Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4935/2018 09.07.2018 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ 09 iyul 2018-ci il iş № 2(102)-4935/2018 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızının sədrliyi və məruzəsi ilə, Əsgərov Qürbət Ağa oğlu və Allahverdiyev Qəhrəman Əli oğlundan ibarət tərkibdə, Əhmədov Fuad Vahid oğlunun katibliyi, İddiaçı X3 və vəkili X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə və üçüncü şəxslər X4 və X8 qarşı “qeyri-yaşayış sahəsinin Daşınmaz Əmlakın Dövlət Reyestrində aparılmış qeydiyyat ın ləğv edilməsi, çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qəbul etdiyi 17 avqust 2017-ci il tarixli qətnaməsindən Cavabdeh3 və X12 tərəfindən verilmiş kassasiya şikayətinə baxaraq MÜƏYYƏN ETDİ: Cavabdeh3 və X9 iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qəbul etdiyi 17 avqust 2017-ci il tarixli 2(103)-6821/2017 saylı qətnaməsindən verdikləri kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-4935/2018 saylı 06.06.2018-ci il tarixli qərardadı ilə icraata qəbul edilmiş və işə kassasiya şikayəti əsasında baxılması 09.07.2018-ci il tarixə saat 12:10-a təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının sədri vəzifəsini icra edən Məmməd Məmmədov 2(103)- 6821/2017 saylı 25.06.2018-ci il tarixli məktubla Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına müraciət edərək, iddiaçı X6 cavabdehlər X10 və X5 qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 avqust 2017-ci il tarixli qətnaməsindən iş üzrə Cavabdeh3 və vəkili X12 tərəfindən verilmiş kassasiya şikayəti mülki işlə birlikdə baxılması üçün 30 may 2018-ci il tarixində Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərildikdən sonra həmin iş üzrə Cavabdeh2 tərəfindən kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpası barədə ərizə verilmişdir. Həmin ərizəyə əsasən mülki işin Bakı Apellyasiya Məhkəməsinə qaytarmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və vəkili Vəkil mülk i işin baxışdan çıxarılaraq apellyasiya instansiyası məhkəməsinə qaytarılmasına etiraz etmədilər. Digər tərəflər məhkəməkollegiyasıiclasınınyerivəvaxtıbarədəlazımiqaydadaməlumatlandırılmalarınabax mayaraq,məhkəməkollegiyasınıniclasınagəlməmişlər. Məhkəməkollegiyası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq işə onların iştirakıolmadanbaxılmasınımümkünhesabetmişdir. Məhkəmə kollegiyası, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının sədri vəzifəsini icra edən Məmməd Məmmədov məktubunu nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, Cavabdeh2 tərəfindən kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpası barədə verilmiş ərizəsinə baxılması üçün hazırkı mülki iş kassasiya baxışından çıxarılaraq Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.7-ci maddəsinə əsasən kassasiya şikayəti icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264, 417.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-4935/2018 saylı 06.06.2018-ci il tarixli işin icraata qəbul edilməsi barədə qərardadı ləğv edilsin. Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpasına dair ərizəsinə baxılması üçün hazırkı mülki iş kassasiya baxışından ç ıxarılaraq Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4935/2018
Ali Məhkəmə Qərar — İş №2(102)-4935/2018
09.07.2018 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver