Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-493/2023 17.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı və iddiaçı YYYnın cavabdeh X3 və Qanuni nümayəndə qarşı bir icraatda birləşdirilmiş iş üzrə QƏRARİ ( Açar sözlər: mülkiyyətin müdafiəsi, subyektiv hüquq, bağışlama müqaviləsinin etibarsız hesab olunması) Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu, Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh MMC-yə qarşı “dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” və iddiaçı YYYnın cavabdeh X3 və Qanuni nümayəndə qarşı “müqavilənin etibarsız hesab edilməsi və s.” tələbinə dair bir icraa tda birləşdirilmiş işlər üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 sentyabr 2022-ci il tarixli, 2(103)-5090/2022 nömrəli qətnaməsindən iddiaçı YYY və cavabdeh Qanuni nümayəndə tərəfindən verilmiş kassasiya şikayətlərinə 17 yanvar 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı cavabdehlər YYYnın qardaşı, X2 isə atasıdır. 2. ünvan 1 ünvanında yerləşən mənzil (bundan sonra – mübahisəli əmlak) YYYnın adına 29 iyun 1999-cu ildə xüsusi mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır. Sözügedən ünvanda İddiaçı tərəfindən idarə olunan mağaza fəaliyyət göstərmişdir. 3. 03.04.2012-ci il tarixli etibarnamə ilə YYY ona məxsus mübahisəli əmlaka dair sərəncam verməyi, satmağı, bağışlamağı və s. hərəkətlər et məyi qardaşı İddiaçı etibar etmişdir. 4. xx.xx.2014-cü il tarixli bağışlama müqaviləsi ilə (bundan sonra – mübahisəli bağışlama müqavilə), İddiaçı bacısı tərəfindən ona verilmiş etibarnamə əsasında sonuncuya məxsus mübahisəli əmlakı 2008-ci il doğumlu azyaşlı oğluna - X3 bağışlamışdır.
5. V.V.V mülkiyyət hüququ həmin müqavilə əsasında xx.xx.2017-ci ildə Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmışdır.
6. Mübahisəli əmlak 2018-ci ilin noyabr ayında Cavabdeh MMC (bundan sonra – MMC) tərəfindən sökülmüşdür. 7. "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli, MB seriyalı, 12/479 nömrəli qiymətləndirmə hesabatına əsasən mübahisəli əmlakın 2018-ci il tarixə hesablanmış bazar dəyəri 117.900 manat təşkil edir. 8. "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli, MB seriyalı, 12/530 nömrəli qiymətləndirmə hesabatına əsasən Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, 29 nömrəli evin 231,85 kv.metr ümumi sahədən ibarət olan (eskiz plana əsasən 172,44 kv.metr) qeyri-yaşayış sahəsinin 2018-ci il tarixə hesablanmış bazar dəyəri 561.200 manat təşkil edir. 9. "xxxx" MMC-nin “daşınmaz əmlakın bazar dəyərinin müəyyən edilməsi barədə” xx.xx.2019-cu il tarixli, 08 nömrəli hesabatına əsasən, mübahisəli əmlakın 2018-ci ilə bazar qiyməti 110.000 manat ilə 115.000 manat arası dəyişir. 10. "xxxx" MMC-nin “daşınmaz əmlakın bazar dəyərinin müəyyən edilməsi barədə” xx.xx.2019-cu il tarixli, 08 nömrəli hesabatına əsasən Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 29 ünvanında yerləşən ümumi sahəsi 172,44 kv.metr olan qeyri-yaşayış sahəsinin 2018ci ilə bazar qiyməti 545.000 manat ilə 550.000 manat arası dəyişir.
11. İddiaçı xx.xx.2020-ci il tarixdə ölmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat İddiaçı Cavabdeh MMC-yə qarşı “dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş (birinci iş) üzrə
12. İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olmuş mübahisəli evdə yerləşən mağazanın MMC tərəfindən sökülməsi ilə bağlı ona vurulmuş maddi ziyanın ödənilməsi məqsədi ilə 2.000.000 manat, vurulmuş mənəvi ziyanın əvəzinin ödənilməsi məqsədi ilə 500.000 manat məbləğində pulun cavabdeh MMC-dən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona məxsus əmlak əvvəllər yaşayış sahəsi olmuş, lakin 20 ilə yaxındır ki, qeyri-yaşayış sah əsinə çevrilmişdir və MMC tərəfindən sökülənədək mağaza kimi fəaliyyət göstərmişdir. Mağaza sahibkarlıq obyekti kimi vergi orqanlarında qeydiyyatdan keçmiş və İddiaçı uzun illərdir ki, dövlət büdcəsinə vergilər və digər məcburi sosial ödənişlər etmişdir. İş üzrə cavabdeh olan MMC, İddiaçıla razılaşmadan, onunla hər hansı bir müqavilə bağlamadan xx.xx.2018 tarixdə, gecə vaxtı mağazanı uçurmuşdur. Bununla da, iddiaçıya maddi zərər vurmuşdur. Həmin ərazidə qeyri-yaşayış sahəsinin hər 1 kv.metrinin orta qiyməti təxminən 8.000 manat təşkil edir. Ona görə də müəyyən edilir ki, MMC tərəfindən iddiaçıya 2.000.000 manat məbləğində maddi zərər vurulmuşdur. Bu zərərin əvəzi MMC tərəfindən ödənilməlidir. Həmçinin, MMC-nin qanunsuz hərəkəti nəticəsində iddiaçıya mənəvi zərər də dəymişdir. İddiaçı tərəf bu zərəri 500.000 manat məbləğində qiymətləndirir və hesab edir ki, MMC bu zərərin əvəzini də ödəməlidir.
14. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim G.Əsədova) xx.xx.2019-cu il tarixli, 2(005)-753/2019 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, mübahisəli qeyri-yaşayış sahəsinin uçurulması ilə bağlı dəymiş maddi ziyana görə 561.200 manat və mənəvi ziyana görə 5.000 manat olmaqla, cəmi 566.200 manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi qət etmişdir.
15. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, iddiaçının mülkiyyətində olan əmlak cavabdehin təqsiri üzündən dağıdılmışdır. İddianı qismən təmin edən məhkəmə "xxxx" MMC-nin 15 may 2019-cu il tarixli qiymətləndirmə hesabatına istinad etmişdir.
16. Mənəvi zərərlə bağlı məhkəmə qeyd etmişdir ki, ə mlakından məhrum olmuş iddiaçı mənəvi sarsıntı və iztirablar keçirmiş, bu hal isə cavabdehin qeyri-qanuni hərəkətləri nəticəsində baş vermişdir.
17. Məhkəmə qətnaməni əsaslandırarkən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – MM) 1096, 1097.1, 1115-ci maddələrinə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarına istinad etmişdir. İddiaçı YYYnın cavabdeh X3 və Qanuni nümayəndə qarşı “müqavilənin etibarsız hesab edilməsi və s.” tələbinə dair mülki iş (ikinci iş) üzrə
18. İddiaçı YYY iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun adından etibarnamə əsasında çıxış edən mərhum qardaşı İddiaçı ilə sonuncunun övladı Bayramov Əli arasında bağlanm ış mübahisəli mənzilin bağışlanmasına dair müqavilənin etibarsız hesab edilməsi və V.V.V adına verilmiş çıxarışların ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
19. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1999-cu il tarixdə İddiaçı özünün xüsusi mülkiyyətində olan və ünvan 3 ünvanında yerləşən mağazasını etibarnamə üzrə nümayəndəsi X1 vasitəsi ilə 50.000 ABŞ dollarına faktiki olaraq ona satmış, 9 saylı Dövlət Notariat Kontorunda həmin alğı-satqı 2M-245 nömrəli reyestrlə bağışlanma müqaviləsi kimi qeydə alınmışdır. Bundan sonra o, həmin daşınmaz əmlakın xüsusi mülkiyyətində olmasına dair xx.xx.1999-cu il tarixdə ÖM seriyalı, 006938 nömrəli qeydiyyat vəsiqəsi almışdır. Obyekt mülkiyyət hüququ əsasında ona məxsusdur. Qeyd olunan obyekti həmişə İddiaçı icarəyə verərək i şlətmiş, icarə haqqından həm özü xeyir götürmüş, həm də ona xeyir vermişdir. O, 2004-cü ildə həmin mağazanın ətrafını da inşa edərək genişləndirmiş və obyektin ümumi sahəsini faktiki olaraq 232 kv.metrə çatdırmışdır. Onun mülkiyyətində olan həmin kommersiya obyekti 2018-ci ilin axırına kimi fəaliyyət göstərmiş, əsasən də həmin obyektdə divar kağızı və digər müxtəlif növ tikinti materialları satılmışdır. Lakin ona məxsus olan həmin kommersiya obyektinin faktiki ölçüsünə görə hüquqi sənədləri olmadığından obyektin onun adına mülkiyyət sənədlərini düzəltdirmək məqsədilə o, İddiaçı xx.xx.2012-ci il tarixdə 15 saylı Dövlət Notariat Kontorunda etibarnamə vermişdir. Ancaq bundan sonra İddiaçı ona dəfələrlə bildirmişdir ki, obyektdə tikinti işlərinin aparılmasına dair müvafiq icazə sənədləri olmad ığına görə hələlik mülkiyyət sənədlərini almaq mümkün deyil. xx.xx.2018-ci il tarixdə onun xüsusi mülkiyyətində olan həmin obyekt Cavabdeh MMC tərəfindən qanunsuz olaraq sökülmüş və yerində hündür mərtəbəli bina inşa edilmişdir. İddiaçı bundan sonra ona bildirmişdir ki, onun verdiyi etibarnamə əsasında həmin obyektin kompensasiya pulunu alıb ona verəcəkdir. O da inandığından bu işi də İddiaçı tapşırmışdır. İddiaçı xx.xx.2020-ci il tarixdə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasında “Covid19” virusundan öldükdən sonra, xx.xx.2020-ci il tarixdə onun arvadı - iş üzrə cavabdeh və cavabdeh V.V.V qanuni nümayəndəsi Qanuni nümayəndə bu barədə ona bildirdikdən sonra məlum olmuşdur ki, İddiaçı həmin etibarnaməni əsas tutaraq onun xüsusi mülkiyyətində olan və ünvan 3 ünvanında yerləşən 232 kv.metr ölçüdə kommersiya obyektini xx.xx.2014-cü il tarixdə xəlvəti olaraq, ona heç bir məlumat vermədən özünün və arvadı Qanuni nümayəndə iştirakı ilə 15 saylı Notariat Kontorunda onun adından daşınmaz əmlakın bağışlanması müqaviləsi tərtib etdirərək azyaşlı oğlu V.V.Va bağışlamış, həmin müqaviləyə əsasən isə V.V.V adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar verilmişdir. Göründüyü kimi, onun mülkiyyət hüquqlarını kobud şəkildə pozulmuşdur.
20. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(007)-483/2021 nömrəli qətnaməsi ilə (hakim H.Əhmədova) iddia rədd edilmişdir.
21. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, bağışlama müqaviləsi bağlanan zaman tərəflərə öz hüquq və vəzifələri izah edilmiş, tərəflər iradə ifədələrini həyata keçirərək sözügedən müqaviləni bağlamışlar. E yni zamanda, məhkəmə mübahisəli müqavilənin həqiqi əqd olmaması üçün qanunvericilikdə göstərilən halların mövcud olmadığını bildirmişdir.
22. Məhkəmə öz mövqeyini əsaslandırarkən, Mülki Məcəllənin 324.1,337.1,337.2 359.3, 360.1,390.1-ci, eləcə də Azərbaycan Respublikası Mülki Prossual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 88-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
23. Birinci iş üzrə qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
24. İkinci iş üzrə qətnamədən iddiaçı YYY apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
25. Bakı Apellyasiya Məhkəməsinin 2(103 )-163/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə YYY müstəqil tələb irəli sürən üçüncü şəxs qismində işə cəlb olunmuşdur.
26. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6728/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə mülki işlər birlikdə baxılması üçün bir icraatda birləşdirilmişdir.
27. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-163/2021 nömrəli, 06 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər M.A.Məmmədov (sədrlik edən və məruzəçi), X.Ə.Sarıyev və R.M.Həsənov) apellyasiya şikayətləri təmin edilməmiş, hər iki iş üzrə qətnamələr dəyişdirilmədən saxlanılmışdır.
28. Apellyasiya instansiyası məhkəməsi hər iki iş üzrə birinci instansiya məhkəmələrinin mövqeləri ilə razılaşmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
29. İddiaçı YYY (Vəkil1) k assasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunaraq, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
30. Kassator şikayətini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 60, 127-ci, MM-in 359.3, 360.1-ci, MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli qərarına istinad edərək belə əsaslandırmışdır ki, o, mərhum qardaşı İddiaçı etibarnaməni kommersiya obyektinin faktiki ölçüsünə g örə mülkiyyət sənədləri düzəltdirmək üçün, yəni sonuncunun deyil, özünün maraqlarından hərəkət etmək üçün vermişdir. Lakin İddiaçı mübahisəli mənzili onun xəbəri olmadan yetkinlik yaşına çatmayan oğluna bağışlayaraq, öz xeyrinə müqavilə bağlamışdır. Həmçinin bildirmişdir ki, məhkəmə mübahisəli kommersiya obyektinin uçurulması ilə əlaqədar dəymiş maddi və mənəvi ziyanın Cavabdeh MMC-dən alınaraq iddiaçı X3 verilməsi tələbinə dair işə baxarkən iddiaçının hazırki iddianı qaldırmaqda subyektiv hüququnun olub-olmamasını araşdırmamışdır.
31. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 10 may 2022-ci il tarixli, 2(102)-2023/2022 nömrəli qərarı ilə (hakimlər Ə.Əliyev (sədrlik edən və məruzəçi), M.Əhmədova və İ.Xəlilov) müstəqil tələb irəli sürən üçüncü şəxs YYYnın kassasiya şikay əti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-163/2021 nömrəli, 06 sentyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
32. Məhkəmə kollegiyası mövqeyini belə əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla, iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır. Belə ki, X4 Bayramova etibarnamə verərkən hansı əqdləri bağlamasına yönələn iradə ifadəsinin olması məhkəmələr tərəfindən araşdırılmamışdır. Halbuki, YYY mübahisəli daşınmaz əmlaka dair qardaşına etibarnamə verərkən, onun maraqlarını üçüncü şəxslər qarşısında təmsil etmək və İddiaçı özünün maraqlarından deyil, mülkiyyətçinin maraqlarından hə rəkət etmək səlahiyyəti vermişdir. İş materiallarından görünür ki, bununla bağlı YYYnın dəlili ondan ibarətdir ki, mülkiyyətində olan əmlakın ümumi sahəsi 34.9 kv.m olmuş, o tikinti işləri aparmaqla mağazanın səhəsini 233 kv. metrə çatdırmış və qeyd edilən artımları sənədləşdirmək və obyekti idarə etmək üçün İddiaçı etibarnamə vermişdir. Lakin məhkəmələr nəzərə almamışdır ki, İddiaçı oğluna bağışladığı kommersiya obyektinə faktiki olaraq sahiblik və istifadə hüququ, o cümlədən, V.V.V azyaşlı olduğuna görə həmin əmlaka sonuncunun adından sərəncam vermək hüququ əldə etmişdir. İş materiallarından görünür ki, apellyasiya instansiyası məhkəməsi işin qeyd edilən hallarını nəzərə almaqla və həmin hallara qiymət verməklə İddiaçı mübahisələndirilən bağışlama müqaviləsi ilə özü barəsində əqd bağla yıbbağlamaması barədə məsələləri ümumiyyətlə araşdırmamışdır.
33. Bununla yanaşı, məhkəmə kollegiyası mübahisə predmeti olan mağazanın sökülməsinə görə dəymiş maddi və mənəvi ziyanın cavabdeh MMC-dən alınaraq ona verilməsinə dair İddiaçı subyektiv hüququnun olmaması ilə bağlı kassasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, işə baxan məhkəmələr İddiaçı sözügedən iddia tələbi ilə bağlı subyektiv hüququnun olub olmamasını da araşdırmamışdır. Belə ki, mübahisəli daşınmaz əmlak (mağaza) xx.xx.2017-ci ildə daşınmaz əmlakın dövlət reyestrində X2 adına qeydiyyata alınmışdır. Görünən odur ki, əmlakın mülkiyyətçisi İddiaçı deyil onun oğlu olmuş, lakin İddiaçı iddianı öz adından məhkəməyə təqdim etmiş və iddia ərizəsində mağazanın sökülməsinə görə dəymiş maddi və mənəvi ziyanın MMC-dən alına raq ona verilməsini xahiş etmişdir.
34. Eyni zamanda, hazırkı iş üzrə qəbul edilmiş qətnamələrin məzmunundan göründüyü kimi, iddia qismən təmin edilməklə dəymiş maddi və mənəvi zərərin məhz İddiaçı xeyrinə tutulması qət edilmişdir. Qeyd etmək lazımdır ki, apellyasiya məhkəməsinin qətnaməsində azyaşlı V.V.V adından onun qanuni nümayəndəsi İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi qeyd edilsə də, iş materiallarından da görünür ki, İddiaçı iddia ərizəsini öz adından vermiş və bununla bağlı sonradan ərizəsinə hər hansı düzəliş etməmişdir.
35. Göründüyü kimi, hazırkı iş üzrə mübahisənin düzgün həll edilməsi üçün mühüm əhəmiyyətə malik olsa da, nə birinci instansiya məhkəməsi, nə də apelyasiya instansiyası məhkəməsi qeyd edilən hallarla bağlı araşdırma aparmamış və həmin hallara hüquqi qiymət verməmişdir.
36. Beləliklə, işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, apellyasiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının pozuntusu ilə çıxarılmış və bu düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.
37. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13.1, 29.1, 29.3, 29.4-cü, MM-in 324.1, 337.1, 359.1, 359.3, 360.1-ci, MPM-in 14.2, 77.1, 88, 217.1, 217.3, 217.4, 416.1, 416.2, 418.1-ci maddələrinə istinadla əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
38. Apellyasiya instansiyası məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli, 2(103)-5090/2022 nömrəli qətnaməsi ilə (hakimlər A.Ə.İsgəndərov (sədrlik edən və məruzəçi), İ.Ə.Kərimli və E.C.Kazımov) apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı şəhəri Nər imanov Rayon Məhkəməsinin 30 avqust 2019-cu il tarixli və Nizami Rayon Məhkəməsinin 15 mart 2021-ci il tarixli qətnamələrinin ləğv olunması, iş üzrə yeni qətnamə çıxarılması, İddiaçı Cavabdeh MMC-yə qarşı “maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddiasının təmin edilməməsi, iddiaçı YYYnın cavabdeh X3 və V.V.V qanuni nümayəndəsi (anası) Qanuni nümayəndə qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv olunması” tələbinə dair iddiasının təmin olunmaması qət edilmişdir.
39. Məhkəmə kollegiyası mövqeyini belə əsaslandırmışdır ki, işdən göründüyü kimi, mübahisəli əmlakın ilkin mülkiyyətçisi İddiaçı özü olmuş, cəzaçəkmə müəssisəsində olarkən o, həmin əmlakı bacısı YYYya bağışlamış, YYY 2012-ci ildə İddiaçı əmlak üzərində sərəncam verməyi, o cümlədən ba ğışlama müqaviləsinin bağlanmasını ehtiva edən etibarnamə vermiş və İddiaçı etibarnamə üzrə ona verilən səlahiyyətdən istifadə edərək əmlakı etibar edənin adından azyaşlı oğlu Əliyə bağışlamışdır. Mübahisəli əmlak 2014-cü ildən V.V.V mülkiyyətindədir və onun mülkiyyət hüququ müdafiə olunmalıdır.
40. İddiaçı öz adından hazırkı iddianı qaldırmağa həqiqətən də subyektiv hüququ yoxdur. Belə ki, işdən göründüyü kimi, Cavabdeh MMC tərəfindən sökülmüş mübahisəli əmlak İddiaçı deyil, onun azyaşlı oğlu V.V.V mülkiyyətində olmuşdur. Belə olan halda İddiaçı iddianı öz adından deyil, qanuni nümayəndə kimi azyaşlı oğlu Əlinin adından qaldıra bilərdi və dəymiş zərərin əvəzinin özünün deyil, azyaşlı oğlunun xeyrinə tutulmasını tələb edə bilərdi. Lakin iş materiallarından da göründüyü kimi, İddiaçı iddia ərizəsini öz adından vermiş və bununla bağlı sonradan ərizəsinə hər hansı düzəliş etməmişdir. İddiaçı zərərə məruz qalmış mübahisəli əmlakı öz mülkiyyəti kimi təqdim etmiş və zərərin əvəzinin ona ödənilməsini tələb etmişdir. Birinci instansiya məhkəməsi də zərərin əvəzinin məhz İddiaçı ödənilməsi barədə qətnamə çıxarmışdır.
41. Bundan əlavə, hazırkı işdə YYY iddia ərizəsində göstərir ki, İddiaçı etibarnaməni obyektin idarə olunması və əlavə tikililərin mülkiyyət sənədlərini düzəltdirmək məqsədi ilə vermişdir. Məhkəmə kollegiyası qeyd edir ki, adı çəkilən etibarnamədə mübahisəli əmlakın idarə olunması, yaxud əlavə tikililərin sənədlərinin hazırlanması ilə bağlı hər hansı səlahiyyət verilməsi nəzərdə tutulmamışdır. Etibarnamədə bağışlama səlahiyyəti konkret göstərilmiş və İddiaçı etibarnam ə ilə verilən səlahiyyət həddində hərəkət edərək mübahisəli əmlakın bağışlanması müqaviləsini bağlamış, səlahiyyət həddini aşmamışdır. O həmin səlahiyyət həddində hərəkət edərək daşınmaz əmlakı azyaşlı V.V.Va bağışlamışdır. Göstərilənləri nəzərə alaraq, kollegiya hesab edir ki, İddiaçı mübahisəli əmlakı etibarnamə əsasında azyaşlı oğlu V.V.Va bağışlaması onun özü üçün və özü barəsində əqd bağlaması kimi qiymətləndirilə bilməz.
42. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, uşaqların əmlak hüquqları qanunla qorunur və valideynlər həmin əmlak, eləcə də əmlakdan gələn gəlir üzərində birbaşa sərəncam vermək hüququna malik deyillər. Uşağın əmlakı valideynlər tərəfindən idarə olunarsa, mülki qanunvericiliyə uyğun olaraq onlara himayə altında olan şəxsin əmlakına sərəncam verənlərə dair qaydalar şamil olunur. Azyaşlı uşağın mülkiyyətində olan daşınmaz əmlak üzərində valideynin (qanuni nümayəndənin) sərəncam verməsi yalnız qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsi ilə mümkün ola bilər. Bu baxımdan məhkəmə kollegiyası İddiaçı bağışlama müqaviləsi bağlamaqla oğluna bağışladığı kommersiya obyektinə faktiki olaraq sahiblik və istifadə hüququ, o cümlədən, V.V.V azyaşlı olduğuna görə həmin əmlaka sonuncunun adından sərəncam vermək hüququ əldə etməsinə dair dəlili əsaslı saymır.
43. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab etmişdir ki, İddiaçı mübahisəli əmlakı etibarnamə əsasında azyaşlı oğluna bağışlaması adı çəkilən qanunvericilik normalarının tələbləri baxımından onun özü üçün və özü barəsində əqd bağlaması kimi qiymətləndirilə bilməz. İşdən göründüyü kimi, mübahisəli əmlakın ilkin mülkiyyətçisi İddiaçı özü olmuş, cəzaçəkmə müəssisəsində olarkən o, həmin əmlakı bacısı YYYya bağışlamış, YYY 2012-ci ildə İddiaçı əmlak üzərində sərəncam verməyi, o cümlədən bağışlama müqaviləsinin bağlanmasını ehtiva edən etibarnamə vermiş və İddiaçı etibarnamə üzrə ona verilən səlahiyyətdən istifadə edərək əmlakı etibar edənin adından azyaşlı oğlu Əliyə bağışlamışdır. Mübahisəli əmlak 2014-cü ildən V.V.V mülkiyyətindədir və onun mülkiyyət hüququ müdafiə olunmalıdır.
44. YYYnın əsas dəlillərindən biri də bağışlama müqaviləsi bağlanarkən qardaşı İddiaçı və qardaşı arvadı Qanuni nümayəndə tərəfindən aldadılması, bağışlama müqaviləsinin uzun müddət ondan gizlədilməsi, bu barədə yalnız İddiaçı ölümündən sonra xəbər tutması barədədir. Məhkəmə kollegiyası yuxarıda gös tərilənlərə əsasən bu dəlili də əsassız sayır və qeyd edir ki, YYY mübahisəli əmlak üzərində sərəncam verilməsi barədə etibarnamə verdiyi andan İddiaçı həmin əmlak üzərində sərəncam vermək hüququ yarandığından YYY özününkü hesab etdiyi əmlakın taleyi ilə maraqlanmalı idi. O, ən azından 2018-ci ildə aparılan söküntüdən sonra bundan xəbər tutmalı idi. Belə ki, söküntüdən xəbəri olduğunu o, iddia ərizəsində özü də etiraf etmişdir.
45. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri və eləcə də bağışlama müqaviləsinin bağlanmasından uzun müddət keçdikdən sonra iddia qaldırıldığını nəzərə alaraq hesab etmişdir ki, hazırkı işdə iddiaçı bağışlama müqaviləsinin etibarsızlığı ilə bağlı mübahisə açmaq üçün Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş bir illik müddəti (kəsici müddəti) ötürmüşdü r.
46. YYY iddiasında əlavə tikililərin də onun tərəfindən aparıldığını göstərsə də, bununla bağlı hər hansı sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, YYY öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir.
47. Məhkəmə kollegiyası işin müəyyən edilən faktiki hallarını və kassasiya instansiyası məhkəməsinin qərarında şərh olunan göstərişləri nəzərə alaraq hesab edir ki, qətnamələrdə göstərilmiş nəticə işin hallarına uyğun gəlməmiş və bununla da maddi və prosessual hüquq normaları pozulmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətlərini qismən – qətnamələrin ləğv olunması hissəsində əsaslı sayır. İddia tələblərinin əsaslılığı baxımından isə apellyasiya şikayətləri əsassızdır.
48. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi “Azər baycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli Qərarına, MM-in 36, 324.1, 337.1, 347.1, 354.2, 359.1, 359.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətlərinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətlərinin dəlilləri
49. İddiaçı YYY (Vəkil3) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli, 2(103)-5090/2022 nömrəli qətnaməsinin qismən, YYYnın iddia tələbinin təmin edilmədiyi hissədə ləğv edilməsi və YYYnın iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
50. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, qanunsuz və əsassız olaraq iddiaçının apellyasiya şikayətini təmin etməməklə onu mülkiyyətindən məhrum etmişdir. Belə ki, hər hansı əmlaka dair etibarnamə verilməsi, eləcə də əmlakın sökülməsi öz-özlüyündə mülkiyyətin özgəninkiləşdirilməsi anlamına gəlmir. Həmçinin, qeyd edir ki, işin müəyyən olunmuş hallarından da aydın olduğu kimi, YYY mübahisələndirdiyi əqd barədə məlumatlı olduğu gündən, qanunla müəyyən olunmuş müddət daxilində iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsi, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən məcburi göstərişlərə əməl etməmiş, hazırkı mübahisənin tam, hərtərəfli və obyektiv araşdırılması üçün İddiaçı bağışlama müqaviləsini öz mənafeyi naminə bağlayıb bağlamaması hallarını tam və düzgün araşdırmamışd ır.
51. Eyni zamanda, cavabdeh Qanuni nümayəndə (Vəkil4) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən (Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 avqust 2019-cu il tarixli qətnaməsinin ləğv olunması, həmin hissədə iş üzrə yeni qətnamə çıxarılması, İddiaçı Cavabdeh MMC-yə qarşı “maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddiasının təmin edilməməsi hissəsində) ləğv edilməsi, həmin hissədə yeni qərar (V.V.V qanuni nümayəndəsi İddiaçı maddi və mənəvi ziyanın əvəzinin tam həcmdə ödənilməsi barədə iddiasının təmin edilməsi barədə) qəbul edilməsini xahiş etmişdir.
52. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi həqiqəti müəyyən etmiş, iddia tələbini tam həcmdə təmin etməsə də, haqlı olaraq iddianın qanuni liyi və əsaslılığı nəticəsinə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi isə tam hüquqlu məhkəmə kimi işə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxmalı olduğu halda heç bir araşdırma aparmadan, apellyasiya şikayətinin dəlillərinə qiymət vermədən birinci instansiya məhkəməsinin mahiyyət etibarı ilə qanuni və əsaslı olan qərarını subyektiv hüququ olmayan şəxs tərəfindən verilməsi qənaətinə gələrək tərəflərindən verilən apellyasiya şikayəti əsasında qanunsuz, əsassız və məntiqsiz olaraq ləğv etmişdir. Apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, onlar apellyasiya şikayəti vermədikləri təqdirdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 avqust 2019-cu il tarixli qətnaməsi 20 avqust 2019-cu il tarixdən artıq qüvvəyə minmiş olmalı idi. Lakin apellyasiya instansiyası məhkəməs i qanunsuz və əsassız olaraq onların şikayəti əsasında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 avqust 2019-cu il tarixli qətnaməsini ləğv edərək iş üzrə onların ziyanına yeni qətnamə qəbul etmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini göstərməmiş, birinci instansiya məhkəməsinin mahiyyət etibarı ilə qanuni və əsaslı qətnaməsini qanunsuz və əsassız olaraq ləğv etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
53. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsi
54. Maddə 55.1. Uşaq öz valideynlərindən və ailənin digər üzvlərindən bu Məcəllənin beşinci bölməsində müəyyən olunmuş qaydada və miqdarda vəsait almaq hüququna malikdir.
55. Maddə 55.2. Aliment, pensiyalar, müavinətlər şəklində uşağa ödənilən məbləğ valideynlərin (onları əvəz edən şəxslərin) sərəncamına daxil olur, onlar tərəfindən uşaqların saxlanmasına, tərbiyəsinə və təhsilinə xərclənir.
56. Maddə 55.3. Məhkəmə uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizdən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürmək barədə qərar çıxara bilər.
57. Maddə 55.4. Uşaq gəlirinə, vərəsəlik və ya hədiyyə şəklində əldə etdiyi əmlaka, habelə uşağın vəsaiti hesabına əldə edilmiş digər əmlaka mülkiyyət hüququna malikdir. Uşağın mülkiyyətində olan əmlak üzərində sərəncam vermək hüququ Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq maddələri ilə müəyyən olunur.
58. Maddə 55.5. Uşağın əmlakı valideynlər tərəfindən idarə olunarsa, mülk i qanunvericiliyə uyğun olaraq onlara himayə altında olan şəxsin əmlakına sərəncam verənlərə dair qaydalar şamil olunur.
59. Maddə 55.6. Uşaqlar valideynlərinin, valideynlər də uşaqların əmlakına mülkiyyət hüququna malik deyillər. Birlikdə yaşayan valideynlər və uşaqlar qarşılıqlı razılıq əsasında birbirinin əmlakından istifadə edə bilər və ya həmin əmlaka sahiblik edə bilərlər.
60. Maddə 55.7 Valideynlərin və uşaqların birgə mülkiyyət hüququ yarandıqda əmlak üzərində sahiblik, sərəncam və ondan istifadə hüququ mülki qanunvericiliklə müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
61. Maddə 36.1. Qəyyumluqda və ya himayədə olan fiziki şəxsin müstəqil surətdə sərəncam verməyə ixtiyarı çatdığı gəlirlər istisna olmaqla, onun gəlirləri, o cümlədən qəyyumluqda və ya himayədə olana onun əmlakının idarə edilməsindən çatası gəlirlər qəyyum və ya himayəçi tərəfindən yalnız və yalnız qəyyumluqda və ya himayədə olanın mənafeləri üçün, həm də qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsi alınmaqla xərclənir. Qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsi olmadan qəyyum və ya himayəçi qəyyumluqda və ya himayədə olanın saxlanması üçün zəruri xərcləri qəyyumluqda və ya himayədə olana onun gəliri kimi çatası məbləğlər hesabına ödəyə bilər.
62. Maddə 36.2. Qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsini almadan qəyyum qəyyumluqda və ya himayədə olanın əmlakının özgəninkiləşdirilməsinə, o cümlədən dəyişdirilməsinə və ya bağışlanmasına, bu əmlakın icarəyə, əvəzsiz istifadəyə verilməsinə və ya girov qoyulmasına dair əqdləri, qəyyumluqda və ya himayədə olana mənsub hüquqlardan imtinaya, onun əmlakının bölüşdürülməsinə və ya bu əmlakdan payların ayrılmasına səbəb olan əqdləri, habelə qəyyumluqda və ya himayədə olanın əmlakının azalmasına səbəb olan hər hansı digər əqdləri bağlaya bilməz, himayəçi isə onların bağlanmasına razılıq verə bilməz. Qəyyumluqda olanın əmlakının idarə edilməsi qaydası qanunvericiliklə müəyyənləşdirilir.
63. Maddə 36.3. Qəyyumun, himayəçinin, onların ərinin (arvadının) və yaxın qohumlarının ixtiyarı yoxdur ki, qəyyumluqda və ya himayədə olana hədiyyə kimi əmlak verilməsi və ya onun əvəzsiz istifadəsinə əmlak verilməsi istisna olmaqla, qəyyumluqda və ya himayədə olanla əqdlər bağlasın, habelə əqdlər bağlanarkən və ya qəyyumluqda və ya himayədə olanla qəyyumun və ya himayəçinin əri (arvadı) və onların yaxın qohumları arası nda məhkəmə işləri aparılarkən qəyyumluqda və ya himayədə olanı təmsil etsinlər.
64. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
65. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
66. Maddə 347.1. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər.
67. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas ver ən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.
68. Maddə 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər.
69. Maddə 359.3. Təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, h əmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
70. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
71. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
72. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
73. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsasl andırır.
74. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
75. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
76. Maddə
420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
77. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və y a qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
78. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
79. Hazırkı kassasiya şikayətləri ümumilikdə apellyasiya instansiyası məhkəməsinin tam ləğvini ehtiva edir və buna görə də məhkəmə aktı tam yoxlanılır. Kassasiya i nstansiyası məhkəməsinin mövqeyi
80. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
81. Qanuni nümayəndə kassasiya şikayətinin dəlilləri əsassızdır və qətnaənin ləğvinə əsas vermir. Belə ki, Qanuni nümayəndə iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 337 və 359.3 maddələri təşkil edir və işə baxmış apellyasiya məhkəməsi də onun iddia tələbini həmin normaların dispozisiya şərtləri əsasında yoxlayıb, haq lı olaraq iddianı rədd etmişdir.
82. YYYnın mübahisələndirdiyi əqd barədə məlumatlı olduğu gündən, qanunla müəyyən olunmuş müddət daxilində iddia tələbi ilə məhkəməyə müraciət etməsi barədə dəlilini də apellyasiya instansiyası məhkəməsi araşdırıb hüquqi qiymət vermişdir (qərarın 43-45-ci paraqrafları). Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin bununla bağlı gəldiyi nəticə ilə razılaşır.
83. Apelyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya məhkəməsinin məcburi göstərişlərinə əməl edilməməsi barədə dəlilləri də əsassızdır. Çünki apellyasiya instansiyası məhkəməsi kassasiya məhkəməsinin göstərişlərinə uyğun olaraq, İddiaçı ona YYYnın verdiyi etibarnamə əsasında müəyyən olunmuş səlahiyyətlər çərçivəsində hərəkət etməsini yoxlamış və müəyyən etmişdir ki, İddiaçı əmlakı bağı şlayarkən, YYYnın verdiyi səlahiyyətdən çıxış etmişdir.
84. Qanuni nümayəndə kassasiya şikayətinin dəlilləri də əsasszıdır. Çünki işdən göründüyü kimi, Cavabdeh MMC tərəfindən sökülmüş mübahisəli əmlak İddiaçı deyil, onun azyaşlı oğlu V.V.V mülkiyyətində olmuşdur. Lakin iş materiallarından da göründüyü kimi, İddiaçı iddia ərizəsini öz adından vermiş və bununla bağlı sonradan ərizəsinə hər hansı düzəliş etməmişdir. İddiaçı zərərə məruz qalmış mübahisəli əmlakı öz mülkiyyəti kimi təqdim etmiş və zərərin əvəzinin ona ödənilməsini tələb etmişdir.
85. MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna m alikdirlər. Məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şək ildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır.
86. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsəd ləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
87. Bu baxımdan, iş üzrə İddiaçı öz adından belə bir iddia qaldırmaq üçün müvafiq subyektiv hüquqa malik olmamışdır.
88. Ümumiyyətlə kassasiya şikayətlərinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşır.
89. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
90. Kassasiya şikayətlərinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
91. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPMnin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 sentyabr 2022-ci il tarixli, 2(103)5090/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildi