Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4947/2021 07.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər X3, Cavabdeh3, Cavabdeh2, maraqlı şəxslər Tovuz rayon Notariat Ofisinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayəti icraata qəbul edildikdən sonra digər şəxsin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edildiyinə görə, icraata qəbul qərardadının ləğv edilərək işin kassasiya baxışından çıxarılmaqla apellyasiya instansiyası məhkəməsinə qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiya sı hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçı və Cavabdeh2 iştirakı ilə, Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-541/2021 nömrəli iş üzrə 05 mart 2021-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh3, Cavabdeh2 və cavabdeh X4 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri üzrə işə 07 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdehlər X4, Cavabdeh3, Cavabdeh2, maraqlı şəxslər Tovuz rayon notariat ofisi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı To vuz Ərazi İdarəsinə qarşı Tovuz Rayon Məhkəməsində iddia qaldıraraq, Tovuz rayon notariat ofisi tərəfindən verilmiş 25 noyabr 2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, həmin tarixdə bağlanmış bağışlama müqaviləsinin və Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışların etibarsız hesab olunması; mərhum X5 miras qalmış ünvan 1 ünvanda yerləşən 0,1125 kv.m torpaq sahəsi və həmin torpaq sahəsində olan ümumi sahəsi 165 kv.m fərdi yaşayış evindən ibarət olan miras əmlakdan mərhum X7 vərəsəlik payının müəyyən edilməsi və həmin payın irsi transmissiya əsasında birinci dərəcəli vərəsələri kimi onun və uşaqları Əli, Sücayət və Cavidin mülk iyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Tovuz Rayon Məhkəməsinin 21 may 2020-ci il tarixli qətnaməsi ilə (hakim N.Mustafayev, iş № 2(062)-784/2020) İddiaçı cavabdehlər X3, Cavabdeh2 və Cavabdeh3 qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, bağışlanma müqaviləsinin və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi, vərəsəlik qaydasında miras əmlakdan payların müəyyən edilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər R.Muradov (sədrlik edən və mə ruzəçi), F.Mehtiyev və Ə.Məmmədov, iş № 2(104)541/2021) İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Tovuz Rayon Məhkəməsinin 21 may 2020-ci il tarixli 2(062)-784/2020 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin qismən təmin edilməsi, Tovuz rayon notariat ofisi tərəfindən verilmiş 25 noyabr 2019-cu il tarixli 2V-1358 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, Tovuz rayon notariat ofisi tərəfindən verilmiş 25 noyabr 2019-cu il tarixli 3M-297 reyestr nömrəli miras payın bəxşiş müqaviləsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 02 dekabr 2019-cu il tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyest rindən çıxarış fərdi yaşayış evinin tam mülkiyyət hüququ əsasında və torpaq sahəsinin ümumi birgə Cavabdeh2 adına qeydə alınması hissəsində etibarsız hesab edilməsi, X7 26 aprel 2005-ci ildə ölmüş X5 ünvan 2 ünvanda yerləşən miras qalmış ümumi sahəsi 165 kv.metrdən ibarət fərdi yaşayış evinin 1/3 hissəsinə (ümumi əmlakın 3/9 hissəsi) və fərdi yaşayış evinin yerləşdiyi 0,1125 ha torpaq sahəsinin miras qalmış 1/3 hissəsində payı 3/9 hissədə müəyyən edilməsi, 24 aprel 2017-ci il tarixdə ölmüş X11 miras qalmış fərdi yaşayış evindən çatası 1/3 pay, eləcə də fərdi yaşayış evinin yerləşdiyi 0,1125 ha torpaq sahəsinin miras qalmış 1/3 hissəsində ona çatası 3/9 pay onun uşaqları 08 sentyabr 2004-cü il təvəllüdlü X20, 27 avqust 2005-ci il təvəllüdlü X8 və 09 noyabr 2009-cu il təvəllüdlü X14 arasın da bərabər bölünməklə fərdi yaşayış evinə münasibətdə ümumi əmlakda hər birinin payı 1/9 hissə, miras qalmış 0,1125 ha torpaq sahəsinə münasibətdə isə hər birinin payı ümumi əmlakda 3/27 hissədə müəyyən edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 (vəkil X2) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-541/2021 nömrəli iş üzrə 05 mart 2021-ci il tarixli qətnaməsini tamamilə ləğv edib, işi yenidən baxılması üçün Gəncə Apelyasiya Məhkə məsinin məhkəmə baxışına qaytarılması barədə yeni qərar qəbul edilməsini xahiş edirlər. Cavabdeh X4 (Vəkil) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)541/2021 nömrəli iş üzrə 05 mart 2021-ci il tarixli qətnaməsini tamamilə ləğv edib, işi yenidən baxılması üçün Gəncə Apelyasiya Məhkəməsinin məhkəmə baxışına qaytarılması barədə yeni qərar qəbul edilməsini xahiş edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı (vəkil X9) kassasiya şikayətinə qarşı etirazda göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntuların a yol verməmişdir. Ona görə də, kassasiya şikayətlərinin təmin edilməməsi, Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 mart 2021-ci il tarixli 2(104)-541/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinin tələbinə müvafiq olaraq İddiaçı və Cavabdeh2 izahatları dinlənilməmişdir. Digər tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Cavabdehlər Cavabdeh3, Cavabdeh2 və cavabdeh X1 Apelyasiya Məhkəmə si Mülki Kollegiyasının 2(104)-541/2021 nömrəli iş üzrə 05 mart 2021-ci nömrəli qətnaməsindən kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin 23 iyul 2021-ci il tarixli, 2(102)-4947/2021 nömrəli qərardadı ilə kassasiya şikayəti icraata qəbul edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına daxil olmuş məktubda, Gəncə Apellyasiya Məhkəməsinin 05 mart 2021-ci il tarixli, 2(104)-541/2021 nömrəli qətnaməsindən maraqlı şəxslər X15, X6, X12 və onların vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinin Azərbaycan Respublikası MPM-in 407-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki işin Gəncə Apellyasiya Məhkəməsinə qaytarılması xahiş edilmişdir. Məhkəmə kollegiyası iş materiall arını araşdıraraq hesab edir ki, X15, X6, X12 və onların vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407-409-cu maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün hazırkı mülki iş kassasiya baxışından çıxarılaraq Gəncə Apellyasiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.7-ci maddəsinə əsasən kassasiya instansiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qay tara bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264, 417.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İşin icraata qəbul edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 23 iyul 2021-ci il tarixli, 2(102)-4947/2021 nömrəli qərardadı ləğv edilsin. X15, X6, X12 və onların vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407-409-cu maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün hazırkı mülki iş kassasiya baxışından çıxarılaraq Gəncə Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4947/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-4947/2021
07.10.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver