Məhkəmə qərarları › İş №2(102)-4895/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4895/2020

01.12.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4895/2020 01.12.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh1 və qeyrilərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4895/20 (Açar sözlər: əmlakın qanunsuz sahiblikdən geri alınması tələbi ) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi) X22 və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı və iddiaçının vəkili Heydərova Sücayət nın iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı əmlakın qanunsuz sahibliyindən geri alınması tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3178/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfində n verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “əmlakın qanunsuz sahibliyindən geri alınması tələbi”nə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, mübahisəli evin“Texniki Pasportu”na əsasən mülkiyyətini təşkil edən “A” yaşayış və böyründə olan qeyri-yaşayış sahəsi əhatə olunmaqla, ümumi torpaq sahəsi daxilində, uzununa 12.30 metr, eninə 20.75 metr olan sahə, ailəsi ilə birgə X11 qeyri-qanuni sahibliyindən alınaraq onun sahibliyinə qaytarılması, ümumi sahə üzrə uzununa, bir tərəfdən (Ə.Hüseynovun sahibliyində olan sahə ilə böyür-böyürə) 6 metr digər baş tərəfdən, 16.60 metr, ümumi sahənin eni üzrə bir tərəfdən(Fəxrəd din Rzayevə məxsus torpaq sahəsinin böyrünə düşən) eninə 20,75 metr digər tərəfdən (X11 zəbt etdiyi sahə istiqamətində) 10,95 metr sahə Cavabdeh1 (Cavabdeh2 daxil olmaqla digər ailə üzvləri ilə birgə) qeyri-qanuni sahibliyindən alınaraq, onun sahibliyinə qaytarılması, “Texniki Pasport”da qaraj kimi qeyd edilən “B" tikili daxil olmaqla, umümi torpaq sahəsinin uzununa 10,60 metr eninə.9,80 metr, hal-hazırda qeyri-qanuni əsaslarla, Binəqədi qəsəbəsi, 2-ci mədən, korpus-68, ev 156 ünvan kimi qeyd edilən sahə X23 (ailə üzvləri ilə birgə) qanunsuz sahibliyindən alınaraq, sahibliyinə qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh2 və X5 Nurağa Həsənağa oğluna qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ünvan 1 ünvanda yerləşə n yaşayış sahəsi 30,4 kvadrat metr olan “A” tikilisinin və yerləşdiyi torpaq sahəsinin X1 haqqında xx xxxxxx 1999-cu il tarixli alqı-satqı müqaviləsinin etibarlı sayılması, İddiaçı ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 51,9 kvadrat metr olan “B” tiklisini və yerləşdiyi torpaq sahəsinin Cavabdeh2 nın mərhum həyat yoldaşı X6 haqqında xx xxxx 1999-cu il tarixli alqı-satqı müqaviləsinin etibarlı sayılması, “A” və “B” tiklilərinin hər birinin yerləşdiyi torpaq sahələrinin naturada müəyyən edilməsi, dəymiş mənəvi zərərə görə onların hər birinə 10.000 manat məbləğində maliyyə vəsaitinin ödənilməsi vəzifəsinin İddiaçı həvalə edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı tələbini onunla ə saslandırmışdır ki, Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının xx xxxxxx 1991-ci il tarixli, 1108 saylı Sərəncamı ilə ona fərdi ev inşa etmək üçün ünvan 2 ünvanda, 600 kv.m torpaq sahəsi ayrılmışdır. Qanuni şəkildə ona verilmiş torpaq sahəsinin üzərində yaşayış evi inşa edərək, xx xxxxxx 1998-ci il tarixli, 000575 saylı, “Qeydiyyat vəsiqəsi” əsasında mülkiyyətini qeydiyyata aldırmışdır. Mülkiyyətində olan tikili və torpaq sahəsinə dair müvafiq idarə tərəfindən 1998-ci ildə “Texniki Pasport” tərtib edilmişdir. Yuxarda göstərilən rəsmi sənədlərə əsasən hal-hazırda ünvan 3 ünvanında yerləşən 600 kv.m olan torpaq sahəsi qanuni istifadəsində, üzərində inşa edilmiş yaşayış və qeyri yaşayış sahələri isə mülkiyyətindədir. Yaranmış problemlə əlaqədar yuxarıda göstərilən ünvanda yerləşən, onun mülkiyyətində olan yaşayış sahəsindən bir müddət istifadə etməmişdir. Həmin vaxt Binəqədi qəsəbə sakini kimi tanıdığı Orucov Əliş öz evini təmir etdiyi üçün ona kirayə ev axtardığını demiş, müvəqqəti yaşaması üçün qeyri yaşayış sahəsi olan qarajı ona kirayəyə verməyini xahiş etmişdir. Kirayə haqqını aralarında 120 ABŞ dollardan müəyyən edərək qarajını Orucov Əlişə kirayəyə vermişdir. Ona mülkiyyət hüququ ilə məxsus yaşayış sahəsi olan “A” tikilini isə, ayda 200 ABŞ dolları olmaqla iki qardaş, Habil və Hüseyn Hüseynovlara kirayəyə vermişdir. Bir il müddət üçün Orucov Əliş kirayəyə götürdüyü qaraja görə 1.200 ABŞ dolları ödəmiş, Hüseynov qardaşları isə bir il üçün cəmi 1.900 ABŞ dolları ödəmişlər. Alıcı tapıb “A” tikilisini satmaq istəyərkən Hüseynov Habil evi ona satmağı təklif etm iş, bu təklifə cavab olaraq bildirmişdir ki, evin sənədləşdirilməsi öz üzərinə götürərsə razı ola bilər. Razılaşandan sonra evin sənədləşdirilməsini onun adından aparılması üçün Habil Hüseynova rəsmi etibarnamə vermiş, lakin, Cavabdeh5 alqı-satqı üçün razılaşdırılmış məbləğin ona ödənilməsindən bəhanələr gətirərək yayınmış və o da evinə dair rəsmi sənədləri ona verməkdən imtina etmiş, razılığı pozmuşdur. Hüseyn və Habil Hüseynov qardaşları Orucov Əlişi öyrədərək ona kirayə haqqını verməməyə nail olmuş və bu səbəbdən onlarla onun arasında nifaq yaranmışdır. O, hər üç ailənin evindən çıxmalarını tələb etsə də, ona bildirmişlər ki, onlar qaçqın statusundadılar və bu əsasla onları evdən heç kəs çıxara bilməz. O, 2003-cü ildən hal-hazırkı vaxtadək bütün orqanlara şikayət etmiş, məhkəmədə onlara qarşı iddia qaldırmış, amma nəticəsi qeyri-müəyyən olmuşdur. Orucov Əlişin vəfatından sonra onun arvadı və oğlanları iradəsinə zidd evində qeyriqanuni yaşamaqda davam etmişlər. Hətta evinin bir hissəsini aralarında əldə olan razılığa əsasən X8 qazanc əldə etməkdən belə çəkinməmişlər. Bu azmış kimi, Orucovlar ailəsi torpağı ilə yanaşı qardaşı Fəxrəddinə məxsus torpaq sahəsini də zəbt edib üzərində tikinti aparmışlar. X30 əsasən mülkiyyətini təşkil edən “A” yaşayış və yanında olan qeyri yaşayış sahəsi əhatə olunmaqla, ümumi torpaq sahəsi daxilində, uzununa 12.30 metr, eninə, 20.75 metr olan sahə,ailəsi ilə birgə X11 qeyri qanuni sahibliyindədir. X28raj kimi qeyd edilən “B” tikili daxil olmaqla umümi torpaq sahəsinin üzununa 10,60 metr, eninə 9,80 metr sahə X23 qeyri qanuni sahibliyindədir. X34 ona bildirmişdir ki, bu sahəni Cavabdeh1 satın almışdır, yəni, səlahiyyətsiz Cavabdeh1 özünə məxsus olmayan əmlakı başqa birisinə qeyri-qanuni sataraq qazanc əldə etmişdir. Qeyri-qanuni əmlakına sahiblənən və bu əmlaka dair hər hansı bir hüquq qazanmayan, X34 yaşayış sahəsi üzrə olan rəsmi ünvanı daxilində, özü üçün yeni ünvan: Binəqədi qəsəbəsi, 2-ci mədən, korpus-68, ev 156 ünvan açmağa belə nail olmuşdur. Cavabdeh1, Cavabdeh2 və digər ailə üzvüləri ilə birgə ona məxsus torpaq sahəsini aşağdakı həcmdə qeyri-qanuni tutaraq sahiblənmişlər: ümumi sahə üzrə uzununa, bir tərəfdən (X sahibliyində olan sahə ilə yan-yana) 6 metr digər, baş tərəfdən 16.60 metr, ümumi sahənin eni üzrə bir tərəfdən (X məxsus torpaq sahəsinin yan tərəfinə düşən) eni 20.75 metr digər tərəfdən (X11 zəbt etdiyi sah ə istiqamətində) 10.95 metr sahə hal-hazırda Cavabdeh1 və onun ailə üzvlərinin (Cavabdeh2 daxil olmaqla) qeyri-qanuni sahibliyindədir. Uzun illərdir ki, cavabdehlər qaçqın olduqlarını vurğulayıb mülkiyyətinə qeyri-qanuni sahibllənmələrinə qanuni don geyindirməyə çalışmışlar. Məcburi qaçqın statusunda olan cavabdehlər müvafiq qaydada dövlət səviyyəsində rəsmi olaraq yaşayış sahələri ilə təmin olunmaqlarına baxmayaraq, özbaşına, ona məxsus yaşayış və torpaq sahələrini əlavə olaraq tutaraq mülkiyyət hüquqlarını pozmuşlar. Beləki, Binəqədi Rayon İcra Hakimiyyətinin Qaçqınlar və Məcburi Köçkünlər şöbəsi tərəfindən Cavabdeh2, oğlanları 1967-ci il təvəllüdlü Cavabdeh1, 1983-cü il təvəllüdlü Cavabdeh4 (digər ailə üzvləri ilə birgə) xx xxxxx 1998-ci ildən məcburi köçkün kimi qeydiyyata alınaraq ün van 5 ünvanında yerləşən tikilidə məskunlaşdırılmışlar. Ailənin digər oğlu, X46 ailəsi ilə birgə Binəqədi qəsəbəsi, 1-ci mədən, korpus 9 ünvanında məcburi köçkün kimi qeydiyyatdadır. Göründüyü ki, X ailəsinə dövlət tərəfindən iki ayrı-ayrı yaşayış sahəsi verilmiş, lakin, onlar bunu az hesab edərək, üçüncü yaşayış sahəsini əldə etmək məqsədi ilə mülkiyyətini təşkil edən yaşayış evini zorakı qaydada tutaraq sahiblənmişlər. Qubadlı rayonundan məcburi köçkün olan X19 4 nəfər ailə üzvü ilə birgə rəsmi qaydada Binəqədi rayon İcra Hakimiyyətinin Qaçqınlar və Məcburi Köçkünlər şöbəsi tərəfindən xx xxxxxxx 1995-ci il tarixdə, Binəqədi qəsəbəsi, GK 1-nin yataqxanasında məcburi köçkün kimi qeydiyyata alınmaqla yaşayış sahəsi ilə təmin olunmuşlar. Gürcüstan vətəndaşı olmuş cavabdeh X23 da, mülkiyyət inə sahiblənməsi mümkünsüzdir, çünkü bu yaşayış sahəsini həmin əmlaka heç bir səlahiyyəti olmayan şəxsdən qeyri-qanuni satın almışdır. X34 bu sahəni Cavabdeh1 satın aldığını bildirsə də, bu evin qanuni mülkiyyətçisi odur və o, X27 hər hansı əmlak satmamışdır. Göründüyü kimi, mülkiyyət hüququ ilə ona məxsus yaşayış və qanuni şəkildə verilmiş torpaq sahəsini cavabdehlər əsassız və zorakı qaydada sahibliklərində saxlayırlar. Qanuna əsasən onlar qeyri qanuni sahibləndikləri sahələri qeyd şərtsiz ona qaytarmağa borcludurlar. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı müxtəlif vaxtlarda ünvan 7 ünvanda sahəsi 600 kv.metr torpaq sahəsində yerləşən “A” və “B” tiklilərini müvafiq olaraq X12 və Cavabdeh2 nın mərhum həyat yoldaşı X7. İddiaçı sonradan X11 qardaşı X14 qarşı “mülkiyyət hüququnun müdafiəsi, özbaşına zəbt edilmiş ünvan 8 ünvanda yerləşən 380.0 kv.m torpaq sahəsindən çıxarılma, həmin mübahisəli ərazidən onun maneəsiz istifadə hüququnun təmin edilməsi” tələbinə dair iddiası Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2008-ci il tarixli qətnaməsi ilə rədd edilmişdir. Qətnamədən iddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4037/2008 nömrəli, xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2008-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən kassasiya şikayəti verilməmiş və qətnamə qanuni qü vvəsini almışdır. Eləcə də, İddiaçı X12 qarşı ünvan 8 ünvanda yerləşən 220.0 kv.m torpaq sahəsindən və tikilidən çıxarılma iddia tələbi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2003-cü il tarixli qətnaməsi ilə rədd edilmişdir. Həmin qətnamədən apellyasiya şikayəti verilməmişdir. Qətnamə qanuni qüvvəsini almışdır. Cavabdeh2 na, həyat yoldaşı mərhum X33 və qeyrisinə qarşı iddiaçının həyat yoldaşı X15 “özbaşına tikilinin sökülməsinə” dair iddiasına Bakı şəhər Binəqədi Rayon Məhkəməsində baxılmış, məhkəmənin 2-747/2007 nömrəli, xx xxxxxxx 2007-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-519/2008 nömrəli iş üzrə xx xxxxxx 2008-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməməsi, həmin iş üzrə Bakı şəhər Binəqədi Rayon Məhkəmə sinin xx xxxxxxx 2007-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının xx xxxxxxxx 2008-ci il tarixli, 2(102)-2391/08 nömrəli qərarı ilə iddiaçı X15 və onun vəkili Qadaşlı Məhəmməd Allahyar oğlunun kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi MİÜMK-nın 2(103)519/2008 nömrəli iş üzrə xx xxxxxx 2008ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının xx xxxxxxxx 2008-ci il tarixli 2(102)-2391/08 nömrəli qərarının əsaslandırma hissəsində işə həm birinci, həm də apellyasiya instansiyası məhkəmələrində baxılarkən müəyyən olunmuşdur ki, İddiaçı ilə X24 xx xxxxx 1982-ci il tarixdə nikahlarını r əsmiləşdirməklə ailə qurmuş; həmin nikahdan iki uşaqları olmuş və Binəqədi rayon İcra Hakimiyyətinin xx xxxxxx 1991-ci il tarixli 1108 saylı sərəncamı ilə İddiaçı fərdi yaşayış evinin inşası üçün Binəqədi qəsəbəsində 600 kv. metr torpaq sahəsi ayrılmış; Binəqədi rayon İcra Hakimiyyəti Başçısının xx xxxxxxx 1998ci il tarixli sərəncamı ilə fərdi yaşayış evinin İddiaçı adına şəxsi mülkiyyət kimi qeydə alınması qərara alınmış; ünvan 1 ünvanda yerləşən 2 otaqlı, yaşayış sahəsi 43,2 kv.metr, ümumi sahəsi 60.1 kv.metr evin bir yaşayış otağı İddiaçı, 17.9 kv.metr sahəli bir yaşayış otağı isə X13 adına xüsusi mülkiyyət hüququ ilə qeydə alınmışdır. İş materiallarındakı sənədlərdən görünür ki, X saylı ev ilk dəfə xx xxxxxx 1998-ci il tarixdə İddiaçı adına qeydiyyatdan keçmiş, xx xxx 1999-cu il tarixd ə İddiaçı “Q” tikili bir otaq - 17,9 kv.metr, köməkçi sahəsi - 11,8 kv.metr olmaqla 27 saylı DNK-da 3 ma 1-130 saylı reyestrlə bağlanmış alqı-satqı müqaviləsinə əsasən X4 və sonuncuya xx xxxxxxxx 2001-ci il tarixli qeydiyyat vəsiqəsi verilmişdir, işin apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallarından görünür ki, mübahisəli evin yerləşdiyi torpaq sahəsindəki mövcud olmuş tikililər “A” yaşayış evindən, “B” qarajdan və “Q” yaşayış otağından ibarət olmuş; İddiaçı “Q” tikilisini 3 sot torpaq sahəsi ilə birlikdə notariat qaydada aparılmış alqı-satqı yolu ilə X-a satmış; “A” tikilisini 2.20 sot torpaq sahəsi ilə qeyri-rəsmi olaraq X satmış; “B” tikilisini təxminən 6 sot torpaq sahəsi ilə qeyri-rəsmi olaraq X satmışdır. İş materiallarından həmçinin görünür ki, “B” tikilisi həyəty anı torpaq sahəsi ilə birlikdə satılarkən İddiaçı həyat yoldaşı X məlumatı olmuşdur. Beləliklə İddiaçı ilə X11 və Cavabdeh2 arasında yuxarıda qeyd etdikləri iddialar əsasında çıxarılmış qanuni qüvvəyə minmiş məhkəmə qətnamələr mövcuddur. Hal-hazırda DƏDRX-nin Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx xxxxxxxx 2001-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 60.1 kv.metr olan evin, 30,4 kv. metr sahəli bir yataq otaqlı və bir köməkşi otaqlı “A” tiklisi İddiaçı, 29.7 kv.metr sahəli bir yaşayış otağı və bir köməkşi otaqlı “Q” tiklisi isə X13 adına xüsusi mülkiyyət ilə qeydə alınmışdır. Beləliklə xx xxx 1999-cu il tarixdə İddiaçı “Q” tikilisini bir otaq-17,9 kv.metr, köməkçi sahəsi - 11,8 kv. metr olmaqla 27 saylı DNK-da 3 ma 1-130 saylı reyestrlə bağlanmış alqı-satqı müqaviləsinə əsasən X2. Eləcə də, “A” tikilisini yerləşdiyi torpaq sahəsi ilə birlikdə X12 yazılı razılaşdırılmış xx xxxxxx 1999-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən sataraq 2.000 ABŞ dollar məbləğində maliyə vəsaitini Xdan almışdır. “B” tikilisini yerləşdiyi torpaq sahəsi ilə birlikdə mərhum X9 yazılı razılaşdırılmış xx xxxx 1999-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən 1.250 ABŞ dolları məbləğində maliyyə vəsaitini mərhum X29 almışdır. Müqavilələr icra edildiyi tarixlərdə (xx xxxxxxxx 2000-ci il tarixinədək) qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 132-ci maddəsinə əsasən “Şəhərlərdə və şəhər tipli qəsəbələrdə tikintiyə olan mülkiyyət hüququ birindən digərinə keçərkən, evin yanındakı torpaq sahəsindən istifadə hüququ da evi əldə edənə keçir.” Norma ya əsasən tikliyə mülkiyyət hüququ və yerləşdiyi torpaq sahəsinə istifadə hüququnu qarşılıqlı iddia tələbi üzrə iddiaçılar əldə etmişlər. Ancaq həmin alqı-satqı müqavilələri notariat qaydasında rəsmiləşdirilməmişdir. Bununla da qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Hal-hazırda faktiki vəziyyətə görə İddiaçı X3 ünvan 1 ünvanda yerləşən 2 otaqlı, yaşayış sahəsi 30,4 kv.metr olan “A” tiklisi tərtib edilmiş texniki pasportla müəyyən edilmiş hüdudlar daxilində olmaqla 200 kvadrat metr torpaq sahəsində yerləşir. İddiaçı Cavabdeh2 nın mərhum həyat yoldaşı X10 ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 51,9 kv. metr qaraj yəni “B” tiklisi tərtib edilmiş texniki pasportla müəyyən edilmiş hüdudlar daxilində olmaqla 200 kvadrat metr torpaq sahəsi ndə yerləşir. Göstərilənlərə əsasən qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(001)6525/2019 nömrəli (hakim M.Rüstəmli ) qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı əmlakın qanunsuz sahibliyindən geri alınması tələbinə dair iddiasının və cavabdehlər X11 və Cavabdeh2 nın İddiaçı qarşı alğı-satqı müqavilələrinin etibarlı hesab edilməsi və sair tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi qət olunmuşdur. Məhkəmə ilk iddianı və qarşılıqlı iddianı rədd edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43, 73, 77, 82, 230-cu maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli “M.Bağırovun şikayəti üzrə Azərbayca n Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx xxx 2007-ci il tarixli qərarının 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiya və qanunlarına uyğunluğunun yoxlanılmasına dair ” qərarına istinad etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat Bakı Apellyasiya Məhkəməsinin (hakimlər-Ş.Məmmədova (sərlik edən və məruzəçi), E.Mehdiyev və X.Sarıyev) xx xxxx 2020-ci il tarixli, 2(103)-3178/20 nömrəli qətnaməsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(001)6525/2019 nömrəli qətnaməsi ləğv olunaraq, İlk iddia üzrə İddiaçı ilk iddia üzrə cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “əmlakın qanunsuz sahiblikdən geri alınması” barədə iddia tələbinin və Qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh2 nın və X11 İddiaçı qarşı alqı-satqı müqavilələrinin etibarlı hesab edilməsi, tiklilərinin hər birinin yerləşdiyi torpaq sahələrinin naturada müəyyən edilməsi, dəymiş mənəvi zərərə görə onların hər birinə 10.000 manat məbləğində maliyyə vəsaitinin ödənilməsi vəzifəsinin İddiaçı həvalə edilməsi barədə qarşılıqlı iddiası təmin edilməmişdir. Apelyasiya instansiyası məhkəməsi hər iki iddia tələblərini rədd edərkən Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə, həmin Məcəllənin 77-ci maddəsinə, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2016-cı il tarixli Qərarına istinad etmişdir. Kassasiya şikayətinin iştirakçılarının izahatları a) və ona etirazın dəlilləri, məhkəmə icraatı Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 388-ci maddəsini pozaraq gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan faktiki halları araşmırmamış və nəticədə mübahisə açıq qalaraq mülkiyyətinə dair hüquqlarının pozulması davamlı olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. b) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı və iddiaçının vəkili Heydərova Sücayət kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Cavabdehlər Cavabdeh1 və X19 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələbinə əməl etməmiş, vəkilin iştirakı olmadan məhkəmə iclasına gəlmişlər. Ona görə məhkəmə kollegiyası onların izahatını dinləməmişdir. Digər cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Konstitusiyanın 60-cı maddəsi ilə hər kəsin həm Konstitusiya ilə təsbit edilmiş, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbayc an Respublikası Mülki Prossesual Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2016-cı il tarixli Qərarına əsasən Mülki Prossesual Məcəllənin 82.3-cü maddəsinin mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrak ı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etm əkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə xx xxxx 2015-ci il tarixli Qərarı). Mülki hüquqda faktlar dedikdə, mülki-hüquq münasibətlərinin əmələ gəlməsinin dəyişdirilməsinin və ya xitam olunmasının əsası kimi mülki qanunvericilikdə nəzərdə tutulan hallar başa düşülür. Başqa sözlə faktlar mülki-hüquqi nəticələrin baş verməsi ilə mülki qanunvericiliyin əlaqələndirdiyi və bağladığı həyati hallardır. Bu faktlar olmadan hər hansı bir mülki-hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və y a xitam olunması mümkün deyildir. Yalnız məhkəmə tərəfindən qanunla nəzərdə tutulmuş qaydada müəyyən edilmiş, yoxlanılmış və qiymətləndirilmiş faktlar preyudisial əhəmiyyət daşıyır. Beləliklə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Mülki Prosessual Məcəllənin 233.3-cü maddəsinə əsasən, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərinin, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəy yən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Göründüyü kimi, preyudisiallıq prinsipi yalnız əvvəlki və ya sonrakı proseslərdə iştirak edən tərəflərə, işdə iştirak edən digər şəxslərə və onların hüquq varislərinə aid edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli Qərarının 7-ci bəndində qeyd edilmişdir ki, Mülki Prosessual Məcəllənin 82.2 və 82.3-cü maddələrində qeyd olunan məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmiş hal dedikdə, qətnamənin təsviri hissəsində göstərilmiş işdə iştirak edən şəxslərin, şahidlərin göstərdikləri və ya digər sənədlərdə əks olunan hallar deyil, toplanmış sübutlara əsasən məhkəmənin müəyyən etdiyi hallar nəzərdə tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməs inin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Binəqədi Rayon İcra Hakimiyyətinin xx xxxxxx 1992-ci il tarixli, 1108 nömrəli sərəncamının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı fərdi evin tikintisi üçün 600 kv.metr torpaq sahəsi ayrılmışdır; Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarəsi tərəfindən verilən TM seriyalı, 000575 nömrəli qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, X saylı ev İddiaçı və X17 adına paylı mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə xx xxxxxx 1998-ci il tarixində qeydiyyat aparılmışdır; xx xxxx 2018-ci il tarixli və xx xxx 2019-cu il tarixli “Yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışlardan görünür ki, İddiaçı ünvan 7 ünvanında qeydiyyatdadır və qeydiyyatda başqa şəxslər yoxdur; Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının Binəqədi qəsəbə üzrə nümayəndəsi tərəfindən Vəkil1 ünvanlanmış xx xxx 2019-cu il tarixli tarixli sorğuya cavab məktubundan görünür ki, ünvan 12 ünvanında X25, X34, X31 qeydiyyatdadırlar, X, ev 42 ünvanında yerləşən tikilidə isə Füzuli rayonundan məcburi köçkün olan vətəndaşlar Cavabdeh1, Cavabdeh3, X39, X35 və X26 yaşayırlar; Notariat qaydasında təsdiq edilmiş xx xxxxxxxx 1999-cu il tarixli etibarnamənin surətindən görünür ki, İddiaçı X14 Bakı şəhəri X-də yerləşən evin “A” tikintidən ibarət olan hissəsinin alqı-satqısının bağlanmasını və onunla əlaqədar bütün hərəkətlərin edilməsini, müqavilənin notariat qaydasınd a rəsmiləşdirilməsini etibar etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2003-cü il tarixli, 2-1939/2003 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdeh X12 qarşı evdən çıxarılma tələbinə dair iddiası əsassız olduğundan təmin edilməmişdir. Həmin qətnamədən müəyyən olunur ki, İddiaçı 1995-ci il Binəqədi rayonu, Xdə olan texniki pasportla ona məxsus torpaq sahəsini üç nəfər ayrı-ayrı şəxslərə satmışdır. Həmin şəxslərdən biri olan Hüseynova 2,20 sot torpağı orta hissədə 1.900 ABŞ dollarına satmışdır. Bu haqda xx.xx.1999-cu il tarixdə tərəflər arasında şahidlərin iştirakı ilə müqavilə bağlanmışdır; Bakı Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx xxxx 2008-ci il tarixli, 2(103)-4037/2008 saylı qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Bi nəqədi Rayon Məhkəməsinin xx xxxx 2008-ci il tarixli qətnaməsi ilə İddiaçı X14 qarşı mülkiyyət hüququnun müdafiəsi, özbaşına zəbt edilmiş ünvan 14 ünvanda yerləşən 380,0 kv.m torpaq sahəsindən çıxarılma, həmin mübahisəli ərazidən onun maneəsiz istifadə hüququnun təmin edilməsi tələbinə dair iddiası təmin edilməmiş, qeyd olunan qətnamədən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2008-ci il qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunan məhkəmə aktından müəyyən olunur ki, İddiaçı özünə məxsus “A” tikilisini və torpaq sahəsini 1999-cu ildə Hüseynov Qardaşlarına satdığı vaxtdan 8 il ərzində həmin əqdin etibarsız sayılmasının tələb etmək hüququndan istifadə etməyərək iddia müddətini keçirmiş, eyni zamanda 1999-cu i ldə bağlanmış əqdə əsasən mübahisəli torpaq sahəsini sahiblik edən cavabdehə həmin sahəyə hüquqları yarandığı məhkəmə araşdırması zamanı təsdiq olunmuş, həmçinin iddiaçı özü məhkəmə iclasında 6 sot mübahisəli torpaq sahəsini bütövlükdə cavabdehə satdığını etiraf etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx xxxxxxxx 2008-ci il tarixli, 2(102)-2391/08 saylı qərarının surətindən görünür ki, iddiaçı X15 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı özbaşına tikilinin sökülməsi tələbinə dair iddiası əsassız olduğu üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2007-ci il tarixli, 2 747/2007 saylı qətnaməsi ilə rədd edilmiş, həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx xxxxxx 2008-ci il tarixli, 2(102) 2391/08 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin həmin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunan məhkəmə aktından müəyyən olunur ki, İddiaçı Həsən oğlu “A” tikilisini 2,20 sot torpaq sahəsi ilə qeyri-rəsmi olaraq H.Hüseynova satmış, “B” tikilisini təxminən 6 sot torpaq sahəsini qeyri rəsmi olaraq Əliş Orucova satmışdır. İş materiallarından da görünür ki, mübahisəli əmlakla bağlı çoxsaylı məhkəmə mübahisələri olmuşdur. İlk İddiaçı tərəfindən ona məxsus 600 kv.metr torpaq sahəsinin üzərində olan “A” və “B” tikililəri ilə birlikdə 1999-cu ildə X20 və X6 faktı qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilmişdir. Hazırda mübahisələndirilən torpaq sahələri nin və tikililərin yuxarıda qeyd edilən qanuni qüvvəyə minmiş məhkəmə aktlarında araşdırılaraq qiymət verilmiş torpaq sahələri və tikililər olması işin mübahtsəsiz hallarıdır. Göründüyü kimi uzun müddətdir ki, mübahisəli tikililər və torpaq sahəsi ilə bağlı çoxsaylı məhkəmə mübahisələri mövcud olmuş və qüvvədə olan qərarlarla ilk iddiaçının özünün və həyat yoldaşının iddiaları təmin olunmamışdır. Həmin qərarların preyudisiallığını heçə endirmək üçün hər dəfə tərəfi və yaxud iddianın predmetini dəyişməklə yenidən iddalar irəli sürülməklə mübahisələr davam etdirilir. Lakin qüvvədə olan məhkəmə qərarları ilə İddiaçı tərəfindən ona məxsus 600 kv.metr torpaq sahəsinin üzərində olan “A” və “B” tikililəri ilə birlikdə 1999-cu ildə X20 və X6 faktı qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3178/2020 nömrəli iş üzrə xxxx 2020-ci il tarixli qətnaməsi kassasiya şikayətinə aid hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar