Məhkəmə qərarları › İş №2(102)-4941/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4941/2020

25.11.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4941/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, X7 və X8 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ümumi mülkiyyətdə olan payın ayrılması) 25.11.2020 Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və X2 ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, Cavabdehlər Cavabdeh1, X4 və X5 vəkili Vəkil iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının x nömrəli iş üzrə xx xxx 2020-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1, X10 və X11 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışlara əsasən: - Yevlax şəhərində yerləşən 0,045 ha torpaq sahəsi 7/8 hissədə Cavabdeh1, 1/8 hissədə X3; - Yevlax şəhəri Nizami prospekti 115 ünvanında yerləşən 0,03 hektar torpaq sahəsinin üzərində inşa edilmiş, ümumi sahəsi 34.2 kv.m. ibarət olan fərdi yaşayış evi 1/8 hissədə və torpaq sahəsi 1/24 hissədə X1, torpaq sahəsi 8/24 hissədə Cavabdeh2, 8/24 hissədə X5, yaşayış evi 7/8 hissədə və torpaq sahəsi 7/24 hissədə Cavabdeh1; - Yevlax şəhəri Nizami prospekti 95 ünvanında yerləşən 0,0251 hektar torpaq sahəsinin üzərində inşa edilmiş, ümumi sahəsi 162.1 kv.m. olan fərdi yaşayış evi 7/8 hissədə və torpaq sahəsinin 7/16 hissədə Cavabdeh1, torpaq sa həsi 8/16 hissədə X4, yaşayış evi 1/8 hissədə və torpaq sahəsi 1/16 hissədə X1; - Mingəçevir şəhəri X19 küçəsi ev 17 mənzil 45 ünvanında yerləşən ümumi sahəsi 29.4 kv.m. ibarət olan yaşayış sahəsi 7/8 hissədə X6, 1/8 hissədə X3; - ünvan 4 ünvanında yerləşən 0,045 hektar torpaq sahəsi və onun üzərində inşa edilmiş ümumi sahəsi 111.1 kv.m. ibarət olan fərdi yaşayış evi 1/8 hissədə X3, 7/8 hissədə X6 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.

2. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı payın naturada ayrılması tələbi Yevlax Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, x nömrəli qətnaməsi ilə təmin edilməmiş və qətnamə qanuni qüvvəsini almışdır.

3. Bundan sonra İddiaçı, hazırkı iddianı qaldıraraq qızı C nin ümumi mülkiyyətdəki payının daşınmaz əşyaların hə rracdan satılması yolu ilə ayrılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, ümumi paylı mülkiyyətdəki daşınmaz əşyaların açıq hərracda satılması və əldə edilmiş pul məbləğinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş müvafiq çıxarışlar əsasında bölüşdürülməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir.

5. Yevlax Rayon Məhkəməsinin (hakim G.Cavadova) xx xxxxxx 2019-cu il tarixli, x nömrəli qətnaməsi ilə, iddia qismən təmin edilərək, Yevlax şəhəri Nizami prospekti 115 ünvanındakı 0,03 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 34,2 kv.m. olan yaşayış evi, Yevlax şəhərində yerləşən, ümumi sahəsi 0,045 ha torpaq sahəsi, Yevlax şəhəri Nizami prospekti 9 5 ünvanındakı 0,0251 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 162,1 kv.m. olan fərdi yaşayış evinin açıq hərracda satılması, satışdan əldə olunan pulun X9, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 arasında paylara uyğun bölüşdürülməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.

6. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, mübahisəli əmlakların tərəflərin paylarına uyğun naturada bölünməsi mümkün deyil və bu barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur. Cavabdehlərin isə iddiaçının payı müqabilində ona hər hansı kompensasiya vermək fikri yoxdur, hətta bununla bağlı tərəflərə vaxt verilsə də, tərəflər arasında kompensasiyanın verilməsi ilə bağlı razılıq əldə olunmamışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

7. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-G.Abbasov (sədrlik edən və məruzəçi), E.Hüseynov və M.Hüseynov) xx xxx 2020-ci il tarixli, x nömrəli qətnaməsi ilə cavabdehlərin verdikləri apelyasiya şikayəti təmin edilməmiş, Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

8. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

9. Cavabdehlər kassasiya şikayəti verərək qətnamənin ləğv, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

10. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, həmin payın hansı həddə olması, həmin hissəsini n qiyməti, həmçinin mübahisələndirilən və hərraca çıxarılan 3 adla daşınmaz əmlakın ilkin olaraq ümumi qiymətləri müəyyənləşdirilməmişdir. Məhkəmə hərraca çıxarılan əmlakın qiymətini müəyyənləşdirmədən, ilkin qiymətə dair müvafiq qiymətləndirmə rəyi almadan, onlara məxsus olan, ümumi payda çoxluq təşkil edən əmlaklarını qiymətləndirmədən bu əmlakı hərraca çıxarmaqda haqlı deyildir. Digər tərəfdən məhkəmə hərraca çıxarılmış əmlakın naturada ayrılması məsələsini müzakirəyə çıxarmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə iclasında iştirak edən cavabdehlərin vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi.

13. Məhkəmə iclas ının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

14. Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər.

15. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər.

16. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.

17. Maddə 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər.

18. Maddə 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir.

19. Maddə 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının ş ərh edilməsinə dair xx xxxxx 2014-cü il tarixli Qərarında da göstərmişdir ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə 97.5. Tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər.

23. Maddə

416. Kassasiya ins tansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

24. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apelyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

25. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsini n faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

27. Apelyasiya instansiyası məhkəməsi iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişdir.

28. Ölüm haqqında şəhadətnamədən görünür ki, X12 xx.xx.2013cü il tarixdə vəfat etmişdir.

29. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin ya nında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin verdiyi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Seriya RX ******* №-li çıxarışdan görünür ki, Yevlax şəhərində yerləşən 0,045 ha torpaq sahəsi 7/8 hissədə Cavabdeh1, 1/8 hissədə X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.

30. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Seriya RX ******* №-li çıxarışdan görünür ki, X X19 küçəsi ev 17 mənzil 45 ünvanında yerləşən ümumi sahəsi 29.4 kv.m. ibarət olan yaşayış sahəsi 7/8 hissədə X6, 1/8 hissədə X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.

31. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Seriya RX ******* №-li çıxarışdan görünür ki, ünvan 4 ünvanında yerləşən 0,045 h ektar torpaq sahəsi və onun üzərində inşa edilmiş ümumi sahəsi 111.1 kv.m. ibarət olan fərdi yaşayış evi 1/8 hissədə X3, 7/8 hissədə X6 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.

32. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Seriya RX ******* №-li çıxarışdan görünür ki, Yevlax şəhəri Nizami prospekti 115 ünvanında yerləşən 0,03 hektar torpaq sahəsinin üzərində inşa edilmiş ümumi sahəsi 34.2 kv.m. ibarət olan fərdi yaşayış evi 1/8 hissədə və torpaq sahəsi 1/24 hissədə X1, torpaq sahəsi 8/24 hissədə Cavabdeh2, 8/24 hissədə X5, yaşayış evi 7/8 hissədə və torpaq sahəsi 7/24 hissədə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.

33. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Seriya RX ****** * №-li çıxarışdan görünür ki, Yevlax şəhəri Nizami prospekti 95 ünvanında yerləşən 0,0251 hektar torpaq sahəsinin üzərində inşa edilmiş ümumi sahəsi 162.1 kv.m. olan fərdi yaşayış evi 7/8 hissədə və torpaq sahəsinin 7/16 hissədə Cavabdeh1, torpaq sahəsi 8/16 hissədə X4, yaşayış evi 1/8 hissədə və torpaq sahəsi 1/16 hissədə X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.

34. Yevlax Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli x nömrəli qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1, X7 və X8 qarşı ümumi paylı mülkiyyətdəki əmlak paylarının Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlara müvafiq surətdə naturada ayrılması tələbinə dair iddiası təmin edilməmişdir. Apelyasiya şikayəti verilmədiyindən həmin qətnamə xx xxxxxx 2019-c u il tarixdə qanuni qüvvəyə minmişdir.

35. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı ümumi paylı mülkiyyətdəki əmlak paylarının naturada ayrılması tələbi ilə əvvəlcə Yevlax Rayon Məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilməmiş və qətnamə qanuni qüvvəyə minmişdir. Göründüyü kimi mübahisəli əmlakların tərəflərin paylarına uyğun naturada bölünməsi mümkün deyil, çünki bu barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur.

36. Birinci instansiya məhkəməsi cavabdehlərin iddiaçıya onun payı müqabilində kompensasiya ödəmələri barədə razılığa gəlmələri üçün tərəflərə vaxt vermiş, lakin cavabdeh tərəf iddiaçıya hər hansı məbləğdə kompensasiya ödəmək fikirlərinin olmadığını bildirdiyindən razılıq əldə olunmamışdir.

37. Məhkəmə kollegiyası cavabdeh tərəfə iddiaçıya kompensasiya ödəməyi təklif edərək bununla bağlı razılığa gəlmələrini təklif etmişdir. Lakin növbəti məhkəmə iclasında iştirak edən cavabdehlər iddiaçı ilə hər hansı razılığa gəlmədiklərini, ümumiyyətlə iddiaçıya hər hansı məbləğdə kompensasiya ödənilməsini təklif etmədiklərini bildirmişlər. Belə olan halda apelyasiya məhkəməsi hesab etmişdir ki, iddia təmin edilmiş hissədə əsaslıdır.

38. Kollegiya, apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, iddia tələbi ümumi mülkiyətdə olan payın ayrılması barədədir. Bu münasibətləri tənzimləyən Mülki Məcəllənin 220-ci maddəsinə görə, məhkəmə əvvəlcə payın naturada ayrılması imkanını yoxlamalıdır. İşdən görünür ki, bu hal iddiaçının daha əvvəl qaldırdığı iddia üzrə mülki işdə Yevlax Rayon Məhkəməsi tərəfindən yoxlanılmışdır. Belə ki, həmin xüsusatla bağlı təyin edilmiş ekspertizanın keçirilməsi məhz cavabdehlər maneə törətdiklərindən baş tutmamışdır. Bu hal, Yevlax Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsində göstərilməklə, payın naturada ayrılması tələbi rədd edilmişdir. Odur ki, daşınmaz əşyalardakı payın naturada ayrılması məsələsinin müzakirəyə çıxarılmaması haqında kassatorun dəlili əsassızdır. Bu qənaətə gələrkən Kollegiya onu da nəzərə alır ki, ekspertizanın keçirilməsinə, cavabdeh tərəf mane olduğu üçün mübahisə predmeti olan əşyalardakı payın naturada ayrılmasının mümkünlüyü məsələsi cavabdehlərin əlehinə olaraq rədd edilmiş sayılır (§ 22).

39. Bundan əlavə, işə baxmış məhkəmələr tərə findən MM-in 220-ci maddəsinin tələbinə uyğun olaraq, ayrılması istənilən paya görə iddiaçıya kompensasiya ödənilməsi üçün cavabdehlərə müvafiq şərait yaradılsa da, onlar tərəfindən kompensasiya təklif edilməmişdir. Belə olan halda, iddiaçının payının dəyərinin müəyyənləşdirilməsinə zərurət qalmamışdır. Cavabdehlərin paylarının qiymətləndirilməsi isə bu xaralterli iddianın həlli üçün əhəmiyyət kəsb etmir. Odur ki, kassasiya şikayətinin bu barədə olan dəlilləri də əsassızdır.

40. Beləliklə, iddiaçının payının naturada ayrılması və ya ona görə kompensasiya verilməsi mümkün olmadığından daşınmaz əşyaların hərracda satılaraq əldə edilən vəsaitin tərəflərin paylarına uyğun bölüşdürülməsi barədə məhkəmələrin gəldiyi qənaət maddi və prosessual hüquq normalarına uyğundur.

41. Qeyd olunanları nəzər ə alaraq Kollegiya belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

42. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının x nömrəli iş üzrə xx xxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar