Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-496/2020 04.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər İsgəndərov Akif Əsgər oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı vəkili Vəkil, Cavabdeh2 vəkili Əmirəliyev Rəhim Qasım oğlunun iştirakları ilə, Cavabdeh2 və vəkili Əmirəliyev Rəhim Qasım oğlunun Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 avqust 2019-cu il tarixli, 2(103)-9532/2019 saylı qətnaməsindən verdikləri kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 aprel 2019-cu il tarixli, 2(006)871/2019 saylı qətnaməsi ilə (hakim R.Ə.Səmədov) İddiaçı cavabdehlər Bakı şəhəri 43 saylı Notariat Kontoruna və Cavabdeh2 qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 avqust 2019-cu il tarixli, 2(103)-9532/2019 saylı qətnaməsi ilə (hakimlər: sədrlik edən və məruzəçi E.M.Həsənov, X.A.Mərdanovavə F.F.Babayev) İddiaçı apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-871/2019 saylı iş üzrə 01 aprel 2019-cu il tarixli qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamənin çıxarılması, iddia tələbinin təmin olunması və Bakı şəhəri 43 saylı Notariat Kontorunun xüsusi notariusu X1 tərəfindən verilmiş 8İ-3299 nömrəli, 12 oktyabr 2018-ci il tarixli və 8İ-3300 n ömrəli, 12 oktyabr 2018ci il tarixli icra qeydlərinin ləğv edilməsi qət edilmişdir. İşin halları: İddiaçı Bakı şəhəri 43 saylı Notariat Kontoruna və Cavabdeh2 qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 2014-cü ildə oğlu İlqar Məmmədovun nəzərdə tutduğu tikinti layihəsini həyata keçirmək üçün pul vəsaitinə ehtiyacının yarandığını, Cavabdeh2 həmin pul vəsaitini müəyyən faiz hesabına, yəni 550.000 manatın üzərində 250.000 manat əlavə faiz almaq şərti ilə oğluna verməyə razılaşdığını, Cavabdeh2la 13 dekabr 2014-cü il tarixdə 4 müqavilə üzrə cəmi 800.000 manat məbləğində borcla bağlı müqavilələr bağlanıldığını, əslində isə ümumilikdə 550.000 manat məbləğində borc götürüldüyünü, 4 müqavilədən 2-sinin onunla bağlandığını və h əmin kredit müqavilələrinin təminatı kimi həmin tarixdə ipoteka müqavilələrinin də rəsmiləşdirildiyini, 01 dekabr 2014-cü il tarixli, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********33-10301 olan DƏDRX-dən verilmiş çıxarışa əsasən ona məxsus 0,03 ha torpaq sahəsinin və üzərində yerləşən ümumi sahəsi 184,9 m2, yaşayış sahəsi 100,5m2, yardımçı sahəsi 84,4 m2 olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 2181 G saylı 5 (beş) otaqlı və 01 dekabr 2014-cü il tarixli, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi, **********34-10301 olan DƏDRX-dən verilmiş çıxarışa əsasən ona məxsus 0,03 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 184,9 m2, yaşayış sahəsi 100,5 m2, yardımçı sahəsi 84,4 m2 olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-c ü yaşayış massivində yerləşən 2181 F saylı 5 (beş) otaqlı fərdi yaşayış evlərinin ipoteka ilə yüklü edildiyini, Cavabdeh2 müraciəti əsasında Bakı şəhəri 43 saylı Notariat Kontorunun xüsusi notariusu X1 tərəfindən 8İ-3299 nömrəli 12 oktyabr 2018-ci il tarixli və 8İ-3300 nömrəli 12 oktyabr 2018-ci il tarixli icra qeydlərinin verildiyini, həmin icra qeydlərinə əsasən ipoteka predmeti olan sözügedən evlərə tutmanın yönəldildiyini, halbuki “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 76-cı maddəsində icra qeydinin borcun mübahisəsiz olduğu halda verilə biləcəyinin nəzərdə tutulduğunu, hazırki iş üzrə isə borcun mübahisəli olduğunu, borcun 4 müqavilə üzrə 800.000 manat deyil, 550.000 manat, onun adına olan 2 kredit müqaviləsi üzrə isə 400.000 manat deyil, 225.000 manat təşkil etdiyin i irəli sürmüş, göstərilənlərə əsasən sözügedən icra qeydlərinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq Cavabdeh2 həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib iddianın təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları Cavabdeh2 və vəkili Əmirəliyev Rəhim Qasım oğlu kassasiya şikayətini onunla əsaslandırmışlar ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdır mamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında Cavabdeh2 vəkili Əmirəliyev Rəhim Qasım oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək onun təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında İddiaçı vəkili Vəkilkassasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. Cavabdeh Bakı şəhəri 43 saylı Notariat Kontoru məktubla müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəməkolleg iyası iclasınınyerivəvaxtıbarədəlazımiqaydadaməlumatlandırılmalarınabaxmayaraq İddiaçı və Cavabdeh2 heçbirüzrlüsəbəbgöstərmədənməhkəməkollegiyasınıniclasınagəlməmişlər. Bu səbəbdən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, İddiaçı vəkili Vəkil, Cavabdeh2 vəkili Əmirəliyev Rəhim Qasım oğlunun izahatlarını dinləyib hesab edir ki, aşağıdakılara əsasən Cavabdeh2 kassasiya şikayəti təmin olunmamalı, iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsi dəyişdirilərək Bakı şəhəri 43 saylı Notariat Kontoru tərəfindən qanunla müəyyən olunmuş qaydada yeni icra qeydinin verilməsi təmin olunmalı, qətna mə icra qeydlərinin ləğv edilməsi hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunub-olunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfin dən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına əsasən iddiaçı (etibarnamə əsasında X2 çıxış etmişdir) ilə Cavabdeh2 arasında 13 dekabr 2014-cü il tarixdə Bakı şəhəri 43 saylı notariat kontorunun notariusu tərəfindən təsdiq edilməklə 3M-951 və 3M952 reyestr nömrəli iki ayrı kredit müqaviləsi bağlanmış, həmin müqavilələrə əsasən iddiaçı, hər müqavilə üzrə 200 000 manat olmaqla cəmi 400 000 manat məbləğində pulu 13.02.2015-ci il tarixə kimi borc götürmüş, həmçinin tərəflər arasında eyni tarixdə 3M-955 və 3M-956 reyestr nömrəli ipoteka müqavilələri bağlanaraq sözügedən kredit müqavilələri üzrə iddiaçının öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə müvafiq olaraq Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən iddiaçıya məxsus 0,03 ha torpaq sahələri üzərində yerləşən hər birinin ümumi sahəsi 184,9 m2, yaşayış sahəsi 100,5 m2, yardımçı sahəsi 84,4 m2 olan 5 (beş) otaqdan ibarət 2181 G və 2181 F saylı fərdi yaşayış evləri Cavabdeh2 qarşısında ipoteka ilə yüklü edilmiş, ipoteka predmetlərinin hər biri 200 000 manat (cəmi 400 000 manat) məbləğində qiymətləndirilmişdir. Həmin kredit müqavilələri üzrə rəsmiləşdirilmiş notariat işlərindən aydın olur ki, Cavabdeh2 31.07.2018-ci il tarixli ərizəsi əsasında notarius iddiaçıya 30 avqust 2018-ci il tarixli 720 və 721 nömrəli xəbərdalıq məktubları ünvanlayaraq 400 000 manat borcun ödənilmədiyi təqdirdə, tutmanın ipoteka predmetlərinə yönəldiləcəyi barəd ə xəbərdar etmiş, növbəti gün – yəni, 31 avqust 2018-ci il tarixdə ünvanladığı 739 və 740 nömrəli “...ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında” bildirişlərlə isə borcu təcili ödəməsini tələb etmiş, əks təqdirdə kredit müqavilələrinin ləğv olunacağını və tutmanın ipoteka ilə yüklü edilmiş əmlaka yönəldiləcəyini, bu halda məhkəməyə müraciət etmək və ipoteka qoyulmuş əmlakı hərracda satmaq hüququndan istifadə ediləcəyini bildirmiş, bundan sonra 12 oktyabr 2018-ci il tarixli 8i-3299 və 8i-3300 saylı icra qeydləri verilmişdir. Həmin icra qeydlərindən görünür ki, notarius tərəfindən “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 38.1-ci maddəsinə əsasən ipoteka saxlayan Cavabdeh2 tələbi ilə ipoteka qoyan a (iddiaçıya) məxsus ipoteka predmeti olan fərdi yaşayış evlərinə tutmanın yönəldilməsi təklif edilmişdir. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu və ya borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq edirsə və tələb etmək hüququnun yarandığı gündən üç ildən çox keçməmişsə, idarə, müəssisə və təşkilatlar arasındakı münasibətlərdə isə bir ildən çox keçməmişsə aparılır. Barəsində icra qeydi verilən tələb üçün qanunla başqa müddət müəyyən edilmişsə, icra qeydi bu müddət həddində verilir. Borcların icra qeydləri əsası nda mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin Qanunun 77-ci maddəsinə görə, icra qeydləri aşağıdakı məlumatları özündə əks etdirməlidir: icra qeydini aparan notariusun vəzifəsi, soyadı, adı və atasının adı; tələbkarın adı və ünvanı; borclunun adı və ünvanı; ödəniləsi məbləğ və tələb olunub alınası əşyalar, çatası faiz və peniyalarla birlikdə; haqqın miqdarı, tələbkarın ödəyəcəyi dövlət rüsumunun və ya borcludan tutulmalı olan dövlət rüsumunun məbləği; icra qeydinin aparıldığı tarix (il, ay, gün); icra qeydinin reyestrdə rəsmiləşdirildiyi say; icra qeydini aparan notariusun imzası, möhürü. Qanunun 78-ci maddəsinə görə, icra qeydləri üzrə ödəniş Azərbaycan Respublikasının qanunvericiliyi ilə m əhkəmə qətnamələrinin icrası üçün müəyyən edilmiş qaydada həyata keçirilir; 79-cu maddəsinə görə isə, tələbkar və ya borclu fiziki şəxsdirsə, Azərbaycan Respublikasının qanunvericiliyində başqa müddətlər müəyyən olunmamışsa, icra qeydi aparıldığı gündən üç il ərzində, bütün qalan tələblər üzrə isə bir il ərzində məcburi surətdə icra olunmaq üçün təqdim edilə bilər. İcra qeydinin təqdim olunması üçün buraxılmış müddətin bərpası Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli, 167 saylı qərarı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 161-ci bəndinə əsasən borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına ə sas olan sənədlərin siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 sentyabr 2000-ci il tarixli, 156 saylı qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda qeyd olunur ki, pulun ödənilməsini, əmlakın qaytarılmasını və ya verilməsini tələb edən notariat qaydasında təsdiq olunmuş əqdlər üzrə icra qeydinin aparılması üçün notariat qaydasındatəsdiq edilmiş əqdin əsli; ödəniş müddətinin keçirilməsi (əmlakın qaytarılması və ya verilməsi) haqqında notarius vasitəsi ilə kreditorun borcluya göndərdiyi yazılı bildiriş təqdim olunur. Sözügedən Təlimatın 164-cü bəndində göstərilir ki, ödənilməli məbləğ və tələb olunub alınmalı əşyalar, faiz və pen iyalarla birlikdə icra qeydində öz əksini tapmalıdır. Həmin Təlimatın 169-1-ci bəndinin “e” yarımbəndində göstərilir ki, tutmanın yönəldilməsi haqqında bildiriş bu bəndin “d” yarımbəndində nəzərdə tutulmuş şəxslərə verildikdən azı 30 təqvim günü keçdikdə və əsas öhdəlik bu müddətdə icra edilməyibsə ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra qeydi aparılır. Həmin bəndin “d” yarımbəndində isə göstərilmişdir ki, ipoteka saxlayan tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildiriş ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərilibsə, bildirişdə ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi barədə xəbərdarlıq əks olunubsa və bil diriş müvafiq reyestrdə təsdiqlənibsə, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra qeydi aparılır. Qanunvericiliyin tələblərinə əsasən notarius icra qeydini borcun mübahisəsiz olduğu, borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq etdiyi, həmçinin notarius vasitəsi ilə kreditorun ödəniş müddətinin keçirilməsi haqqında yazılı bildirişin borcluya göndərildiyi halda aparır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının irəli sürdüyü faktiki hallar, yəni müvafiq icra qeydlərinin verilməsi zamanı qanunvericilik müddəalarının pozuntusu hallarının olduğu müəyyən edildiyindən iddia tələbinin təmin edilməsi üçün əsaslar mövcud olmuşdur. Qeyd edilmişdir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn id dia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İşin materiallarından görünür ki, hazırkı mübahisənin predmetini təşkil edən icra qeydlərində tələbkar Cavabdeh2 adı və ünvanı, habelə ipoteka qoyana məxsus əmlaklara tutmanın yönəldilməsi göstərilsə də, borclunun adı və ünvanı, haqqın miqdarı, borc ludan tutulmalı olan dövlət rüsumunun məbləği ilə yanaşı, xüsusilə ödəniləsi məbləğ – yəni, tutmanın hansı borc məbləğinin ödənilməsinə yönəldildiyi ümumiyyətlə göstərilməmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının ünvan 1 ünvanında qeydiyyatda olduğu halda, həmin bildirişlər tamamilə fərqli ünvana –ünvan 2nəldilməsi haqqında bildirişin iddiaçıya çatdırıldığı da müəyyən olunmamaqdadır. Kassasiya kollegiyası qeyd edir ki, kassator kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının tam, obyektiv və hərtərəfli araşdırılmadığını və işin faktiki hallarına düzgün hüquqi qiymət verilmədiyini qeyd etsə də, iş materialları ilə bu hallar öz əksini tapmır. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəmə kol legiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin qanunauyğun olması qənaətinə gəlir və hesab edir ki, işə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün baxılmış, mübahisəli hüquq münasibətlərinə faktlar nöqteyi nəzərincə və tərəflərin qarşılıqlı münasibətləri zəminində düzgün hüquqi qiymət verilməklə iş üzrə qanunauyğun və əsaslı nəticəyə gəlinmişdir. Lakin bununla yanaşı qeyd etmək lazımdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Bakı şəhəri 43 saylı Notariat Kontorunun xüsusi notariusu X1 tərəfindən verilmiş 8İ-3299 nömrəli, 12 oktyabr 2018-ci il tarixli və 8İ-3300 nömrəli, 12 oktyabr 2018-ci il tarixli icra qeydlərinin ləğv edilməsi üçün əsas kimi yalnız həmin icra qeydlərinin notarius tərəfindən “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin tələblərinə əməl olunmadan verildiyi göstərilmişdir.Buna görə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilməklə Bakı şəhəri 43 saylı Notariat Kontoru tərəfindən qanunla müəyyən olunmuş qaydada yeni icra qeydinin verilməsi təmin olunmalıdır. Borcun mübahisələndirilməsinin göstərilməsinə dair iddia tələbinin dəlilinə gəldikdə isə bununla əlaqədar iddiaçı tərəfindən borc məbləğinin hansı məbləğdə müəyyən edilməsinə dair iddia ilə məhkəməyə müraciət olunmamışdır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 417.1.2-ci və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 avqust 2019-cu il tarixli, 2(10 3)-9532/2019 saylı qətnaməsi dəyişdirilsin. Bakı şəhəri 43 saylı Notariat Kontoru tərəfindən qanunla müəyyən olunmuş qaydada yeni icra qeydinin verilməsi təmin olunsun,qətnamə icra qeydlərinin ləğv edilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-496/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-496/2020
04.02.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver