Məhkəmə qərarları › İş №2(102)-4887/2023

Ali Məhkəmə Qərardad — İş №2(102)-4887/2023

07.12.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-4887/2023 07.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Memmed qızının Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi - MPM 405.0.2, kassasiya şikayətinin prosessual müddət ötürülməklə verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X1 (məruzəçi), Şamayev Elşad Yaquboviç, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2023-cü il 4 sentyabr tarixli, 2(103)2073/2023 nömrəli qərardadından Cavabdeh3 (vəkil Nümayəndə2) tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları

1. İddiaçı Cavabdeh3 iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh2 2654 manat borcun, 3537 manat maddi zərərin, cəmi 7569 manatın, Cavabdeh3 21975 manat borcun, 3537 manat maddi zərərin, cəmi 25512 manatın, ümumilikdə 39272 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Binəqədi Rayon Məhkəməsinin (hakim E. Musayev) 2022-ci il 7 dekabr tarixli, 2(001)-5643/2022 nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi qət edilmişdir.

3. Bakı Apellyasiya Məhkəməsinin (sədrlik edən hakim Fuad Talışinski) 2023-cü il 17 aprel tarixli, 2(103)-2073/2023 nömrəli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılması qət e dilmişdir.

4. Həmin qətnamədən Cavabdeh3 kassasiya şikayəti vermək üçün müddətin bərpası barədə ərizə ilə müraciət etmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin (sədrlik edən hakim Fuad Talışinski) 2023-cü il 4 sentyabr tarixli, 2(103)-2073/2023 saylı qərardadı ilə ərizə təmin edilməmişdir.

6. Həmin qərardaddan Cavabdeh3 kassasiya şikayəti vermiş və xx.xx.2023-cü il tarixli qərardadının tamamilə ləğv edilməklə mülki işin yenidən apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmiş, kassasiya şikayəti apelyasiya instansiyası məhkəməsi tərəfindən işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

7. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.

8. Maddə 74.1. Nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir.

9. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

10. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda m əhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.

11. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.

12. Maddə 404-1.2. İşə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir.

13. Maddə

405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 14. 405.0.2. qərardad işdə iştirak edən şəxslər ə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində.

15. Maddə 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa.

16. Maddə

409. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

17. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 405.0.2-ci maddəsində nəzərdə tutulmuş 10 günlük müddət ötürülməklə verilmişdir.

18. Belə ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı 2023-cü il 7 sentyabr tarixdə cavabdehin nümayəndəsi və vəkil Nümayəndə1 (order və etibarnamə İİ cild i.v. 24, 25) “Elektron Məhkəmə” informasiya sistemində olan elektron kabinetinə yerləşdirilmişdir. Azərbaycan Respublikasının MPM-in 135.5 və 135.6-cı maddələrinin tələbinə müvafiq olaraq da məhkəmə qərardadı rəsmi qaydada çatdırılmışdır. Hazırkı kassasiya şikayəti isə MPM-in 405.0.2-ci maddəsi ilə müəyyən olunmuş müddət pozulmaqla,( qəraradad rəsmi qaydada verildiyi gündən etibarən 10 gündən sonra) 2023-cü il 2 noyabr tarixdə verilmiş və buraxılmış pro sessual müddətin bərpası ilə bağlı vəsatətlə məhkəməyə müraciət olunmamışdır.

19. Buna baxmayaraq apellyasiya instansiya məhkəməsi müəyyən edilmiş müddət ötürülməklə verilmiş kassasiya şikayətini iş materialları ilə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərmişdir.

20. Odur ki, kassasiya şikayəti qanunla müəyyən olunmuş müddət ötürülməklə verildiyindən icraata qəbul edilə bilməz. MPM-in 408.1.5-ci maddəsinə əsasən kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və kassasiya şikayəti qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

21. Şərh olunanlara əsasən və MPM-in 404-1.2 və 408-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2023-cü il 4 sentyabr tari xli, 2(103)-2073/2023 nömrəli qərardadından Cavabdeh3 (vəkil Nümayəndə2) tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və kassasiya şikayəti qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar