Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4945/2020 21.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(107)116/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: İsmayıllı Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim R.S.Şirinov, iş № 2(037)-78/2019) İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilərək Cavabdeh 8528 manat pul və 30 manat dövlət rüsumu olmaqla, cəmi 8558 manat məbləğində pul vəsaitinin alınaraq İ ddiaçı MMC-nin hesabına köçürülməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər: A.A.Mahmudov, Ə.T.Məcidov və M.A.Əsədli) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, İsmayıllı Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: xx xxxxxx 2017-ci il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh İddiaçı MMC-də satış təmsilçisi-sürücü vəzifəsinə işə qəbul edilmiş və onunla tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır. xx xxxxxxx 2018-ci il tarixdə cavabdehin iş fəaliyyəti yoxlanılmış və bu zaman onun Cəmiyyətin anbarından qaimə əsasında 9678,81 manat dəyərində əmlakı alıb ticarət obyektlərinə satmasına baxmayaraq həmin məbləği Cəmiyyətə ödəməməsi müəyyən olunmuşdur. Bununla əlaqədar tərtib olunmuş xx xxxx 2018-ci il tarixli hesabat cədvəli cavabdeh tərəfindən imzalanmaqla borcun olması etiraf edilsə də borcun cavabdeh tərəfindən MMCyə qaytarılması təmin edilməmişdir. 2018-ci ilin dekabr ayında İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Cəmiyyət qarşısında öhdəliyinə əməl etməyərək Cəmiyyətə olan 9678.81 manat məbləğində borcunu qaytarmamasını əsas göstərməklə həmin məbləğin və dövlət rüsumuna görə ödənilmiş 30 manatın cavabdehdən tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə Cavabdeh kassasiya şikayəti verərək hesabat cədvəlindəki imzanın ona məxsus olmamasını və bunun ekspert rəyi ilə təsdiq olunma sını, Cəmiyyətə borcunun olması barədə iddiaçının göstərdiklərinin heç bir araşdırma aparılmadan mötəbər sübut kimi qəbul edilməsini, qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və işin yeni apelyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında cavabdeh və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin mər uzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarından görünür ki, MMC-nin nümayəndəsi Azər Abuzərov, audit Kərim Kərimov və satış təmsilçisi Cavabdeh iştirakı ilə cavabdehin Cəmiyyətə olan borcunun dəqiqləşdirilməsi məqsədi ilə yoxlama aparılmış və bu barədə xx xxxxxx 2019-cu il tarixdə akt tərtib olunmuşdur. Həmin akta görə Cavabdeh MMC-yə olan 9678,81 manat məbləğində borcundan 1150,81 manatını ödədiyindən qalıq borcu 8528 manat təşkil edir. Həmin akt MMC-nin nümayəndəsi və audit tərəfindən imzalanmış, Cavabdeh isə aktı imzalamaqdan imtina etmişdir. xx xxxxxx 2019-cu il tarixli ekspert rəyində hesabat cədvəlindəki satış təmsilçisi qrafasındakı imzanın Cavabdeh məxsus olması inkar olunsa da, bundan əvvəl, yəni xx xxx 2019-cu il tarixli ekspert rəyində malın təhvil götürülməsinə dair qaimələrdəki imzanın Cavabdeh məxsus olması müəyyən olunmuşdur. Göstərilənlərlə əlaqədar apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, cavabdeh MMC-yə məxsus 9678,81 manat məbləğində əmlakı qəbul etmiş, lakin onun 8528 manatını MMC-yə ödəməməklə üzərinə götürdüyü öhdəliyin icrasını təmin etməmişdir. Halbuki Cavabdeh MMC ilə tam maddi məsuliyyət haqqında müqavilə bağlamaqla MMC-yə məxsus malların satışından əl də olunmuş pul vəsaitini MMC-yə ödəmək və digər vəzifələri həyata keçirmək barədə üzərinə öhdəlik götürmüşdür. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə görə ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Apelyasiya instansiyası məhkəməsinə görə cavabdehin MMC-yə 8528 manat məbləğində borcunun olması iş materialları ilə təsdiq olunduğundan, hesabat cədvəlindəki imzanın cavabdehə məxsus olmaması barədə ekspert rəyi iddianın rədd edilməsi üçün əsas verməmişdir. Cavabdehin öz müqavilə öhdəliyini icra etməməsi nəticəsində MMC-yə ziyan dəydiyindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191, 199-cu maddələrinə əsas lanaraq iddianın təmin olunmasını əsaslı saymışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.(21.1) Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. (21.2) İşin yuxarıda göstərilən halları və istinad olunan maddi hüquq normaları iddianın təmin edilməsinin əsaslı olması barədə nətic əyə gəlmək üçün əsas verdiyindən, kollegiya apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, mübahisə sübutlara düzgün qiymət verilməklə və qanunun tələblərinə əməl edilməklə çıxarılmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4945/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4945/2020
21.10.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver