Məhkəmə qərarları › İş №2(102)-4865/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4865/2020

18.11.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4865/2020 18.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı4, x qızının və İddiaçı2 cavabdehlər X oğluna, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5na, XXə, «xxxx» MMC-yə və Cavabdeh8 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ümumi birgə mülkiyyətdə olan əşyaya sərəncam verilməsi, belə müqavilənin etibarsızlığının şərtləri) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı1 vəkili xxx ər oğlunun, İddiaçı2 (eyni zamanda İddiaçı1 və İddiaçı4 nümayəndəsi) iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin Mülki Ko llegiyasının xx nömrəli iş üzrə xx xxx 2020-ci il tarixli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisə Şəki rayonu Aqrar İslahat Komissiyasının xx xxxxxx 1998-ci il tarixli, 59 nömrəli qərarına əsasən, xxx sakinləri Cavabdeh8 Mövlənverdi oğlu, İddiaçı1, X2, X7 və İddiaçı2 kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə ayrılmış 13.76 hektar torpaq sahəsi ilə bağlıdır.

2. İddiaçılar ümumi mülkiyyətlərində olan həmin sahənin razılıqları olmadan Cavabdeh8 tərəfindən özgəninkiləşdirilməsinə dair müqaviləni və onun sonrakı nəticələrini mübahisələndirirlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçılar ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh8 ilə X oğlu arasında bağlanmış 13.76 ha torpaq sahəsinin alqı-satqısına dair xx xxxx 2005-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, ləğv edilmiş DTXK-nin Şəki rayon şöbəsi tərəfindən verilmiş və dövlət aktı qeydləri kitabında 030 nömrə ilə qeydiyyata alınmış xx xxx 2006-cı il tarixli, X saylı «Torpağa mülkiyyət hüququna dair» dövlət aktının 87978xx.xx-4520597.83, 8797***-*******.06, 87977xx.xx-4521020.96, 87981xx.xx-4520954.75 və 87979xx.xx-4520558.80 koordinatları daxilində olan 129601.89 kv.m. torpaq sahəsi hissəsində etibarsızlığının tanınması, satıcı X17 ilə alıcılar Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2008-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh2 adına Hüquqların Dövlət qeydiyyatı haqqınd a daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli Çıxarışın ləğv edilməsi və X saylı torpağa mülkiyyət haqqına X21 sənədində göstərilmiş 13.76 ha torpaq sahəsinin 0.80 ha hissəsinə dair «xxxx» MMC-nin adına DƏDRX-də qeydiyyata alınması barədə mövcud sənədlərin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

4. Şəki Rayon Məhkəməsinin (hakim P.Hacıyev) xx xxxxxx 2020-ci il tarixli, x nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.

5. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, mübahisə tərəfinin iddia müddətinin keçməsinin tətbiq edilməsi barədə verdiyi ərizə məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddia hüququnun yaranması üçün subyektiv mülki hüququn pozulması faktı mövcud olmalıdır. Əgər iddiaçı öz hüququnun pozulmasını pozulm a anı yox, daha gec müddətdə bilmişdirsə, bunu sübut etməlidir. İddiaçılar cavabdeh tərəfindən torpağın satın aldığını, bunu öz izahatı ilə də təsdiq etmiş, hüquqlarının həyata keçirilməsinə əngəl kimi üzrlü səbəb göstərə bilməmiş, qanunla iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair heç bir sübut təqdim edə bilməmişlər. Bütün bunlara baxmayaraq iddia ərizəsi ilə bildiyi və bilməli olduğu son müddət kimi xx.xx.2006-cı il tarixədək deyil, xx.xx.2019-cu il tarixdə müraciət etmiş və bununla da iddia müddətini ötürmüşdür. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

6. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-A.Mahmudov (sədrlik edən və məruzəçi), Ə.Məcidov və M.Əsədli) xx xxx 2020-ci il tarixli, x nömrəli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, Şəki Ray on Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

7. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçı torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanmasından 14 il, digər müqaviləyə münasibətdə isə 11 il sonra, yetikinlik yaşılarına çatdıqdan təxminən 10-12 il sonra hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməklə, Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulan bir illik kəsici müddəti də ötürmüşdür. Halbuki, qeyd olunan maddənin mənasına görə, həmin Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

8. İddiaçı1 və İddiaçı2 kassasiya şikayəti verərək qətnamənin ləğv, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişlər.

9. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh8 cavabdeh Xyə xx xxxx 2005-ci ildə Şəki 2 saylı Notariat kontorunda alqı-satqı müqaviləsi rəsmiləşdirməklə 5 nəfərin, o cümlədən iddiaçıların, birgə paylı mülkiyyətlərində olan torpaq sahəsini satmışdır. O da məlum olmuşdur ki, bu qanunsuz alqı-satqı müqaviləsi X17 ilə bağlansa da, ilk gündən torpağın faktiki istifadəçisi və alıcısı, torpaq satılan zaman DTXK- n Şəki rayon Şöbəsinin müdiri işləyən (hazırkı cavabdeh) Cavabdeh2 olmuşdur. Cavabdeh8 torpağa görə pulu x deyil Cavabdeh2 vermişdir. Alqı-satqı müqaviləsindəki alıcı kimi adı yazılmış xın qarşısındakı imza onun həqiqi imzasından kəskin fərqlənir. Yaşarın sözlərinə görə o, xı tanımamış,torpaq sahəsini Cavabdeh2 adamları ilə razılığa gəlmişdir. Həmin vaxt işdə maraqlı olan və DTXK-n Şəki rayon Şöbəsinin müdiri işləyən Cavabdeh2, qanunsuz bağlanmış alqı-satqı müqaviləsinə əsaslanaraq həmin torpaq sahəsinə dair X12 adına JN-0459 nömrəli xx xxx 2006-cı il tarixli "Torpağa Mülkiyyət hüququna dair" Dövlət Aktı hazırlayıb özünün imzası ilə təsdiq etmişdir. Beləliklə, iddiaçıların adına olan torpaq sahəsi Şəki şəhər 2 nömrəli Notariat Kontorunun qanunsuz tərtib etdiyi alqı-satqı müqaviləsinə əsas lanaraq DTXK-n Şəki rayon Şöbəsinin müdiri Cavabdeh2 tərtib etdirib təsdiqlədiyi qanunsuz JN-0459 nömrəli Dövlət Aktı əsasında xın adına qanunsuz olaraq Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmışdır. Cavabdeh2 Dövlət Aktını tərtib edərkən həmin aktın əsasını təşkil edən alqı-satqı müqaviləsinin qanunsuz olduğunu açıq-aydın görmüş olsa da, bu Dövlət Aktını əmələ gəlməsini təşkil etmiş və təsdiqləmişdir. Beləliklə, mübahisə predmeti olan torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası pozulmuşdur. (MM maddə-140). Bu qeydin qanunsuz (qeyri-dəqiq) olduğunu həmin torpaq sahəsini sonda əldə etmiş Cavabdeh2 lap əvvəldən bilmiş və hətta bunu özü təşkil etmişdir. Ona görə də, bundan sonra mübahisəli torpaq barədə hansı əməliyyatların baş verməsindən asılı olmayaraq Cavabdeh2 həmin torpaq sahəsini sonradan əldə etmiş şəxs olaraq vicdanlı əldə edən kimi tanına bilməz. Daşınmaz Əmlaka vicdanlı sahiblik MM-n 140-cı maddəsi ilə həll edilir. Belə ki, qanunverici nəzərdə tutmuşdur ki, dövlət reyestrinin məzmununu təşkil edən ünsürlərdən hər hansı birinin qeyri-dəqiq, nöqsanlı olması reyestrin məzmununun həqiqiliyinin və tamamlılığının pozulması deməkdir. Əgər əldə edən əmlakı özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirsə və ya bilməli idisə, o, vicdanlı əldə edən sayıla bilməz. Əldə edən şəxsin vicdanlı sahib kimi tanınması üçün, o, sübut etməlidir ki, əmlakı özgəninkiləşdirənin buna səlahiyyəti olub-olmamasını müəyyən etmək üçün bütün ağlabatan tədbirləri görmüş (mülkiyyət hüququnun yaranması barədə sənədləri tələb edib nəzərdən keçirmiş, səlahiyyətli orqanlardan hüququn yaranması barədə arayışlar əldə etmiş), lakin bunlara baxmayaraq özgəninkiləşdirənin səlahiyyətsiz olduğunu müəyyən etməmişdir. Hazırkı işdə isə sonda əmlakı rəsmi əldə etmiş Cavabdeh2 əmlakın ilkin özgəninkiləşdirilməsi prosessində iştirak etmiş, prosesin təşkilatçısı özü olmuş, qeyri-dəqiq məlumatların dövlət reyestrində qeydə alınmasını özü təşkil etmiş, əvvəldən əmlakın istifadəçisi olmuşdur. X12 adına JN-0459 nömrəli Dövlət Aktı verildikdən iki il sonra, hələ də Cavabdeh2 DTXK-n Şəki rayon Şöbəsinin müdiri vəzifəsində işlədiyi vaxtda, yəni xx xxxxxx 2008-ci il tarixdə mübahisəli torpaq sahəsi Cavabdeh2 da olmaqla bir vahid müqavilə əsasında 3 nəfərə satılmışdır. Belə ki, işə əlavə olunan xx.xx.2008-ci il tarixli, Şəki rayon 2 saylı Notariat Kontorunda təsdiqlənmiş müqavilədən görünür ki, alıcılar Cavabdeh2,Cavabdeh3 və Cavabdeh4 satıcı X11 CN-0459 saylı Dövlət Aktında göstərilən torpaq sahələrini almışlar. Müqaviləyə diqqət yetirdikdə oradakı satıcı xın imzasının, X15 Yaşarla bağladığı müqavilədəki imza ilə kəskin fərqləndiyi açıq-aydın görünür. Baxmayaraq ki, hər iki müqavilə eyni notariusun iştirakı ilə bağlanmışdır. Bu o deməkdir ki, müqavilələrdən biri x tərəfindən bağlanmamışdır. Notarius bilərəkdən ciddi nöqsana yol vermiş, X iştirakı olmadan, onun əvəzinə müqaviləni başqa şəxs imza etmişdir. Bundan başqa, X19, xf və x arasındakı müqavilənin doğruluğu, bu müqavilənin reyestrə daxil edilməsi şübhə doğurur, bu müqavilənin sonradan bağlanması ehtimal olunur. Ona görə də həmin müqavilənin əsli X3 alınmalıdır. Be ləliklə, qeyd olunanlardan görünür ki, onların torpaq sahəsi barədə həm Cavabdeh8la x arasında bağlanmış müqavilə, həm X18, Xvə X arasında bağlanmış müqavilə, həm xın adına verilmiş JN:0459 nömrəli Dövlət Aktı, həm Cavabdeh2 adına verilmiş Çixarış, həm də Cavabdeh7-nin adına verilmiş qeydiyyat sənədləri qanunsuz və əsassızdır. Ona görə də, onların hər biri etibarsız hesab edilməlidir. İş materiallarının daxilində olan sənədlərdən də görünür ki, tərəfimizdən etibarsızlığı tələb edilən müqavilənin mövcudluğu barədə iddiaçılar ilk dəfə yalnız 2017-ci ildə, inzibati məhkəməyə dövlət aktının ləğv edilməsi barədə müraciət etdikdən sonra, məhkəmə qaydasında müvafiq sorğular verilərkən həmin müqavilə üzə çıxmış, daha sonra digər müqavilələr üzə çıxmış, bundan sonra iddiaçıların xəbəri olmuş və o nlar dərhal, vaxt itirmədən həmin sənədləri mübahisələndirmişlər. Hazırkı iş üzrə iddiaçılar qeyd edirlər ki, Cavabdeh2 lap əvvəldən bu qanunsuz sənədləşmələrin təşəbbüskarı olmaqla, qanunsuz səndləşməni özü aparmış, torpaq sahəsi lap əvvəldən onun istifadəsində olmuş, Cavabdeh8 həmin torpaq sahəsində cəmi bir payı olduğunu, qalan payların mülkiyyətçisi olmadığını bilmişdir. Ona görə də Cavabdeh2 vicdanlı alıcı sayıla bilməz. Qeyd olunanlardan görünür ki, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hazırkı iş üzrə maddi hüquq normalarını düzgün tətbiq etməmişdir Ona görə də qəbul etdiyi qətnamə qanunsuzdur və ləğv edilməlidir, iş materialları yenidən apelyasiya qaydasına araşdırılması üçün qeri qaytarılmalıdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Kassasiya şikayətin ə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə iclasında iştirak edən İddiaçı1 vəkili xxx ər oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi.

12. İddiaçı2 məhkəmə iclasında vəkil ilə birlikdə iştirak etmədiyi üçün Mülki Prosessual Məcəllənin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi.

13. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iş üzrə digər şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

14. Maddə 36.2. Qəyyumluq və himay əçilik orqanının qabaqcadan icazəsini almadan qəyyum qəyyumluqda və ya himayədə olanın əmlakının özgəninkiləşdirilməsinə, o cümlədən dəyişdirilməsinə və ya bağışlanmasına, bu əmlakın icarəyə, əvəzsiz istifadəyə verilməsinə və ya girov qoyulmasına dair əqdləri, qəyyumluqda və ya himayədə olana mənsub hüquqlardan imtinaya, onun əmlakının bölüşdürülməsinə və ya bu əmlakdan payların ayrılmasına səbəb olan əqdləri, habelə qəyyumluqda və ya himayədə olanın əmlakının azalmasına səbəb olan hər hansı digər əqdləri bağlaya bilməz, himayəçi isə onların bağlanmasına razılıq verə bilməz. Qəyyumluqda olanın əmlakının idarə edilməsi qaydası qanunvericiliklə müəyyənləşdirilir.

15. Maddə

140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qü vvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

16. Maddə

141. Əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Bu Məcəllənin 141.1-ci maddəsində nəzə rdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. Daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir.

17. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

18. Maddə 222.2. Birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir.

19. Maddə 222.3. Birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi h aqqında əqdlər bağlaya bilər. Birgə mülkiyyətin mülkiyyətçilərindən birinin ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqd həmin mülkiyyətçinin lazımi səlahiyyətlərinin olmaması mülahizələrinə əsasən qalan iştirakçıların tələbi ilə yalnız o halda etibarsız sayıla bilər ki, əqdin başqa tərəfinin bunu bildiyi və ya bilməli olduğu sübuta yetirilsin.

20. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

21. Maddə 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

22. Maddə

358. Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsi n icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

23. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

26. Maddə 217.3. Qətnamə i ş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

27. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

28. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apelyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

29. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə o lunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

30. Apelyasiya instansiyası məhkəməsi iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişdir.

31. İddiaçı1 ilə Cavabdeh8 Mövlənverdi oğlu nikahda olmuşlar, bu nikahdan xx.xx.1991-ci ildə İddiaçı4, xx.xx.1992-ci ildə X8 və xx.xx.1994-cü ildə İddiaçı2 doğulmuşdur.

32. Şəki rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxxx 1998-ci il tarixli, 12 nömrəli boşanma akt qeydindən görünür ki, Cavabdeh8 və İddiaçı1 arasında bağlanmış nikah xx xxxxxx 1997-ci il tarixdə məhkəmə qərarı ilə pozulmuşdur.

33. JN-333 nömrəli (kod ********) «Torpağa mülkiyyət hüququna da ir» Dövlət Aktının təsdiq edilmiş surətindən görünür ki, Şəki rayonu Aqrar İslahat Komissiyasının xx xxxxxx 1998-ci il tarixli, 59 nömrəli qərarına əsasən, xxx sakinləri Cavabdeh8 Mövlənverdi oğlu, İddiaçı1, X2, X7 və İddiaçı2 kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə 13.76 hektar torpaq sahəsi verilmişdir. 34. xx xxxx 2005-ci il tarixli, 4Ə-248 reyestr nömrəli müqavilənin təsdiq edilmiş surətindən görünür ki, Hüseynov X5 rayonu M.Əsədov qəsəbəsində yerləşən 13.76 ha torpaq sahəsini öz adından, habelə iddiaçıların adından X13 14.000.000 manata satmışdır. Müqaviləni satıcılar adından Cavabdeh8 imzalamışdır. 35. xx xxx 2006-cı il tarixli, JN-459 nömrəli (kod ********) “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının təsdiq edilmiş surətindən görünür ki, Şəki rayon Notariat Kontorunun....4Ə-248..... saylı qərarları ilə verilmiş cizgidə göstərilən sərhəd daxilində ünvan 1 ünvanında yaşayan X4 təsərrüfatı məhsullarının istehsalı məqsədilə 354.58 ha torpaq sahəsi verilmişdir. 36. 2x xxxxxx 2008-ci il tarixli, 4Ə-372 reyestr nömrəli müqavilənin təsdiq edilmiş surətindən görünür ki, «satıcı» X17 ona məxsus 354.58 ha torpaq sahəsindən 78 hektarını «alıcı» Cavabdeh2 31200 manata, 190.58 hektarını «alıcı» Cavabdeh4 76800 manata və 86 hektarını «alıcı» Cavabdeh3 33832 manata satmışdır.

37. Şəki şəhər İHB-nin Turan qəsəbə İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, 52 nömrəli arayışdan görünür ki, həqiqətən X sakini Cavabdeh8 özünə və ailəsinə məxsus pay torpaq sahələrini 2006-cı il tarixdə xda olan X1. 2006-cı ildən xx xxxxxx 2020-ci il tarixə qə dər Cavabdeh8 özü və ya ailəsi tərəfindən əkilmiş torpağa görə subsidiyanın alınması üçün heç bir müraciətləri olmamışdır. xx xxxxxx 2008-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri 28 May küçəsi, bina 11, mənzil 17də qeydiyyatda olan X17 özünə məxsus (Torpağa Mülkiyyət Hüququna X21 JN:0459, kod 40401027, xx xxx 2006-cı il) 354.58 ha torpaq sahəsindən 78 ha hissəsini Şəki rayonu Qaratorpaq kəndində qeydiyyatda olan Cavabdeh2 satmışdır. 2008-ci il tarixdən 2019-cu il tarixə qədər həmin sözügedən torpaq sahəsi (Cavabdeh8 özü və ya ailəsinə məxsus torpaq sahəsi) Cavabdeh2 istifadəsində olmuş, dövlət tərəfindən verilən torpağa görə subsidiya torpağı əkib becərmiş Cavabdeh2 ödənilmişdir.

38. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfi ndən xx xxxxxx 2018-ci il tarixdə verilmiş **********31 reyestr, ********** qeydiyyat, RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Xən 12.96 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 156 nömrəli reyestr kitabının 79 nömrəli vərəqində qeydiyyata alınmışdır.

39. ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin xx xxx 2019-cu il tarixli məktubundan görünür ki, Şəki 2 saylı DNK-nın xx.xx.2008-ci il tarixli, 4Ə-372 saylı müqaviləsinə əsasən kod 40401027 JN-459 saylı dövlət aktının tərkibində olan 12,96 ha torpaq sahəsi Cavabdeh2 adına Xidmətin 12 saylı Ərazi idarəsində qeydiyyata alınmışdır. Həmin dövlət aktının tərkibində olan Şək i 2 saylı DNK-nın xx.xx.2008-ci il tarixli, 4Ə-372 saylı müqaviləsinə əsasən satılmış 0.7971 ha torpaq sahəsinin qeydiyyatı barədə Xidmətin 12 saylı Ərazi idarəsinə müraciət olunmamışdır.

40. Kollegiya bildirir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

41. İşin yuxarıda qeyd edilən faktiki hallarından görünür ki, mübahisə predmeti olan - Şəki rayonu Aqrar İslahat Komissiyasının xx xxxxxx 1998-ci il tarixli, 59 nömrəli qərarı ilə iddiaçılara və Cavabdeh8 ayrılmış 13.76 hektar torpaq sahəsi onların ümumi birgə mülkiyyətinə verilmişdir. Cavabdeh8, həmin torpaq sahəsinə həm öz, həm də iddiaçılar adından sərəncam verərək, xx xxxx 2005-ci il tarixdə sahənin satılmasına dair müqavilə rəsmiləşdirmişdir. Hazırda iddiaçılar müqavilənin bağlanmasına razılıqlarının alınmamasını bildirərək həmin əqdin və onun sonrakı nəticələrinin etibarsız sayılmasını tələb edirlər.

42. İddia tələbinin hüquqi əsası kimi nəzərdən keçirilən 222.2-ci maddəsinə görə, birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir (§18).

43. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, ümumi mülkiyyətçi İddiaçı1 torpaq sahəsinin satılmasına dair razılığı olmamışdır. Eyni zamanda satış anında yetkinlik yaşına çatmamış digər ümumi mülkiyyətçilər - X2, X7 və İddiaçı2 (Cavabdeh8 və İddiaçı1 övladları) əmlakına sərəncam verilməsi üçün uşaqların yanında saxlanıldıqları valideyninin, habelə Qəyyumluq və himayəçilik orqanının razılığı alınmamışdır (§14).

44. Bu hallar ümumi birgə mülkiyyətə sərəncam verilməsi ilə bağlı Mülki Məcəllənin 222.2-ci maddəsinin birinci cümləsinin, habelə 36.2-ci maddəsinin tələblərinin pozulmasına dəlalət edir.

45. Kollegiya onu da nəzərə alır ki, birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər. Belə ki, birgə mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq digər mülkiyyətçilərin də razılığının ehtimal edilməsinə dair qayda mövcuddur (§18-19). Bu qayda əşyanı vicdanlı əldə edən üçüncü şəxslərin hüquqlarının qorunmasına yönəlmişdir. Bununla belə, əşyanı əldə edən üçüncü şəxsin əşyaya sərəncam verənin lazımi səlahiyyətə malik olmamasını bildiyi və ya bilməli olduğu hallarda əldə edənin vicdanlılığı qorunmur. Belə vəziyyətdə əşyaya sərəncam verilməsinə dair bağlanmış əqdin hüququ pozulan ümumi mülkiyyətçilərin tələbi ilə etibarsız sayılması imkanı qanunda açıqca göstərilmişdir (§19).

46. Bu məsələ ilə bağlı nəzərə alınmalıdır ki, əşyanı əldə edən üçüncü şəxsin vicdanlı olmamasını sübuta yetirmək vəzifəsi onu iddia edənin üzərinə düşür. Çünki, hər bir tərəf öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etməlidir (§24).

47. Hazırkı işdə mübahisəli torpaq sahəsinin razılıqları olmadan satılmasını iddiaçılar bildirdikləri üçün alqı-satqı müqavilələri üzrə əşyanı əldə edən şəxslərin vicdanlı olmadıqlarını sübut etmək yükü iddiaçılara aiddir.

48. İddiaçılar həmin xüsusatlarla bağlı bildirmişlər ki, sözügedən sahənin ilk qanunsuz alqı-satqı müqaviləsi X17 ilə bağlansa da, ilk gündən torpağın faktiki istifadəçisi və alıcısı, sahə satılan zaman X10 Komitəsinin Şəki rayon şöbəsinin müdiri işləyən və hazırkı iş üzrə Cavabdeh2 olmuş, Cavabdeh8 torpağa görə pulu x deyil, Cavabdeh2 vermişdir. Alqı-satqı müqaviləsindəki alıcı kimi adı yazılmış xın qarşısındakı imza onun həqiqi imzasından kəskin fərqlənir. Cavabdeh8, xı tanımamış, torpaq sahəsinə dair Cavabdeh2 adamları ilə razılığa gəlmişdir. Bu işdə maraqlı olan Cavabdeh2, qanunsuz bağlanmış alqı-satqı müqaviləsinə əsaslanaraq həmin torpaq sahəsinə dair X12 adına mülkiyyətə X21 hazırlayıb özünün imzası ilə təsdiq etmişdir... Cavabdeh2 aktı tərtib edərkən onun əsasını təşkil edən alqı-satqı müqaviləsinin qanunsuz olduğunu açıq-aydın görmüş olsa da, bu işi təşkil etmiş və təsdiqləmişdir. Mübahisəli sahəyə dair daşınmaz əmlakın dövlət reyestrində xın adına aparılmış qeydin qanunsuz (qeyri-dəqiq) olduğunu həmin torpaq sahəsini sonda əldə etmiş Cavabdeh2 lap əvvəldən bilmiş və hətta bunu özü təşkil etmişdir. Ona görə də, bundan sonra mübahisəli torpaq barədə hansı əməliyyatların baş verməsindən asılı olmayaraq Cavabdeh2 həmin torpaq sahəsini sonradan əldə etmiş şəxs olaraq vicdanlı əldə edən kimi tanına bilməz....Cavabdeh2 əmlakın ilkin özgəninkiləşdirilməsi prosessində iştirak etmiş, prosesin təşkilatçısı özü olmuş, qeyri-dəqiq məlumatların dövlət reyestrində qeydə alınmasını özü təşkil etmiş, əvvəldən əmlakın istifadəçisi olmuşdur....Cavabdeh2 DTXK-nin Şəki rayon şöbəsinin müdiri vəzifəsində işlədiyi vaxtda, yəni xx xxxxxx 2008-ci il tarixdə mübahisəli torpaq sahəsi Cavabdeh2 daxil olmaqla, bir vahid müqavilə əsasında 3 nəfərə satılmışdır....Müqaviləyə diqqət yetirdikdə oradakı satıcı xın imzasının, X15 Yaşarla bağladığı müqavilədəki imza ilə kəskin fərqləndiyi açıq-aydın görünür. Baxmayaraq ki, hər iki müqavilə eyni notariusun iştirakı ilə bağlanmışdır. Bu o deməkdir ki, müqavilələrdən biri x tərəfindən bağlanmamışdır. Notarius bilərəkdən ciddi nöqsana yol vermiş, Qafarın iştirakı olmadan, onun əvəzinə müqaviləni başqa şəxs imza etmişdir.

49. Göründüyü kimi, işin müəyyən edilmiş faktiki halları (mübahisəli torpaq sahəsini əldə edən cavabdehlərdən birinin bu sahəyə aid dövlət orqanının vəzifəli şəxsi olması da) nəzərə alındıqda, iddiaçının istinad etdiyi dəlillər və onların lazımi qaydada araşdırılması mübahisənin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir.

50. Buna baxmayaraq apelyasiya inst ansiyası məhkəməsi həmin xüsusatların ətraflı araşdırılmasına, zəruri olduqda həqiqiliyi mübahisələndirilən imzaların ekspertiza yolu ilə yoxlanılmasına, ümumilikdə işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmasına, qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmasına dair prosessual hüquq normalarına əməl etməmişdir (§ 23, 25-26). Bununla da iş üzrə düzgün olmayan qətnamə çıxarılmışdır.

51. Odur ki, həmin xüsusatlar mümkün sübutetmə vasitələri ilə ətraflı araşdırımalı və bu araşdırmanın nəticəsindən asılı olaraq mübahisəli sahəni əldə edən cavabdeh(lər)in vicdanlı, mübahisələndirilən əqdlərin isə etibarlı olub-olmamsına hüquqi qiymət verilməlidir. Əqdlər etibarsız olduqda bu faktın hüquqi nəticəsinə görə tələ blər həll edilməli (§ 15-16, 17, 20-22), əks təqdirdə isə mülkiyyət hüquqlarının pozulması nəticəsində düşdükləri zərərin əvəzinin ödənilməsini aidiyyəti şəxsdən tələb etmək hüquqları iddiaçılara izah olunmalıdır.

52. Kollegiya, apelyasiya instansiyası məhkəməsinin iddiaya Mülki Məcəllənin 354.2-ci maddəsindəki bir illik müddətin tətbiq etməsi ilə bağlı qeyd edir ki, həmin müddət iradənin zədələnməsi (zorakılıq, hədə və s.) nəticəsində bağlanmış və mübahisələndirilən bilən əqdlərə aiddir. Hazırkı iş üzrə iddia isə ümumi birgə mülkiyyətə sərəncam verənin buna səlahiyyətinin olmamasına görə bağlanmış əqdin etibarsız sayılması ilə bağlıdır (§ 19, 22).

53. Belə olan halda, MM-in 354-cü maddəsinin tətbiqinin şərtləri (əqdin etibarsızlığının istinad olunan şərti, etibarsızlığın növü və bu növün yaratdığı hüquqi rejimə görə normanın tətbiqinin mümkünlüyü, əgər mümkündürsə məhz hansı müddətin tətbiq edilməli olduğu) əsaslandırılmamışdır.

54. Bundan əlavə, iddianın rədd edilməsinə səbəb olan, qanunla müəyyən edilmiş hansısa müddət tətbiq edilərkən nəzərə alınmalıdır ki, həmin müddətin axımı etibarsızlığı irəli sürülən əqdin tarixindən deyil, əqdi mübahisələndirilən şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu andan etibarən hesablanır.

55. Hazırkı işdə iddiaçılar bildirirlər ki, etibarsızlığı tələb edilən müqavilənin mövcudluğu ilk dəfə 2017-ci ildə, inzibati məhkəməyə dövlət aktının ləğv edilməsi barədə müraciət etdikdən sonra, məhkəmə qaydasında müvafiq sorğular verilərkən üzə çıxmış, daha sonra digər müqavilələri aşkar etmiş və onlar dərhal (vaxt itirmədən) h əmin sənədləri mübahisələndirmişlər.

56. Beləliklə, iş üzrə mübahisənin düzgün həlli üçün iddianın əsasında duran və yoxlanılması yuxarıda zəruri sayılan hallar araşdırılmalı, Mülki Məcəllənin 354-cü maddəsindəki müddətlərin tətbqinin mümkünlüyünə (o cümlədən müddətin başlandığı məqama) bu araşdırmanın nəticəsindən asılı olaraq qanunvericliyə uyğun qaydada qiymət verilməlidir.

57. Qeyd edilənləri nəzərə alaraq Kollegiya hesab edir ki, apelyasiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yuxarıda göstərilənlər nəzərə alınmaqla mübahisənin yenidən araşdırılması və nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsi üçün iş apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

58. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: K assasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx nömrəli iş üzrə xx xxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apelyasiya baxışına göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar