Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4940/2020 21.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2020-ci il tarixli 2(107)685/2020 qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim E.M.Mehdiyev, iş № 2(075)-1040/2019) iddiaçılar İddiaçı2 və qeyrilərinin Cavabdeh qarşı iddiası qismən təmin edilərək Cavabdeh 180 baş qoyunun hazırkı dəyəri olan 36.000 manatın və 7.400.000 manatın indeksasiya dəyəri olan 4664.9 6 manatın və dövlət rüsumuna görə ödənilmiş 30 manatın alınaraq iddiaçılar İddiaçı2 və qeyrilərinə verilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər: M.A.Əsədli, A.A.Mahmudov və V.İ.Məlikov) cavabdehin apelyasiya şikayəti təmin edilərək Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iddiaçılar İddiaçı2 və qeyrilərinin Şəki rayonu Böyük Dəhnə Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsində yerləşən mal fermasının alınması üçün 2001-ci ildə satılmış, İddiaçı2 əri mərhum Yusibov Mustafa Abdulkərim oğluna məxsus olan 180 baş qoyunun hazırkı dəyəri olan 36.000 manatın və həmin vaxt verdikləri 7.400.000 manatın indeksasiya edilməklə Cavabdeh alınaraq onlara verilməsi tələbinə dair iddiası rədd edilmişdir. İşin halları: Şəki rayonunun Böyük Dəhnə kəndində yerləşən mal ferması xx xxxx 2005-ci il tarixdə Cavabdeh adına qeydiyyata alınmış, xx xxxxxx 2007-ci il tarixli bağışlama müqaviləsinə əsasən həmin qeyri-yaşayış sahəsi onun tərəfindən X3 bağışlanaraq sonuncunun həmin əmlak üzərində mülkiyyət hüququ xx xxxxxx 2008-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. xx xxxxxx 2018-c il tarixli alqı-satqı müqaviləsinə əsasən X4 həmin qeyr-yaşayış sahəsini X1. xx xxxxxx 2018-ci il tarixdə Q.T.Hacıbabayevin adına Dövlət Reyestrindən Çıxarış verilmişdir. 2019-cu ilin aprel ayında İddiaçı2 və qeyriləri iddia və dəqiqləşdirilmiş iddia tələbləri ilə məhkəməyə müraciət edərək mübahisəli fermanın onun xx xxxxxx 2019-cu il tarixdə vəfat etmiş əri tərə findən və onun vəsaiti hesabına alınmasını əsas göstərməklə fermanın alınması üçün satdığı 180 baş qoyunun hazırkı dəyərini təşkil edən 36.000 manatın və həmin vaxt verdikləri 7.400.000 manatın indeksasiya olunmaqla Cavabdeh alınaraq onlara verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə İddiaçı1 kassasiya şikayəti verərək qətnamənin şahid ifadələrinin nəzərə alınmadan, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və işin yeni apelyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında cavabdeh və vəkili kassasiya şikayəti ilə razılaşmayaraq rədd edilməsin i xahiş etmişlər. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaçılar məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə iddiaçıların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İddiaçılar mübahisəli qeyri-yaşayış sahəsinin 2001-ci ildə mərhum Yusibov Mustafa Abdulkərim oğl u tərəfindən alınmasını, əmlakın cavabdehin adına rəsmiləşdirilməsinə baxmayaraq M.İddiaçı7 məxsus olmasını iddia edərək həmin əsasla cavabdehdən 36.000 manat və 7.400.000 manatın indeksasiya olunmaqla onlara qaytarılmasını tələb etsələr də, işdən görünür ki, Mustafa Yusibov vəfat edənə qədər keçmiş 17 ildən artıq bir müddət ərzində həmin əmlaka iddia etməmiş, yalnız onun ölümündən sonra onun arvadı İddiaçı2 və ailə üzvləri hazırkı tələblə məhkəməyə müraciət etmişlər. Tələblərini təsdiq edən sübut kimi iddiaçılar məhkəməyə yalnız şahidlərin ifadələrini təqdim etmişlər. Apelyasiya instansiyası məhkəməsi əmlakın cavabdehin adına qeydiyyata alınmaqla başqasına satılmasını və onların adlarına əmlaka mülkiyyət hüquqlarını bildirən reyestrdən çıxarışların verilməsini, həmin çıxarışların qeyri də qiqliyinin sübuta yetirilməməsini əsas göstərməklə iddianın əsassız olması barədə nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mübahisəli qeyri-yaşayış sahəsinin M.Yusibovun vəsaiti hesabına əldə edilməsi və iddia tələbinin əsaslı olması barədə işdə mötəbər sübutlar olmadığından apelyasiya instansiyası məhkəməsi iddia tələbini rədd etmişdir. Göstərilənlərlə əlaqədar kollegiya apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə müəyyən edilmiş sübutlara və qanunun tələblərinə uyğun çıxarıldığından kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM -nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4940/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4940/2020
21.10.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver