Məhkəmə qərarları › İş №2(102)-4904/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4904/2020

21.10.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4904/2020 21.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Quliyev Gündüz Ağababa oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2(103)5077/2020 saylı qərardadından İddiaçı Hacı oğlu tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim S.R.Mustafayeva, iş № 2(006)-3361/2019) İddiaçı Bakı şəhəri Cavabdehnə qarşı icra məmuru Nin hərəkətl ərinin qanuna zidd olmasının müəyyən edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: Z.Ə.Əliyev, F.Ş.Talışinski və R.Ə.Eyvazov, iş № 2(103)9567/2019) iddiaçının apelyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi ləğv olunmuş, İddiaçı mənzilin hərrac yolu ilə satılmasının qanunsuz olması və s. tələblərinə dair iddiası rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarı ilə (hakimlər: Ə.A.Əhmədov, A.Ə.İsgəndərov və İ.K.Dəmirov, iş № 2(102)923/2020) iddiaçının kassasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il t arixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İşə təkrar baxan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərardadı ilə (hakimlər: E.C.Kazımov, X.Ə.Sarıyev və İ.Ə.Kərimli) iddiaçının apelyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi ləğv edilməklə İddiaçı inzibati orqanın qanunsuz hərəkəti barədə iddia ərizəsi üzrə işin icraatına xitam verilmiş, İddiaçı icra məmurunun hərəkətlərindən icra sənədini vermiş məhkəməyə şikayət vermək hüququ izah edilmişdir. İşin halları: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə X1 iddiaçı Maraqlı şəxs xeyrinə 130.000 ABŞ dollarının ödəniş gününə olan məzənnəyə u yğun olaraq manatla tutulması qət edilmiş və həmin qətnamənin icrası ilə bağlı keçirilmiş hərracda cavabdehə məxsus 176.000 manat dəyərində qiymətləndirilmiş mənzil 123.200 manata Maraqlı şəxs satılmışdır. Həmin iş üzrə cavabdeh X2 atası İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək borcun ödənilməsi üçün hərracdan satılmış evin oğlunun adına olsa da, əslində onun tərəfindən və onun vəsaiti hesabına alınmasını və həmin mənzildə yaşadıqları üçün tələbin göstərilən mənzilə yönəldilməsinin qanunsuz olmasını və s. əsas göstərməklə mənzilin hərraca çıxarılmasını təmin etmiş Bakı şəhəri Cavabdeh icra məmuru Nin hərəkətinin qanuna zidd hesab olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlillər i: İş üzrə İddiaçı kassasiya şikayəti verərək qərardadın maddi və prosessual qanunvericiliyin tələblərinin pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdeh və üçüncü şəxs məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olu nmamalı, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi iş üzrə icraata xitam verərkən hesab etmişdir ki, birinci instansiya məhkəməsinin cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı inzibati orqanın qanunsuz hərəkəti barədə iddia ərizəsini icraata qəbul edib iddia icraatı qaydasında baxması prosessual qanunvericiliyinin tələblərinə uyğun olmamışdır. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı icra sənədinin icrası zamanı icra məmurunun qanunsuz hərəkətlərini mübahisələndirmişdir. Lakin hazırkı tələbə iddia icraatı, yaxud inzibati məhkəmə icraatı qa ydasında baxılmalı olmasa da, qətnamənin icrası qaydasında, yəni həmin mülki işin davamı olaraq icra sənədinin qanunsuz icra olunması ilə əlaqədar icra məmurunun hərəkətlərindən yaxud hərəkətsizliyindən, o cümlədən hazırkı işin predmeti olan hərəkətindən icra sənədini vermiş məhkəməyə şikayət vermək hüququ var və onun bu şikayətinə icra qaydasında baxılmalıdır. Azərbaycan Respublikası MPM-nin 236-cı maddəsinə görə məhkəmə qətnamənin icrasını bu Məcəllənin 13-cü fəslində müəyyən olunmuş qaydada təmin edə bilər. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Kollegiya apelyasiya instansiyası məhkəməsinin həmin nəticə si ilə razılaşaraq hesab edir ki, iş üzrə icraata xitam verilməsi və aidiyyəti üzrə icra məmurunun olduğu yer üzrə məhkəməyə müraciət etmək hüququnun iddiaçıya izah edilməsi qanuni və əsaslı olmuşdur. Göstərilənlərlə əlaqədar kollegiya kassasiya şikayətini əsassız sayır və hesab edir ki, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar