Məhkəmə qərarları › İş №2(102)-496/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-496/2025

05.03.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-496/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1 və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: paylı mülkiyyətdə olan torpaq sahəsinin bölünməsi 05.03.2025 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1191/2024 nömrəli, 22 oktyabr 2024-cü il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1, X3, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 birgə verdikləri kassasiya şikayəti üzrə işə 5 mart 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat q aydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Daşınmaz əmlakın dövlət reyestrindən 25 avqust 2021-ci il tarixli Çıxarışa əsasən, ünvan 1 ünvanda yerləşən 0.1778 ha torpaq sahəsi İddiaçı 31/50 ha hissədə və mərhum X2 19/50 hissədə paylı mülkiyyətlərindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı (bundan sonra- iddiaçı) cavabdehlər Cavabdeh1, X3, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, X10 və Cavabdeh8 (bundan sonra- cavabdehlər) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən, xx.xx.2021-ci il tarixli Çıxarış və xx.xx.2021-ci il tarixli torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən 0,1778 ha sahibkarlıq təyinatlı torpaq sahəsinin onun payına düşən 31/50 hissəsinin naturada bölünərək ayr ılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının anası X5 ilə X6 birgə nikahda olduqları müddətdə ünvan 1 ünvanda X adına 0,2 hektar sahibkarlıq təyinatlı torpaq əldə etmişlər. X6 20 avqust 2011-ci il tarixdə vəfat etmişdir. X2 vəfat etdikdən sonra hazırkı iş üzrə cavabdehlərdən ibarət vərəsələri qalmışdır. Birinci növbəli vərəsələrdən X4 xx.xx.2021-ci il tarixdə ölmüşdür. Onun da Cavabdeh6, X10 və Cavabdeh8 adlı vərəsələri qalmışdır. Digər vərəsə olan X1 xx.xx.2012-ci il tarxdə anadan olmuş və yetkinlik yaşına çatmamış şəxsdir. Mübahisə predmeti olan torpaq sahəsindən onun payı naturada ayrılmadığı müddətdə iddiaçı 0,1778 hektar torpaq sahəsinin özünə aid hissəsindən istifadə edə bilmir.

4. Azərbaycan Respublikası Ədliyyə Nazi rliyi Məhkəmə Ekspertiza Mərkəzinin işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli ekspert rəyinə əsasən, ünvan 2 ünvanda yerləşən, mübahisə predmeti olan torpaq sahəsinin tərəflər (mülkiyyətçilər) arasında naturada paylar üzrə (19/50 və 31/50 hissədə) bölgüsü yola nisbətdə şaquli istiqamətdə və həmin torpaq sahəsinin hüdudları daxilində yerləşən tikililər nəzərə alınmadan texniki cəhətdən mümkündür. Bölgü variantı rəyə əlavə edilmiş sxemdə qeyd olunmuşdur.

5. Oğuz Rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli, 2(054)-13/2024 saylı qətnaməsi ilə (hakim Səadət Zeynalova) iddianın təmin edilərək, ünvan 1 ünvanda yerləşən, xx.xx.2021-ci il tarixli Çıxarış və xx.xx.2021-ci il tarixli, A 636498 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən iddiaçının və mərhum X2 mülkiyyətində olan 0,1778 ha sahibkarlıq təyinatlı torpaq sahəsindən iddiaçının payına düşən 31/50 (0,1103 ha) hissəsinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/8415 saylı ekspertiza rəyinə uyğun olaraq rəyə əlavə edilmiş bölgü variantında göstərilmiş qaydada naturada bölünərək iddiaçıya verilməsi və qeydə alınması qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçının və mərhum X2 (cavabdehlərə münasibətdə miras qoyan) ünvan 2 ünvanda yerləşən sahibkarlıq təyinatlı torpaq sahəsində iddiaçının payı 31/50 hissədə, mərhumun payı 19/50 hissədə olmaqla müəyyən edilmişdir. Hazırki iddia tələbi ilə iddiaçı özünə məxsus hissədə payının mərhum Zabur İbrahimxəlilovun payına münasibətdə naturada bölgüsü barədə tələbin təmin edilməsini xahiş etmişdir. Ekspert rəyi ilə ünvan 2 ünvanda yerləşən, mübah isə predmeti olan torpaq sahəsinin tərəflər (mülkiyyətçilər) arasında naturada paylar üzrə (19/50 və 31/50 hissədə) bölgüsünun yola nisbətdə şaquli istiqamətdə və həmin torpaq sahəsinin hüdudları daxilində yerləşən tikililər nəzərə alınmadan texniki cəhətdən mümkün olduğu müəyyən edilmiş, bölgü variantının rəyə əlavə edilmiş sxemdə qeyd olunduğu bildirilmişdir.

7. Beləliklə məhkəmə, ekspert rəyini sübut kimi qəbul edərək qeyd etmişdir ki, iddia tələbi təmin edilməli, iddiaçının 0,1778 ha torpaq sahəsində müəyyən edilmiş 31/50 hissədə payı ekspert rəyinə əlavə edilmiş bölgü variantına uyğun olaraq naturada bölünməklə iddiaçıya verilməli və qeydə alınmalıdır.

8. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinə, Mülki Məcəllənin 152.1, 178, 215.1, 215.2, 220.1 və 220.2, 220.3-cü maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 117.1, 119.1, 217.3, 217.4, 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Cavabdehlər birgə apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin tam ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.

10. Cavabdehlər apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, məhkəmə qətnaməsi ilə razı deyillər. Çünki məhkəmə tərəfindən qətnamə düzgün əsaslandırılmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verilmədən qanunsuz və əsassız qətnamə qəbul edilmiş, sübutları araşdırmadan və düzgün qiymətləndirmədən, formal mülahizələr və ehtimallarla səhv nəticəyə gəlinmişdir. Mülki Məcəllənin 152.1, 220.1 və 220.2-ci maddələri məhkəmə tərəfindən düzgün tətbiq edilməmişdir. Belə ki, həmin maddələrin məzmununa görə əslində cavabdehlərin mülkiyyət hüquqları pozulsa da, məhkəmə həmin hüquq normalarını iddiaçının mənafeyinə uyğunlaşdırmağa çalışmışdır. Həmçinin Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.3 və 217.4-cü maddələrinin tələbləri pozulmuşdur. Məhkəmə heç bir araşdırma aparmadan, mülahizələrə əsaslanaraq, ekspert rəyini sübut kimi qəbul etsə də, rəyi tam araşdırmamış və qiymətləndirməmişdir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən maddənin tələbinə zidd olaraq iddiaçı özünün istəyinə uyğun tərtib olunmuş bölgü planına uyğun bölgü aparılması nı tələb etmiş, cavabdehlərlə heç bir razılaşma olmadığı üçün hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı özünün təqdim etdiyi bölgü planına əsasən bölgünün aparılmasının qanuni və ədalətli olmasını sübut edə bilməmiş, məhkəmə isə torpaq sahəsinin ilkin sənədləri ilə son sənəd arasında olan uyğunsuzluqlara və ziddiyyətli məqamlara düzgün qiymət verməmişdir.

11. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1191/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Elçin Mehdiyev (sədrlik edən, məruzəçi), Ələddin Məcidov və Zamin Tahirov) cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Oğuz Rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli, 2(054)13/2024 saylı qətnaməsi qismən, yəni naturada bölünərək iddiaçıya verilən torpaq s ahəsinin qeydə alınması hissəsində ləğv edilmiş, həmin hissə qətnamədən xaric edilmiş, qətnamə cavabdehlərin apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

12. Məhkəmə kollegiyası öz mövqeyini onunla əsaslandırmışdır ki, ekspert rəyi ilə mübahisə predmeti olan torpaq sahəsinin tərəflər (mülkiyyətçilər) arasında naturada paylar üzrə (19/50 və 31/50 hissələrdə) bölgüsünun yola nisbətdə şaquli istiqamətdə və həmin torpaq sahəsinin hüdudları daxilində yerləşən tikililər nəzərə alınmadan texniki cəhətdən mümkün olduğu müəyyən edilmiş, bölgü variantının rəyə əlavə edilmiş sxemdə qeyd olunduğu bildirilmişdir. Birinci instansiya məhkəməsi daşınmaz əmlakdan iddiaçının payının ekspertiza rəyində göstərilən qaydada ayrılması nəticəsinə gəlməklə y anaşı, buna dair əlavə iddia tələbinin olmamasına baxmayaraq, naturada bölünərək iddiaçıya verilən torpaq sahəsinin qeydə alınmasını da qət etmişdir. Halbuki, iddiaçının naturada bölünərək ona verilməli torpaq sahəsinin qeydə alınması kimi bir iddia tələbi olmamışdır. Həmçinin Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi naturada bölünərək iddiaçıya verilən torpaq sahəsinin qeydə alınması nəticəsinə gələrkən iddia tələbindən kənara çıxmaqla səhvə yol vermişdir.

13. Məhkəmə kollegiyası cavabdehlərin apellyasiya şikayətinin məhkəmənin torpaq sahəsinin ilkin sənədləri ilə son sənəd arasında olan uyğunsuzluqlara və ziddiyyətli məqamlara düzgün qiymət verm əməsi, mütəxəssis rəyində qeyd edilənlərin nəzərə alınmaması, cavabdehlərin torpağının bir hissəsinin digər mülkiyyətçilərin torpağı ilə üstüstə düşməsinə hüquqi qiymət verilməməsinə dair dəlillərini əsaslı hesab etməyərək qeyd etmişdir ki, mülki işin obyektiv, hərtərəfli və tam araşdırılması məqsədilə birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və müvafiq rəy əldə edilmişdir.

14. Məhkəmə kollegiyası mütəxəssis rəyində qeyd edilənlərin nəzərə alınmamasına dair dəlillə bağlı əlavə olaraq qeyd etmişdir ki, iş materiallarında yalnız 6 oktyabr 2023-cü il tarixli qərardadının icrası üzrə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 dekabr 2023-cü il tarixli müşaiyət məktubu ilə birinci instan siya məhkəməsinə göndərilmiş mütəxəssis rəyinin olması, ekspertiza tədqiqatı aparılarkən mütəxəssis rəyinin də öyrənilməsi müəyyən edilmişdir.

15. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 76-cı maddəsinə istinadən qeyd etmişdir ki, qanunvericilik mübahisənin həllində mötəbər sübut qismində mütəxəssisin deyil, məhz ekspertin rəyinə istinad edilməli olmasını nəzərdə tutmuşdur. Həmçinin iş materiallarından cavabdehlərin torpağının bir hissəsinin digər mülkiyyətçilərin torpağı ilə üst-üstə düşməsi halı müəyyən edilməmişdir. Həmçinin, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/8415 saylı ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, bununla bağlı sübutlar təqdim edilməmişdir.

16. Mə hkəmə kollegiyası izah etmişdir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir və cavabdehlər tərəfindən ekspertiza rəyində qeyd edilənləri təkzib edə biləcək digər bir dəlil təqdim edilməmişdir.

17. Məhkəmə kollegiyası apellyasiya şikayətinin cavabdehlər tərəfindən torpaq sahəsinin ilkin sənədlərini məhkəməyə təqdim etmək imkanının olmadığını məhkəmənin nəzərə almamasına dair dəlilinə münasibətdə qeyd etmişdir ki, mübahisəli torpaq sahəsinə dair iddiaçının (31/50 hissədə) və X2 (19/50 hissədə) paylı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Ca vabdehlərin isə mirasqoyanın vərəsələri kimi X2 adına qeydiyyata alınmış əmlaka dair ilkin hüquqmüəyyənedici sənədləri özlərinin əldə etmək imkanları olmuşdur. Başqa sözlə, mülki iş materiallarından cavabdehlərin torpaq sahəsinin ilkin sənədlərini məhkəməyə təqdim etmək imkanında olmamaları halı müəyyən edilməmişdir.

18. Məhkəmə kollegiyası iş üzrə gəldiyi nəticəni Mülki Məcəllənin 213.1, 213.2, 215.1, 220.1, 220.2, 220.3-cü maddələrinə, həmçinin Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 23 fevral 2016-cı il tarixli qərarında qeyd olunan hüquqi mövqeyə istinadla əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlillər i

19. Cavabdehlər Cavabdeh1, X3, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 (vəkil Nümayəndə2) birgə kassasiya şikayəti verərək, iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(107)-1191/2024 saylı qətnaməsinin tam ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

20. Kassasiya şikayəti apellyasiya şikayəti ilə oxşar məzmunda əsaslandırılmaqla əlavə olaraq qeyd edilmişdir ki, iddiaçı tərəfin təqdim etdiyi bölgü planına cavabdehlərin etirazı, həmçinin həmin bölgü planına əsasən cavabdehlərin mülkiyyətinə verilməsi nəzərdə tutulan hissədə torpaq sahəsinin əskik olması məhkəmənin diqqətindən yayınmışdır. Bundan əlavə, qanunvericiliyə əsasən mübahisəli torpaq sahə sinin naturada bölünməsi açıq-aşkar məqsədəuyğun deyil, ona görə də məhkəmə tərəfindən açıq hərracdan satılması və satış pulunun mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölünməsi haqqında qərar qəbul edilməlidir. İddiaçı cavabdehlərdən paylarını ona satmaları üçün cüzi məbləğ təklif etdiyi üçün aralarında razılaşma olmamışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz verərək kassasiya şikayətinin təmin edilməməsi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

22. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.

23. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.

24. Maddə 213.3. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir.

25. Maddə 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir.

26. Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər.

27. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər.

28. Maddə 220.

3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə

88. Məhkəm ə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

32. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

33. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tə rəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

35. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

36. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

37. Maddə

420. Kasassiya qaydasında işə baxan məhkəmənin qərarında şərh olunan göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri

38. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəmə si işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

39. Hazırkı kassasiya şikayətində apellyasiya məhkəməsinin qətnaməsi iddianın təmin edilən hissəsində mübahisələndirdiyindən, məhkəmənin aktı həmin hissədə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

40. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

41. Cavabdehlər kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın rədd edilməsi üçün əsasların olduğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.

42. Belə ki, apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, ekspert rəyi ilə mübahisə predmeti olan torpaq sahəsinin tərəflər (mülkiyyətçilər) arasında naturada paylar üzrə (19/50 və 31/50 hissələrdə) bölgüsünü mümkün hesab etmişdir.

43. Apellyasiya instansiyası məhkəməsi, həmçinin cavabdehlərin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb qeyd etmişdir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir və cavabdehlər tərəfindən ekspertiza rəyində qeyd edilənləri təkzib edə biləcək hər hansı sübutlar məhkəməyə təqdim edilməmişdir. Əksinə, işə əlavə edilmiş sübutlarla, habelə ekspert rəyi ilə müəyyən olunur ki, mübahisəli torpaq sahəsinə dair iddiaçının (31/50 hissədə) və X2 (19/50 hissədə) paylı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Həmçinin işdən görünür ki, tərəflərin məhz 0.1778 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqları əmələ gəlmiş və məhz həmin torpaq sazhəsi üzərində tərəflərin payları naturada müəyyən edilmişdir. Yəni ekspertin rəy ilə müəyyən olunur ki, 34 kv.metr torpaq sahəsi əskik olmaqla, tərəflərin payları naturada məhz 0.1778 ha torpaq sahəsindən ayrılmışdır.

44. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi cavabdehlərin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ət raflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdehlər Cavabdeh6, X3, Cavabdeh1, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 birgə verdikləri kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 22 oktyabr 2024-cü il tarixli, 2(107)-1191/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar