Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4946/2023 14.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin İddiaçı cavabdehlər Xammal və Əmtəə Birjasının Cavabdeh1nə, Sabunçu Rayon İcra Şöbəsinə və Cavabdeh3nə (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC) qarşı iş üzrə QƏRARİ Açar sözlər: məhkəmə aidiyyəti, kommersiya mübahisəsi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyanın hakimi Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), İnzibati kollegiyanın hakimi Nəbizadə Rahib Sahib oğlu və Kommersiya kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlundan ibarət qarışıq tərkibdə, İddiaçı cavabdehlər Xammal və Əmtəə Birjası Cavabdeh1nə, Sabunçu Rayon İcra Şöbəsinə və Cavabdeh3nə ("xxxx" MMC mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı icra məmurunun qeyri-qanuni hərəkətləri nəticəsində qəbul edilmiş hərrac nəticələrinin ləğv edilməsi tələbinə dair iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4428/2023 nömrəli, 16 oktyabr 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə ümumi məhkəməyə müraciət edərək, Cavabdeh2 və Cavabdeh3 icra məmurlarının qeyri-qanuni hərəkətləri nəticəsində "xxxx" MMC tərəfindən 24 m ay 2023-cü il tarixdə 2008-ci il buraxılışlı, İSUZU BOĞDAN markalı, **-JG-*** dövlət qeydiyyat nişanlı avtobusun, 2008- ci il buraxılışlı, MAN 33360 yük markalı, **-JF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin, 2008-ci il buraxılışlı, MAN yük markalı, **-JT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin, 2008-ci il buraxılışlı, MAN TGA 33360 BB6x4 yük markalı, **-JT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin, 2008-ci il buraxılışlı, MAN TGA 33360 yük markalı, **-AM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin satışına dair hərrac nəticələrinin ləğv edilməsi, Cavabdeh3 icra məmuru Tural və digər bu saxtakarlıqlarda iştirakı olan vəzifəli şəxslər barədə faktla bağlı xüsusi qərardad çıxarılaraq cinayət işinin başlanması üçün Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə məlumat verilməsini və icra məmurunun hərəkətlərində dönüş təmin edilərək, təmir ərazisindən aparılmış nəqliyyat vasitələrinin geri qaytarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
2. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(008)-4428/2023 nömrəli, 16 oktyabr 2023-cü il tarixli qərardadı ilə (hakim Ruslan Mirzəliyev) mülki iş baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir.
3. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 24.2 və 26.1-ci maddələrinə istinadla qeyd etmişdir ki, işdə olan sənədlərdən və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçün şəxs "xxxx" MMC-nin izahatından göründüyü kimi Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC birbaşa kommersiya fəaliyyəti həyata keçirən sahibkarlıq subyekti olduğundan, habelə mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterinin əsası sahibkarlıq fəaliyyətindən yaranan mübahisə olduğundan, mübahisə məhz sonuncunun keçirdiyi hərracın nəticələrinə dair olduğundan mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir.
4. İddiaçı (vəkil Nümayəndə) birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsi və işin baxılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
5. Şikayət belə əsaslandırılmışdır ki, həm işdə iştirak edən şəxslər subyektiv tərkibinə görə kommersiya hüquqi şəxsləri deyillər, həm də mübahisə xarakterinə görə sahibkarlıq fəaliyyəti ilə əlaqədar deyildir.
6. Birinci instansiya məhkəməsinin 7 noyabr 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməyərək, baxılması üçün işlə birlikdə Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir. Tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə
7. Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.
8. Maddə 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır.
9. Maddə 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır.
10. Maddə
30. Bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır. Kassasiya instansiya məhkəməsinin mövqeyi 11. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli qərarına əsasən, MPM-in 1-ci, habelə 25 və 26cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir (bənd 11). Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq sub yekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır (bənd 12).
12. Baxılan iş üzrə həm iddiaçı, həm də nəticələri ləğv olunması tələb olunan hərrac prosesinin təşkilatçısı olan Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC kommersiya hüquqi şəxsləridir. İş üzrə əsas tələb - iddiaçı ilə həmin cavabdeh arasındakı hərracın nəticələrinin ləğvinə dair mübahisə həmin hüquqi şəxslərin ayrı-ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyətindən irəli gəlir.
13. Həmçinin nəzərə alınmalıdır ki, MPM-in 30-cu maddəsinə müvafiq olaraq qeyd olunan əsas tələb onunla əlaqədar olan digər tələblərlə birləşdirildiyi halda da həmin tələblərə kommersiya məhkəməsində baxılmalıdır.
14. Bu bax ımdan birinci instansiya məhkəməsi hazırkı mübahisəni baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərməkdə haqlı olmuşdur. Ona görə də şikayət təmin olunmamalı, qərardad dəyişdirilmədən saxlanılmalıdır.
15. Bununla yanaşı, nəzərə alınmalıdır ki, baxılan iş üzrə iddia tələbinin bir hissəsi icra icraatı çərçivəsində icra orqanının hərəkətlərinin qanunsuz hesab edilməsi ilə bağlıdır.
16. İcra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən məhkəməyə şikayət verilməsi “İcra haqqında” Qanunun 87.1-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddədə göstərilir ki, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müə yyən edilməyibsə icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir.
17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin MPM-in bəzi müddəaları baxımından şərh edilməsinə dair 02 sentyabr 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, qətnaməni qəbul etmiş məhkəmə MPM-in 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati-iqtisadi məhkəmələr isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə (bundan sonra – İPM) uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn m übahisələrə dair işlərə baxırlar.
18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair 10 oktyabr 2017-ci il tarixli qərarında isə göstərilmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. İcra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun icraata xitam verilməsi barədə qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər. 19. “İcra haqqında” Qanunun 87.1-ci maddəsi birinci hal üzrə icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən verilən şikayətlərə dair məsələni tənzimləsə də, həmin Qa nunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Qanunun 29.1-ci maddəsinə görə isə icra icraatının tərəfləri olan borclu və tələbkar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn məsələləri mübahisələndirmək hüququna malikdirlər.
20. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi belə mübahisənin predmetini təşkil edir. Tələbkar və borclu icra sənədinin icra olunması ilə bağlı məsələləri mübahisələndirmək hüququna malikdirlər. 21. “İcra haqqında” Qanun icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət verilə biləcəyini təsbit edir. Bun unla da, qanunverici hüququn müdafiəsi üçün vasitə kimi ayrıca iddianın qaldırılmasını istisna etmişdir. Burada mülki iş, kommersiya mübahisəsi və ya inzibati iş üzrə müstəqil iddia olmayan şikayət nəzərdə tutulur. Məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edildiyindən, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə də məhz icra sənədini vermiş və icraya nəzarət edən məhkəmə tərəfindən baxılmalıdır. Sözügedən şikayətlərə bu qaydada baxılması ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsi və prosessual qənaətə nail olunması baxımından da çox önəmlidir.
22. Eyni zamanda, nəzərə almaq lazımdır ki, “İcra haqqında” Qanun məcəlləşdirilmiş prosessual normativ hüquqi aktlardan fərqli ol araq məhkəmə aidiyyəti qaydalarını müəyyən edə bilməz. Ümumi prinsipə görə işlər üzrə məhkəmə aidiyyəti qaydaları müvafiq sahələrə (mülki prosessual, cinayət-prosessual, inzibati prosessual, habelə inzibati xətalar haqqında qanunvericiliyə) aid prosessual qanunvericiliklə tənzimlənir.
23. Qeyd edilənlərin hazırkı işə tətbiqi baxımından Məhkəmə tərkibi hesab edir ki, iddiaçı (icra işi üzrə borclu) iş üzrə digər cavabdehlərin (icra qurumlarının) hərəkətlərini (hərəkətsizliyini) ayrıca iddia icraatı qaydasında deyil, icra sənədini vermiş və icraya nəzarət edən məhkəməyə şikayət verməklə mübahisələndirə bilər. İddiaçı isə bu qaydada icra sənədini vermiş və icraya nəzarət edən məhkəməyə şikayət verməmiş, ayrıca mülki iddia qaldırmışdır. Belə iddialar MPM-in 153.2.1-ci maddəsinə əsasən ayrıca mü lki məhkəmə icraatı qaydasında baxılmalı olmadığı üçün yolverilməzdir.
24. Bu baxımdan işə mahiyyəti üzrə baxan məhkəmə hazırkı iddia tələbinin icra qurumlarına qarşı icra məmurlarının hərəkətləri (hərəkətsizliyi) ilə bağlı hissəsinə yuxarıda sadalanan prosessual hüquq normalarının tələblərinə əsasən qiymət verməlidir.
25. MPM-ə əsasən, kassasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan hakimlərin qarışıq tərkibində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan 10 gün müddətində baxılır (403-1.6). Kasasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq no rmalarının düzgün tətbiq edilməsini yoxlayır (403-1.7). Kasasiya instansiya məhkəməsi məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətə baxarkən işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər (403-1.8.1).
26. Qarışıq məhkəmə tərkibi qeyd edilənləri nəzərə alaraq və MPM-in 403-1.6 və 403-1.8.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4428/2023 nömrəli, 16 oktyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.