Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4870/2021 28.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh4, Bakı şəhəri 41 saylı Notariat Kontoru və DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: bağ sahəsinin istifadəyə verilməsi barədə orderin, bağ sahəsi üzərində mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində aparılımış qeydiyyatın və reyestrdən çıxarışın etibarsız sayılması, məhkəmə aidiyyəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərk ibdə, Şahverdiyev Ümüd Nadir oğlunun katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2, onların vəkili Vəkil2, Cavabdeh1, Cavabdeh3 vəkili Vəkil3 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-361/2020 saylı, 04 noyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri İcraiyyə Komitəsi Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi tərəfindən, Cavabdeh3 Bakı şəhəri İcraiyyə Komitəsinin 1994-cü il tarixli, 663 nömrəli qərarına əsasən Buzovna bağlar sahəsində 37 saylı BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 36 D nömrəli bağın ayrılması barədə B/C nömrəli order və Cavabdeh4 37 saylı BTK nəzdində 0.12 ha torpaq sahəsi ol an 36 ç nömrəli bağın ayrılması barədə B/C nömrəli order verilmişdir. 2.Həmin orderlərin əsasında sözügedən torpaq sahələrinin üzərində mülkiyyət hüquqları tanınmış, Buzovna qəsəbəsi, 36 D saylı bağ sahəsi üzərində Cavabdeh3 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrindən 28.12.2017-ci il tarixli RX seriyalı ******* saylı çıxarışla, 36 G saylı bağ sahəsi üzərində Cavabdeh4 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrindən 08.11.2017-ci il tarixli RX seriyalı ******* saylı çıxarışla rəsmiləşdirilmişdir. 3.Cavabdeh3 mülkiyyətində olan 36 D saylı bağ sahəsini AN-İ ******* saylı, 29.01.2018-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən, Cavabdeh4 mülkiyyətində olan 36 G saylı bağ sahəsini AN-İ ******* saylı, 29.01.2018-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən Cavabdeh1 satmışlar və həmin torpaq sahələri üzərində alıcının mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq, 05.02.2018-ci il tarixli RX seriyalı ******* saylı və 05.02.2018-ci il tarixli RX seriyalı ******* saylı çıxarışlarla rəsmiləşdirilmişdir. 4.Vətəndaşların qanuni istifadələrindəki bağ sahələrinin digər vətəndaşların adlarına keçirilməsi, vətəndaşlara bağ sahələrinin ayrılması barədə Bakı Şəhər İcra Hakimiyyətinin 06.10.2005-ci il tarixli, 104 saylı sərəncamı ilə, Buzovna qəsəbəsində yerləşən 36 saylı bağ sahəsinin İddiaçı1 adına, 36 saylı bağ sahəsinin İddiaçı2 adına rəsmiləşdirilməsi qərara alınmış, Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və Park-Bağ Təsərrüfatının inkişafı Departamenti Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyi ilə İddiaçı2 aras ında Buzovna ərazisindəki 36 saylı bağın istifadəyə verilməsi haqqında 12662 saylı 25 oktyabr 2005-ci il tarixli müqavilə, İddiaçı1 ilə Buzovna ərazisindəki 36 A saylı bağın istifadəyə verilməsi haqqında 32353 saylı 19 fevral 2004-cü il tarixli müqavilə bağlanmışdır. 5.İddiaçı2 onun və anası İddiaçı1 istifadəsində olan torpaq sahələrinin üzərində hüquqlarının qeydiyyata alınması üçün müraciət etmiş, DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi qeydiyyat aparmaqdan imtina edərək bildirmişdir ki, onun göstərdiyi bağ sahələri 36Ç və 36D saylı bağ sahələri kimi başqa şəxsin adına qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 6.Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin icraatında olmuş 2(003)-147/2019 saylı iş üzrə (İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh lər Cavabdeh1, DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə, Bakı şəhəri 41 saylı Notariat Kontoruna, Cavabdeh3, Cavabdeh4 qarşı alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, müqavilələr əsasında alıcının adına daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışların etibarsız sayılması tələbinə dair iş)
7. İddiaçılar İddiaçı1 və İddiaçı2 15.08.2018-ci il tarixdə cavabdehlər Cavabdeh1, DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə, Bakı şəhəri 41 saylı Notariat Kontoruna, Cavabdeh3, Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 41 saylı Notariat Kontorunun 4Ə-19 nömrəli 29 yanvar 2018-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsi və 4Ə-20 nömrəli 29 yanvar 2018-ci il tarixli daşınmaz əmlakın alğısatqı müqaviləsinin etibarsız hesab edilməsi, müqavilələr əsasınd a Cavabdeh1 adına verilmiş RX seriyalı ******* nömrəli, 05.02.2018-ci il tarixli ********** qeydiyyat nömrəli və RX seriyalı ******* nömrəli, 05.02.2018-ci il tarixli ********** qeydiyyat nömrəli, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışların etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, Buzovna qəsəbəsində yerləşən 36 saylı və 36A saylı bağ sahələri Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və Park-Bağ Təsərrüfatının inkişafı Departamenti Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyi ilə bağlanmış müqavilələr əsasında onların istifadəsindədir. Həmin bağ sahələrindən 2018-ci ilə kimi istifadə etmiş, lakin 04.01.2018-ci il tarixdə tanımad ıqları şəxslər onların bağ sahələrini zəbt etməyə çalışmışdır. Məlum olmuşdur ki, onların istifadəsində olan bağ sahələri, 36G və 36D saylı bağ kimi Cavabdeh3 və Cavabdeh4 adına dövlət reyestrində qeydə alınmış və sonradan Cavabdeh1 satılmışdır.
9. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-147/2019 saylı 03 may 2019-ci il tarixli qətnaməsi ilə (hakim Ə.Qəhrəmanov ) iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbləri təmin edilməmiş, iş üzrə 50 manat ekspertiza xərci iddiaçılara aid edilmişdir. 10.Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27.03.2019-cu il tarixli, 1880 saylı rəyindən görünür ki, mübahisələndirilən torpaq sahəsi naturada 1113 kv.metr təşkil etdiyi və hüquqların dövlət qeydiyyatı haqqında daş ınmaz əmlakın dövlət reyestrindən çıxarışla sahəsi 0,1134 ha olan 36 G nömrəli bağ sahəsi kimi Cavabdeh1 xüsusi mülkiyyətinə rəsmiləşdirildiyi müəyyən edilmişdir. Mübahisələndirilən torpaq sahəsi naturada 1017 kv.metr təşkil edir və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla sahəsi 0,103 ha olan 36 D nömrəli bağ sahəsi kimi Cavabdeh1 xüsusi mülkiyyətinə rəsmiləşdirildiyi müəyyən edilmişdir. İddiaçı1 məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 36 A saylı bağ sahəsinin və İddiaçı2 Rza oğluna məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 36 saylı bağ sahəsinin koordinatları, miqyası və yaxud hər hansı istinad nöqtəsindən məsafə və ölçüləri göstərilməklə ilkin torpaq ayırma sxemi məhkəmənin müraciətinə əlavə edilməmə si səbəbindən sözügedən bağ sahələrinin dəqiq olaraq sərhədlərini müəyyən etmək və sualı cavablandırmaq mümkün olmamışdır.... Koordinatları, miqyası və yaxud hər hansı istinad nöqtəsindən məsafə və ölçüləri dəqiq müəyyən olunmayan 36 və 36 A saylı bağ sahələri iddiaçılara müqavilə əsasında 10 il müddətinə istifadəyə verilmiş və hər iki iddiaçı ilə Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının keçmiş Abadlaşdırma və Park-Bağ təsərüffatının İnkişafı Departamentinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi arasında bağlanmış müqavilənin müddəti bitmişdir. İddiaçıların həmin torpaq sahələrinə dair hüquqları dövlət qeydiyyatından keçməmiş, çıxarışla rəsmiləşdirilməmişdir. 11.Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 03 may 2019-cu il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasın xahiş etmişdir. 12.Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin icraatında olmuş 2(003)-2738/2019 saylı iş üzrə (iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh3, Cavabdeh4 və DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı bağ sahəsinin istifadəyə verilməsi barədə orderlərin, bağ sahəsi üzərində mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatların və reyestrdən çıxarışların etibarsız sayılması tələbinə dair iş). 13.İddiaçılar İddiaçı2 və İddiaçı1 01.08.2019-cu ildə cavabdehlər Cavabdeh3, Cavabdeh4 və DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh4 adına Bakı şəhəri, Xəzər rayonu, Buzovna q əsəbəsi, 37 BTK 36G saylı bağ sahəsi ilə bağlı verilmiş B/S nömrəli orderin, bağ sahəsi ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın, RX seriyalı, ******* nömrəli, 08.11.2017ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın, Cavabdeh3 adına Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 36 D saylı bağ sahəsi ilə bağlı verilmiş B/S nömrəli orderin, bağ sahəsi ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və RX seriyalı, ******* nömrəli, 28.12.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 14.İddia tələbi onunla əsaslandırılmışdır ki, torpaq sahəsi ilə əlaqədar məhkəmə mübahisələri zamanı müəyyən olunmuşdur ki, Cavabdeh4 Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 37 BTK 36G saylı bağ sahəsinə dair RX seriyalı, ******* nömrəli, 08.11.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış, Cavabdeh3 Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 36 D saylı bağ sahəsi ilə bağlı, RX seriyalı, ******* nömrəli, 28.12.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Həmin çıxarışlara əsas olmuş sənədlərlə tanış olarkən məlum olmuşdur ki yuxarıda qeyd edilən şəxslərə Bakı Şəhər İcraiyyə Komitəsinin 04 may 1994-cü il tarixli, 663 nömrəli qərarı ilə bağ sahələrinin ayrıldığı qeyd olunur. Lakin həmin qərar sənədlərin arasında mövcud deyil. Onların sorğusuna Bakı şəhəri İcra Hakimiyyətinin 10 iyul 2019-cu il tarixli cavab məktubu ilə məlum olmuşdur ki, 04 may 1994-cü il tarixli, 663 nömrəli qərarla Cavabdeh4 və Cavabdeh3 torpaq sahələri ayrılmamışdır. Reyestrdən çıxarış daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın əsasında verilir. Cavabdeh4 və Cavabdeh3 bağ sahələrinə mülkiyyət hüquqları qanunsuz əmələ gəldiyi üçün etibarsız hesab olunmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinin mənasına görə dövlət qeydiyyatının hüquqi əhəmiyyəti yalnız dövlət tərəfindən tanınma və təsdiq etmədən ibarətdir, yəni hüququn əmələ gəlməsi, məhdudlaşdırılması, başqasına keçməsi və hüquqa xitam verilməsi dövlət tərəfindən tanınır və təsdiq edilir. Torpaq Məcəlləsinin 55-ci maddəsində torpaq sahəsi üzərində hüquqi və fiziki şəxslərin hüquqlarının yaranma əsasları müəyyən edilmişdir. 15.Həmin iş üzrə Cavabdeh1 İddiaçı1, İddiaçı2 və Bakı şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə mür aciət edərək, Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və Park-Bağ təsərrüfatının İnkişafı Departamenti Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi ilə İddiaçı1 arasında Bakı şəhəri, Buzovna qəsəbəsi, 0.12 ha torpaq sahəsi 36A nömrəli bağ sahəsinə dair imzalanmış 19.02.2004-cü il tarixli müqavilənin və Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və Park-Bağ təsərrüfatının İnkişafı Departamenti Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi ilə İddiaçı2 Məmməd oğlu ilə arasında Bakı şəhəri, Buzovna qəsəbəsi, 0.12 ha torpaq sahəsi 36 nömrəli bağ sahəsinə dair imzalanmış 25.10.2005-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. 16.İddia tələbi onunla əsaslandırılmışdlır ki, hal-hazırda onun qanuni sahibliyində, istifadəsində və mülkiyyətində olan Bakı şəhəri, Buzovna qəsəbəsi ünvanında 0.12 ha torpaq sahəsində yerləşən 36D nömrəli bağ sahəsi Bakı şəhər İcraiyyə Komitəsinin orderi əsasında Cavabdeh3 istifadəsinə verilmişdir. Mülkiyyətində olan digər bağ sahəsi, yəni Bakı şəhəri, Buzovna qəsəbəsi ünvanında 0.12 ha torpaq sahəsində yerləşən 36 g nömrəli bağ sahəsi Bakı şəhər İcraiyyə Komitəsinin orderi əsasında Cavabdeh4 istifadəsinə verilmişdir. Həmin orderlərin əsasında həm Cavabdeh4, həm də Cavabdeh3 dövlət reyestrindən mülkiyyət hüququ haqqında çıxarışlar verilmişdir. Daha sonra həmin bağ sahələri qanuni əsaslarla – alğı-satqı müqavilələri ilə onun mülkiyyətinə keçmiş, torpaq sahələri üzərində mülkiyyət hüququ qeydiyyata alınmışdır. Bağ sahələrinə dair ilkin iddia üzrə iddiaçılarla müqavilə bağlanması qanunvericiliyin tələblərinə zidd olmuşdur. Çünki sözügedən bağ sahələrinə dair iddiaçılarla 2004-cü ildə müqavilə bağlanarkən bağ sahələri Cavabdeh3 və Cavabdeh4 order və müqavilə əsasında istifadəsində və sahibliyində olmuş, bağ sahələrinə dair səlahiyyətli şəxs, sərəncam hüququ olan şəxslər onlar olmuşlar. Belə olan halda bağ sahələrinə dair iddiaçılarla Bakı şəhər İcra Hakimiyyəti arasında müqavilə bağlana bilməzdi. 2004-cü ildə həmin bağ sahələrinə dair səlahiyyətli şəxslər Cavabdeh3 və Cavabdeh4 olmuşlar. 2017-ci ildə bağ sahələrinə dair mülkiyyət hüququ haqqında çıxarışlar almışlar. Bütün bu hadisələrdən iddiaçıların xəbərinin olmaması onlarla imzalanmış müqavilənin uydurma və əhəmiyyətsiz əqd olmasına əsas verir. Mübahisəli bağ sahələrinə dair ilkin iddia üzrə iddiaçılarla Bakı şəhər İcra Hakimiyyəti arasında imzalanmış müqavilələr qanunvericiliyin tələblərini pozmaqla, o cümlədən səlahiyyətli şəxslərin razılığı olmadan imzalandığı üçün etibarsız hesab edilməlidir. Bağ sahələri üzrə vicdanlı alıcıdır və bağ sahələrini alarkən mübahisə olduğunu bilməmişdir. 17.Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2738/2019 saylı, 01 noyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim X4) iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh3, Cavabdeh4, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı orderlərin, qeydiyyatların və çıxarışların etibarsız hesab olunmasına dair iddia tələbinin təmin edilərək, Cavabdeh4 adına Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 37 BTK 36G saylı bağ sahəsi ilə bağlı verilmiş B/S nömr əli order, Cavabdeh3 adına Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi,36 D saylı bağ sahəsi ilə bağlı verilmiş B/S nömrəli order, Cavabdeh4 adına Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 37 BTK 36G saylı bağ sahəsi ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat, Cavabdeh4 adına verilmiş RX seriyalı, ******* nömrəli, 08.11.2017-ci il tarixli, ********** nömrəli çıxarış, Cavabdeh3 adına Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 36 D saylı bağ sahəsi ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat, Cavabdeh3 adına verilmiş RX seriyalı, ******* nömrəli, 28.12.2017-ci il tarixli, ********** nömrəli çıxarış etibarsız hesab edilmiş, Cavabdeh1 İddiaçı1, İddiaçı2 və Bakı şəhər İcra Hakimiyyətinə qarşı müqavilələrin etibarsız hesab edilməsinə dair iddia tələbinin təmin edilməməməsi qət edilmişdir. 18.Həmin qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddiaçıların iddia ərizəsinin təmin olunmaması, onun iddia ərizəsinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. 19.Cavabdehlər Cavabdeh3 və DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi də ayrıayrılıqda apellyasiya şikayətləri verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin olunmamasını xahiş etmişlər. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat 20.Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6062/2020 saylı, 28 iyul 2020-ci il tarixli qərardadı ilə (hakimlər E.Mehdiyev (sədrlik edən və məruzəçi), Ş.Məmmədova və X.Sarıyev), Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-147/2019 saylı, 03 may 2019ci il tarixli qətnaməsindən verilmiş və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)2738/2019 saylı, 01 noyabr 2019-cu il tarixli qətnaməsindən verilmiş apelyasiya şikayətləri üzrə 2(103)-6062/2020 və 2(103)-361/2020 saylı işlər bir icraatda birləşdirilmişdir.
21. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-361/2020 saylı, 04 noyabr 2020-ci il tarixli qərardadı ilə (hakimlər E.Kazımov (sədrlik edən və məruzəçi), A.İskəndərov və İ.Kərimli) iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə, Bakı şəhəri 41 saylı Notariat Kontoruna, Cavabdeh3, Cavabdeh4 qarşı alqısatqı müqavilələrinin və çıxarışların etibarsız hesab edilməsinə dair olan iş üzrə iddiaçılar İddiaçı1, İddiaçı2 və Cavabdeh1 təqdim etdiyi barışıq sazişi təsdiq edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-147/2019 saylı 03 may 2019-c i il tarixli qətnaməsi ləğv edilməklə həmin iş üzrə icraata xitam verilmişdir. 22.Bakı Apellyasiya Məhkəməsinin 2(103)-361/2020 saylı, 04 noyabr 2020-ci il tarixli qərardadı ilə (E.Kazımov (sədrlik edən və məruzəçi), A.İskəndərov və İ.Kərimli) Cavabdeh1 Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2738/2019 saylı 01 noyabr 2019-cu il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinası qəbul edilmiş, müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh1 münasibətdə apellyasiya icraatına xitam verilmişdir. 23.Bakı Apellyasiya Məhkəməsinin 2(103)-361/2020 saylı, 04 noyabr 2020-ci il tarixli qətnaməsi ilə hakimlər (E.Kazımov (sədrlik edən və məruzəçi), A.İskəndərov və İ.Kərimli) cavabdehlər Cavabdeh3 və DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin ayrı-ayrılıqda verdikləri apellyasiya şikayət ləri təmin edilməmiş, hazırki iş üzrə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2738/2019 saylı 01 noyabr 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. 24.Məhkəmə qətnamədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıların iddia tələbinin faktiki əsası (faktiki hallar), tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri 25.Cavabdeh3 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin 2(103)-361/2020 saylı 04 noyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və işin yenidən bax ılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
26. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamışdır. Verdiyi apellyasiya şikayətində qeyd olunmuşdur ki, 36G, 36D, 36A və 36 saylı bağların koordinatları, həmin koordinatların üst-üstə düşməsi barədə iş materiallarında heç bir sübut mövcud deyildir. Belə olan halda iddiaçıların torpaq sahələrinin cavabdehlərin mülkiyyətində olmuş torpaq sahələri ilə üst-üstə düşməsi iddia ərizəsində əsaslandırılmamış və bu məsələ məhkəmə çəkişməsi zamanı müəyyən edilməmişdir. İddiaçıların cavabdehlərə qarşı hazırki mübahisəni qaldırmaq üçün subyektiv hüququ iş materialları ilə müəyyən edilmir. İddi açıların və cavabdehlərin bağ sahələrinin nömrələrinin fərqli olması da həmin bağ sahələrinin ayrı-ayrı bağ sahələri olmasını, bununla da iddiaçıların cavabdehlərə aid bağ sahələri ilə bağlı iddia qaldırmaq hüququnun olmamasını təsdiq edir. İddiaçılarla bağlanmış bağ sahələrinin cavabdehlərə məxsus olmuş bağ sahələri ilə eyni bağ sahələrinin olub-olmamasının müəyyən edilməsi üçün məhkəmə qarşısında məhkəmə ekspertizasının təyin edilməsi barədə vəsatət qaldırılsa da, məhkəmə heç bir əsas olmadan vəsatəti təmin etməmiş, bununla da işin bütün hallarının araşdırılmasından imtina etmiş, ədalətli məhkəmə çəkişməsini təmin etməmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 və DƏDRX-nə qarşı çıxarışın ləğv edilməsi tələbinə dair iddiasının rədd edilməsi barədə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 03.05.2019-cu il tarixli qətnaməsi ilə nəticələnmiş mülki işə baxılarkən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçıların iddia etdikləri bağ sahələri və 36 D saylı bağ sahələrinin iddiaçıların istifadəsinə verilmiş 36A və 36 sayı bağ sahələri ilə üst-üstə düşməsi, nəticədə iddiaçıların qanuni əsaslarla onların icarəsinə verilmiş bağ sahələrini qeydiyyata almaq imkanından məhrum olmaları barədə məhkəmənin gəldiyi bu nəticə işin faktiki hallarına uyğun deyildir və iş materiallarında olan sübutlarla təsdiqlənmir. Həmçinin mübahisələndirilən orderlərin verildiyi torpaq sahələrindən iddiaçıların uzun müddət istifadə etmələri barədə iddia ərizəsində göstərdikləri də işin faktiki hallarına uyğun deyildir. Həmin torpaq sahəsində heç bir tikili yoxdur, hə tta torpaq sahəsi hasara da alınmamışdır. Torpaq sahəsi həqiqətən də iddiaçıların istifadəsində olsa idi, onlar həmin torpaq sahəsində hər hansi bir iş görərdilər, torpaq sahəsi üzərində hüquqlar qeydiyyata alınan zaman DƏDRX əməkdaşları tərəfindən ölçmə işləri apararkən bununla bağlı məhkəməyə müraciət edərdilər və s. Məhkəmə apellyasiya şikayətinə formal əsaslarla cavab vermiş, şikayətin dəlillərini formal əsaslarla təmin etməmiş və Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz müddəasına istinad etmişdir. Faktiki olaraq şikayətin dəliləri araşdırılmamışdır. Məhkəmənin qərarı qətnamədən çox ittiham aktına oxşayı r. 27.Məhkəmə DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin 02 sentyabr 2019-cu il il tarixli mütəxəsis rəyini şübhəli rəy kimi qiymətləndirmiş, lakin məhkəmə ekspertiza rəyinin alınması üçün cəhd belə etməmişdir. Bu da məhkəmənin işin hallarının tam araşdırılmadığı qənaətinə gəlməyə əsas verir. 28.Bunlardan əlavə, iddiaçı tərəfin mövqeyinə görə ilkin qeydiyyat müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş order əsasında aparılmışdır. Eyni zamanda qanunsuz hərəkətə yol verərək bağ sahəsi üzərində hüququ olmayan şəxs barəsində ilkin qeydiyyat aparmışdır. Hazırkı iş üzrə mübahisə cavabdeh olaraq cəlb olunmuş hakimiyyət səlahiyyətlərinin subyekti kimi çıxış edən inzibati orqanın yalnız ona xas olan, həyata keçirdiyi fəaliyyəti və hərəkəti ilə bağlıdır. Bu halda aşkar olaraq müəyyən olunur ki, mübahisələndirilən hərəkət ictimai idarəetməyə aid olmaqla hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşaiyət olunur. İddianın əsasında hər hansı mülki hüquqi münasibət dayanmır, məhz inzibati orqanın hərəkəti mübahisələndirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 19 may 2014-cü il tarixli qərarında da göstərildiyi kimi daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. 29.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 mart 2013cü il tarixli qərarından görünür ki, mülki və iqtisadi mübahisələrə dair bir-biri ilə əlaqədar olan tələblərin aidiyyat məsələsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəs inə uyğun həll edilməli, iddia tələbi predmetinə, mahiyyətinə və subyektlərin tərkibinə görə inzibati xarakterli olduqda məhkəmə aidiyyəti Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə müvafiq olaraq müəyyən edilir və bu tələblə əlaqədar olan mülki və (və ya) kommersiya tələblərin bir icraatda birləşdirilməsi istisna olunur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
30. İddiaçılar İddiaçı1 və İddiaçı2 vəkili Vəkil2 kassasiya şikayətinə etiraz təqdim etmiş, etirazda işin faktik hallarını təkrar qeyd etməklə məhkəmənin gəldiyi nəticənin əsaslı və qanuni olduğunu bildirmiş, kassasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
31. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında Cavabdeh3 vəkili Vəkil3 kassasi ya şikayətinin dəlillərinə uyğun izahat verərək, kassasiya şikayətinin təmin olunmasını xahiş etdi. 32.İddiaçılar İddiaçı1, İddiaçı2 və onların vəkili Vəkil2 kassasiya şikayətinin təmin olunmamasnı xahiş etdilər. İddiaçı2 əlavə olataq bildirdi ki, Cavabdeh1lə bağladıqları 04.11.2020-ci il tarixli barışıq sazişinin 6-cı bəndində tərəflər onlara dəymiş maddi ziyanın ödənilməsi ilə bağlı üçüncü şəxslərə qarşı tələb hüquqlarını saxlamaq barədə razılığa gəlmişlər. 33.Cavabdeh1 məhkəmə iclasında vəkillə təmin olunmadığına görə onun izahatı dinlənilmədi.
34. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün məhkəmə kollegiyası MPM-in 415.3-c ü maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq
35. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə
19. Dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının aktının etibarsız sayılması Dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Maddə
139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servi tutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.2. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə
140. Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qe ydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə
146. Daşınmaz əmlaka hüququn əmələ gəlməsi 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Maddə
149. Daşınmaz əmlaka hüquqların əsassız qeydə alınması 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldır a bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Maddə 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ; 158.1.3. servitutlar. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.
36. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
80. Sübutların aid edilməsi Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə
81. Sübutların mümkünlüyü Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutla ra obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə
106. İşdə iştirak edən şəxslərin izahatları 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Kassasiya baxışının hədləri
37. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassas iya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).
38. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
39. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zə rurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
40. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsini cavabdehlərdən yalnız Cavabdeh3 mübahisələndirmişdir. Buna görə də apellyasiya instansiyası məhkəməsinin qətnaməsi, «Cavabdeh4 adına Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 37 BTK 36G saylı bağ sahəsi ilə bağlı verilmiş B/S nömrəli order, Cavabdeh3 adına Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 36 D saylı bağ sahəsi ilə bağlı verilmiş B/S nömrəli order, Cavabdeh4 adına Bakı şəhəri, Xəzər rayonu, Buz ovna qəsəbəsi, 37 BTK 36G saylı bağ sahəsi ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat, Cavabdeh4 adına verilmiş RX seriyalı, ******* nömrəli, 08.11.2017-ci il tarixli, ********** nömrəli çıxarış, Cavabdeh3 adına Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 36 D saylı bağ sahəsi ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat, Cavabdeh3 adına verilmiş RX seriyalı, ******* nömrəli, 28.12.2017-ci il tarixli, ********** nömrəli çıxarışın etibarsız hesab edilməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanması» hissəsində Cavabdeh3 münasibətdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərinə tam düzgün hüquqi qiymət verməmiş, gəldiyi nəticələr maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Buna görə də kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Cavabdeh3 aid hissədə ləğv edilərək, iş həmin hissədə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
42. Məhkəmə kollegiyası, bağ sahəsinin istifadəyə verilməsi barədə orderin, bağ sahəsi üzərində mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində aparılımış qeydiyyatın və reyestrdən çıxarışın etibarsız sayılması tələbinə dair iddianın inzibati xarakterli iddia olmaqla, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olması barədə kassatorun dəlilinə münasibətdə aşağıdakıları qeyd edir. 43.Bu iddianın inzibati məhkəmə icraatına aid olmasının müəyyən edilməsi üçün sözügedə n orderin məzmun baxımından inzibati akta bərabər tutulmasına qiymət verilməlidir. Bu baxımdan araşdırıldıqda görünür ki, həmin order, Bakı şəhəri İcraiyyə Komitəsinin 1994-cü il tarixli, 663 nömrəli qərarına əsasən Cavabdeh3 Buzovna bağlar sahəsində 37 saylı BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 36D nömrəli bağın ayrılması barədə qərarı əsasında verilmişdir. Həmin orderin əsasında sözügedən torpaq sahəsinin üzərində Cavabdeh3 mülkiyyət hüququ tanınmış, Buzovna qəsəbəsi, 36 D saylı bağ sahəsi üzərində Cavabdeh3 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrindən 28.12.2017-ci il tarixli RX seriyalı ******* saylı çıxarışla rəsmiləşdirilmişdir. 44.İnzibati hüquqi akt dedikdə, inzibati münasibətləri tənzimləyən və ya konkret inzibati məsələni (mübahisəni) həll edən, hüquq subyektlərinin y eni hüquqi statusunu müəyyənləşdirən, səlahiyyətli orqan və ya vəzifəli şəxslər tərəfindən inzibati qaydada qəbul edilən (idarəetmə prosesi çərçivələrində), idarəçilik funksiyalarının həyata keçirilməsi və onun məqsədlərinə nail olmaq üçün qəbul edilən akt başa düşülür. 45.İnzibati hüquqi akt bir tərəfdən qeyri-müəyyən hüquq münasibətlərini tənzimləyir, yəni fiziki və hüquqi şəxslərin qeyri-məhdud dairəsi üçün məcburi davranış qaydalarını müəyyən edir, digər tərəfdən isə fərdi hüquqi tənzimləməni həyata keçirir, yəni publik hüquq müstəvisində yaranan konkret məsələləri və mübahisələri həll edir. 46.İnzibati aktın yaratdığı idarəetmə hüquq münasibətlərinin tərkibi iki əsas elementdən ibarətdir. Hüquq münasibətinin subyekti kimi aktı qəbul edən orqan, obyekti kimi isə barəsində akt qəbul e dilən şəxs çıxış edir. Beləliklə, inzibati akt səlahiyyətli inzibati orqan tərəfindən birtərəfli qaydada qəbul edilən, ümumi (publik) hüquq sahəsində ictimai maraqlara xidmət edən və icrası vacib olan iradə ifadəsidir. 47.Mübahisənin hansı prosessual hüquq qaydalarına görə həll edilməsini müəyyən etmək üçün publik hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq olunması nəzərə alınmalıdır. Hakimiyyət səlahiyyətləri müvafiq inzibati orqan tərəfindən qanunvericiliklə müəyyən edilmiş qayda və prinsiplərə əsasən birtərəfli iradə formasında, digər tərəfin razılığı tələb olunmadan və onun barəsində müəyyən hüquqi nəticələrə səbəb olmaqla həyata keçirilir. 48.Publik hüquq münasibətlərini digər hüquq münasibətlərindən fərqləndirən xüsusiyyətlərdən biri həm in münasibətlərin hakimiyyət-tabeçilik prinsipi əsasında qurulmasıdır. 49.İnzibati akt üçün xarakterik olan əsas şəhətlərdən biri də onun hüquqi nəticəyə səbəb olmasıdır. Sözügedən order bağ sahəsinə hüququn yaranması üçün əsas olan hüquqi akt hesab edilir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun 8.0.7-ci maddəsində 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (y üklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 50.Torpaq sahəsinin istifadəyə verilməsi üzrə səlahiyyətlər inzibati orqanın publik səlahiyyətlərinə aiddir. 51.İşə baxmış məhkəmələr bu halları nəzərə almamış, orderin və onun əsasında aparılmış qeydiyyatın etibarsız sayılması barədə iddia üzrə məhkəmə aidiyyətini araşdırmamışdır. 52.Məhkəmənin verilmiş iddianı təmin edərkən əsaslandığı hallardan biri də ondan ibarətdir ki, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 04.05.1994-cü il tarixli, 663 saylı sərəncamı ilə vətəndaş Cavabdeh3 Buzovna qəsəbəsində bağ sahəsi ayrılmamışdır və bu fakt Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatının 10.07.2019-cu il tarixli, 7-2240/17 saylı məktubu ilə təsdiq olunur. 53.Nəzərə alınmalıdır ki, inzibati məhkəmə icraatında yalnız inzibati aktların ləğvinə dair iddialara deyil, həm də Azərbaycan Respublikası İPM-nin 2.2.5-ci maddəsinə əsasən inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və tanınma haqqında iddia) baxılır. 54.Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli torpaq sahələrinin üst-üstə düşüb-düşməməsinin, eyni torpaq sahələri olub-olmamasının müəyyən edilmədiyi qeyd olunur. Məhkəmə kollegiyası hesab edir ki, bu dəlil əsaslıdır.
55. Belə ki, iddiaçılar bağ sahələrinə dair cavabdehlərin adına verilmiş orderlərin və onların əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın etibarsızlığı barədə iddia tələbinin faktik əsasları kimi ona istinad etmişdir ki, cavabdehlərə v erilən torpaq sahəsi onlara Bakı Şəhər İcra Hakimiyyətinin 06.10.2005-ci il tarixli, 104 saylı sərəncamı ilə və icarə müqavilələri əsasında verilmiş torpaq sahələridir. Yəni iddiaçılar bu torpaq sahələrinin üst-üstə düşdüyünü iddia edirlər. 56.Bu halın müəyyən edilməsi yerquruluşu sahəsində xüsusi bilik tələb edir. MPM-nin 97.1-ci maddəsinə görə işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. 57.MPM-nin sübutların mümkünlüyündən bəhs edən 81-ci maddəsində göstərilmişdir ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 58.Birinci instansiya məhkəməsi bağ sahəsinin istifad əyə verilməsi barədə orderin, bağ sahəsi üzərində mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və reyestrdən çıxarışın etibarsız sayılması tələbinə dair 2(003)2738/2019 saylı mülki iş üzrə ekspert rəyi və ya mütəxəssis rəyi almamışdır. 59.Məhkəmə iddiaçıların onlara məxsus bağ sahələrinin qeydiyyata alınmasından imtina barədə DƏDRX-nin 16 aprel 2018-ci il tarixli, **********59 saylı cavab məktubuna əsasən hesab etmişdir ki, Cavabdeh1 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 36G və 36 D saylı bağ sahələri iddiaçıların istifadəsinə verilmiş 36A və 36 saylı bağ sahələri ilə üst-üstə düşür. 60.Lakin tərəflərin arasında olan alğı-satqı müqavilələrinin və çıxarışların etibarsız hesab edilməsinə dair iddia üzrə olan mül ki işdə Xəzər Rayon Məhkəməsinin 08.01.2019cu il tarixli qərardadı əsasında verilmiş ekspertizanın rəyində və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisi tərəfindən verilmiş rəydə göstərilmişdir ki, iddiaçılara məxsus 36A və 36 saylı bağ sahələrinin koordinatları, miqyası və yaxud hər hansı istinad nöqtəsindən məsafə və ölçüləri göstərilməklə ilkin torpaqayırma sxemi (cizgi planı) məhkəmənin müraciətinə əlavə olunmaması səbəbindən sözügedən bağ sahələrinin dəqiq olaraq sərhədlərini müəyyən etmək və mübahisəli torpaq sahələrinin üst-üstə düşməsini müəyyən etmək mümkün deyildir. 61.Apellyasiya məhkəməsi bu rəyi kifayət saymamış, iş üzrə düzgün nəticəyə gəlinməsi və həqiqətin müəyyən edilməsi məqsədi ilə DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsindən mübahisə predmeti olan ba ğ sahələrinə dair mütəxəssis rəyinin alınmasını zəruri hesab etmiş, 02.08.2019-cu il tarixdə bu barədə qərardad çıxarmışdır. 62.Həmin qərardad əsasında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tədqiqat aparmış və 02 sentyabr 2019-cu il il tarixli məktubunda bildirmişdir ki, keçmiş BTİ və İB tərəfindən vətəndaşlara torpaq sahəsi ayrılarkən koordinatlarla ayrılmadığından, həmçinin arxiv qovluğundakı 36 saylı bağın cizgisində sərhədləri şərti olduğundan və hər hansı istinad nöqtəsindən məsafə və ölçü göstərilmədiyindən 36 və 36 a saylı bağ sahələrinin koordinatlarını təyin etmək mümkün olmamışdır. 63.Lakin apellyasiya instansiyası məhkəməsi mütəxəssisin rəyi ilə razılaşmamış və bildirmişdir ki, «DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən iddiaçıların qanuni istifadələrində olan bağ sahələrinin onların adına rəsmiləşdirilməsinə dair müraciətə imtina məktublarında bildirilmişdir ki, bağ sahələri başqa fiziki şəxslərin adına 36G və 36D nömrələri ilə qeydiyyatdan keçdiyindən ərizənin icrası mümkün olmamışdır. Göründüyü kimi, cavabdeh qurum özü bəyan edir ki, iddiaçılara məxsus 36 və 36 A saylı bağ sahələrinin yerləşməli olan ərazisi cavabdehlərin adına 36G və 36D nömrəli bağ sahələri kimi qeydiyyatdan keçmişdir. Əks halda iddiaçıların 36 və 36 A saylı bağ sahələrinə olan hüquqlarını da daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təmin edərdilər. DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi məktubda göstərdiklərini əslində nə üçün etdiklərinin səbəblərini açıqlamır, yalnız qanunvericilik normasına istinad edərək mübahisənin məhkəmə qaydasında həll edilməli olduğunu göstərir. Başqa sözlə, cavabdeh İdarə məhkəmə mübahisəsinə səbəb olan bu qanunsuz hərəkətləri hansı əsasla etdiklərinə dair heç bir dəlil göstərmir. 64.Nədənsə cavabdeh İdarə 36g və 36d saylı bağ sahələrinin kordinatlarını təyin edə bilir, ancaq 36 və 36a saylı bağ sahələrinin göstərdiyi səbəblərdən kordinatlarını təyin edə bilmir. Ağlabatan mühakimə də tələb edir ki, 36g və 36 d nömrəli bağ sahələri həqiqətən mövcud olmuşdursa, demək 36 və 36 a nömrəli bağ sahələri də lap elə onların yanında olmalıydı. Amma nədənsə dövlətin daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatını aparmağa səlahiyyət verdiyi, eləcə də keçmiş bağ torpaq sahələrinin arxivlərinin saxlandığı bu cavabdeh dövlət İdarəsi mövcudluğunu təkzib etmədiyi 36 və 36 a nömrəli bağ sahələrinin kordinatlarını müəyyən edə bilmir yaxud hansısa məlum o lmayan səbəblərə görə etmək istəmir. 65.Suallara verilən cavablarda da 36 və 36a saylı bağların koordinatlarını dəqiq təyin etmək mümkün olmadığına görə 36G və 36D nömrəli bağ sahələri ilə üst-üstə düşüb-düşməməsini aydınlaşdırmağın mümkün olmadığı göstərilmiş, mübahisələndirilən ərazinin də konkret hansı bağ sahələrinin ərazisi olduğu (4-cü suala cavabda) sualını da aid olmayan formada cavablandırmışdır. 66.Apellyasiya şikayətində həmçinin birinci instansiya məhkəməsinin məhkəmə torpaqşünaslıq ekspertizası keçirmədiyini və iddiaçıların təqdim etdiyi sənədlərdə qeyd olunan torpaq sahələrinin naturada yeri müəyyənləşdirilmədiyini göstərmişdir. Ümumiyyətlə cavabdeh İdarə torpaqşünaslıq ekspertizası dedikdə nəyi nəzərdə tutduğunu, eləcə də belə bir ekspertiza növünün həqiqətən mövcud olardı sa, bunun nəticəsində nəyin müəyyən edilməsini istədiyini açıqlamamışdır. Çünki, yuxarıda qeyd olunduğu kimi apellyasiya instansiya məhkəməsi tərəfindən qərardad qəbul edilərək cavabdeh İdarə tərəfindən mübahisəli bağ sahələrinə dair mütəxəssis (ekspertiza) rəyi verilməsi tələb edilmişdir. Lakin cavabdeh İdarə apellyasiya instansiyası məhkəməsinin qərardadda göstərilən suallarına bilərəkdən düzgün yaxud tam olmayan məlumatlar vermişdir. Torpaq sahəsinin naturada yerini cavabdeh İdarədən başqa hansı səlahiyyətli qurum müəyyənləşdirə bilər? Əlbəttə ki, keçmiş Bağlar təssərrüfatının arxivi cavabdeh İdarədə saxlandığından yalnız bu qurum dəqiq və müfəssəl rəy verə bilərdi ki, o da nədənsə vermək istəmir». 67.Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin bu əsaslandırması ilə razıla şmır. Əvvəla ona görə ki, apellyasiya instansiyası məhkəməsi torpaq sahələrinin üst-üstə düşməsinin müəyyən edilməsini zəruri saymaqda haqlı olsa da, bu barədə rəy verilməsini DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə etməkdə haqlı olmamışdır. Çünki DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi iş üzrə cavabdehdir və işin onun xeyrinə həll olunmasında (yəni iddianın rədd olunmasında) hüquqi marağı olan tərəfdir. 68.Ekspertin işdə tərəf olması, ekspertə etiraz üçün MPM-nin 19.2.2 və 20.1-ci maddələrində göstərilən əsaslardır. Buna görə də DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə rəy verilməsi vəzifəsi həvalə edilə bilməzdi. 69.Bundan başqa, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti haqqında Əsasnamənin 3.0.19-cu bəndinə əsasən, bələdiyyə ərazilərinin elektron daşıyıcıda və kağız üzərində xəritələrinin hazırlanması məqsədi ilə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrinin dürüstləşdirilməsi üçün çöl tədqiqat və mərzçəkmə işlərini yerinə yetirmək, Əsasnamənin 4.0.5-ci bəndinə görə isə fəaliyyət istiqamətlərinə uyğun olaraq rəy vermək Xidmətin fəaliyyətinə aid edilmişdir. 70.Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, z iddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun N. Əbilovun şikayəti üzrə 13 iyun 2008-ci il tarixli qərarı).
71. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamışdır.
72. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir.
73. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu madələrini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-361/2020 saylı, 04 noyabr 2020-ci il tarixli qətnaməsi Cavabdeh3 aid hissədə ləğv edilsin və iş həmin hissədə yenidən baxılması üçün göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.