Məhkəmə qərarları › İş №2(102)-4906/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4906/2021

19.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4906/2021 19.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı1 və digərlərinin cavabdeh Cavabdeh2 və digərlərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4906/21 (Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi barədə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən, məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 aprel 2021-ci il tarixli, 2(107)682/2021 saylı qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı2 və İddiaçı3 kassasiya şikayəti üzrə iş ə 19 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, iddiaçılar İddiaçı1 və digərləri məhkəmədə Cavabdeh2 və digərlərinə qarşı iddia qaldırırıq, Cavabdeh8la Qafar Demirçi (Əziz) arasında bağlanmış 13.76 ha torpaq sahəsinin alqı-satqısına dair 09 iyun 2005-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, həmin torpaq sahəsinə dair reyestr orqanı tərəfindən verilmiş 15 may 2006-cı il tarixli, JN:0459 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının 8797813.26-4520597.83, 8797***-*******.06, 8797797.46-4521020.96, 8798105.694520954.75 və 8797996.02-4520558.80 koordinatları daxilində olan 129601.89 kv.metr torpaq sahəsi hissəsində etibarsızlığının tanınması, həmçinin Qafar Əziz ilə Cavabd eh3, Cavabdeh4 və Cavabdeh2 arasında bağlanmış 20 avqust 2008-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin torpaq sahəsinə dair Cavabdeh2 adına verilmiş Çıxarışın ləğv edilməsi və JN:333 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında göstərilmiş 13.76 ha torpaq sahəsinin 0.80 ha hissəsinin "xxxx" MMC adına Reyestr Xidməti tərəfindən verilmiş mövcud sənədlərin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Şəki Rayon Məhkəməsinin 22 yanvar 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim P.V.Hacıyev) iddia tələbləri rədd edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, JN-333 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən, Şə ki Rayon AİK-nın 18 noyabr 1998-ci il tarixli, 59 saylı Qərarı ilə 13.76 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh8 və ailə üzvləri İddiaçı1, Möylənverdi Hüseynov, Aynur Hüseynova və İddiaçı2 ümumi birgə mülkiyyətlərinə verilib. 09 iyun 2005-ci il tarixli notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh8, İddiaçı1, Möylənverdi Hüseynov, Aynur Hüseynova və İddiaçı2 onlara məxsus olan 13.76 ha torpaq sahəsini 14.000.000 (AZM) manata X11 oğluna satıblar. Bundan sonra 15 may 2006-cı il tarixli, JN-459 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən kənd təsərrüfatı təyinatlı 354.58 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə X7 adına qeydə alınıb. 16 yanvar 2008-ci il tarixdə X10 JN459 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən özünə məxsus olan 354.58 ha torpaq sahəsi üzərində sərəncam verməyi və sair hərəkətləri etməyə dair 1 il müddətinə qüvvədə olmaqla X2 adına etibarnamə verib. 20 avqust 2008-ci il tarixli alqısatqı müqaviləsinə əsasən, X7 etibarnamə üzrə nümayəndəsi Həmin Mikayılov 15 may 2006-cı il tarixli, JN-459 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə X7 mülkiyyətində olan 354.58 ha torpaq sahəsinin 78 ha hissəsini 31.200 manata Cavabdeh2, 190.58 ha hissəsini 76.800 manata Cavabdeh4, 86 ha hissəsini 33.832 manata Cavabdeh3 satıb və həmin müqavilələri X7 adından etibarnamə üzrə nümayəndəsi Həmid Mikayılov imzalayıb. 19 noyabr 2018-ci il tarixli Çıxarışa əsasən, Şəki rayonu, Turan qəsəbəsində yerləşən 12.96 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına qey də alınıb. Həmçinin işdən görünür ki, 19 fevral 1998-ci il tarixli “Nikahın pozulması haqqında” Akt qeydinə əsasən, Cavabdeh8la İddiaçı1 arasında olan nikah 19 noyabr 1997-ci il tarixli məhkəmə qətnaməsinə əsasən pozulub. Göründüyü kimi iddiaçılar hazırki iddia tələbləri ilə məhkəməyə müraciət edənədək qanunla müəyyən edilmiş iddia müddətini ötürüblər. Cavabdeh tərəf isə iddia müddətinin tətbiq edilməsi barədə yazılı müraciət təqdim etdiklərindən iddia rədd edilməlidir. Eyni zamanda qeyd edilən müqavilələr əsasında cavabdehlər Çıxarışlar aldığından, iddia tələbləri alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi hissəsində rədd edildiyindən, iddia tələbləri Çıxarışların ləğv edilməsi hissəsində də təmin edilə bilməz. Ona görə də iddia tələbləri bütövlükdə rədd edilməlidir. Birinci in stansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 337.1, 375.2, 377.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. İddiaçılar apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş ediblər. Apellyasiya instansiyası məhkəməsində birinci icraat Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 may 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər A.A.Mahmudov sədrlik edən və məruzəçi, M.A.Əsədli və Ə.T.Məcidov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Şəki Rayon Məhkəməsinin 22 yanvar 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci instansiya məhkəməs i iddia tələblərini rədd etməklə düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. İddiaçılar kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş ediblər. Kassasiya instansiyası məhkəməsində birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarı ilə (hakimlər Z.Ə.Əliyev, sədrlik edən, məruzəçi, G.A.Quliyev və İ.R.Xələfov) kassasiya şikayəti təmin edilərək, iş üzrə Şəki Rayon Məhkəməsinin 19 may 2020-ci il tarixli qətnaməsi ləğv edilərək, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsin ə qaytarılıb. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər G.Q.Abbasov sədrlik edən, məruzəçi, M.İddiaçı4 və E.Ş.Hüseynov) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Şəki Rayon Məhkəməsinin 22 yanvar 2020-ci il tarixli qətnaməsi ləğv edilib, yeni qətnamə çıxarılmaqla iddia tələbləri rədd edilib. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, JN-333 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən, Şəki Rayon AİK-nın 18 noyabr 1998-ci il tarixli, 59 saylı Qərarı ilə 13.76 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh8 və ailə üzvləri İddiaçı1, Möylənverdi Hüseynov, Aynur Hüseynova və İddiaçı2 ümumi birgə mülkiyyətlərinə verilib. 09 iyun 2005-ci il tarixli notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh8, İddiaçı1, Möylənverdi Hüseynov, Aynur Hüseynova və İddiaçı2 onlara məxsus olan 13.76 ha torpaq sahəsini 14.000.000 (AZM) manata X11 oğluna satıblar. Bundan sonra 15 may 2006-cı il tarixli, JN-459 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən kənd təsərrüfatı təyinatlı 354.58 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə X7 adına qeydə alınıb. 16 yanvar 2008-ci il tarixdə X10 JN459 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən özünə məxsus olan 354.58 ha torpaq sahəsi üzərində sərəncam verməyi və sair hərəkətləri etməyə dair 1 il müddətinə qüvvədə olmaqla X2 adına etibarnamə verib. 20 avqust 2008-ci il tarixli alqısatqı müqaviləsinə əsasən, X7 etibarnamə üzrə nümayəndəs i Həmin Mikayılov 15 may 2006-cı il tarixli, JN-459 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə X7 mülkiyyətində olan 354.58 ha torpaq sahəsinin 78 ha hissəsini 31.200 manata Cavabdeh2, 190.58 ha hissəsini 76.800 manata Cavabdeh4, 86 ha hissəsini 33.832 manata Cavabdeh3 satıb və həmin müqavilələri X7 adından etibarnamə üzrə nümayəndəsi Həmid Mikayılov imzalayıb. 19 noyabr 2018-ci il tarixli Çıxarışa əsasən, Şəki rayonu, Turan qəsəbəsində yerləşən 12.96 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına qeydə alınıb. Həmçinin işdən görünür ki, 19 fevral 1998-ci il tarixli “Nikahın pozulması haqqında” Akt qeydinə əsasən, Cavabdeh8la İddiaçı1 arasında olan nikah 19 noyabr 1997-ci il tarixli məhkəmə qətnaməsinə əsasən pozulub. Əvvəla, birinci in stansiya məhkəməsi iddia müddətinin ötürülməsi əsası ilə iddia tələblərini rədd etməklə düzgün nəticəyə gəlməyib. Belə ki, iddiaçılar İddiaçı4, İddiaçı3 və İddiaçı2 torpaq sahəsi 1998-ci ildə onların birgə mülkiyyətlərinə, 2005-ci ildə isə özgəninkiləşdirilən zaman azyaşlı olduqlarından onların həmin torpaq sahəsinin mövcudluğundan, o cümlədən özgəninkiləşdirilməsindən məlumatlı olmaları inandırıcı görünmür. Bu zaman həm də nəzərə alınmalıdır ki, onların valideynlərinin nikahı 19 noyabr 1997-ci il tarixdə məhkəmə qətnaməsinə əsasən pozularkən onlar azyaşlı olduqları üçün anaları İddiaçı1 yanında qalmışlar. Lakin tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən İddiaçı1 əri, eləcə də yetkinlik yaşına çatmayan İddiaçı4, İddiaçı3 və İddiaçı2 qanuni nümayəndəsi kimi ataları Cavabdeh8 sözügedən torpaq sahəsini 14.000.000 manata (AZM) X1 və sonuncu həmin torpaq sahəsini qəbul edib əvəzində müqavilədə müəyyənləşdirilmiş pul vəsaitini ödədiyindən, alqı-satqı müqaviləsinin Cavabdeh8 münasibətdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtlərin pozulmaqla bağlanması öz təsdiqini tapmadığından, alqı-satqı müqaviləsi ona aid hissədə etibarsız sayıla bilməz. Alqı-satqı müqaviləsinin bağlanması zamanı İddiaçı1 iştirakının olmaması, habelə İddiaçı4, Aygün Hüseynova və İddiaçı2 payına münasibətdə alqı-satqı müqaviləsinin bağlanması zamanı qəyyumluq və himayəçilik orqanının razılığının alınmaması ilə bağlı qeyd olunmalıdır ki, Cavabdeh2 və qeyriləri mübahisəli 13.76 ha torpaq sahəsini alqı-satqı müqaviləsinə əsasən vicdanlı əldə etdiyindən və həmin müqavilənin etibarsız sayılması üçün qanuni əsaslar olmadığından, iddia tələbi bu hissədə də təmin edilə bilməz. Ona görə də iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia tələblərinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəlləsinin 337.1, 390.1, 390.2-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində ikinci icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçılar kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün digər müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qəra r qəbul edilməsini xahiş ediblər. Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh2 etiraz ərizəsində kassasiya şikayətinin təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş olunub. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı2, İddiaçı3, cavabdehlər X11, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh8, "xxxx" MMC, Şəki Rayonu, 02 saylı Dövlət Notariat Kontoru və Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbər dar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Mülki Məcəllənin 337.1-ci maddəsində göstərilir ki, müəyyənləşdərilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Mülki Məcəllədə Həmin Məcəllənin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 149.2-ci maddəsində göstərilir ki, əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Həmin Məcəllənin 178.1-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Mə cəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kassasiya baxışının həd ləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. İddiaçılar kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdiklərindən, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin möv qeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. İddiaçılar kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmasını, iddianın təmin edilməsi üçün əsasların olmasını göstərsələr də, kassasiya instansiyası məhkəməsi onların bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəm əsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, JN-333 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən, Şəki Rayon AİK-nın 18 noyabr 1998-ci il tarixli, 59 saylı Qərarı ilə 13.76 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh8 və ailə üzvləri İddiaçı1, Möylənverdi Hüseynov, Aynur Hüseynova və İddiaçı2 ümumi birgə mülkiyyətlərinə verilib. 09 iyun 2005-ci il tarixli notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh8, İddiaçı1, Möylənverdi Hüseynov, Aynur Hüseynova və İddiaçı2 onlara məxsus olan 13.76 ha torpaq sahəsini 14.000.000 (AZM) manata X11 oğluna satıblar. Bundan sonra 15 may 2006-cı il tarixli, JN-459 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən kənd təsərrüfatı təyinatlı 354.58 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə X7 adına qeydə alınıb. 16 yanvar 2008-ci il tarixdə X10 JN-459 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən özünə məxsus olan 354.58 ha torpaq sahəsi üzərində sərəncam verməyi və sair hərəkətləri etməyə dair 1 il müddətinə qüvvədə olmaqla X2 adına etibarnamə verib. 20 avqust 2008-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, X7 etibarnamə üzrə nümayəndəsi Həmin Mikayılov 15 may 2006-cı il tarixli, JN459 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə X7 mülkiyyətində olan 354.58 ha torpaq sahəsinin 78 ha hissəsini 31.200 manata Cavabdeh2, 190.58 ha hissəsini 76.800 manata Cavabdeh4, 86 ha hissəsini 33.832 manata Cavabdeh3 satıb və həmin müqavilələri X7 adından etibarnamə üzrə nümayəndəsi Həmid Mikayılov imzalayıb. 19 noyabr 2018-ci il tarixli Çıxarışa əsasən, Şəki r ayonu, Turan qəsəbəsində yerləşən 12.96 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına qeydə alınıb. Həmçinin işdən görünür ki, 19 fevral 1998-ci il tarixli “Nikahın pozulması haqqında” Akt qeydinə əsasən, Cavabdeh8la İddiaçı1 arasında olan nikah 19 noyabr 1997-ci il tarixli məhkəmə qətnaməsinə əsasən pozulub. Əvvəla, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi əsaslandırması ilə razılaşmayıb qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələblərini rədd edərkən hazırki mülki mübahisəyə iddia müddətinin tətbiqi məsələsinə düzgün hüquqi qiymət verməyib. Belə ki, iddiaçılardan İddiaçı4, İddiaçı3 və İddiaçı2 mübahisəli torpaq sahəsi 1998-ci ildə onların ümumi birgə mülkiyyətlərinə verilərkən və 2005-ci ildə həmin torp aq sahəsi özgəninkiləşdirilərkən onlar azyaşlı olmaqla, torpaq sahəsinin mövcudluğundan və onun özgəninkiləşdirilməsindən məlumatsız olublar. İşin bu halı valideynlərinin nikahının 19 noyabr 1997-ci il tarixdə məhkəmə qətnaməsinə əsasən pozulması və nikah pozulduqdan sonra onların anaları İddiaçı1 yanında saxlanılması ilə də təsdiq olunur. Torpaq sahəsi isə həmin dövrdə ataları Cavabdeh8 istifadəsində olub. Düzdür, Cavabdeh8 məhkəmə kollegiyasının iclasında verdiyi izahatında keçmiş arvadı İddiaçı1 həmin torpaq sahəsinin birgə mülkiyyətlərində olmasından məlumatlı olduğunu, habelə 2005-ci ildə torpağı satdıqdan sonra əldə etdiyi puldan uşaqlarına da verdiyini bildirib. Lakin işin hallarından görünür ki, tərəflərin arasında olan nikah 1997-ci ildə pozulduqdan sonra İddiaçı1 əvvəl Mingəçevir şəhərində, sonradan isə müxtəlif ünvanlarda azyaşlı uşaqları ilə birlikdə yaşayıb və onun həmin torpaqdan istifadə etməyə imkanı olmayıb. Ona görə də sözügedən torpaq sahəsinin sabiq əri Cavabdeh8 tərəfindən 2005ci ildə satılmasından onun məlumatı olmaya bilərdi. Cavabdeh8 2005-ci ildə torpağı satdıqdan sonra əldə etdiyi puldan uşaqlarına da verməsi və ya göndərməsi isə iddiaçıların torpağın satılması barədə məlumatlı olmaları anlamına gəlmir. Belə ki, özündən ayrı yaşayan azyaşlı övladlarına maddi yardım göstərmək Cavabdeh8 vəzifəsi olub və o, göndərdiyi pulun (maddi yardımın) mənbəyini açıqlamaya da bilərdi. Bunun əksini təsdiq edən sübut isə mövcud deyil. Hazırda iddiaçılar, Yaşar X4 arasında bağlanmış 13.76 ha torpaq sahəsinin alqısatqısına dair 09 iyun 2005-ci il tarixli müqavilənin etibarsız hesab edilməsini tələb edirlər və tələblərinin əsası kimi istinad etdikləri halları belə əsaslandırıblar ki, sözügedən alqısatqı müqaviləsi X10 ilə bağlansa da, torpağın faktiki istifadəçisi və alıcısı Cavabdeh2 olub, torpağa görə pulu Qafar Əziz deyil, Cavabdeh2 ödəyib. Həmçinin alqı-satqı müqaviləsində alıcı kimi adı yazılan Qafar Əzizin adının qarşısındakı imza onun həqiqi imzasından kəskin fərqlənir. Cavabdeh8 sözlərinə görə, o, X9 tanımır və torpağı satarkən Cavabdeh2 adamları ilə razılığa gəlib. Həmin vaxt işdə maraqlı olan Cavabdeh2 qanunsuz bağlanmış alqı-satqı müqaviləsinə əsaslanaraq həmin torpaq sahəsinə dair X7 adına JN:0459 saylı, 15 may 2006-cı il tarixli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı hazırlayıb öz imzası ilə təsdiq edib. Cavabdeh2 isə dövlət aktını tərtib edərkən həmin aktın əsasını təşkil edən alqı-satqı müqaviləsinin qanunsuz olduğunu açıq-aydın görmüş olsa da təsdiqləyib. X7 adına JN:0459 saylı Dövlət Aktı verildikdən iki il sonra, yəni 20 avqust 2008-ci il tarixdə mübahisəli torpaq sahəsi Cavabdeh2 da daxil olmaqla bir vahid müqavilə əsasında 3 nəfərə satılıb. Belə ki, alıcılar Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 satıcı X6 JN:0459 saylı Dövlət Aktında göstərilən torpaq sahələrini alıb. Müqaviləyə diqqət yetirdikdə oradakı imzanın Cavabdeh8la bağlanmış müqavilədəki imza ilə kəskin fərqləndiyi açıq-aydın görünür. Notarius bilərəkdən ciddi nöqsana yol verib və X7 iştirakı olmadan müqaviləni təsdiqləyib. Apellyasiya instansiyası məhkəməsi iddiaçıların iddia tələbləri ilə razılaşmayıb, cavabdeh X7 10 mart 2021-ci il tarixli notarial q aydada təsdiq edilmiş ərizəsini tədqiq edib müəyyən etmişdir ki, sözügedən alqı-satqı müqaviləsi bilavasitə müqavilə üzrə tərəflərin iştirakı ilə bağlanıb və həmin müqavilə müvafiq olaraq satıcı Cavabdeh8 və alıcı X10 tərəfindən şəxsən imzalanıb. Qeyd olunan hallar Cavabdeh2 izahatı, o cümlədən Cavabdeh8 birinci instansiya məhkəməsində verdiyi izahatı, habelə məhkəmə iclasında şahid qismində dindirilmiş Həmid Mikayılovun ifadəsi ilə də təsdiq olunur. İddia tələblərinin və kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin digər dəlillərindən biri də sözügedən alqı-satqı müqaviləsinə əsasən mübahisəli torpaq sahəsinə dair X7 adına JN:0459 saylı, 15 may 2006-cı il tarixli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının bilavasitə Cavabdeh2 tərəfindən hazırlanıb, öz imzası ilə təsdiq etməsi ilə bağlıdır. Apellyasiya instansiyası məhkəməsi, iddiaçıların bu dəlilləri üzrə araşdırma apararaq müəyyən etmişdir ki, Cavabdeh2 2002-2008-ci illərdə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki Şəhər Şöbəsinin müdiri vəzifəsində işləyib və öz səlahiyyəti çərçivəsində Dövlət Aktını imzalayıb, onu təsdiq etmək bilavasitə onun vəzifə borcu olub. Daha sonra, iddiaçılar kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətlərində torpaq sahəsinə dair alqı-satqı müqaviləsi X10 ilə bağlanmış olsa da, torpaq sahəsindən faktiki olaraq Cavabdeh2 istifadə etməsi, torpaq sahəsinin dəyərinin Qafar Əziz tərəfindən deyil, Cavabdeh2 tərəfindən ödənilməsi, alqı-satqı müqaviləsinin bağlanmasından sonra həmin torpaq sahəsinin sonuncunun icarəsində olması ilə bağlı göstərdiyi dəlillər öz təsdiqini tapmadığı üçün apellyasiya instansiyası məhkəməsi haqlı olaraq onların bu dəlillərini də əsassız hesab edib. Apellyasiya instansiyası məhkəməsi, iddiaçıların irəli sürdükləri dəlillərlə razılaşmayıb düzgün olaraq qeyd etmişdir ki, hər bir fiziki şəxs azad surətdə müqavilə bağlaya və bu müqavilənin məzmununu müəyyənləşdirə bilər və o, Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan hər hansı müqavilə bağlaya bilər. Hazırki halda mübahisəli torpaq sahəsinə dair Yaşar X4 arasında sözügedən alqı-satqı müqaviləsi bağlanarkən Mülki Məcəllədə müəyyənləşdirilmiş hər hansı şərtlər pozulmayıb və həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə, yəni Cavabdeh2 və digərlərinə keçib. Nəzərə alınmalıdır ki, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilir. Həmçinin əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması zəruridir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı old uqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Başqa sözlə, əqdin etibarsızlığı əqdin etibarlı olması şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur. Etibarsız əqdlər tərəflərin arzu etdikləri hüquqi nəticəyə səbəb olmur. Onlar qanunda nəzərdə tutulan mənfi nəticələrin yaranmasına səbəb olur. Etibarsız əqdlər hüquqa zidd, qeyri-hüquqi hərəkətdir. Etibarsız əqdlər elə hüquqa zidd hərəkətlərdir ki, bu hərəkətlər əqdin etibarlı olması şərtlərindən, heç olmazsa, birinə uyğun gəlmədiyinə görə arzu edilən hüquqi nəticəyə səbəb olmur. Bu cür əqdlər mülki hüquq və vəzifələrin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitam olunması ilə nəticələnmir. Eyni hüquqi mövqe “N. Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyul 2009-cu il tarixli Qərarında da ifadə olunub. Apellyasiya instansiyası məhkəməsi iddiaçıların id dia tələbləri ilə razılaşmayıb düzgün olaraq qeyd etmişdir ki, sözügedən torpaq sahəsinə dair X10 ilə Cavabdeh2 və digərləri arasında alqı-satqı müqavilələri bağlanarkən həmin əqdin subyektiv tərkibinə aid edilən şərtə, əqdin məzmununa aid edilən şərtə, əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərtə və əqdin formasına aid edilən şərtə əməl edilib. Ona görə də sadalanan şərtlərin hamısı mövcud olduğundan, sözügedən alqı-satqı müqavilələri etibarsız sayıla bilməz. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən İddiaçı1 əri, eləcə də yetkinlik yaşına çatmayan İddiaçı4, İddiaçı3 və İddiaçı2 qanuni nümayəndəsi kimi ataları Cavabdeh8 mübahisəli torpaq sahəsini 14.000.000 manata (AZM) X1 və sonuncu həmin to rpaq sahəsini qəbul edib əvəzində müqavilədə müəyyənləşdirilmiş pul vəsaitini ödədiyindən və beləliklə də alqı-satqı müqaviləsinin Cavabdeh8 münasibətdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtlərin pozulmaqla bağlanması öz təsdiqini tapmadığından, alqı-satqı müqaviləsi ona aid hissədə etibarsız sayıla bilməz. Eyni zamanda alqı-satqı müqaviləsinin bağlanması zamanı İddiaçı1 iştirakının olmaması, habelə İddiaçı4, Aygün Hüseynova və İddiaçı2 payına münasibətdə qəyyumluq orqanının razılığının alınmaması ilə bağlı apellyasiya instansiyası məhkəməsi bu qənaətə gəlmişdir ki, Cavabdeh2 və qeyriləri mübahisəli 13.76 ha torpaq sahəsini alqı-satqı müqaviləsi əsasında vicdanlı əldə etdiyindən və həmin müqavilənin etibarsız sayılması üçün qanuni əsaslar olmadığından, iddianın bu hissədə də təmin edilə bilməz. Çünki mülki iş materialları ilə müəyyən olunur ki, Cavabdeh2 mübahisəli torpaq sahəsini vicdanlı əldə edib və işdə, onun vicdansızlığını özündə ehtiva edən heç bir mötəbər yazılı sübut yoxdur. Mülki Məcəllənin 140-ci maddəsi daşınmaz əmlakın dövlət reyestrinə üstün əhəmiyyət verərək bir tərəfdən reyestr qeydiyyatını mötəbər sübut kimi qeyd edir, digər tərəfdən reyestr qeydiyyatı qüvvədə olduğu halda daşınmaz əmlak üzərində digər şəxslərin mülkiyyət və sair hüquqlarının olmasını istisna edir. Həmin maddə reyestrin həqiqiliyinə etimad edən hüquq münasibətlərinin iştirakçılarının hüquq və mənafelərini qoruyur. Daşınmaz əmlak barədə reyestrin məzmunun qeyri-dəqiqliyinin müəyyən olunmasını iddiaçının bunu sübut etməsi ilə əlaqələndirmişdir. İddiaçı reyestrin məzmununun qeyri-dəqiqliyini mötəbər sübutlarla təsdiq etdikdə mülkiyyətçinin mülkiyyət hüququnu təkzib etmiş olur. Əksinə o, buna nail olmadıqda daşınmaz əmlaka hüquqlar qüvvədə qalır. Bu mənada apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, Cavabdeh2 adına verilmiş mübahisələndirilən Çıxarış qanuni əsaslarla əldə edildiyindən və Mülki Məcəllənin 140-ci maddəsinə uyğun olaraq reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədə olduğundan, iddia tələbləri bu hissədə rədd edilməlidir. “İ.K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 3 iyun 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 mart 2006-cı il tarixli qərarında göstərilmişdir ki, qanunverici sahiblik, istifadə və sərəncam hüququnun mahiyyətini açıqlayaraq, Mülki Məcəllənin 152.4-cü maddəsində qeyd etmişdir ki, sərəncam hüququ əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Beləliklə, mülki qanunvericiliyin tələblərinə görə əmlakın (əşyanın) hüquqi müqəddəratını (qanunvericilik tərəfindən müəyyən edilən istisnalar nəzərə alınmaqla) yalnız mülkiyyətçi təyin edə bilər. “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 oktyabr 2004- cü il tarixli qərarında qeyd edilmişdir ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçinin vurğulanmalıdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Həmçinin, həmin Qərarda göstərilmişdir ki, əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. “H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 6 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 sentyabr 2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, insan hüquq və azadlıqlarının qorunması və müdafiəsi məhkəmələr tərəfindən hər hansı mü bahisənin qanuni həllinə yönəlmiş müvafiq maddi hüquq normalarının elə tərzdə tətbiqini şərtləndirir ki, nəticədə konstitusiya əhəmiyyətli digər dəyərlərə xələl gətirilməsin, ictimai və xüsusi maraqlar arasında tarazlığa riayət olunsun. Mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Bu baxımdan kassasiya instansiyası məhkəməsi iddiaçıların kassasiya şikayətlərinin dəlillərini əsassız hesab edir və belə qənaətə gəlir ki, Cavabdeh2 digərləri vicdanlı əldə edən olduğundan, bu əsasla iddia tələblərini rədd etməklə apellyasiy a instansiyası məhkəməsi düzgün nəticəyə gəlib və sadalanan maddi hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Həmçinin iddiaçıların torpaq sahəsinə qanunla qorunan hər hansı hüquqları pozulmuş olsa da belə, onların pozulmuş hüquqları torpaq sahəsini sonradan vicdanlı əldə edən Cavabdeh2 və digər cavabdehlərin hesabına kompensasiya edilə bilməz. Belə olan halda iddiaçılar onların payını razılıqları olmadan özgəninkiləşdirmiş Cavabdeh8 qarşı ayrıca birinci instansiya məhkəməsində iddia qaldırmaqla onlara dəymiş ziyanın ödənilməsini tələb edə bilərlər. Kassasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb eyni zamanda hesab edir ki, iddiaçıların kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin digər dəlillərinə apellyasiya insta nsiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün, həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı2 və İddiaçı3 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 aprel 2021-ci il tarixli, 2(107)-682/2021 saylı qətnaməsi kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar