Məhkəmə qərarları › İş №2(102)-4921/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4921/2021

02.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4921/2021 02.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı1 cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4921/21 (Açar sözlər: maddi, mənəvi zərərin əvəzinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən, məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, İddiaçı: İddiaçı2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 may 2021-ci il tarixli, 2(103)4151/2021 saylı qətnaməsindən cavabdeh “Azəriqaz” İB kassasiya şikayəti üzrə işə 02 noyab r 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, İddiaçı1 məhkəmədə cavabdeh “Azəriqaz” İB qarşı iddia qaldıraraq, ona məxsus olan “Volkswagen Touran” markalı, ** LE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin yanması nəticəsində dəymiş maddi zərərə görə 15.000 manat, nəqliyyat vasitəsinin yanması nəticəsində nəqliyyat xidmətindən istifadə etmək nəticəsində dəymiş zərərə görə 3.840 manat və mənəvi zərərə görə 10.000 manat pulun cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim P.M.Zamanlı) iddia qismən təmin edilərək, cavabdehdən 13.500 manat pulun tutulub iddiaçıya ödənilməsi və qalan hissədə iddianın rədd olunması qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, 12 may 2017-ci ildən “Volkswagen Touran” markalı, ** LE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi iddiaçının mülkiyyətindədir. Cavabdehin təqsiri üzündən iddiaçıya məxsus nəqliyyat vasitəsinə maddi zərər dəyib. Fövqəladə Hallar Nazirliyinin 09 yanvar 2020-ci il tarixli “Yanğın haqqında” Akta əsasən, ünvan 1 ünvanda yeraltı qaz xəttində qazın sızması nəticəsində iddiaçıya məxsus nəqliyyat vasitəsinə maddi zərər dəyib. Belə ki, Bakı şəhəri, Xətai rayonu, M. Rüstəmov küçəsindən keçən 108 mm-lik yeraltı qaz kəmərinə texniki baxış qrupu tərəfindən 07 noyabr 2019-cu ildə aparılan texn iki baxış zamanı həmin ünvanda 108 mm-lik polad boru xəttində 5 Vol partlayış həddində sızma aşkar edilib. Məhkəmə Ekspertiza Mərkəzinin 20 fevral 2020-ci il tarixli ekspert rəyinə görə, sözügedən nəqliyyat vasitəsinin təxminən 13 il istismar müddəti nəzərə alınmaqla 25 dekabr 2019-cu il tarixə respublikadaxili orta bazar pərakəndə satış qiyməti ilə iddiaçıya məxsus nəqliyyat vasitəsinə dəymiş maddi ziyanın təxminən məbləği 13.500 manat təşkil edir. Bundan başqa, iddiaçı cavabdehin təqsiri üzündən nəqliyyat vasitəsinin yanması nəticəsində nəqliyyat xidmətindən istifadə etmək nəticəsində 3.840 manat zərər, 3.840 manat mənəvi zərər dəydiyini iddia etsə də, tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməyib. Ona görə də iddia qismən təmin edil məlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 1096.1, 1096.2, 1097.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Cavabdeh apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia tələblərinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 may 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Z.A.Şirinov sədrlik edən, məruzəçi, F.Ş.Talışinski və R.Ə.Eyvazov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə iddianı qismən təmin etməklə düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 1096.1, 1097.1, 1115-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti belə əsasla ndırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı2 məhkəmə iclasında iştirak etsə də, vəkillə birgə təmsil olunmadığı üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərini izah etməklə onu məhkəmə iclasında dinləmədi. İddiaçı1, cavabdeh “Azəriqaz” İB və vəkili Nümayəndə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsin ə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-cı maddəsinə gör ə, mülki hüquq pozuntusu (delikt) hüquqa və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizm lərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvəni təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1115-ci maddəsinə görə isə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və k eyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçü n əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli g ələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Cavabdehin kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normaların ın tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və kassasiya şikayətinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, 12 may 2017-ci il tarixdən “Volkswagen Touran” markalı, ** LE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi iddiaçının xüsusi mülkiyyətindədir və o, həmin nəqliyyat vasitəsinə dair 15 may 2017-ci ildə 11 oktyabr 2023-cü il tarixədək qüvvədə olmaqla İddiaçı2 adına etibarnamə verib. Cavabdehin təqsiri üzündən iddiaçıya məxsus nəqliyyat vasitəsinə maddi zərər dəyib. Belə ki, Fövqəladə Hallar Nazirliyinin 09 yanvar 2020-ci il tarixli “Yanğın haqqında” Aktına əsasən, ünvan 1 ünvanda yeraltı qaz xəttində qazın sızması nəticəsində iddiaçıya məxsus nəqliyyat vasitəsinə maddi zərər dəyib. Eyni zamanda, "xxxx" QSC cavabdehə ünvanladığı 06 fevral 2020-ci il tarixli məktubla müəyyən olunmuşdur ki, Bakı şəhəri, Xətai rayonu, M. Rüstəmov küçəsindən keçən 108 mm-lik yeraltı qaz kəmərinə baxış keçirilib və texniki baxış qrupu tərəfindən 07 noyabr 2019-cu ildə aparılan texniki baxış zamanı həmin ünvanda 108 mm-lik polad boru xəttində 5 Vol partlayış həddində sızma aşkar edilib. Həmçinin, araşdırma zamanı cavabdehdə çilingər vəzifəsində işləyən Mirhəsən Ağamirovun izahatı ilə müəyyən edilib ki, 25 dekabr 2019-cu ildə cavabdehin 104 qaynar xəttinə ünvan 1 ünvandan keçən yeraltı qaz xəttindən qaz sızması barədə məlumat daxil olub. Hadisə yerinə getdikdə sözügedən nəqliy yat vasitəsinin yanğına məruz qaldığını və yanğın söndürənlər tərəfindən söndürüldüyünü görüb, nəqliyyat vasitəsinin dayandığı yerdən keçən yeraltı dəmir qaz xəttindən qazın sızması baş verdiyini və qaz sızan yerin alovlanaraq yandığını müşahidə edib. Qaz verilişinin dayandırılması üçün ərazini qazıb qaz xəttinin hər iki tərəfi kəsilib qaynaq vasitəsilə dayandırılıb, qaz xətti kəsildikdən sonra qaz sızan yerdən çıxan alov sönüb. "xxxx" QSC xətt baxıcısı işləyən Pərvin Ağaxanov izahatında göstərib ki, 07 noyabr 2019-cu ildə ünvan 1 ünvanda yeraltı qaz xətlərinə baxış keçirərkən qeyd olunan ünvandan keçən yeraltı 108 mm-lik polad boruda qaz sızması aşkar edilib və bu barədə cavabdehə məlumat verilib. Məhkəmə Ekspertiza Mərkəzinin 20 fevral 2020-ci il tarixli ekspert rəyinə görə, “Volkswagen Touran” markalı, ** LE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin 13 il istismar müddəti nəzərə alınmaqla, 25 dekabr 2019-cu il tarixə Respublikadaxili orta bazar pərakəndə satış qiyməti ilə zərərçəkmişə dəymiş maddi ziyanın təxminən məbləği 13.500 manat müəyyən edilir. Hazırda sözügedən nəqliyyat vasitəsinin mülkiyyətçisi olan iddiaçı, 25 dekabr 2019cu ildə ünvan 1 ünvandan keçən yeraltı qaz xəttindən qaz sızmasına görə baş vermiş yanğın nəticəsində nəqliyyat vasitəsinə dəymiş maddi zərərin əvəzinin ödənilməsini tələb edir. Apellyasiya instansiyası məhkəməsi, mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, hazırki iddia tələblərinin hüquqi əsaslarını nəzərdən keçirib düzgün olaraq qeyd etmişdir ki, iddiaçı, Mülki Məcə llənin 1096.1, 1097.1 və 1108-ci maddələrinə əsasən, cavabdehə qarşı hazırki iddia tələbləri ilə məhkəməyə müraciət etməkdə haqlı olub. Belə ki, Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzif əsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Apellyasiya instansiyası məhkəməsi, sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, işin həqiqi hallarını nəzərə alıb düzgün olaraq qeyd etmişdir ki, hazırki iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 1096.1 və 1097.1-ci maddələrinin tələblərinin hazırki mülki mübahisəyə tətbiqi üçün aşağıdakı şərtlərin eyni vaxtda mövcud olması tələb olunur: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl ilə zərər arasında səbəbli əlaqənin olması və təqsir. Mülki hüquq pozuntusundan irəli gələn tələbin təmin edilməsi üçün sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Hazırki işdə, cavabdehin iddiaçı qarşısında delikt normalar ı çərçivəsində mülkihüquqi məsuliyyət daşıması üçün zəruri olan bütün şərtlər mövcuddur. Belə ki, iddiaçının məruz qaldığı zərərin məhz cavabdehin hüquqa zidd hərəkəti nəticəsində yaranması və bunlar arasındakı uyğun səbəbli əlaqə yuxarıda sadalanan sübutlarla tam təsdiq olunur. Apellyasiya instansiyası məhkəməsi, kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb, işə əlavə edilmiş sübutları tədqiq edib qeyd etmişdir ki, sözügedən yanğın hadisəsində cinayət hadisənin olmaması əsası ilə cinayət işinin başlanılmasının rədd edilməsi cavabdehi hazırki mülki hüquqi məsuliyyətdən (delikt) azad etmir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 3.1.3-cü bə ndinə əsasən, qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmirprofilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlamaq vəzifəsini yerinə yetirməlidir. Həmçinin, Mülki Məcəllənin 1108-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1115-ci maddəsinə görə isə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Kassasiy a instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb hesab edir ki, cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəllilərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün, həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kolleg iyasının 19 may 2021-ci il tarixli, 2(103)-4151/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar