Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4883/2021 12.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pulun tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İmanov Turqut Muxtar oğlunun katibliyi, İddiaçı, onun vəkili Nümayəndə, Cavabdeh vəkili Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 may 2021-ci il tarixli, 2(103)2576/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 12 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ilə Cavabdeh arasında işgüzar münasibətlər olmuşdur. Cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 1.282.940,65 manat əsas borcun, zərərə görə 433095 manat pulun, 30 manat dövlət rüsumunun alınıb ona verilməsi, tutmanın cavabdehin mülkiyyətində olan yaşayış evinə, həmçinin "xxxx" MMC-nin nizamnamə kapitalında cavabdehin 40% payına yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 2.Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 18.03.2016-cı il tarixli, 2(009)-389/2016 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, 2010-2013-cü illərdə buğdanın emalı və satılması ilə bağlı ödənilməli 1.162.392,22 manat məbləğində pulun və 20 manat dövlət r üsumunun İddiaçı tutularaq Cavabdeh verilməsi, qalan hissə iddianın rədd edilməsi qət edilmişdir. 3.Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti vermiş, lakin sonradan Cavabdeh ilə barışıq sazişini bağladığına görə apellyasiya şikayətinin geri qaytarılmasını xahiş etmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31.05.2016-cı il tarixli, 2(103)5261/2016 saylı qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. 4.13.05.2016-cı il tarixli barışıq sazişində İddiaçı "xxxx" MMC-nin nizamnamə kapitalında olan 40% payını Cavabdeh mülkiyyətinə verməsi, bunun müqabilində Cavabdeh İddiaçı qarşı iddia tələbindən imtina etməsi barədə tərəflər razılığa gəlmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı 2019-cu ilin avqust ayında Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2.327.322 manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2011-ci ilin noyabr ayında "xxxx" MMC-nin 100% təsis payını (MMC-nin balansında olan əmlak daxil olmaqla) tam olaraq 3.000.000 ABŞ dollarına satanda Cavabdehla aralarında olan razılaşmaya əsasən Cavabdeh bildirmişdir ki, "xxxx" MMC-nin 100% təsis payını almaq istəmir, MMC-nin 60 % təsis payı 2.000.000 ABŞ dolları etsə də, Cavabdeh 60 % təsis payına 1.500.000 ABŞ dolları verərək, qalan 500.000 ABŞ dollarını da özü sərmayə qoymaqla, dəyirmana gətirərək, xammal buğdaya sərf edəcəyini vəd etmişdir. Beləliklə, Cavabdeh iddiaçıya 1.500.000 ABŞ dolları vermiş və "xxxx" MMC-nin 60 % təsis payını ondan almışdır. MMCnin 40 % təsis payının dəyəri isə 1.000.000 ABŞ dolları etmişdir. 2011-2013-cü illər ərzində dəyirmanın fəaliyyəti ilə iddiaçı özü məşğul olmuş, həmin dövr ərzində dəyirmanın fəaliyyəti nəticəsində gələn gəlirlər paylara nisbətən aralarında bölünərək heç bir mübahisə də yaranmamışdır. 2015-ci il tarixdə Cavabdeh ona bildirmişdir ki, dəyirmana verilən buğda ilə bağlı iddiaçının ona borcu vardır. Ona görə də, Cavabdeh məhkəmə orqanlarına müraciət etmiş və məhkəmə qətnaməsi ilə un dəyirmanının fəaliyyəti ilə bağlı iddiaçının Cavabdeh xammal buğdadan 1.162.392 manat 22 qəpik borcu olması müəyyən edilmişdir. Həmin borcla əlaqədar Cavabdehla barışıq sazişi bağlanmış və Bakı Apellyasiya Məhkəməsi tərəfindən təsdiq edilmiş barışıq sazişi əsasında borcun müqabilində iddiaçı "xxxx" MMC-nin 40% təsis payını da iddiaçı cavabdehə vermişdir. Bununla əlaqədar olaraq, məhkəmənin xüsusi qərardadı əsasında Azərbaycan Respublikası Baş prokurorunun yanında Korrupsiyaya qarşı mübarizə idarəsində başlanılmış cinayət işinə xitam verilmişdir. İddiaçının sözlərinə görə bu proseslərin gedişində Cavabdeh ona bildirmişdir ki, "xxxx" MMC-nin 40 % təsis payını məhkəmə qərarında qeyd edilən borcun ona ödənildiyi təqdirdə iddiaçıya geri qaytaracaqdır. İddiaçı da cavabdehin bu sözlərinə inanaraq, onunla normal münasibətlərini və əməkdaşlığını davam etdirmiş, 2016-cı ilin sentyabr ayından 2017-ci ilin may ayına qədər Cavabdeh 413.870 ABŞ dollarını hissə-hissə vermişdir. Bundan başqa, iddiaçı 2015-2017-ci illərdə un dəyirmanında fəaliyyət göstərdiyi müddətdə dəyirmanın fəal iyyəti ilə bağlı yem sexi tikmiş və elevator qülləsi quraşdırmışdır. Bunlara da iddiaçı öz cibindən 155.815 manat pul xərcləmişdir. Bundan əlavə, iddiaçı dəyirmanı 2017-ci ilin noyabr ayında Cavabdeh təhvil verən zaman 50.320 manatlıq qablaşdırılmaq üçün nəzərdə tutulan çuvalları dəyirmanda qalmışdır. Bundan başqa, 2014-2015-ci illər ərzində dəyirman 100 % təsisçilik hüququ üzrə ona məxsus olan "xxxx" MMC-yə icarəyə verildiyi üçün həmin illər ərzində dəyirmanın fəaliyyəti ilə bağlı 50.000 manat vergi ödənilmişdir, həmin puldan 30.000 manatı Cavabdeh öhdəsinə düşür. Lakin həmin vergi borcunu onun əvəzinə iddiaçı ödəmişdir. Cavabdeh həmin dövrdə iddiaçıya yuxarıda göstərilən bütün borclarını qaytaracağına söz vermişdir. İddiaçı Cavabdehla 2018-ci ilə qədər əməkdaşlıq etmiş, aralarında normal münasibətlər olmuş və cavabdehin bütün borclarını ona qaytaracağına inanmışdır. Lakin Cavabdeh qohumu İqdam Umudovla 2018-ci ildə aralarında yaranmış anlaşılmazlıqla əlaqədar Azərbaycan Respublikası DİN Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır cinyətlərin istintaqı şöbəsində araşdırma aparılarkən üzləşdirmə prosesində və şahid qismində dindirilən Cavabdeh öz ifadəsində həqiqətən barışıq sazişi bağlandıqdan sonra iddiaçıdan 413.870 ABŞ dolları aldığını, lakin həmin pulun başqa borcla əlaqədar olduğunu bildirmiş, habelə iddiaçıya başqa heç bir borcunun olmadığını göstərmişdir. İddiaçının sözlərinə əsasən, məhz cavabdeh 2018-ci ildə Azərbaycan Respublikası DİN Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır cinyətlərin istintaqı şöbəsində ifadə verdiyi zaman iddiaçıya məlum olmuşdur ki, cavabdehin ona olan borclarını qaytaracağı barədə vədləri həqiqətə uyğun deyil və cavabdehin onun pullarını geri qaytarmaq niyyəti yoxdur. Bu fakt, iddia ərizəsinə əlavə olunmuş Azərbaycan Respublikası DİN Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır cinyətlərin istintaqı şöbəsinin sübutların qiymətləndirilməsi və cinayət işi üzrə icraata xitam verilməsi barədə 20 iyul 2018-ci il tarixli qərarında da öz əksini tapmışdır. Beləliklə,"xxxx" MMC-nin qalan 40 faiz təsis payı 1.000.000 ABŞ dolları dəyərində olduğu halda, 2016-cı il tarixdə Cavabdeh olan 1.162.392 manat 22 qəpik borcunun müqabilində MMC-nin 40 faizlik təsis payını ona vermişdir. Cavabdeh isə dəyirmanın fəaliyyətinə başladıqları zaman buğda təminatına görə ona vermədiyi 500.000 ABŞ dollarını ona qaytarmamışdır. 1.000.000 ABŞ dolları hazırkı məzə nnə üzrə 1.700.000 manat edir. 500.000 ABŞ dolları da hazırkı məzənnə üzrə 850.000 manat edir. 1.700.000 manatdan 1.162.392 manat çıxıldıqda 537.608 manat və hazırkı məzənnə üzrə 500.000 ABŞ dollarının əvəzinə 820.000 manat, bundan başqa, Cavabdeh verdiyi 413.870 ABŞ dolları, yəni 703.579 manat, yem sexi və elevator qülləsi üçün xərclədiyi 155.815 manat, dəyirmanda qalan çuvalların pulunu, yəni 50.320 manat, vergiyə ödədiyi 50.000 manatdan Vüqarın öhdəsinə düşən 30.000 manatı Cavabdeh tələb edir. Tələb etdiyi məbləğ ümumilikdə 2.327.322 manat təşkil edir.
7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 oktyabr 2019-cu il tarixli, 2(006)5273/2019 nömrəli qətnaməsi ilə (hakim S.Cəfərov) iddia qismən təmin edilərək, 413.870 ABŞ dolları məbləğində borcun ödəniş anı üçün Mərkəzi Bankın müəyyən etdi yi rəsmi məzənnə üzrə manatla və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ödənilməsi, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir.
8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsinin müstəntiqinin 20.07.2018-ci il tarixli sübutların qiymətləndirilməsi və cinayət işinin icraatına xitam verilməsi haqqında qərarından görünür ki, həmin iş cinayət işi materiallarının araşdırılması zamanı şahid qismində dindirilmiş Cavabdeh, İddiaçı 413.870 ABŞ dolları borcu olduğunu etiraf etmişdir. Həmin borcun 150.000 ABŞ dolları hissəsini sürücüsü vasitəsilə göndərərək ödədiyini bildirsə də, 150.000 ABŞ dolları borcu ödədiyinə dair mötəbər sübutlar təqdim etməmişdir.
9. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı və cavabdeh öz ifadələrində borcun 2015-2017-ci illər ərzində verildiyini bildirmişdir. Lakin pulun nə zaman qaytarılması ilə bağlı razılaşma olmamışdır. Məhkəmə hesab etmişdir ki, hazırki mübahisəyə iddia müddəti tətbiq edilməməlidir
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 425,427,442,739,372,373,375,377-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
11. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilməyən hissəsində ləğv edilməsi və iş üzrə iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Həmçinin Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnam ənin qismən, təmin edilmiş hissəsində ləğv edilməsi və iş üzrə iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2217/2020 saylı, 18 iyun 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər X.A.Mərdanova (sədrlik edən və məruzəçi), E.M.Həsənov və F.F.Babayev) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, cavabdehin apellyasiya şikayəti təmin edilərək iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 oktyabr 2019-cu il tarixli qətnaməsi qismən ləğv edilmiş, iddia tələbi rədd edilmişdir.
14. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırkı mübahisə üzrə məhkəməyə təqdim edilmiş cinayət işinin rədd olunması barədə 20.07.2018-ci il tarixli qərar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82- ci maddəsinin tələbləri dairəsinə daxil olmadığından, yəni qanuni qüvvəsini almış məhkəmə aktı olmadığından, sübut qismində qiymətləndirilə bilməz. İddiaçı isə əsaslandırdığı halları təsdiq edən hərhansı digər sübutu məhkəməyə təqdim etməmişdir.
15. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdehin iddiaçıya borcunun olması iş materialları ilə sübuta yetirilməmiş və iddiaçı istinad etdiyi halları sübuta yetirə bilməmişdir. b) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
16. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 iyun 2020-ci il tarixli qətnaməsinin ləğv olunmasını və iddianın təmin edilməsini xahiş etmişdir.
17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 noyabr 2020-ci il tarixli, 2(102)-5591/20 saylı qərarı ilə (hakimlər M.T.Əhmədova (sədrlik edən və məruzəçi), Ə.Ə.Əliyev və İ.K.Xəlilov) İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18.06.2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, işin yenidən apellyasiya qaydasında baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. 18.Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi təqdim edilmiş 20.07.2018-ci il tarixli sübutların qiymətləndirilməsi və cinayət işinin icraatına xitam verilməsi haqqında qərarının Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82-ci maddəsinin tələbləri dairəsinə daxil olmadığından sübut kimi qiymətləndirilə bilməməsinə, iddiaçının tələbini əsaslandırdığ ı hallarla bağlı sübut təqdim edə bilməməsinə istinad etsə də, apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, iddia tərəfi sübut kimi məhkəməyə AR DİN-nin 20.07.2018-ci il tarixli qərarını deyil, cavabdehin həmin qərarda əks olunan və şahid qismində vermiş olduğu ifadəsinə sübut kimi istinad etmişdir.
19. Bu halda cavabdehin 20.07.2018-ci il tarixli qərar qəbul edilərkən şahid qismində vermiş olduğu ifadəsi sübut kimi araşdırılmalı və digər sübutlarla yanaşı qiymətləndirilməli idi. 20.Bununla yanaşı, iddiaçının dəyirmanda tikilmiş yem sexi, orada quraşdırılmış buğda çəni və elevator qülləsinə sərf olunmuş vəsaitlə bağlı da heç bir instansiya məhkəməsi tərəfindən məhkəmə araşdırması həyata keçirilməmiş, apellyasiya məhkəməsi iddia tələbinin bu hissəsi üzrə iddiaçının apellyasiya ş ikayətinin dəlillərinə də hər hansı münasibət bildirməmişdir. c) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
21. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 may 2021-ci il tarixli, 2(103)-2576/2021 saylı qətnaməsi ilə (T.S.Səmədov (sədrlik edən və məruzəçi), İ.S.Şirinov və A.V.Tanrıverdiyev) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Cavabdeh nümayəndəsi (vəkili) Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 oktyabr 2019-cu il tarixli, 2(006)- 5273/2019 nömrəli qətnaməsi qismən, yəni 413870 ABŞ dolları məbləğində pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi hissəsində ləğv edilmiş, həmin hissədə İddiaçı iddia tələblərinin rədd edilməsi qət edilmişdir. 22.Apellyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin göstəriş lərinə əsasən Azərbaycan Respublikası DİN Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsinin müstəntiqi, polis kapitanı X1 20.07.2018-ci il tarixli sübutların qiymətləndirilməsi və cinayət işinin icraatına xitam verilməsi haqqında qərarında təsvir edilmiş Cavabdeh ifadəsini sübut kimi araşdıraraq, həmin ifadəni, eləcə də tərəflərin hazirki apellyasiya baxışı zamanı verdikləri izahatlarını digər sübutlarla yanaşı və müqayisəli şəkildə qiymətləndirərək belə nəticəyə gəlmişdir ki, Cavabdeh sözügedən ifadəsi ziddiyyətlidir, aydın deyil və iddianın təmin olunması üçün yetərli və mötəbər deyildir. Cavabdehin iddiaçıya borclu olması mötəbər sübutlarla öz təsdiqini tapmır.
23. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında "xxxx" MMC-nin təsis payları nın alğı-satqısı ilə bağlı münasibətlər mövcüd olmuş, lakin onların həmin münasibətləri müqavilə şəklində rəsmişlədirilməsi iş materiallarından görünmür. İddiaçı tərəfindən iddia tələblərini təsdiq edəcək, o cümlədən dəyirmanda tikilmiş yem sexi, orada quraşdırılmış buğda çəni və elevator qülləsinə sərf olunmuş vəsaitlə bağlı başqa sübutlar təqdim edilməmişdir.
24. Məhkəmə kollegiyası gəldiyi nəticəni Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
25. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
26. Kassa siya şikayəti əsaslandırılarkən iddia ərizəsində sadalanan hallar təkrarlanmış, qeyd olunmuşdur ki, apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, Cavabdeh 2016-cı il tarixli barışıq sazişinə əsasən borc əvəzi kimi İddiaçı, sonuncuya məxsus əmlakını aldıqdan sonra 2017-ci ildə İddiaçı həmin əmlakın yenidən ona geri qaytarılması məqsədi ilə 413.870 ABŞ dollar məbləğində pul da almış və bundan sonra, İddiaçı nə əmlakını, nə də pulunu qaytarmamaqla, sonuncunu hər şeydən məhrum etmişdir. Ali Məhkəmənin göstərişlərinə heç bir əhəmiyyət verməyən apellyasiya instansiyası məhkəməsi iddia tələblərinin digər hissəsində də heç bir araşdırma aparmamış, iş üzrə mühüm əhəmiyyətə malik olan şahid ifadələrinə, iş materiallarında olan sənədlərə ümumiyyətlə nəzər yetirməmişdir. Apellyasiya instans iyası məhkəməsi nəzərə almamışdır ki, işdə olan şahid ifadələri və sənədlərə əsasən cavabdeh tərəfindən borc əvəzinə götürülən dəyirman ərazisində tikilmiş yem sexi, orada quraşdırılmış buğda çəni və elevator qülləsi İddiaçı şəxsi vəsaiti hesabına inşa edilmişdir. Borc əvəzinə cavabdehə 2016-cı il tarixli barışıq sazişinə görə verilmiş dəyirmanın dəyəri və həmin dəyərin borcdan artıq olması faktı da Cavabdeh istintaq zamanı vermiş olduğu öz ifadələri ilə tam təsdiq olunur. Bu göstərilənlərə də işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi əhəmiyyət verməmişdir. İddia ərizəsində irəli sürülən tələblərin kifayət qədər əsaslandırılmasına və iddia tələblərinin əsaslı və qanuni olmasını təsdiq edən bütün zəruri sübutların, o cümlədən məhkəmə aktlarının və barışıq sazişinin işdə mövcud ol masına məhkəmə heç bir diqqət ayırmamışdır. Apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, cavabdehin özünün də əvvəlki araşdırmalar zamanı etiraf etdiyi kimi, "xxxx" MMC-nin qalan 40 faiz təsis payı 1.000.000 ABŞ dolları dəyərində olduğu halda 2016-cı il tarixdə Cavabdeh olan 1.162.392 manat 22 qəpik borcun müqabilində MMC-nin 40 faizlik təsis payı ona verilmişdir. Cavabdeh isə dəyirmanın fəaliyyətinə başladıqları zamanı buğda təminatına görə ona vermədiyi 500.000 ABŞ dollarını isə iddiaçıya qaytarmamışdır. Apellyasiya instansiyası məhkəməsi işdə olan sübutlara ümumiyyətlə nəzər yetirməmiş, prosessual qanunvericiliyin tələblərini pozaraq, cavabdehin etirafedici ifadələrini sübut kimi nəzərə almamış, bununla da həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqin ə lazımi şərait yaratmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
28. Məhkəmə kollegiyasının iclasında İddiaçı və vəkili Nümayəndə kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər.
29. Məhkəmə kollegiyasının iclasında Cavabdeh vəkili Vəkil kassasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
30. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlmədiyi və gəlməməsinin səbəbləri barədə məlumat vermədiyi üçün məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri
31. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).
32. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnam ənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
33. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
34. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildi yindən, məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq 35.Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə
389. Müqavilə anlayışı 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməs i və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
36. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnı z tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə
417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə
418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya inst ansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 38.Apellyasiya instansiyası məhkəməsində işə təkrar baxılması zamanı bu iş üzrə Ali Məhkəmənin göstərişlərinə əməl olunmaması barədə kassatorun dəlili əsassızdır. Çünki yuxarıda qeyd edildiyi kimi, apellyasiya instansiyası məhkəməsi sözügedən 20.07.2018-ci il tarixli sübutların qiymətləndirilməsi və cinayət işinin icraatına xitam verilməsi haqqında qərarında təsvir edilmiş Cavabdeh ifadəsini sübut kimi araşdı raraq, həmin ifadəni, eləcə də tərəflərin hazirki apellyasiya baxışı zamanı verdikləri izahatlarını digər sübutlarla yanaşı və müqayisəli şəkildə qiymətləndirərək belə nəticəyə gəlmişdir ki, Cavabdeh sözügedən ifadəsi ziddiyyətlidir, aydın deyil və iddianın təmin olunması üçün yetərli və mötəbər deyildir. Cavabdehin iddiaçıya borclu olması mötəbər sübutlarla öz təsdiqini tapmır. 39.Ali Məhkəmənin Mülki Kollegiyasının 17 noyabr 2020-ci il tarixli qərarında həmçinin qeyd olunmuşdur ki, iddiaçının dəyirmanda tikilmiş yem sexi, orada quraşdırılmış buğda çəni və elevator qülləsinə sərf olunmuş vəsaitlə bağlı da heç bir instansiya məhkəməsi tərəfindən məhkəmə araşdırması həyata keçirilməmiş, apellyasiya məhkəməsi iddia tələbinin bu hissəsi üzrə iddiaçının apellyasiya şikayətinin dəlillərinə də h ər hansı münasibət bildirməmişdir. 40.İşə yenidən baxan apellyasiya instansiyası məhkəməsi bu göstərişə uyğun olaraq araşdırma aparmış və qeyd etmişdir ki, tərəflər arasında "xxxx" MMC-nin təsis paylarının alğı-satqısı ilə bağlı münasibətlər mövcud olmuş, lakin onların həmin münasibətləri müqavilə şəklində rəsmişlədirilməsi iş materiallarından görünmür. İddiaçı tərəfindən iddia tələblərini təsdiq edəcək, o cümlədən dəyirmanda tikilmiş yem sexi, orada quraşdırılmış buğda çəni və elevator qülləsinə sərf olunmuş vəsaitlə bağlı başqa sübutlar təqdim edilməmişdir. 41.Göründüyü kimi apellyasiya instansiyası tərəfindən Ali Məhkəmənin göstərişlərinə əməl olunmuş, təqdim olunmuş sübutları təhlil edib qiymətləndirməklə nəticəyə gəlmiş, gəldiyi nəticəni əsaslandırmışdır. 42.Məhkəmə kollegiyası xatı rladır ki, MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. 43.Kassasiya şikayətində sadalanan digər hallar işin faktik halları, həmin faktların araşdırılmaması barədədir ki, bu hallar kassasiya qaydasında araşdırmanın predmetini təşkil etmir. Kassasiya icraatı yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab veri lməsi ilə məhdudlaşır.
44. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 may 2021-ci il tarixli, 2(103)2576/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.