Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4956/2019 10.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 fevral 2019-cu il tarixli 2(103)573/2019 saylı qətnaməsindən cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 16 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə(hakim P.A.Hüseynov, iş № 2(006)-5168/2018) İddiaçı cavabdeh Azərbaycan Respublikası Mal iyyə Nazirliyinə qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası qismən təmin edilərək Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsindən mənəvi zərərə görə 3000 manat alınaraq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 fevral 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: N.Ş.Cəfərov, Ş.A.Məmmədova və V.T.Həsənov) cavabdehin apellyasiya şikayəti rədd olunmuş, iddiaçının apellyasiya şikayəti isə qismən təmin olunaraq Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 16 oktyabr 2018-ci il tarixli qətnaməsi maddi zərərə aid hissədə ləğv, mənəvi zərərə aid hissədə isə dəyişdirilib cavabdehdən maddi zərərin əvəzi kimi 16.100 manat, mənəvi zərərin əvəzi kimi 1500 0 manat, cəmi 31.100 manatın Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə dövlət büdcəsindən tutularaq iddiaçıya verilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. İşin halları: İddiaçı Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş, barəsində olan cinayət işinə məhkəmə instansiyalarında bir neçə dəfə baxıldıqdan sonra Şirvan Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş 16 noyabr 2017-ci il tarixli hökmü ilə İddiaçı ittiham olunduğu cinayətdə təqsirinin sübuta yetirilməməsi əsası ilə bəraət verilmişdir. Beləliklə, İddiaçı əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilməsi ilə əlaqədar 27 aprel 2015-ci il tarixdən 16 noyabr 2017-ci il tarixə kimi həbsdə saxlanılmışdır. 2018-ci ilin iyul ayında İddiaçı iddia ərizəsi ilə mə hkəməyə müraciət edərək əsassız olaraq həbsdə saxlanılması ilə əlaqədar Maliyyə Nazirliyi vasitəsi ilə 55.140 manat maddi, 100.000 manat məbləğində mənəvi zərərin dövlət büdcəsindən tutulub ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə cavabdeh kassasiya şikayəti verərək maddi və mənəvi zərərin məbləğinin sübutlara düzgün qiymət verilmədən müəyyən olunmasını və s. əsas göstərməklə qətnamənin ləğv edilməsini və iddianın rədd olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. İddiaçının nümayəndəsi Azərbaycan Respublikası M ülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə zidd olaraq məhkəmə iclasına vəkilsiz gəldiyindən məhkəmə tərəfindən onun izahatı dinlənilməmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, qətnamə mənəvi zərərin məbləğinə aid hissədə dəyişdirilərək qət olunmuş zərərin məbləğinin 10.000 manata endirilməsinə dair qərar qəbul edilməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi iddiaçıya maddi zərər dəyməsi hissəsində nəticəsini əsaslandırarkən onun 2 il 6 ay 20 gün əsassız olaraq həbsdə saxlanılması ilə əlaqədar işləyə bilməməsini və Dövlət Statistika Komitəsinin məlumatına görə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqının 525 manat təşkil etməsinə istinad etmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçı həbsdə olması ilə əlaqədar işləmədiyindən ona 16.100 manat məbləğində maddi ziyan dəymişdir. Kollegiya həmin hissədə qətnamə ilə razılaşaraq hesab edir ki, əsassız həbsdə saxlanılması nəticəsində iddiaçıya maddi ziyan dəymiş və onun məbləği ilə əlaqədar məhkəmə kollegiyasının nəticəsi müəyyən olunmuş sübutlara, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1101-ci maddəsinin və “Təhqiqat, ibtidai istintaq, pro kurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Qanunun 5 və 12-ci maddələrinin tələblərinə uyğundur. Müəyyən olunduğu kimi iddiaçıya dəymiş mənəvi zərərin məbləği birinci instansiya məhkəməsi tərəfindən 3000 manat, apellyasiya instansiyası məhkəməsi tərəfindən isə 15.000 manat müəyyən olunmuşdur. İddiaçı qanunsuz olaraq həbsdə saxlanılmaqla həqiqətən də mənəvi sarsıntı və iztirab keçirmiş və bununla əlaqədar ona mənəvi ziyan dəymişdir. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinə görə hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair“ Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il t arixli qərarına əsasən mənəvi zərər həm əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri olmadığı hallarda kompensasiya edilir. Apellyasiya instansiyası məhkəməsi iddiaçıya mənəvi zərər dəyməsi barədə düzgün nəticəyə gəlsə də, kollegiya onun məbləği ilə razılaşmır və hesab edir ki, cavabdehdən mənəvi zərərə görə tutulan kompensasiyanın məbləği 15.000 manatdan 10.000 manata endirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 27 fevral 2019-cu il tarixli qətnaməsi mənəvi ziyanın miqdarına dair hissədə dəyişdirilsin və cavabdehdən İddiaçı xeyrinə mənəvi ziyana görə tutulan kompensasiyanın miqdarı 10.000 (o n min) manat məbləğində müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4956/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-4956/2019
10.07.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver