdur.
14. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edərək qeyd etmişdir ki, ********** mobil nömrəsi "xxxx" MMC-nin balansında olsa da, onun "xxxx" MMC-nin balansına keçirilməsi üçün vəsait iddiaçı tərəfindən ödənilməklə onun istifadəsindədir. Həmçinin "xxxx" MMC-nin həmin nömrənin iddiaçının ad ına keçirilməsinə etirazı yoxdur. Bundan əlavə, iddiaçı nömrədən uzun müddət özününkü kimi istifadə etməklə həmin nömrə vasitəsilə ətrafı ilə ünsiyyət yaratdığından nömrə onun şəxsi həyatının amillərindən biri kimi çıxış etmişdir.
15. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun 7.2, 7.3, 40.1-ci, Mülki Məcəllənin 385.1, 406.1-ci maddələrinə istinad etmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
16. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 17.Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarının tələblərini pozmuşdur. Belə ki, işin hallarından göründüyü kimi İddiaçı ilə Cavabdeh MMC arasında nömrədən istifadə edilməsi ilə bağlı müqavilə yoxdur. Eyni zamanda cavabdehin müqavilə bağlamaq barədə öhdəliyi və qanunla nəzərdə tutulmuş müqavilə bağlamaq vəzifəsi də yoxdur. Belə olan halda apellyasiya instansiyası məhkəməsi iddianı təmin etməklə yanlış nəticəyə gəlmişdir. 18.Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 05 may 2022-ci il tarixli, 2(102)-1934/2022 nömrəli qərarı ilə (hakimlər İ.Ə.Şəfiyev (sədrlik edən və məruzəçi), Ə.A.Əhmədov və V.T.Həsənov) kassasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
19. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi nömrənin "xxxx" MMC-nin balansında olduğu halda, həmin abonenti işə cəlb etmədən nömrənin iddiaçının adına keçirilməsi barədə qərara gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 418.1 və 416.4.6-cı maddələrinə əsasən işin bu halı apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsasdır. Buna görə də qətnamə ləğv edilməli və işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. 20.Kassasiya kollegiyası bununla yanaşı xatırlatmışdır ki, iddianın həlli zamanı aşağıdakı hüquqi hallar əhəmiyyətli ola bilər. 21.Mülki Məcəllə mülki hüquq subyektlərinin bərabərliyini, mülki hüquq subyektlərinin iradə sərbəstliyini və müqavilələr azadlığını mülki qanunvericiliyin prinsipləri kimi müəyyən etmişdir (Mülki Məcəllənin 6.1.1, 6.1.2 və 6.1.5-ci maddələri). 22.Bu prinsiplər xaricində mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər və bunun üçün əsaslar kimi dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri hallar çıxış edir. 23.Mülki hüquq və vəzifələrin yaranma əsasları Mülki Məcəllənin 14-cü maddəsində nəzərdə tutulmuşdur və bu əsaslar ümumən mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən ibarətdir. 24.Müqavilə bağl amaq vəzifəsi Mülki Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir (Mülki Məcəllənin 390.3-cü maddəsi). 25.Müqavilə bağlamaq vəzifəsi və tərəfin bundan imtina etdiyi hallarda maraqlı şəxsin müqaviləni bağlamağa məcbur etmək üçün məhkəməyə müraciət etmək hüquqları Mülki Məcəllənin 415.7-ci maddəsində (hərracın nəticələri ilə bağlı) və 956.4-cü maddəsində (bank hesabı müqaviləsinin bağlanmasından bank əsassız boyun qaçırdıqda) müəyyən olunmuşdur. 26.Məhkəmə işə yenidən baxıb, iddia tələbini təmin etmək və ya rədd etmək barədə qətnamə çıxararkən bu normalar baxımından da əsaslandırma aparmalıdır.
27. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun 7.2, 7.3, 32.1, 32.1.2, 32.1.4, 32.1.5, 40.1, 40.2-ci, Mülki Məcəllənin 6.1, 6.1.1, 6.1.2, 6.1.5, 6.3, 14.1, 386.1, 389.1, 390.1, 390.3-cü, Mülki Prosessual Məcəllənin 14.1, 14.2, 417.1, 417.1.1, 418.1-ci maddələrinə istinad etmişdir. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
28. Apellyasiya instansiya məhkəməsinin 08 avqust 2022-ci il tarixli məhkəmə iclasında "xxxx" MMC iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü qismində məhkəmə icraatına cəlb edilmişdir.
29. Apellyasiya instansiyası məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli, 2(103)5084/2022 nömrəli qətnaməsi ilə (hakimlər Ş.A.Məmmədova (sədrlik edən və məruzəçi), F.F.Babayev və R.Ə.Eyvazov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissə də dəyişdirilmədən saxlanılmışdır.
30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, Mülki Məcəllə mülki hüquq subyektlərinin bərabərliyini, mülki hüquq subyektlərinin iradə sərbəstliyini və müqavilələr azadlığını mülki qanunvericiliyin prinsipləri kimi müəyyən etmişdir (Mülki Məcəllənin 6.1.1, 6.1.2 və 6.1.5-ci maddələri). 31.Bu prinsiplər xaricində mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər və bunun üçün əsaslar kimi dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri hallar çıxış edir. 32.Mülki hüquq və vəzifələrin yaranma əsasları Mülki Məcəllənin 14-cü maddəsində nəzərdə t utulmuşdur və bu əsaslar ümumən mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən ibarətdir. 33.Müqavilə bağlamaq vəzifəsi Mülki Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir (Mülki Məcəllənin 390.3-cü maddəsi). 34.Müqavilə bağlamaq vəzifəsi və tərəfin bundan imtina etdiyi hallarda maraqlı şəxsin müqaviləni bağlamağa məcbur etmək üçün məhkəməyə müraciət etmək hüquqları Mülki Məcəllənin 415.7-ci maddəsində (hərracın nəticələri ilə bağlı) və 956.4-cü maddəsində (bank hesabı müqaviləsinin bağlanmasından bank əsassız boyun qaçırdıqda) müəyyən olunmuşdur. 35.“Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının 14 iyun 2005-ci il tarixli Qanununun: 7.2-ci maddəsinə əsasən istifadəçilərin telekommunikasiya xidmətlərinə olan tələbatını ödəmək üçün nömrə resursu qanunvericiliklə müəyyən olunmuş qaydalarda operatora, provayderə ayrılır. 67.7.3-cü maddəsinə görə nömrə resursu müvafiq icra hakimiyyəti orqanı ilə operator, provayder arasında bağlanan müqaviləyə uyğun olaraq ödənişli əsaslarla müddətli və ya daimi istifadəyə verilir. 68.40.1-ci maddəsinə əsasən müvafiq telekommunikasiya xidmətlərinin göstərilməsi qanunvericiliyin tələbləri və operator, provayder ilə abunəçi arasında bağlanan müqavilə əsasında həyata keçirilir. 36.İşin araşdırılan hallarından görünür ki, telekommunikasiya xidmətlərinin göstərilməsi operatorla abunəçi arasında bağlanan müqavilə əsasında həyata keçirilir. Lakin işin hallarından o da görünür ki, İddiaçı ilə Cavabdeh MMC arasında telekommunikasiya xidmətlərinin göstərilməsi barədə müqavilə bağlanmamışdır. 37.Kollegiya qeyd edir ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməsinə baxmayaraq, yuxarıda qeyd olunan normalar baxımından tələblərin əsaslı olmasını təsdiq edə biləcək sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, İddiaçı Cavabdeh MMC-yə qarşı ********** mobil nömrəsinin "xxxx" MMC-nin adından çıxarılaraq iddiaçının adına keçirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə tələb müqavilə bağlamağa məcburetməyə yol verilməməsini (müqavilə bağlamaq azadlığı) nəzərdə tutan yuxarıda sadalanan hüquq normalarına ziddir. 38.Beləliklə, məhkəmə kollegiyası toplanmış s übutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı “mobil nömrənin addan-ada keçirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının rədd edilməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür. 39.Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun 7.2, 7.3, 40.1-ci, Mülki Məcəllənin 6.1 və 6.1.1, 6.1.2, 6.1.5, 14.1, 385.1, 390.3, 406.1, 415.7, 956.4-cü, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.3-cü maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətin in dəlilləri
40. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddia tələbinin təmin olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
41. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən Mülki Məcəllənin 390.3-cü maddəsinə istinad edərək yanlış nəticəyə gəlmişdir. Belə ki, iddia tələbindən də görünür ki, hazırkı mübahisə müqavilə bağlanılması ilə deyil, müəyyən hərəkətlərin edilməsi ilə bağlıdır. Yəni, iddianın təmin edilməsi nəticəsində cavabdeh tərəfindən iddiaçı ilə hər hansı bir müqavilə bağlamaq öhdəliyi yaranmır.
42. Həmçinin Mülki Məcəllənin 6.1 və 6.1.1, 6.1.2 və 6.1.5-ci maddələrinə istinad edən məhkəmə iddiaçı ilə cavabdeh arasında hər hansı müqavilənin olmamasını nəzərə almamışdır, hal buki bu hal iddia tələbi və iş materiallarından açıq-aşkar görünür. 43. “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun 7.2, 7.3 və 40.1-ci maddələrinə əsaslanan məhkəmə tərəflər arasında hər hansı bir müqavilənin olmamasına qiymət versə də, bu qanunu tətbiq etməklə səhv nəticəyə gəlmişdir. Çünki, telekommunikasiya xidmətlərinin göstərilməsi operatorla abunəçi arasında bağlanan müqavilə əsasında həyata keçirilir. Eyni zamanda məhkəmə "xxxx" MMC-nin rəsmi olaraq nömrənin iddiaçının adına keçirilməsinə etiraz etməməsinə, həmin nömrəyə görə iddiaçı tərəfindən müəyyən məbləğin ödənilməsinə, nömrənin onun tərəfindən uzun müddət istifadə edilməsinə və hazırda da istifadəsində olmasına hüquqi qiymət verməmişdir.
44. Həmçinin Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə istinad edə rək cavabdeh tərəfindən iddiaçının nömrənin addan-adda keçirilməsi tələbinin qəbul edilməməsinin əsaslandırılmadığını, 77.1-ci maddəsinə istinad edərək məhkəmənin iddiaçının nömrə üçün müəyyən məbləğin tərəfindən ödənilməsinə dair qəbzi təqdim etməsi halını nəzərə almayaraq qətnaməsində iddiaçı tərəfindən hər hansı sübut təqdim edilmədiyini qeyd etdiyini bildirmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
45. Kassasiya şikayətinə qarşı cavabdeh tərəfindən təqdim edilmiş etirazda iddiaçının kassasiya şikayətinin təmin olunmaması və qətnamənin dəyişdirilmədən qüvvədə saxlanılması xahiş edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
46. Maddə 6.1 və 6.1.1, 6.1.2, 6.1.5. Mülki qanunvericiliyin prinsiplərinin bir qismi bunlardır: mülki hüquq subyektlərinin bərabərliyi; mülki hüquq subyektlərinin iradə sərbəstliyi; müqavilələr azadlığı.
47. Maddə 6.3. Dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər.
48. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
49. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
50. Maddə 390.3. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir.
51. Maddə 415.7. Tərəflərdən biri müqavilə bağlamaqdan boyun qaçırdıqda, digər tərəf müqaviləni bağlamağa məcbur etmək, habelə onu bağlamaqdan boyun qaçırılması nəticəsində vurulan zərərin əvəzini ödəmək tələbi ilə məhkəməyə müraciət edə bilər. “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanunu
52. Maddə 7.2. İstifadəçilərin telekommunikasiya xidmətlərinə olan tələbatını ödəmək üçün nömrə resursu qanunvericiliklə müəyyən olunmuş qaydalarda operatora, provayderə ayrılı r.
53. Maddə 7.3. Nömrə resursu müvafiq icra hakimiyyəti orqanı ilə operator, provayder arasında bağlanan müqaviləyə uyğun olaraq ödənişli əsaslarla müddətli və ya daimi istifadəyə verilir.
54. Maddə 40.1. Müvafiq telekommunikasiya xidmətlərinin göstərilməsi qanunvericiliyin tələbləri və operator, provayder ilə abunəçi arasında bağlanan müqavilə əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
55. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
56. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
57. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət veri r. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
58. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
59. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
60. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
61. Qanunun tələbinə görə kassasiya inst ansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
62. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyinə görə məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
63. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən madd i hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
64. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
65. İşdən o da aydın olur ki, nömrə balansında olan üçüncü şəxs "xxxx" MMC-ni qanunla müəy yən edilmiş qaydada təmsil edən səlahiyyətli nümayəndəsi apellyasiya baxışında iştirak etməmiş, nömrəyə sərəncam verilməklə onun iddiaçının adına keçirilməsinə dair iradəsini rəsmi şəkildə bəyan etməmişdir.
66. Odur ki, iddianın təmin olunmaması barədə apellyasiya məhkəməsinin gəldiyi qənaət yuxarıda göstərilən maddi və prosessual hüquq normalarına uyğun olmuşdur.
67. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
68. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəm əsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
69. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-5084/2022 nömrəli, 26 sentyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.