Məhkəmə qərarları › İş №2(102)-4936/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4936/2020

12.10.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4936/2020 12.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1, İddiaçı2, X3 və X9 cavabdehlər Cavabdeh1, XXX qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4936/20 (Açar sözlər: vərəsəlik şəhadətnaməsinin etibarsızlığı, mirasın qəbulu) Bakı şəhəri, 12 oktyabr 2020-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı1 və onun vəkili XXX, cavabdeh Cavabdeh1 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, X11 və X9 cavabdehlər Cavabdeh1, XXXqarşı «qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, həmin şəhadətnamələr əsasında verilmiş Çıxarışların ləğv edilməsi, miras mülklərin əvvəlki vəziyyətə qayıtması, miras əmlaka vərəsə kimi tanınaraq mülkiyyət hüququnun verilməsi» tələbinə dair Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 mart 2020-ci il tarixli, 2(104)1416/2020nömrəli qətnaməsindən cavabdeh “Cavabdeh1 kassasiya şikayətinə 12 oktyabr 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh1 İddiaçı1 qaynı, yəni mərhum X8nun qardaşıdır.

2. XXXJN 021F(Kod ********) saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə 0,14 ha həyətyanı torpaq sahəsi İddiaçı1 qaynanası X1 5 mülkiyyətində olmuşdur.

3. Həmin torpaq sahəsində XXX mərhum əri İddiaçı3 ilə birlikdə mülk tikdirmişlər.

4. XXXJN 322(Kod ********) saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə 0,23 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı1 qaynanası X15 mülkiyyətində olmuşdur.

5. İddiaçı1 qayınatası İddiaçı 3 mülkiyyətində olmuşdur.

6. İddiaçının qayınartası İddiaçı3 Adil oğlu xx.xx.1992-ci, qayınanası X26 xx.xx.2012-ci, X8 isə xx.xx.2015-ci ildə vəfat etmişdir. a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçılar İddiaçı1, İddiaçı2, X11 cavabdehlər Cavabdeh1, XXXqarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər.

8. İddia tələbində iddiaçılar Cavabdeh1 adına Gəncə şəhər 5 saylı Dövlət notariat kontorunun xx.xx.2018-ci il tarixli 2V-26 reyestr nömrəli qanun üzrə vərəsəlik h üququ haqqında şəhadətnamənin, “Asan xidmət” mərkəzində notariat kontorunun xx.xx.2014-cü il tarixli 2V-01-409 saylı vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi; həmin şəhadətnamələr əsasında XXXyerləşən 0,14 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə görə Cavabdeh1 verilmiş xx.xx.2018-ci il tarixli **********29-10301 reyestr nömrəli Çıxarışın, eləcə də XXXyerləşən 0,23 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün nəzərdə tutulmuş torpaq sahəsinə görə Cavabdeh1 verilmiş Çıxarışın, Gəncə şəhəri, Vaqif küçəsi, 10-cu dalan, 5 saylı mülkə görə Cavabdeh1 adına qeyd edilmiş xx.xx.2014-cü il tarixli ********** qeydiyyat nömrəli Çıxarışın ləğv edilərək, mülklərin və torpaq sahələrinin əvvəlki vəziyyətə qaytarılması; həmin əmlaklara dair mirasın qəbul edilməsi faktı müəyyən edilməklə, XXXyerləşən 0,14 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evindən, XXX mülkdən və XXXyerləşən 0,23 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün nəzərdə tutulmuş torpaq sahəsindən paylarının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər.

9. İddia tələbi belə əsaslandırılıb ki, XXXJN 021F (Kod ********) saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə qayınanası X15 adına işlənilmiş 0,14 ha torpaq sahəsində XXX ilə mərhum qaynatası İddiaçı3 Adil oğlu ilə birlikdə mülk tikdirmişlər.

10. X8 xx.xx.2015-ci il tarixdə, İddiaçı3 xx.xx.1992-ci il tarixdə, X26 isə xx.xx.2012ci il tarixdə vəfat etmişdir.

11. Mərhum əri XXX həm özünün, həmdə valideynlərinin sağlığıda valideyinləri ilə birlikdə mübahisəli mülkdə yaşamışdır.

12. Hələ sağlığın da X43 rayon Məhkəməsinə müraciət edərək anasından qalmış miras əmlakın vərəsələr arasında bölünməsi tələbinə dair iddia qaldırmışdır.

13. Torpaq sahəsinin üzərindəki tikililər daşınmaz əmlakın reyestr xidmətində qeydiyyata alımamış olduğu üçün həmin iş Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərardadı ilə dayandırılmışdır.

14. Cavabdeh1 mülkü X15 adına qeydiyyata saldırmış, daha sonra Nizami Abdullayevin ölməsindən istifadə edib xx.xx.2018-ci il tarixli 2V-26 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi əsasında bütün mülkü və X21 məxsus yerləşən 0,23 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün nəzərdə tutulmuş torpaq sahəsini öz adına qeydə saldırmışdır.

15. Mülkə görə cavabdehə xx.xx.2018-ci il tarixli **********29-10301 reyestr nömrəli çıxarış verilmişdir.

16. B undan sonra Cavabdeh1 tərəfindən onlara qarşı evdən çıxarılma tələbinə dair iddia qaldırılmış, Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(058)578/2018 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Qanuni qüvvədə olan həmin qətnamə ilə müəyyən edilmişdir ki, iddiaçı Lamiyyə X1 ilə 1973-cü ildə rəsmi nikah qeyd etdirməklə evlənmiş, həmin vaxtdan hazırkı vaxta qədər orada yaşamışlar.

17. İddiaçı3 sağlığında mülkdən iddiaçının və ərinin paylarını faktiki olaraq ayırıb vermiş, onlar da həmin 2 otağın qarşısından öz vəsaitləri hesabına 1 örtülü aynabənd, 1 mətbəx, hamam, tualet tikdirmişlər.

18. Cavabdeh1 vərəsəliyə dair notariat işindəki vərəsəlik şəhadətnaməsi alması üçün verdiyi ərizəsindən görünür ki, o, vərəsələrin dairəsini notariusdan gizlətmiş, X4 və X2 başqa vərəsələr olmadığını yazmışdır.

19. Notariat işində nümayəndəlik tərəfindən verilmiş arayışda isə X15 vərəsələri sırasında iddiaçını mərhun X8nun da adı göstərilmişdir.

20. Bundan başqa, Cavabdeh1 “Asan xidmət” mərkəzində Notariat kontorunun xx.xx.2014-cü il tarixli 2V-01-409 saylı vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi əsasında İddiaçı3 Adil oğlu və X15 birgə nikah dövründə əldə etdikləri, İddiaçı3 adına qeyd edilmiş XXX mülkü də xx.xx.2014-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarış əsasında öz adına qeyd etdirmişdir.

21. Həmin notariat işindəki materiallardan görünür ki, Cavabdeh1 özündən başqa, cəmi bir nəfərin, yəni X5 vərəsə olduğunu göstərmişdir. Onu da ona görə göstərmişdir ki, Cəmilə Abdullayeva mirasdan imtina etmişdir.

22. Həmin mülkə İddiaçı3 cavabdehə vəsiyyətnamə vermişdir. Lakin İddiaçı3lə Dilquşad Abdullayeva xx.xx.1935-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə evlənmişlər.

23. İddiaçı3 vəsiyyətnaməsi yalnız mülkün ona məxsus olan ½ hissəyə aid olduğu üçün mülkün mərhum Dilquşad Abdullayevə aid digər yarısından iddiaçının əri XXX miras payı olmuşdur.

24. Buna görə də mülkün tam olaraq Cavabdeh1 adına qeyd edilməsi qeyriqanunidir.

25. İddiaçılar tələblərinin hüquqi əsası kimi Mülki Məcəllənin 149.2, 157 və 1252-ci maddələrinə istinad etmişlər.

26. Cavabdeh1 iddiya yazılı etirazında göstərmişdir ki, qardaşı XXX 1992-ci ildə yaşamaq üçün Gəncədə ev alıb, ailəlikcə ora köçüb və qeydiyyata düşüblər.

27. Qardaşları və bacısı, valideynlərinin vəfatından sonra vərəsəliyi qəbul etməyiblər.

28. Qanunun tələbinə görə vərəsəlik hüququ miras payında yaşamaqla, vəsiyyətnamə il ə və yaxud 6 ay müddətində mirası qoyan şəxsin ölümündən sonra vərəsəlik şəhadətnaməsi almaqla vərəsə hesab olunur. Bu halda qardaşlar və bacısı vərəsə kimi tanınmayıblar, deməli onlar qanunun tələbinə görə vərəsə ola bilməzlər.

29. Digər tərəfdən, iddiaçı Samux rayon Alıuşağı kəndində ona miras payı qalan mülkiyyətində olan mülkdən pay istəməsində haqqlı deyildir. Belə ki, 2003-cü ildə mərhum qardaşı Nizami ailəsinin razılığı ilə digər qardaşı 2000 ABŞ dolları almış, ona mülkə dair öz hüquqlarını vermiş, mülkə dair heç bir iddia sürməməsini ailəlikcə vəd etmişlər.

30. Samux rayonundakı mülkə dair yalnız ona qarşı iddia irəli sürə bilər.

31. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-3105/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin olunmuş, notariat kontoru tərəf indən verilmiş xx.xx.2014cü il tarixli 2V- 01-409 saylı vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və Gəncə şəhər 5 saylı Dövlət notariat kontoru tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 2V-26 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilmiş, həmin şəhadətnamələr əsasında miras əmlaklara dair Cavabdeh1 adına AR Əmlak məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 3 Saylı Gəncə Ərazi İdarəsi tərəfindən ünvan 1i ünvanında yerləşən 0.14 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 107.0 kv.m olan fərdi yaşayış evinə dair xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış və saylı fərdi yaşayış evinə dair xx.xx.2014-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarış ləğv edilmiş, fərdi yaşayış evindən ibar ət miras əmlakın X20 tərəfindən faktiki qəbul edilməsi faktı müəyyən edilərək ½ hissəsinin ½ hissəsinə yəni ümumi əmlakın ¼ (dörddə bir) hissəsindən mərhum X12 çatacaq miras payı üzərində onun vərəsələri olan iddiaçıların payları müəyyən edilmiş, miras əmlakın ¾ (dörddə üç) hissəsi açıq saxlanılmış, ünvan 1i ünvanında yerləşən 0.14 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 107.0 kv.m olan fərdi yaşayış evi, ünvan 1i ünvanında yerləşən kənd təsərrüfatı təyinatlı 0.137 ha torpaq sahəsi və 0.0977 ha torpaq sahəsindən ibarət miras əmlakın X20 tərəfindən faktiki qəbul edilməsi faktı müəyyən edilərək, ümumi əmlakın ½ hissədə mərhum X12 çatacaq miras payı üzərində onun vərəsələri olan iddiaçıların payları müəyyən edilmiş, miras əmlakın ½ hissəsi açıq saxlanılmış, ərdi yaşay ış evinin ½ (ikidə bir) hissəsinin ½ (ikidə bir) hissəsinə yəni ümumi əmlakdan ¼ (dörddə bir) hissədə mərhum X12 çatacaq miras payının onun vərəsələri tərəfindən faktiki qəbul edilməsi faktı müəyyən edilərək, arvadı İddiaçı1, oğlanları İddiaçı4 və X13 hər birinə ¼ (dörddə bir) hissənin 1/3 (üçdə bir) hissədə olmaqla payları müəyyən edilmiş, X24 mirası qəbul edənədək öldüyündən ona Gəncə şəhəri, Vaqif küçəsi, 10-cu dalan, 5 saylı fərdi yaşayış evindən çatacaq ¼ hissənin 1/3 hissədə miras əmlakın onun birinci növbə vərəsələri tərəfindən faktiki qəbul edilməsi faktı müəyyən edilərək,¼ (dörtdə bir) hissənin 1/3 (üçdə bir) hissəsinin ½ (ikidə bir) hissəsinə İddiaçı2 və ¼ (dörtdə bir) hissənin 1/3 (üçdə bir) hissəsinin ½ (ikidə bir) hissəsinə X3 payları müəyyən edilmiş, ünvan 1i ünvanında yerləş ən 0.14 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 107.0 kv.m olan fərdi yaşayış evi, ünvan 1i ünvanında yerləşən kənd təsərrüfatı təyinatlı 0.137 ha torpaq sahəsi və 0.0977 ha torpaq sahəsindən ibarət ümumi əmlakdan ½ (ikidə bir) hissədə mərhum X12 çatacaq miras payının onun vərəsələri tərəfindən faktiki qəbul edilməsi faktı müəyyən edilərək, onun vərəsələri arvadı İddiaçı1, oğlanları İddiaçı4 və X13 hər birinə 1/2 (ikidə bir) hissənin 1/3 (üçdə bir) hissədə olmaqla payları müəyyən edilmiş, X24 mirası qəbul edilənədək öldüyündən ona ünvan 1i ünvanında yerləşən 0.14 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 107.0 kv.m olan fərdi yaşayış evi, ünvan 1i ünvanında yerləşən kənd təsərrüfatı təyinatlı 0.137 ha torpaq sahəsi və 0.0977 ha torpaq sahəsin dən ibarət ümumi əmlakdan çatacaq 1/2 (ikidə bir) hissənin 1/3 hissədə miras əmlakın onun birinci növbə vərəsələri tərəfindən faktiki qəbul edilməsi faktı müəyyən edilərək, onun birinci növbə vərəsələrinin 1/2 (ikidə bir) hissənin 1/3 (üçdə bir) hissəsinin ½ (ikidə bir) hissəsinə İddiaçı2 və 1/2 (ikidə bir) hissənin 1/3 (üçdə bir) hissəsinin ½ (ikidə bir) hissəsinə X3 payları müəyyən edilmiş, ödənilmiş dövlət rüsumunun iddiaçılara aid edilməsi qət edilmişdir. (hakim Rəşad Mustafayev)

32. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara istinadən müəyyən etmişdir ki, miras qoyan İddiaçı3 xx xxxxxx 1935-ci ildə X26 ilə nikahlarını rəsmi qeyd etdirməklə ailə qurmuşlar. Mübahisəli mülklər, ünvan 3 ünvanda yerləşən və XXXyerləşən 0,14 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evl əri onların birgə nikah dövründə əldə edilmişdir. 33.Həmçinin müəyyən edilmişdir ki,İddiaçı3 ilə X15 birgə nikahından dörd övladları olmuşdur.

34. Gəncə şəhəri, Vaqif küçəsi, 10-cu dalan, 5 saylı fərdi yaşayı evini İddiaçı3 ilə birgə nikah dövrlərində əldə etmişlər. xx.xx.1992-ci il tarixdə İddiaçı3 vəfat etmiş və sonuncunun birinci növbə olmaqla X26, X14, X20, Cavabdeh1 və X4 ibarətə beş vərəsəsi qalmışdır.

35. X26 xx.xx.2012-ci il tarixdə vəfat etmişdir. Digər vərəsələr X14 və X16 notariat kontoruna ərizə verərək mirası qəbul etmədiklərini və qəbul etmək fikirlərinin olmadığını, gələcəkdə miras əmlakın qəbul müddətinin bərpası üçün məhkəmədə heç bir iddia qaldırmayacaqlarını bildirmişlər.

36. İddiaçı3 vərəsəsi olaraq onun mirasını arvadı X26, X20, Cavabdeh1 qəbul etmişlər.

37. Miras qo yan İddiaçı3 tərəfindən isə yalnız mülkiyyətində olan ünvan 5 ünvanına dair oğlu Cavabdeh1 vəsiyyətnamə verilmişdir.

38. Gəncə “ASAN xidmət” Mərkəzində notariat kontorunun xx.xx.2014-cü il tarixli 2V-01-409 saylı vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən miras qalmış Gəncə şəhəri, Vaqif küçəsi 10 dalan, 5 nömrəli fərdi yaşayış evi tam şəkildə Cavabdeh1 adına sənədləşmiş, bu fərdi yaşayış evinə dair AR Əmlak məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 3 Saylı Gəncə Ərazi İdarəsi tərəfindən xx.xx.2014-cü il tarixli Çıxarış verilmişdir.

39. İddiaçı3 miras qalan digər əmlak Samux rayonu yerləşən 0,14 ha ərazidə yerləşən fərdi yaşayış evi olmuşdur.

40. İddiaçı3 ölümündən sonra onun arvadı X15 adına həmin əmlaka AR Əmlak məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-ni n 3 Saylı xx.xx.2018-ci il tarixli Çıxarış verilmişdir.

41. X15 2012-ci ildə ölümündən sonra onun mirasını oğlanları X20, Cavabdeh1 faktiki qəbul etmişlər.

42. Mirasın qəbul edilməsi zamanı X20 məhkəməyə müraciət etmiş və miras əmlakın sənədləşməsi müddətində vəfat etmişdir. 43. 2015-ci ildə, yəni 1992-ci ildə vəfat etmiş atası İddiaçı3 və 2012-ci ildə vəfat etmiş anası Dilquşad Abdullayevadan sonra ölmüşdür. 44.XXX valideynlərindən miras qalan əmlaklardan imtina etməmiş, eyni zamanda ölən günədək anası ilə birlikdə eyni fərdi yaşayış evində yaşayaraq mirası faktiki qəbul etdiyini göstərmişdir.

45. Cavabdeh1 kontoruna müraciət etmiş, Gəncə şəhər 5 saylı Dövlət notariat kontorunun xx.xx.2018-ci il tarixli 2V-26 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə mərhum X17 qanun üzrə vərəsəsi olaraq Cavabdeh1 miras əmlakda tam hissədə pay verilmişdir.

46. Cavabdeh1 verilən miras əmlaklar mərhum X21 məxsus olan ünvan 1i ünvanında yerləşən 0.14 ha torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 107.0 kv.m olan fərdi yaşayış evindən; mərhum X21 məxsus olan ünvan 1i ünvanında yerləşən 0.137 ha torpaq sahəsindən; mərhum X21 məxsus ünvan 1i ünvanında yerləşən 0.0977 ha torpaq sahəsindən ibarət olmuşdur.

47. Həmin əmlaka dair AR Əmlak məsələləri Dövlət Komitəsinin yanında DƏDRXnin 3 Saylı Gəncə Ərazi İdarəsi tərəfindən Cavabdeh1 Çıxarış verilmişdir.

48. İş üzrə iddiaçılar mərhum X20 öldükdən sonra onun birinci növbə vərəsəsi arvadı İddiaçı1, oğlanları İddiaçı4 və X24 qalmışdır.

49. X22 öldüyündən onun birinci növbə vərəsələri İddiaçı2 və X6r.

50. Vərəsələr miras qoyanla birlikdə yaşamaqla mirası faktiki surətdə qəbul etmişlər.

51. Məhkəmənii müəyyən etdiyi işin digər hallarına görə İddiaçı3 xx.xx.1992-ci il tarixdə vəfat etdiyinə görə ondan miras qalmış XXX saylı fərdi yaşayış evi İddiaçı3 ilə Dilquşad Abdullayeva birgə nikah dövrlərində əldə edilmiş əmlakdır və hər birinin payı ½ olmaqla bərabər hesablanır.

52. İddiaçı3 birgə nikah dövründə əldə etdiyi əmlakın öz payına düşən ½ hissəsinə oğlu Cavabdeh1 xx xxxxxx 1988-ci ildə təsdiq edilmiş 24-487 nömrəli reyestr ilə qeyd edilmiş vəsiyyətnamə vermiş, XXX birgə nikah dövrlərində əldə edilmiş həmin əmlakla bağlı hər hansı bir iradə ifadəsini bildirməmişdir.

53. Cavabdeh1 həmin vəsiyyətnaməyə əsaslanaraq, digər vərəsələrin olmasını və mirası faktiki qəbul edən şəxləri gizlətməklə 20 14-cü ildə notariat kontoruna müraciət edərək, XXX mülkü bütünlüklə Gəncə “ASAN xidmət” mərkəzində notariat kontorunun xx.xx.2014-cü il tarixli 2V- 01-409 saylı vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən adına keçirmiş və ona bu əmlakla bağlı xx.xx.2014-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir.

54. İddiaçının əri XXX valideynlərindən sonraölmüş, onlardan miras qalan əmlaklandan imtina etməmiş, eyni zamanda ölən günədək anası ilə birlikdə eyni fərdi yaşayış evində yaşayaraq mirası faktiki qəbul etdiyini göstərmişdir.

55. Cavabdeh1 Gəncə şəhəri 5 saylı notariat kontoruna müraciət etmiş, Gəncə şəhər 5 saylı Dövlət notariat kontorunun xx.xx.2018-ci il tarixli 2V-26 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə mərhum X17 qanu n üzrə vərəsəsi olaraq Cavabdeh1 miras əmlakda tam hissədə pay almış, adına ünvan 1i ünvanında yerləşən 0.14 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 107.0 kv.m olan fərdi yaşayış evinə dair xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış, ünvan 1i ünvanında yerləşən kənd təsərrüfatı təyinatlı 0.137 ha torpaq sahəsinə və 0.0977 ha torpaq sahəsinə dair mülkiyyət hüquqları əldə etmişdir.

56. İşin müəyyən edilmiş hallarına əsasən məhkəmə hesab etmişdir ki, vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və qanun üzrə vərəsəlik hüququ haqda şəhadətnamələr verilərkən həmin hüquq münasibətləri yaranan zaman qüvvədə olan qanunvericiliyn tələbləri pozulmuşdur.

57. Məhkəmə qeyd etmişdir ki, fiziki şəxs öldükdən sonra onun əmlakı bir mənalı olaraq vərəsə nin əmlakına daxil olmur. Qanunun normasına görə, mirasın qəbul edilməsi müddəti həm qanun üzrə vərəsələrə, həm də vəsiyyət üzrə vərəsələrə aiddir. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. İstər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə müəyyən edilmiş müddət anında mirası həm rəsmi, həm də qeyri-rəsmi üsulla qəbul edə bilər. Rəsmi üsul vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud mi ras əmlakı faktiki idarə etməklə həyata keçirlir. 58. xx xxxxxx 1988-ci ildə təsdiq edilmiş 24-487 nömrəli reyestr ilə qeyd edilmiş vəsiyyətnamə əsasında mərkəzinin notariat kontoru tərəfindən xx.xx.2014-cü il tarixli 2V01-409 saylı vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən notarius, miras əmlak hesab olunanXXX fərdi yaşayış evinin birgə nikah dövründə əldə edilmiş əmlak olmasını, vərəsələrin dairəsini və digər vərəsələrin miras əmlakı faktiki surətdə qəbul etməsinə diqqət yetirməmiş, həmçinin kontorunun notariusu xx.xx.2018-ci il tarixli 2V-26 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən, vərəsələrin dairəsini müəyyən etməmiş və digər vərəsələrin həmin əmlakı faktiki surətdə qəbul etməsinə diqqət yetirməmiş, nəticədə sözügedən şəhadətn amələr verilmişdir. 59.Qeyd edilən səbəblərdən məhkəmə Gəncə “ASAN xidmət” mərkəzinin notariat kontoru tərəfindən xx.xx.2014-cü il tarixli 2V- 01-409 saylı vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və t kontoru xx.xx.2018-ci il tarixli 2V-26 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, həmin şəhadətnamələr əsasında miras əmlaklara dair Cavabdeh1 adına AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin darəsi tərəfindən Çıxarışların ləğv edilməsi və miras qalmış əmlaklar üzərində vərəsələrin payının müəyyən edilməli olması nəcəsinə gəlmişdir.

60. Eyni zamanda məhkəmə cavabdeh İddiaçı 4 qardaşı X10 1992-ci ildən Gəncədə yaşamaq üçün ev alıb ailəlikcə oraya köçüb və qeydiyyata düşməsi, qardaşları və bacısının valideynlərinin vəfatından sonra vərəsəliyi qəbul etməməsi, 2003-cü ildə mərhum qardaşı Nizaminin ailəsinin razılığı ilə digər qardaşı XXX 2000 ABŞ dolları alması, ona mülkə dair öz hüquqlarını verməsi və mülkə dair heç bir iddia sürməməsini ailəlikcə vəd etmələri barədə dəlillərini əsassız hesab edərək qeyd emişdir ki, cavabdeh bu dəlilləri ilə qardaşı X10 mirası qəbul etməsini dolayı yolla etiraf etmiş, həmçinin Nizami və onun ailə üzvlərinin həmin miras əmlaka dair hüquqlarını başqasına verməsinə dair hər hansı bir sübutunu məhkəməyə təqdim etməmişdir.

61. Bundan başqa X20 və onun vərəsələri olan iddiaçılar tərəfindən mirasın faktiki surətdə qəbul edilməsi Samux rayon Məhkəməsinin 2(058)-578/2018 saylı, xx xxxx 2018ci il tarixli qətnaməsi ilə öz təsdiqini tapmışdır.

62. Belə ki, həmin iş üzrə iddiaç ı olan X7 cavabdehlər X23, X18 və İddiaçı3 qarşı cavabdehlərin ona məxsus Samux rayonu XXX yerləşən mülkiyyətində olan fərdi yaşayış evindən çıxarılması tələbinədairiddiası əsassız olduğundan rədd edilmişdir.

63. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, cavabadehlərdən X27 1973-cü ildə, X25 isə 1998-ci ildə el qaydasında toyları olmaqla, bu mübahisəli evə, həyətə gəlin köçmüşlər. Həmin vaxt mübahisəli evin mülkiyyətçisi olmamış və həmin vaxtı mübahisəli evin icarədarı olan mərhum İddiaçı3 və mərhum cavabadehləri bir ailə üzvü kimi qəbul etməklə onların gəlib evdə yaşamalarına etiraz etməmişlər.

64. Cavabdehlər (hazırki iş üzrə iddiaçılar) isə həmin dövrdən hazıra kimi bu mübahisəli evdə bir ailə üzvü kimi yaşamaqla, icarədarlarla təsərrüfatı birgə idarə etməklə, habelə bu evdə hər biri 2 n əfər uşaq doğub tərbiyyə etməklə mübahisəli evə istifadə hüququ əldə etmişlər.

65. Qeyd edilən iş üzrə cavabadehlərdən İddiaçı3 isə xx xxxxxx 1999-cu il tarixdə bu mübahisəli evdə doğulmaqla hazırda da bu evdə yaşayır.

66. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Mülki Məcəllənin 225.1, 225.6, 329.1, 337.2, 337.3, 337.4, 1133.1, 1133.2, 1146, 1151.1, 1159.1.1, 1243, 1246, 1247, 1252, 1253, 1255, 1262, 1263, 1273-1, Ailə Məcəlləsinin 32, 33, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.3, Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 88-ci maddələrinə istinad etmişdir. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

67. Cavabdeh1 qətnamədən apelyasiya şikayəti verib.

68. Apelyasiya şikayətinin dəlilləri ondan ibarət olub ki, iddiaçıların miras əmlakda yaşamasını təs diq edən Samux rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsindən məhkəmə iclasında xəbər tutub. Həmin qətnamədən apelyasiya şikayəti verib.

69. Həmçinin İddiaçı1 Cavabdeh1 adına XXXyerləşən fərdi yaşayış evi və torpaq sahəsinə dair verilmiş çıxarışın ləğv olunması və mübahisəli mülkün 1973-cü ildən yaşadığı hissəsinin mülkiyyətinə verilməsi barədə iddia qaldırmış, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin qərarı ilə iddia təmin edilməmişdir.

70. Bu faktı bildirsə də, məhkəmə buna əhəmiyyət verməmişdir.

71. Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 mart 2020-ci il tarixli, 2(104)-1416/2020 nömrəli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(043)-3105/2019 saylıqətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Azər Bayramov (sədrlik edən və məruzəçi), Rəşad Mamedov və Əlizamin Abdullayev )

72. Apelyasiya məhkəməsi işin müəyyən edilmiş hallarına əsasən qeyd etmişdir ki, birinci instansiya məhkəməsi“vəsiyyət üzrə vərəsəlik haqqında” və “qanun üzrə vərəsəlik haqqında” şəhadətnamələrin və həmin şəhadətnamələr əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlarınetibarsız hesab edilməsi qənaətində haqlı olmuşdur.

73. Apelyasiya məhkəməsinin mövqeyinə görə birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq maddi və prosessual hüquq normalrını düzgün tətbiq etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

74. Cavabdeh1 qətnamədən kassasiya şikayəti verib.

75. Kassasi ya şikayəti onunla əsaslandırılıb ki, iddiaçıların evdən çıxarılması barədə iddianı rədd edən Samux rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsindən apelyasiya şikayəti verib. Həmin şikayəyə baxılana qədər hazırki işin təxirə salınmasını xahiş etsə də, apelyasiya məhkəməsi buna əhəmiyyət verməyərək, ədalətsiz qərar çıxarmışdır.

76. Kassasiya şikayətində qətnamənin ləğv edilməsi, işin yenidən apelyasiya baxışına qaytarılması xahiş edilmişdir. b) Kassasiya şikayətinə qarşı tərəin etirazının dəlilləri

77. Kassasiya şikayətinə qarşı tərəfin etiraz daxil olmamışdır. c) Kassasiya icraatı iştirakçılarının izahatları

78. Cavabdeh1 məhkəmə kollegiyasında vəkilsiz iştirak etdiyi üçün MülkiProsessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq işin kassasiya baxışında onun iza hatı dinlənilmədi.

79. Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı1 və onun vəkili Cəbrayılova Xatirə Xasay qızı kassasiya şikayətinin dəlillərini qəbul etməyərək, onun təmin olunmamasını xahiş etdilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası Maddə 13.mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Maddə

29. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Maddə 225.6. Daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq, özlüyündə etibarsız olan əqddir. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1133.2.Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1159.1.1.Qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).bərabər pay hüquqlu vərəsələr sayılırlar. Maddə 1243. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idar ə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Maddə 1247. Əgər miras almaq hüququ digər vərəsələrin mirası qəbul etmədikləri halda yaranırsa, miras onun qəbulu üçün müəyyənləşdirilmiş müddətin qalan hissəsi ərzində qəbul edilməli, bu müddət altı həftədən az olduqda isə altı həftəyədək uzadılmalıdır. Maddə 1252.Əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. Maddə 1253. Mrasın irsi transmissiya üzrə qəbul edilməməsi vərəsəni bilavasitə ölən vərəsəyə çatası mirası almaq imkanından məhrum etmir. Əmlakı irsi transmissiya üzrə almaqdan imtina edildikdə əmlak ölmüş vərəsələrlə birlikdə mirası qəbul etməyə çağırılmış şəxslərə keçir. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Maddə 1262.Əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə ça ğırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. Maddə 1263. Əgər mirasdan imtina etmiş vərəsə həmin növbənin vərəsələri arasında yeganə vərəsədirsə, miras sonrakı növbənin vərəsələrinə keçir. Maddə 1273-1. Vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. Ailə Məcəlləsi Maddə 32.1 Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Maddə 33.1. Ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun Maddə 8.0.3. Daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı, Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra h əmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxa rkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

80. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfində n maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

81. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

82. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tət biq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

83. Baxılan iş üzrə apelyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq qanuni nəticəyə gəlmişdir.

84. Kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apelyasiya şikayətinin dəlillərinə apelyasiya instansiyası məhkəməsi tərəfindən tam qiymət verilib.

85. İddia tələbi vərəsəlik hüququnun təmin edilməsi ilə əlaqədardır.

86. Azərbaycan Respublikasının Konstitusiyası dövlətin vərəsəlik hüququna təminat verməsini təsbit etmişdir.

87. Sübutlar, o cümlədən qanuni qüvvəyə mnimiş məhkə mə aktı əsasında işin məhkəmələr tərəfindən müəyyən edilmiş halları ondan ibarətdir ki, iddiaçıların XXXyerləşən 0,14 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə, XXXyerləşən 0,23 ha kənd təsərrüfatı təyinatlə torpaq sahəsinə və Gəncə şəhəri, Vaqif küçəsi, 10-cu dalan, 5 saylı mülkə vərəsəlik hüquqları vardır, həmin miras əmlakları iddiaçılar faktiki qəbul etmişlər.

88. Qeyd edilən əmlakların miras qoyanlar X30 və X19 miras əmlakı olması işin mübhaisələndirilməyən halıdır.

89. İşin müəyyən edilmiş halları tətbiq edilən maddi hüquq normalarının dispozitiv şərtləri baxımından iddianın təmin edilməsi üçün əsas olmuşdur.

90. Apelyasiya məhkəməsi bütün sübutları Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə uyğun olaraq düzgün qiymətləndirmişdir.

91. Cavabdeh özü də kassasiya şikayətində idd iaçıların miras əmlakda yaşamasını təsdiq edən Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsindən apelyasiya şikayəti verməsini bildirməklə, dolayısı ilə iddiaçıların miras əmlkada paylarının məhz həmin qətnamə ilə müəyyən olunmasını qəbul etdiyini nümayiş etdirmişdir.

92. Samux rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsindən apelyasiya şikayəti verməsinə gəldikdə, cavabdeh bunun təsdiqi ilə bağlı heç bir sübuta istinad etməmişdir. Bu baxımdan, həmin şikayəyə baxılana qədər hazırki işin təxirə salınması barədə xahişinə apelyasiya məhkəməsinin əhəmiyyət verməməsi barədə dəlil əsaslı sayıla bilməz.

93. Cavabdeh iddianın rədd edilməsi əsası kimi başqa heç bir dəlilə istinad etməmişdir.

94. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya insta nsiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

95. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 mart 2020-ci il tarixli, 2(104)-1416/2020nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar