Məhkəmə qərarları › İş №2(102)-489/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-489/2021

27.01.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-489/2021 27.01.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh MMM İddia tələbi: hüquqa zidd hərəkət nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi Açar sözlər: maddi və mənəvi zərərə görə kompensasiya Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, Kassator İddiaçı və Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-430/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiy a şikayətinə dair işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları: X2 müalicəsi üçün xx.xx.2018-ci il tarixdə “xxxx” MMM-ə əvvəlcədən ödəniş kimi 5.000 manat məbləğində vəsait ödənilmişdir X2 xx.xx.2018-ci il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2018-ci il tarixdə 07 nömrəsi ilə qeyd edilmişdir. Ölümün səbəbi kimi şəkərli diabet, İİ tip göstərilmişdir. Birinci və apellyasiya instansiyası məhkəməsində icraat xx xxxxxx 2019-cu il tarixdə İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xxxx” MMM tərəfindən şərəf və ləyaqəti, mənəvi iztirablar keçirməsi, əsəb və stresin qarşılığı olaraq 30.000 manat mənəvi ziyan, dəfn xərclərinə çəkilmiş 6.000 manat və klinika ya ödədiyi 3.100 manat məbləğdə pulun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının arvadı X4 Respublika Xəstaxanasında müalicə almış, daha sonra isə xəstənin vəziyyətinin pisləşdiyi zaman bir şəxs iddiaçıya “xxxx” klinikasının əlaqə nömrəsini vermişdir. İddiaçı həmin klinika ilə əlaqə saxlayarkən ona xəstəni sağaldacaqları barədə məlumat verilmişdir. Xəstəni həmin klinikaya yerləşdirən zaman özəl klinika olması səbəbi ilə kassaya 5.000 manat məbləğində pul vəsaiti köçürülməli olduğunu bildirmişlər. İddiaçı bu məbləği toplayaraq kassaya ödəniş etmiş və qəbz almışdır. İddiaçı xəstənin vəziyyəti ilə maraqlandıqda xəstənin vəziyyətinin yaxşılaşdığı bildirilmiş, lakin 3 gün sonra xəstə dünyasını dəyişmişd ir. İddiaçı bundan sonra etdiyi ödənişi geri tələb etmişdir. lakin ödənilmiş 5.000 manat məbləğində pul geri qaytarılmamışdır. Bununla əlaqədar iddiaçı Səhiyyə Nazirliyi və prokurorluq orqanlarına müraciət etdikdən sonra həmin puldan 1.900 manat qaytarılmış, qalan 3.100 manat pulu isə müxtəlif bəhanələrlə qaytarılmasından imtina edilmişdir. İddiaçı bu hadisələrdən sarsıntı keçirmiş, buna görə də məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1324/2019 saylı iş üzrə 29 may 2019-cu il tarixli qətnaməsi ilə (hakim Ü.S.Şükürova) iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi Mülki Məcəllənin 21.1, 21.2, 1096.1, 1097.1, Mülki Prosessual Məcəllənin 77.1 və 14.2-ci maddələrinə istinad edilməklə onunla əsaslandırılmışdır k i, cavabdeh iddiaçı ilə bağladığı tibbi xidmət üzrə üzərinə düşən öhdəliyi icra etmişdir. İddiaçı hazırkı tələbi irəli sürərkən onun faktiki əsaslarından biri kimi dəfn üçün 6.000 manat məbləğində vəsaitin xərclənməsinə istinad etsə də, bu hallara dair hər hansı sübutu məhkəməyə təqdim etməmiş, habelə məhkəmə iclaslarında həmin xüsusatların araşdırılması ilə bağlı vəsatət qaldırmamışdır. Halbuki, sözügedən məsələyə sübutetmə yükü aspektindən yanaşdıqda, iddia edən tərəf öz iddiasını sübuta yetirməyə borcludur. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmiş və şikayətini onunla əsaslandırılmışdır ki, cavabdeh klinika xəstənin vəziyyətinin ağırlığını bildiyi halda, xəstəni qəbul edər ək ondan 5000 manat məbləğində pul almışlar. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-430/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər R.M.Həsənov, M.A.Məmmədov, Ş.Ə.Məhərrəmova) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Apellyasiya məhkəməsinin qənaətinə görə, iddiaçının göstərdiyi hallar əsa sında cavabdehdən mənəvi ziyanın tələb edilməsi əsassızdır. Çünki, iş materiallarında cavabdeh tərəfindən iddiaçıya münasibətdə hər hansı təqsirli hərəkətlərə yol verilməsini, habelə cavabdehin hərəkətləri nəticəsində ona mənəvi zərərin dəydiyini göstərən hər hansı sübut mövcud deyildir. İddiaçı öz iddia tələbində cavabdehin ondan şişirdilmiş həcmdə pul tələb etməsini, habelə mərhum X3 aparılan müalicə tədbirlərinin onun xəstəliyinə uyğun olmadığını bildirmiş, bu halların ətraflı və düzgün araşdırılması məqsədi ilə məhkəmə kollegiyasi tərəfindən iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 ekspertləri tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, X4 xx.xx.2018-ci il tarixdə Cavabdeh Klinikasına ağır və huşu soporoz vəziyyətdə daxil olmuşdur. Aparılmış kliniki və laborator müayinələrdən sonra ona “Şəkərli diabet İİ tip. Hiperosmolar koma ilə. Diabetik nefropatiya. Ağciyər arteriyasının tromboemboliyası” diaqnozu təyin edilmişdir. X3 təyin edilmiş diaqnoza uyğun olaraq ona, adekvat tibbi yardımlar göstərilmiş və konservativ müalicələr təyinat üzrə davam etdirilmişdir. İş materiallarına əlavə edilmiş dərman preparatlarının siyahısı onun müalicəsi üçün zəruri olmuş və xəstəlik tarixində göstərilənlərə əsasən istifadə edilmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olduğundan, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğv edilməsi üçün əsas deyildir. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti apellyasiya şikayətinin məzmununa uyğun əsaslandırılmışdır. Məhkəmə kollegiyasının iclasında kassator və vəkili kasasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunm amasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəlləsinin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edi lməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçının kassasiya şikayəti əsasında yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllənin 21.1 və 21.2-ci maddələrinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məc əllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə sübutetmə yükünün əsasları müəyyən edilmişdir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmi r. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. İddiaçının apellyasiya şikayətində irəli sürdüyü və hazırki kassasiya şikayətinin dəlilləri ilə məzmunca eynilik təşkil edən dəlillərinə apellyasiya məhkəməsi tərəfindən araşdırılmaqla hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar