Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4902/2020 04.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh İddia tələbi: əmlak bölgüsü Açar sözlər: ər-arvadın birgə mülkiyyəti, payların müəyyən edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1304/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxxxx 2020-ci il tarixdə Ali M əhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları Cavabdeh ilə İddiaçı xx xxx 1983-cü il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş, tərəflərin birgə nikahlarından 1986-cı il tarixdə Salman, 1987-ci il tarixdə Sevinc, 1989-cu il tarixdə Səbinə və 2001-ci il tarixdə Xədicə adlı uşaqları doğulmuşdur. Bakı şəhəri Nəsimi rayonu Şamil Əzizbəyov küçəsində yerləşən 122 saylı evin 4 saylı mənzili xx.xx.2006-cı il tarixdə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Birinci və apelyasiya instansiyası məhkəməsində icraat xx xxxxxx 2019-cu il tarixdə iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə əldə edilmiş Bakı şəhəri Nəsimi rayonu Ş.Əzizbəyov küçəsi 122 saylı evin 4 sa ylı mənzilinin 1/3 hissəsinin cavabdehin, 2/3 hissəsinin isə onun xeyrinə bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1863/2019 saylı iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim S.F.Cəfərov) iddia qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi rayonu Şamil Əzizbəyov küçəsində yerləşən 122 saylı evin 4 saylı mənzilinə 1/2 pay nisbətində iddiaçının, 1/2 pay nisbətində cavabdehin paylı mülkiyyət hüququnun tanınması qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi Ailə Məcəlləsinin 32, 33, 36, 37-ci, Mülki Məcəllənin 225-ci maddələrinə istinad edilməklə onunla əsaslandırılmışdır ki, mübahisəli əmlaka tərəflərin birgə nikah dövründə əldə edilmişdir, buna görə də həmin mənzilə tərəflərin b ərabər paylarla mülkiyyət hüququ tanınmalıdır. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, mənzilin bölünməsində onun payının artırılması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmiş və şikayətini onunla əsaslandırılmışdır ki, mənzil birgə nikah dövründə olsa da, nikahdan əvvəl əldə etdiyi vəsait hesabına əldə edilmişdir. Məhkəmə nəzərə almamışdır ki, uşaqlarından biri Səbinə 1-ci qrup əlildir və onun qəyyumluğuna verilib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1304/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər F.F.Babayev, X.A.Mərdanova, E.M.Həsənov) cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya məhkəməsi i ş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarından mübahisəsiz qaydada göründüyü kimi, mübahisəli mənzil tərəflərin nikahda olduqları dövrdə cavabdehin adına qeydə alınmışdır. İşdə mənzilin ər-arvadın birgə vəsaiti hesabına əldə olunmadığı və cavabdehin nikahdan əvvəl əldə etdiyi vəsait hesabına alındığı barədə heç bir sübut yoxdur. Həmçinin, həmin mənzilə dair bölgünün tərəflər arasında qeyri-bərabər aparılması üçün əsas müəyyən edilməmişdir. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddianın rədd edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, hüquqmüəyyənedici sənəddə mübahisəli mənziln xx.xx.2006-cı il tarixdə əldə edildiyi qeyd edilsə də, mənzil əslində 1989-cu idə alınmışdır, sadəcə rəsmişləşdirmə həmin dövrdə aparılmışdır. Buna görə həmin mənzil onun iddiaçı ilə birgə əmlakı hesab edilə bilməz. Həmçinin, 2-ci qrup əlil olan övladı Səbinə onun qəyyumluğuna verilmişdir və bu hal payların müəyyən edilməsi zamanı nəzərə alınmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş kassator məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı vəkilsiz iştirak etmişdir Kassasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəlləsinin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsini n qətnaməsi cavabdehin kassasiya şikayəti əsasında tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən, Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 36.3-cü maddəsinə əsasən, mübahisə olduqda ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ərarvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Həmin Məcəllənin 37.2-ci maddəsinə əsasən, ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olun maması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Cavabdehin apellyasiya şikayətində irəli sürdüyü və hazırki kassasiya şikayətinin dəlilləri ilə məzmunca eynilik təşkil edən dəlillərinə apellyasiya məhkəməsi tərəfindən araşdırılmaqla hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4902/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4902/2020
04.11.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver