Məhkəmə qərarları › İş №2(102)-4895/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4895/2022

09.09.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4895/2022 09.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARDADİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlunun məruzəsi ilə, Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-986/2022 nömrəli, 04 fevral 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh7, Cavabdeh6 İnqilab oğlu, Azərbaycan Respublikası DİN BDYPİ və Bakı şəhəri 21 saylı Dövlət Notariat Kontoruna qarşı “müqavilənin avtomobilin dövlət qeydiyy at nişanına aid hissədə etibarsız hesab olunması, həmin nişanın başqa avtomobilə təhkim edilməsinin etibarsız hesab olunması və nişanın qaytarılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, iddiaçı ilə Cavabdeh1 arasında 12 noyabr 2016-cı il tarixdə Bakı şəhəri 21 saylı Dövlət Notariat Kontorunda bağlanmış müqavilə üzrə maşının üzərinə təhkim olunmuş AZ **-DG-*** dövlət qeydiyyat nişanlı hissəsində müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh1 ilə Cavabdeh5 arasında bağlanmış xx.xx.2017-ci il tarixli nəqliyyat vasitəsinin alğı-satqı müqaviləsi üzrə AZ **-DG-*** dövlət qeydiyyat nömrəsinin BDYPİ-nə təhvil verilməsi hissəsinin etibarsız hesab edilməsi, həmçinin həmin nömrənin xx.xx.2017-ci il tarixdə Cavabdeh4 məxsus Toyota Land-Cruiser mark alı avtomobilin üzərinə qoyulmasının etibarsız hesab edilməsi və AZ **-DG-*** dövlət qeydiyyat nişanının iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli, 2(001)-680/2021 nömrəli qətnaməsi ilə (hakim G.Abbasova) iddia təmin edilmişdir. Həmin qətnamədən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh8 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-986/2022 nömrəli, 04 fevral 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər N.Cəfərov (sədrlik edən və məruzəçi), E.Mehdiyev, X.Sarıyev) apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbi nin rədd edilməsi qət edilmişdir. Qətnamədən İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin tam təmin olunmasını və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli, 2(001)-680/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İddiaçı kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 avqust 2022-ci il tarixli qərardadı ilə kassasiya icraatına qəbul edilmişdir. Lakin bundan sonra müəyyən edilmişdir ki, Cavabdeh6 İnqilab oğlunun Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 04 fevral 2022-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa olunması barədə ərizəsi və kassasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-986 /2022 saylı qərardadı ilə geri qaytarılmışdır. Sözügedən qərardaddan İddiaçı tərəfindən kassasiya şikayəti verilmişdir. Məhkəmə kollegiyası mülki iş materiallarını araşdıraraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-986/2022 saylı qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402-403, 405-409-cu maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün hazırkı mülki iş kassasiya baxışından çıxarılaraq, Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Çünki əvvəla mülki iş üzrə qətnamədən verilmiş şikayətə mahiyyəti üzrə baxılmasınadək, prosessual məsələlər barədə çıxarılmış qərardaddan verilmiş şikayət həll olunmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 403.1-ci maddəsinə gö rə bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Həmin Məcəllənin 409-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəllənin 408.1.1-ci maddəsinin tələbinə görə kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi kassasiya şikayəti daxil olduqda onu vermiş şəxsin kassasiya şikayəti vermək hüququna malik olmasını (şikayət verilmiş qərardadın MPM-nin 403.1-ci maddəsində nəzərdə tutulmuş kassasiya şikayəti verilməsi istisna edilmiş qərardadlar kateqoriyasına aid olub-olmamasını), kassasiya şikayətinin qanunla müəyyən olunmuş müddətdə verildiyini, kassasiya şikayətinin qanunla nəzərdə tutulmuş forma və məzmun tələblərinə cavab verdiyini yoxlamalı, həmin qaydalara riayət olunduğu halda kassasiya şikayətini baxılması üçün göndərməli, göstərilən tələblərə cavab vermədiyi halda isə, MPM-nin 408-ci maddəsinə əsasən kassasiya şikayətinin geri qaytarılması barədə əsaslandırılmış qərardad çıxarmalıdır. Lakin apelyasiya instansiyası məhkəməsi Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-986/2022 saylı qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin MPM-nin 402 və 403-cü maddələrinin tələblərinə uyğunluğunu yoxlamamışdır. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-986/2022 saylı qərardadı ilə İddiaçı deyil, prosessual statusuna görə əks tərəf olan Cavabdeh6 kassasiya şikayəti və müddətin bərpa olunması barədə ərizəsi geri qaytarılmışdır. Həmim qərardadın İddiaçı qanunla qorunan hansı hüquq və mənafelərinə toxunması, bu qərardadla onun h ansı tələbinin təmin olunmadığı müəyyən deyil. MPM-nin müdafiə üçün məhkəməyə müraciət etmək hüququndan bəhs edən 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin normada təsbit olunan ümumi qaydanı tamamlayan 403.1-ci maddəsində tərəfin o qərardadlardan kassasiya şikayət vermə hüququ tanınır ki, onun tələbləri təmin edilməmiş olsun. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263-264, 417.1.7-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-986/2022 nömrəli, 04 fevral 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-4895/2022 nömrəli qərardadı ləğv edilsin. İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)986/2022 saylı qərardadından verilmiş kassasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 403, 407, 409-cu maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün hazırkı mülki iş kassasiya baxışından çıxarılaraq Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar