Məhkəmə qərarları › İş №2(102)-4903/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4903/2020

01.12.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4903/2020 01.12.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı X1n cavabdeh Azərbaycan Respublikasının X3 Komitəsinə və qeyrilərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4903/20 (Açar sözlər: maraqlı şəxs statusu ilə bağlı məsələ) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), X1 və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi ilə, İddiaçı X1n cavabdeh Azərbaycan Respublikasının X3 Komitəsi və qeyrilərinə qarşı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5940/2020 nömrəli, xxxx 2020-ci il tarixli qərardadından Maraqlı şəxs tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı X1 cavabdeh Azərbaycan Respublikasının X3 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonradan iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizələr təqdim edərək X3 Komitəsini və Cavabdeh2 da cavabdeh qismində göstərərək X5 Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin yerləşdiyi 2324,1 m2 olan torpaq sahəsi ilə bağlı Cavabdeh2 adına verilmiş xx.xx.2007-ci il tarixli 000920 qeydiyyat nömrəli şəhadətnamənin və xx.xx.2008ci il tarixli reyestr nömrəsi **********96- 06301, qeydiyyat nömrəsi ********** olan Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində 0,23241 ha torpaq sahəsində yerlşən 19 nömrəli, 1511,0 m2 ümumi, 1096,4 m2 əsas, 414,6 m2 köməkçi sahədən ibarət 1/2 mərtəbəli qeyri-yaşayış binasının mülkiyyətə verilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin verdiyi “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın etibarsız hesab edilməsi, həmçinin çıxarışın verilməsinə əsas olmuş reyestrdəki qeydiyyatın ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində 1-ci icraat Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2(005)-157/2016 saylı qətnaməsi ilə (hakim F.Abdıyev) id dianın təmin edilməsi, Cavabdeh2 adına Azərbaycan Respublikası X5 edilməsi üzrə Dövlət Komitəsi tərəfındən verilmiş xx.xx.2007-ci il tarixli 000920 qeydiyyat nömrəsi olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin yerləşdiyi 2324,1 m2 olan torpaq sahəsi ilə bağlı şəhadətnamənin və xx.xx.2008-ci il tarixli reyestr nömrəsi **********9606301, qeydiyyat nömrəsi ********** olan Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsindəki 0,23241 ha torpaq sahəsində yerləşən 19 nömrəli, 1511,0 m2 ümumi, 1096,4 m2 əsas, 414,6 m2 köməkçi sahədən ibarət 1/2 mərtəbəli qeyri-yaşayış binasının mülkiyyətə verilməsi barədə Bakı şəhəri Ərazi İdarəsinin verdiyi “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın etibarsız hesab edilməsi, çıxarışın verilməsinə əsas olmuş rey estrdəki qeydiyyatın ləğv olunması, iddiaçının ödəməkdən azad edildiyi 10 manat məbləğində dövlət rüsumunun Cavabdeh2 dövlət nəfinə tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin (hakimlər-E.Həsənov (sərlik edən və məruzəçi), X.Məhərrəmova və İ.Vəliyev) xx xxxx 2016-cı il tarixli, 2(103)-4035/16 nömrəli qətnaməsi ilə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi MK-nın xx xxxx 2017-ci il tarixli qərarı ilə (sədrlik edən hakimlər Q.Əsgərov, Ə.Şadiyev və Ə.Rüstəmov, iş No 2(102)-1671/17 saylı mülki iş) Bakı Apellyasiya Məhkəməsinin (hakimlər-E.Həsənov (sərlik edən və məruzəçi), X.Məhərrəmova və İ.Vəliyev) xx xxxx 2016-cı il tarixli, 2(103)-4035/16 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Birinci instansiya məhkəməsində 2-ci icraat Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-157/16 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsindən maraqlarına toxunan şəxs qismində Maraqlı şəxs apellyasiya şikayəti vermiş, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə (sədrlik edən hakim A.Novruzova) apellyasiya şikayəti mümkün hesab edilərək, mülki iş baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi maraqlarına toxunan şəxs qismində Maraqlı şəxs apellyasiya şikayətini mümkün hesab edərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1357.2, 360, 3 64-cü maddələrinə istinad etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki 2-ci icraat Bakı Apellyasiya Məhkəməsinin (hakimlər-F.Babayev (sərlik edən və məruzəçi), X.Məhərrəmova və V.Sadıqov) xx xxxx 2020-ci il tarixli, 2(103)-5940/20 nömrəli qərardadı ilə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-157/16 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsindən maraqlarına toxunan şəxs qismində Maraqlı şəxs apellyasiya şikayəti qeyri-mümkün hesab edilmişdir. Apelyasiya instansiyası məhkəməsi Maraqlı şəxs apelyasiya şikayətini qeyri-mümkün hesab edərkən M.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2016-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstit usiya Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qərarına əsasən hesab etmişdir ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)4035/2016 saylı, 03 iyun 2016-cı il tarixli qətnaməsi qanuni qüvvəsini aldığından, maraqlı şəxsin apellyasiya şikayəti prosessual əsaslar olmadığından qeyrimümkün hesab edilməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Maraqlı şəxs kassasiya şikayəti verərək qərardadın ləğv edilərək, şikayətin mümkün hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs cavabdeh X2 həyat yoldaşıdır, qeyd olunan qeyri-yaşayış sahəsi onların nikahları dövründə birgə vəsait hesabına əldə edilmiş, bu səbəbdən məhkəmə qətnaməsi Maraqlı şəxs maraqlarına toxunur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. a) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasına gəlmədiyi üçün Məhkəmə kollegiyası MPMin 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər (maddə 357.1). Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir (maddə 357.2). M.İbrahimovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2016-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslər qanunvericiliyin tələblərinə əməl etməklə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququna malidirlər. Qanunverici bir-birini təkzib edən nəticələri olan mə hkəmə aktlarının mövcud olmamasını təmin etmək məqsədi ilə qanuni qüvvəyə minmiş qətnamələrə yuxarı instansiya məhkəmələri tərəfindən yenidən baxılması imkanını nəzərdə tutur. Mülki iş üzrə apellyasiya məhkəməsinin qətnaməsi yalnız kassasiya instansiya məhkəməsində mübahisələndirilə bilər. Bakı Apellyasiya Məhkəməsi isə hüquqlarına toxunan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsini, yəni işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olub-olmamasını qanunvericiliyin yuxarıda göstərilən tələblərinə uyğun olaraq yoxlamamış, eləcə də, Mülki Prosessual Məcəllənin 403.2-ci maddəsinin tələblərini nəzərə almadan qanuni qüvvədə olan x xxxxx 2015-ci il tarixli qətnaməsinin mövcudluğuna baxmayaraq, işə yenidən baxmış və əvvəlki qətnaməyə zidd olan qətnamə ç ıxarmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 57.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 357.2. Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Prokuror bu Məcəllənin 50-ci və 306-cı maddələrində göstərilən hallarda məhkəmə baxışında iddiaçı və ya ərizəçi olarsa, məhkəmə aktlarından protest verə bilər. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya i nstansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mövqeyini nəzərə almaqla düzgün olaraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)4035/2016 saylı, 03 iyun 2016-cı il tarixli qətnaməsi qanuni qüvvəsini aldığından, maraqlı şəxsin apellyasiya şikayəti prosessual əsaslar olmadığından qeyri-mümkün hesab edilməlidir. MPM-nin 357.1. maddəsinin məzmunundan göründüyü kimi maraqlı şəxslər qanuni qüvvəyə minməmiş məhkəmə qərarlarından şikayət verə bilərlər. İşdən görünür ki, həmin işə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-da xx xxxx 2017-ci il tarixdə baxılaraq yekeun qərar qəbul edilmişdir. Hətta bundan sonra mübahisəli əmlakın “xxxx” ASC-də ipotekada olması nəzxərə alınaraq həmin bank tərəfindən də maraqlı şəxs kimi apellyasiya şikayəti verilmiş və məhkəmələr eyni əsasla bankın şikayətini də qeyrimümkün hesab etmişlər. Eyni zamanda işdən görünür ki, həmin iş üzrə qərarlar bütün instansiyalarda şikayət əsasında yoxlanılmış, hətta, işin Konstitusiya Məhkəməsinin icraatına çıxarılması ilə bağlı müraciət də təmin edilməmişdir. Hazırkı müraciət artıq mahiyyəti üzrə həll edilmiş məsələnin açıq-aşkar təkrar məhkəmə baxışına çıxarılması məqsədi ilə verilmişdir ki, belə hallar məhkəmə qərarlarının sabitliyinə xələl gətirmiş olar. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5940/2020 nömrəli iş üzrə xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar