Məhkəmə qərarları › İş №2(102)-4871/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4871/2019

11.07.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4871/2019 11.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Mirzəliyev Əsəd Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qoldman Tatyana Aleksandrovnadan, Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, katib A.Cəfərlinin, iddiaçı x1 və vəkili Kərimova Lətifə Nəriman qızının iştirakı ilə, iddiaçılar x2nın və x2 Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 fevral 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 04 oktyabr 2018-ci il tarxili, 2(007)3040/2018 saylı qətnaməsi ilə (hakim E.Nuriyev) iddiaçılar x2 və x1 cavabdehlər x3 və Nizami rayon İcra Hakimiyyətinə qarşı mənzilin bərpa və yaxud bazar qiy mətinin təmin olunması» tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 fevral 2019-cu il tarixli, 2(103)-227/2019 saylı qətnaməsi ilə (hakimlər: İ.Xəlilov, X.Cəmilova və İ.Kərimli)Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 04 oktyabr 2018-ci il tarxili, 2(007)-3040/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçılar x2 və x1 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 fevral 2019-cu il tarixli, 2(103)-227/2019 saylı qətnaməsinin ləğv edilməsi, işin yeni apelyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, 2000-ci ildə x2 və x1 ünvan 2 ünvanında yerləşən tikintisi yarımçıq qalmış binadan 3 otaqlı mənzili Mariya adlı şəxsə pul verib almışlar. İddiaçılar vicdanlı alıcılardır. Elə həmin tarixdən 06 may 2017-ci il tarixə kimi həmin mənzildə sərbəst və maneəsiz yaşamışlar. Mənzil daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçməsə də, iddiaçılara məxsus olmuş, onu vicdanlı alıcı kimi əldə etmişlər. Həmin binada bütün mənzillər sənədsiz olmuşdur. Bina gələcəkdə istismara qəbul edildikdən sonra mənzillərə çıxarış veriləcəkdir. 06 may 2017-ci il tarixdə həmin bina plana düşmüşdür. Cavabdehlər mənzillərin sahiblərindən mənzilləri boşaltmağı tələb etmişlər. Yeni inşa edəcəkləri binadan hər kəsin mənzilinin dəyərindən aşağı olmayan mənzilin veriləcəyini sakinlərə bildirmişlər. Cavabdeh x3 tərəfindən iddiaçılara yeni mənzillə təmin olunanadək kirayə haqqı olaraq 2000 manat verilmişdir. İddiaçılar və onların ailə üzl əri özlərinə məxsus mənzildən çıxarılmışlar. Binanın hansı səbəbdən və kim tərəfindən yandırılması hələ də araşdırılıb müəyyən edilməmişdir. İddiaçılar bina yandıqdan sonra mənzildən çıxmaq məcburiyyətində qalmışlar. Bina cavabdehlər tərəfindən sökülmüş, yerində yeni bir bina tikilmişdir. İddiaçılarla bir binada yaşayan mənzil sahiblərinə yeni binadan mənzillər verilmişdir. Lakin iddiaçılar bu günə kimi mənzillə təmin edilməmişlər. Cavabdehlər iddiaçıları mənzillə təmin etməkdən imtina etmələrinin səbəbi kimi aşağıdakıları göstərirlər:1) x3 tərəfindən iddiaçılara 3-otaqlı mənzilə bazar qiyməti olaraq 2000 manatı kompensasiya ödənilmiş, iddiaçılar bu məbləğlə razılaşmışlar;2) Mənzilin verilməsini cavabdehlər bir-birinin boynuna atmışlar;3) Mənzil iddiaçılar tərəfindən zəbt edilmişdir;4) Y eni inşa olunmuş binadan mənzilin verilməsi üçün imtiyazlı şəxslər siyahısına iddiaçılar daxil deyil. Belə ki,x3 tərəfindən iddiaçılara ödənilən 2000 manat yeni mənzillə təmin olunanadək kirayə haqqı üçün razılaşdırılmışdır. Mənzil iddiaçılar tərəfindən zəbt olunmamışdır. Onlar mənzili 2000-ci il tarixdə Mariya adlı şəxsdən almışlar. Mənzili alan tarixdən 2017-ci ilin may ayına kimi onlara qarşı istər cavabdehlər, istərsə də digər dövlət orqanları tərəfindən hər hansısa bir iddia edilməmişdir. İddiaçılar yaşayış şəraiti ağır olan vətəndaşlar kimi Nizami rayon İcra Hakimiyyətində mənzil növbəsinə dayanmışlar. Onların başqa mənzili və yaxud fərdi yaşayış evləri yoxdur. Yeganə yaşayış yerləri cavabdehlər tərəfindən sökülən mənzil idi. Həmin mənzilə görə iddiaçılara nə kompensasiya ödənilir, n ədə əvəzində mənzil verilir. Onların mənzillə təmin olunması vəzifəsini cavabdehlər bir-birinin boynuna atır. Nəticədə iddiaçılar yeni mənzillə təmin olunmurlar. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçılar x2 və x1 kassasiya şikayətini onunla əsaslandırmışlar ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 fevral 2019-cu il tarixli, 2(103)-227/2019 saylı qətnaməsinin ləğv edilməsi, işin yeni apelyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Prosesiştirakçılarının izahatları: İddiaçı x1 və vəkili Kərimova Lətifə Nəriman qızı kassasiya şikayətinin dəlillərinə müvaf iq izahat verərək, kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Cavabdeh x3-nin nümayəndəsi və direktoru x4 məhkəmə iclasında vəkilsiz iştirak etdiyi üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə əsasən işin baxılmasında onun iştirakını mümkün hesab etmədi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, iddiaçının vəkilini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. İşdə olan Azərbaycan Respublikası Bakı şəhəri Mənzil-Kommunal Təsərrüfatı Dep artamentinin Nizami rayon İcra Hakimiyyəti Nizami rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin 84 saylı Mənzil-Kommunal İstismar Sahəsinin 02 dekabr 2016-cı il tarixli 737 saylı arayışından görünür ki, x2 2002-ci ildən Bakı şəhəri Nizami rayonunun E.Süleymanov küçəsindəki binada mənzildə qeydiyyatsız yaşayır. İşdə olan Bakı şəhəri Nizami RPİ tərəfindən 22 fevral 2014-cü il tarixdə verilmiş AZE seriyalı 14093670 №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Bəhmənova Xalidə Əbil qızı ünvan 1 ünvanında qeydiyyatdadır. İşdə olan Bakı şəhəri Nizami RPİ tərəfindən 22 fevral 2014-cü il tarixdə verilmiş AZE seriyalı 14093671 №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, x2 ünvan 1 ünvanında qeydiyyatdadır. İşdə olan Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri x5 t ərəfindən x2na ünvanlanmış 18 yanvar 2017-ci il tarixli məktubun surətindən görünür ki, Mənzil qanunvericiliyinə əsasən yaşayış şəraiti ağır olan vətəndaşlar daimi qeydiyyat yeri üzrə mənzil növbəsinə qəbul edildikdən sonra növbəlik əsasında yaşayış sahəsi ilə təmin edilirlər. İşdə olan Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri x5 tərəfindən x6 ünvanlanmış 22 yanvar 2018-ci il tarixli məktubun surətindən görünür ki, x6, bacısı x2 və anaları x1 ünvan 1 ünvanında pasport qeydiyyatdadırlar, qeyd etdikləri məsələyə aydınlıq gətirilməsi üçün x3-nin rəhbərliyindən aldıqları müvafiq məktuba əsasən, ünvan 3 ünvanında yerləşən yarımçıq tikilidə zəbt etdikləri sahə heç bir imtiyazları olmadığı halda, sözügedən şirkət tərəfindən anaları x1 iki min manat pul vəsaiti ödənildik dən sonra qarşılıqlı razılaşma əsasında tərəflərindən boşaldılmışdır. İşdə olan Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinin 12 mart 2018-ci il tarixli 02 №li «Tikintiyə icazə barədə» xüsusi nişanından görünür ki, x3-yə Nizami RİH tərəfindən ünvan 3 ünvanında yaşayış binasının və qeyri-yaşayış obyektlərinin tikintisinə icazə verilmişdir. İşdə olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 07 iyun 2008-ci il tarixli MH seriyalı 0132474 saylı çıxarışın surətindən müəyyən edilir ki, ünvan 3 saylı ünvanda mülkiyyətində olan 0,3707 ha torpaq sahəsində yerləşən yarımçıq tikili tam mülkiyyət hüququ üzrə x3-nin adına daşınmaz əmlakın dövlət reyestrində 10 nömrəli reyestr kitabın ın 915 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti Başçısının 05 mart 2018-ci il tarixli 11/36 №li «Tikintiyə icazə barədə» xüsusi nişanından görünür ki, Nizami rayonu, Elşən Süleymanov 47a ünvanında Baş plan üzrə yaşayış və qeyri-yaşayış binasının tikintisi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 25 fevral tarixli 86 №li Qərarını rəhbər turaraq, x3-yə icazə verilmişdir. İşdə olan 11 aprel 2017-ci il tarixli müqavilənin surətindən görünür ki, x7 ilə x3-nin adından x8 arasında bağlanmış həmin müqaviləyə əsasən, x3 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 25 fevral tarixli 86 №li Qərarına əsasən, ünvan 3 ünvanında yerləşən yaşayış evi üçün təhlükəli vəziyyətdə olan binanın söküntüsünü və bu sahədə yeni yaşay ış binasının tikintisini həyata keçirərək, bu binada söküntüsü nəzərdə tutulmuş gələcəkdə «Mülkiyyətçi» adlanacaq – x7 istifadəsində olan (məcburi köçkün kimi məskunlaşıb) mənzilin əvəzində təmirli 2-otaqlı, 60 kv.m mənzili x7 mülkiyyətinə verməyi öhdəsinə götürür. İşdə olan Bakı şəhəri Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Nizami rayon İcra Hakimiyyəti Nizami rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin 84 saylı Mənzil-Kommunal İstismar Sahəsinin 04 iyul 2018-ci il tarixli 279 saylı arayışından görünür ki, x1, x2, x6 ünvan 2 yarım binadakı mənzildə 2002-ci ildən 2017-ci ilədək qeydiyyatsız yaşamışlar. 2017-ci ildə həmin yarımtikili sökülmüş, hal-hazırda ünvan 4 ünvanında qeydiyyatsız yaşayırlar. K.H.Əhmədovanın, F.R.Əliyevin, İ.H.Əhmədovun, E.H.Əhmədovun, A.İ.Abdullayevanın və C.Q.Əh mədovun iştirakları ilə tərtib edilmiş və imzaları ilə təsdiqlənmiş 27 iyun 2018-ci il tarixli aktdan görünür ki, onlar həqiqətən Türk Sevinc Arif qızının və x1 ünvan 2 ünvanında yerləşən tikintisi yarımçıq qalmış binada mənzili olduğunu, uzun illərdir ki, həmin mənzildə maneəsiz və sərbəst yaşamalarının şahidi olduqlarını təsdiq etmişlər. İş materialları ilə müəyyən olunur ki, ünvan 2 ünvanında yerləşən təhlükəli vəziyyətdə olan bina Nazirlər Kabinetinin 25.02.2016-cı il tarixli 86 nömrəli qərarına əsasən, yaşayış üçün yararsız olduğundan sökülmüş, sahib və istifadəçilərlə yeni mənzil verilməsi ilə bağlı razılıq əldə olunmuşdur. Hazırki iddiaçıların sökülmüş binaya heç bir hüququnun olmamasına əsaslanaraq yeni mənzilin veriləcəyi ilə bağlı müqavilə bağlanmamışdır. İddiaçılar yeni inşa o lunmuş binadan mənzil verilməsini və yaxud 100000 manat mənzilin dəyərini tələb edirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən, əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xita mı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçılar sökülmüş binada mənzildən qanuni əsaslarla istifadə və sahiblik etməmişlər. 2000-ci ildə pul verib aldıqlarını bildirsələr də, bununla bağlı sübut təqdim etməmişlər. İşdən görünür ki, yarımçıq tikilinin yerləşdiyi torpaq sahəsi və tikili üçün x3-nin mülkiyyətindədir. Həmin tikiliyə iddiaçıların hüquqlarına dair heç bir sübut yoxdur. Ona görə oradan çıxarma ilə bağlı hər-hansı kompensasiya, və yaxud həmin şirkətin başqa ünvanda inşa etdiyi binada iddiaçılara mənzil verilməsinin qanuni əsası yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Mə cəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsində işə baxılarkən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, prosessual hüquq pozuntusuna yol verilmədiyindən, kassasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 419-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: x2nın və x2 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar