Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4967/2021 04.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X8 qarşı borc tələbinə dair mülki iş üzrə QƏRARİ Açar sözlər: borc müqaviləsi üzrə pul məbləğinin tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-273/2021 nömrəli iş üzrə 23 fevral 2021-ci il tarixli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 04 oktyabr 2021-ci il tarixdə Al i Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları və iş üzrə məhkəmə icraatı 14.01.2015-ci il tarixli, 3-M-1/76 №-ilə qeydə alınmış notariat qaydasında bağlanmış borc müqaviləsinə əsasən, İddiaçı X10 200.000 (iki yüz min) ABŞ dolları (kurs üzrə 1 ABŞ dolları=0,784) 156.800 (yüz əlli altı min səkkiz yüz) manat məbləğində borc pul verir, borc alan X14 həmin pul məbləğini 14.01.2016-cı il tarixədək ödəməyi öhdəsinə götürür. Göstərilən məbləğ 14.01.2016-cı il tarixdən gec olmayaraq qaytarılmalıdır. 06.09.2017-ci il tarixli əlyazmadan görünür ki, X14 İddiaçı olan borcunu 15.09.2017-ci ilədək tam ödəyəcəyini öhdəsinə götürmüşdür. 06.08.2018-ci il tarixli əlyazmadan görünür ki, X1 YYYndan aldığı 200000 ABŞ dolları borcdan 90.000 ABŞ dollarını qayta rdığını, qalan 110.000 ABŞ dollarını 2018-ci ilin avqustun sonuna kimi qaytarmağı öhdəsinə götürmüşdür. 15.09.2018-ci il tarixli xəbərdarlıq məktubu ilə İddiaçı X10 müraciət edərək, 14.01.2015-ci il tarixli borc müqaviləsi üzrə ödənilməmiş 110.000 ABŞ dolları borcun 5 gün müddətində qaytarılmasını xahiş etmişdir. X14 23.10.2018-ci ildə vəfat etmişdir. Azərbaycan Respublikası ƏMDK DƏDRX-nin 1 saylı Bakı Ərazi idarəsinin 27.05.2019-cu il tarixli məktubuna əsasən YYY adına qeydiyyata alınmışdır, lakin onun vəfatından sonra həmin mənzil hər biri 1/3 hissə olmaqla Cavabdeh1, Cavabdeh2 və X12 tərəfindən vərəsə qəbul edilmişdir. Sözügedən ünvanın X6 payına düşən hissəsi X2 adına özgəninkiləşdirilmişdir və həmin ünvan hazırda X3 (1/3 hissə); Cavabdeh2, 1/3 hissə) və Cavabdeh1 mülkiyyətlərindədir. X9 adına İsmayıllı rayon Ərəgit kəndində 0.08 ha həyətyanı torpaq sahəsi (qeydiyyat nömrəsi-**********, tarixi-09.12.2015) vardır. 08.11.2018-ci il tarixli əlyazmadan görünür ki, Cavabdeh1 atası LLLun vəfatından sonra 110.000 ABŞ dolları borcun İddiaçı qaytarılmasını öz üzərinə götürür. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X4 mərhum X10 verdiyi 110.000 (yüz on min) ABŞ dolları borcun, 14.01.2016-cı ildən qətnamə çıxan günədək həmin pulu özlərində saxlamaqla Mərkəzi bankın faiz uçot dərəcəsinə uyğun olaraq hesablanmış 25.000 (iyirmi beş min) manat maddi zərər məbləğinin və mənəvi zərər olaraq 5.000 (beş min) manat, ödənilmiş 30 manat dövlət rüsumunun müştərək qaydada tutulub ona ödənilməsi barədə qətn amə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 14 yanvar 2015-ci il tarixdə X14 ilə aralarında Bakı şəhəri 9 saylı notariat kontorunda təsdiq edilmiş Borc Müqaviləsi bağlamışlar. Müqavilənin 1-ci bəndinə əsasən tərəfindən 14.01.2016-cı il tarixədək tam qaytarmaq şərtilə cavabdehə 200.000 (iki yüz min) ABŞ dolları borc pul vermişdir. Həmçinin müqavilənin 2-ci bəndinə görə cavabdeh 14.01.2016-cı il tarixədək borcu qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi bu günədək tam olaraq yerinə yetirməmiş, aldığı borcun cəmi 90.000 (doxsan min) ABŞ dolları qaytarmışdır. Dəfələrlə 110.000 (yüz on min) ABŞ dolları borcu tam olaraq qaytarmasını tələb etsə də müxtəlif bəhanələrlə bundan yayınmışdır. İddiaçı tərəfindən cavabdeh mərhum X1 0 qarşı 2018-ci ilin noyabr ayında verdiyi iddia ərizəsi üzrə işə baxan Nərimanov Rayon Məhkəməsinin 14.02.2019-cu il tarixli 2(005)725/2019 saylı qərardadı ilə cavabdeh X10 qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə icraata cavabdeh öldüyündən xitam verilmişdir. Məhz iddiaçı 14.02.2019-cu il tarixdə bilmişdir ki, cavabdeh ölmüşdür. Bundan sonra verdiyi, sorğuya aldığı Azərbaycan Respublikası ƏMDK DƏDRX-nin 1 saylı Bakı Ərazi idarəsinin 27.05.2019-cu il tarixli X7 miras qalmış 000 vərəsələri Cavabdeh1, Cavabdeh2 və X12 tərəfindən qəbul edilmiş və 1/3 hissədə mülkiyyətlərinə keçmişdir. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil2 bildirmişdir ki, İddiaçı ilə cavabdehlərin atası X11 arasında 2015-ci ilin yanvar ayında borc müqaviləsi ba ğlanılmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti 3 il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti 6 ildir. Hazırki iddia tələbi üzrə iddia müddətinin ən son tarixi, müqavilənin bağlandığı gündən üç il sonrakı tarix, 14.01.2018-ci ildir. İddiaçı iddia müddətinin bitməsindən sonra ərizə ilə məhkəməyə müraciət etmişdir. Buna görə də, iddia müddətini tətbiq etməklə, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim Solmaz Ədilova) 03 dekabr 2019-cu il tarixli 2(005)-4402/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh1, Cavabdeh2 və X4 14.01.2015-ci il tarixli borc müqaviləsi üzrə 86240 manat borc, 14. 01.2016-cı ildən qətnamə çıxan günədək gecikdirilmiş vaxt üçün illik 5% olmaqla, 15810,6 manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumunun müştərək qaydada tutulub iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, 14.01.2015-ci il tarixli İddiaçı ilə X14 arasında bağlanmış borc müqaviləsinə əsasən “Borc verən” “Borc alan”-a 200000 (iki yüz min) ABŞ dolları (kurs üzrə 1 ABŞ dolları=0,784) 156800 (yüz əlli altı min səkkiz yüz) manat məbləğində borc pul vermişdir. "Borc alan" 14/01/2016-cı il tarixədək "Borc verənə" qaytarmağı öhdəsinə götürmüşdür. Lakin bu müddət ərzində "Borc alan" tərəfindən 90 000 ABŞ dolları ödəniş edilmişdir. X14 müqavilə ilə üzərinə götürdüyü öhdəliyi tam olaraq yerinə yetirməmiş, bundan sonra 23.10.2018-ci il tarixdə ölmüşdür. İddiaçı hazırda borc öhdəliklərinin cavabdehlər yəni, X9 vərəsələri Cavabdeh1, Cavabdeh2, X4 tutulmasını xahiş edir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 417.2 və 417.3-cü maddələrinə və 14.01.2015-ci il tarixli Borc müqaviləsinin 1-ci bəndində borc olaraq verilmiş xarici valyutada olan pul məbləğinin Azərbaycan manatına münasibətdə məzənnəsi öz əksini tapdığına istinad edərək hesab etmişdir ki, iddia tələbi borc müqaviləsi üzrə ödənilməmiş borcun tutulması hissəsində əsaslıdır, yəni 110.000 (yüz on min) ABŞ dolları 14.01.2015-ci il müqavilənin 1-ci bəndinin şərti nəzərə alınmaqla 1 ABŞ dolları=0.784 AZN kursu ilə 86240 manat məbləğində pul cavabdehlər Cavabdeh1, Cavabdeh2, X4 tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə iddia tələb i üzrə 25 000 (iyirmi beş min) manat məbləğində əldən çıxmış fayda ilə bağlı qeyd etmişdir ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkətləri və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirinin olmasını təsdiq edən hər hansı mötəbər sübut təqdim olunmamışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun 9 iyul 2009-cu il tarixli Qərarına əsasən, MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mü mkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir. Azərbaycan Respublikası Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən məhkəmə hesab etmişdir ki, pul öhdəliyinin icrasının gecikdirilməsinə görə illik 5 faiz ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 427.1, 445.2-ci maddəsinə əsaslanan birinci instansiya məhkəməsi qeyd etmişdir ki, öhdəliyin icrası müddəti müqaviləyə əsasən kredit müqaviləsinin müddəti bitdiyi tarixdən qətnamə çıxarıldığı tarixə kimi – 03 dekabr 2019-cu il tarixə kimi 3 il 8 aylıq müddət keçdiyindən öhdəliyin icrası borclu tərəfindən gecikdirilmişdir. Belə olan halda X14 14.01.2015-ci il tarixli cavabdehdən 110 000 (yüz on min) ABŞ dolları məbləğində pulun ödənilməsinin gecikdirilməsinə görə MPM-nin 445.7-ci maddəsinə əsasən həmin məbləğin illik 5 faizi hesabı ilə 3 il 8 aylıq müddət üçün tutulmalı olan məbləğ (110.000 x 5%:12x44)=20166,6)) 20166,6 ABŞ dolları təşkil edir. 110.000 ABŞ dolları məbləğində borc 14.01.2015-ci il tarixli, 3-M-1/76 №-ilə qeydə alınmış borc müqaviləsinin şərtlərinə əsasən 0,784 AZN məzənnə ilə hesablanmışdır. Ona görə də 110 000 (yüz on min) ABŞ dolları məbləğində pulun ödənilməsinin gecikdirilməsinə görə 20166,6 ABŞ dolları 0,784 AZN məzənnə ilə hesablanmaqla, (20166,6 x 0,784=15810,6 manat) cavabdehlərdən iddiaçının hesabın a tutulmalıdır. Məhkəmə cavabdehlərin vəkilinin iddia müddətinin tətbiqi ilə bağlı ərizəsi üzrə qeyd etmişdir ki, tərəflər arasında borc müqaviləsi 14.01.2015-ci il tarixdə bağlanmış, müqavilə üzrə borcun 14.01.2016-cı il tarixədək ödənilməsi nəzərdə tutulmuşdur. İddiaçı tərəfindən 15.09.2018-ci il tarixdə xəbərdarlıq məktubu göndərilmiş, X14 23.10.2018-ci il tarixdə vəfat etmişdir. İddiaçı 29.11.2018-ci il tarixdə məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-725/2019 saylı qərardadı ilə eyni mahiyyətli iddia üzrə mülki işin icraatına xitam verilmişdir. Daha sonra iddiaçı yenidən 20.09.2019-cu il tarixdə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X8 qarşı “borc” tələbinə dair iddia ilə yenidən müraciət etmişdir. Beləliklə məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən müqavilə tələbləri üzrə üç illik iddia müddəti ötürülməmişdir. İş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Birinci instansiya məhkəməsi qətnaməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 448.1, 500.1, 500.2, 501, 739.1, 739.2, 1151.1, 1306.1, 1306.2, 417.2, 417.3, 445.7, 427.1, 445.2, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 373.1-373.3-cü maddələrinə istinadən əsaslandırmışdır. Cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4402/2019 saylı mülki iş üzrə qəbul etdiyi 03 dekabr 2019-cu il tarixli qətnaməsindən apelyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İddiaçı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4402/2019 saylı mülki iş üzrə qəbul etdiyi 03 dekabr 2019-cu il tarixli qətnaməsindən apelyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi və iddia tələbinin tam edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 12 yanvar 2021-ci il tarixli 4/740 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, mülki işin 97-ci vərəqində olan 08.11.2018-ci il tarixli A4 formatlı kağız vərəqi üzərində yazılmış “Mən Bakı şəhəri Nərimanov rayonu...sözləri ilə bağlayıb, “...ödəməyi öz üzərimə götürürəm. 08.11.2018, (050) *** ** ** Cavabdeh1 ” sözləri ilə bitən yazılar və “Cavabdeh1” yazılarının qarşısında olan imza Cavabdeh1 tərəfindən icra olunmuşdur. Mülki işin 95-ci vərəqində olan qəbzin aşağı hissəsində “06.09.17.” yazılarının qarşısında olan imza; mülki işin 96-cı vərəqində olan qəbzin orta hissəsində “İmza:” yazısının qarşısındakı imza və həmin qəbzin aşağı hissəsindəki imza X14 tərəfindən icra olunmuşdur. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Raqib Qurbanov - sədrlik edən və məruzəçi, Cahangir Yusifov və Vüsalə Baxışova) 23 fevral 2021-ci il tarixli 2(103)-273/2021 nömrəli qətnaməsi ilə iddiaçı və cavabdehlər tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4402/2019 saylı mülki iş üzrə qəbul etdiyi 03 dekabr 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iddia qismən təmin edilmiş, 110.000 ABŞ dolları (ödəniş günü rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X4 bərabər hissələrdə (hər birindən 1/3 hissədə) tutularaq İddiaçı ödənilməsi, qalan hissədə iddianın təmin edilməməsi, məhkəmə-xətşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 124 manat məbləğində pul vəsaitinin cavabdehlərdən tutularaq dövlət büdcəsnə ödənilməsi qət edilmişdir. İşin mübahisəsiz halları ondan ibarətdir ki, borc verən İddiaçı ilə borc alan X14 arasında notariat qaydasında təsdiq edilmiş 14.01.2015-ci il tarixli borc müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən borc verən borc alanın mülkiyyətinə, əməli idarəçiliyinə 200000 ABŞ dolları (kurs üzrə 1 ABŞ dolları = 0,784) 156800 manat məbləğind ə borc pul verir, borc alan həmin məbləği 14.01.2016-cı il tarixədək tam qaytarmağı öhdəsinə götürür. X14 23.10.2018-ci il tarixdə vəfat etmiş və ondan miras qalmış 000 vərəsələri Cavabdeh1, Cavabdeh2 və X12 tərəfindən qəbul edilmiş və bərabər paylarda (hər biri 1/3 hissədə) mülkiyyətlərinə keçmişdir. Əsas borcun tutulması barədə iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 739.1-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Hazırkı işdə də qeyd olunan maddənin dispozitiv şərtləri mövcuddur. Belə ki, 14.01.2015-ci il tarixdə iddiaçı ilə cavabdehlərin atası LLL arasında borc müqaviləsinin bağlanması və iddiaçı tərəfindən LLLa 1 il müddətinə qaytarmaq şərti ilə 200000 ABŞ dolları məbləğində borc verməsi notariat qaydasında təsdiq edilmiş borc müqaviləsi ilə təsdiq olunur. Eyni zamanda həmin borc müqaviləsinin predmetinin məhz 200000 ABŞ dolları təşkil etməsi LLL və Cavabdeh1 imzaladıqları qəbzlərlə təsdiq olunur. Belə ki, mülki işin 96-97-ci vərəqələrində olan əlyazma qəbzlərdə qeyd olunmuşdur ki, X18 Cahangirovadan aldığı 200.000 dolları vəsaitin 90.000 dolları qaytarmış, qalan 110000 dolları 2018-ci il avqustun sonuna kimi qaytarmağı öhdəsinə götürür. Cavabdeh1, atası LLLun qonşusu İddiaçı olan 110000 ABŞ dolları borc unu vəfatından sonra ödəməyi öz üzərinə götürür. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, mülki işin 96-97-ci vərəqələrində olan əlyazma qəbzlərdən aydın olur ki, X18 Cahangirovadan aldığı 200.000 dolları vəsaitin 90.000 dolları qaytarmış, qalan 110000 dolları 2018-ci il avqustun sonuna kimi qaytarmağı öhdəsinə götürür. Cavabdeh1, atası LLLun qonşusu İddiaçı olan 110000 ABŞ dolları borcunu vəfatından sonra ödəməyi öz üzərinə götürür. İddiaçı da bildirir ki, həmin borcdan 90000 ABŞ dolları geri qaytarılmış, yerdə qalan 110000 ABŞ dolları isə ödənilməmişdir. Bu baxımdan kollegiya hesab etmişdir ki, iddiaçı Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən həmin borcun ödənilməsini tələb etməkdə haqlıdır. Eyni zamanda həmin borcu ödəmək vəzifəsi cavabdehlərə aiddir. Mül ki Məcəllənin 1151.1-ci,1243.1-ci, 1306.1-ci-ci maddələrinə istinad etməklə məhəmə kollegiyası müəyyən etmişdir ki, mərhum LLLdan miras əmlak kimi qalmış Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, 70A saylı evin 105 saylı mənzili onun vərəsələri Cavabdeh1, Cavabdeh2 və X12 tərəfindən bərabər paylarda qəbul edilmişdir və iddiaçı həmin borcun ödənilməsini vərəsələrdən tələb etməkdə haqlıdır. Eyni zamanda kollegiya qeyd etmişdir ki, Mülki Məcəllənin 1307-ci maddəsinə görə mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Lakin cavabdehlər nəinki bu barədə sübut təqdim etməmişlər, ümumiyyətlə həmin borcun miras əmlakın dəyərindən çox olması halına istinad etməmişlər. Belə olan halda isə mübahisəsiz ola raq qəbul edilir ki, hazırki işdə bu hal mövcud deyil. Apellyasiya instansiyası məhkəməsi iddia müddətinin ötürülməsi ilə bağlı cavabdehlərin dəlillərinə dair qeyd etmişdir ki, İddiaçı ilə X14 arasında bağlanmış borc müqaviləsinin şərtlərinə əsasən öhdəliyin icra müddəti 14.01.2016-cı il müəyyən edilsə də, mülki işin 96-cı vərəqəsində olan 06.08.2018-ci il tarixli qəbzdən müəyyən olunur ki, X14 110.000 ABŞ dolları borcu 2018-ci ilin avqust ayının sonunadək tam həcmdə İddiaçı qaytarmağı öz üzərinə götürmüşdür. Göründüyü kimi müqavilə üzrə öhdəliyin son icra müddəti 2018-ci ilin avqust ayı razılaşdırılmışdır. Hazırki iddia ərizəsi isə 2019-cu ulun sentyabr ayında məhkəməyə verilmişdir. Göründüyü kimi iddiaçı tərəfindən Mülki Məcəllənin 373.2-ci maddəsində müəyyən olunan üç illik iddia müddət i ötürülməmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 449-cu maddəsinə əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, faiz borcun tutulması hissəsində iddia təmin edilə bilməz. Çünki, Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən faizlərin tutulması üçün iddiaçı sübut etməlidir ki, cavabdehlər onun pul vəsaitini qanunsuz saxlaması, onu qaytarmaqdan boyun qaçırması, onun ödənilməsini digər şəkildə gecikdirməsi və ya pul vəsaitini əsassız əldə etməsi və ya toplaması nəticəsində faydalanmış, yəni gəlir, artım, bəhər və ya sair maddi xeyr əldə etmişdir. İddiaçı isə qeyd olunan halların təsdiqi barədə heç bir sübut təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Kollegiya qeyd etmişdir ki, Mülki Məcəllədə mənəvi z ərərin ödənilməsi məsələlərini birbaşa müəyyən edən normalar mövcud deyil. Bununla yanaşı “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında və “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli qərarında həmin məsələlərə aydınlıq gətirilmişdir. Lakin həmin qərarlarda da müqavilələrdən (istehlakçı ilə bağlanmış müqavilələr istisna olunmaqla) irəli gələn öhdəliklərin pozulması hallarında mənəvi zərərin tələb edilməsinin mümkün olub-olmaması məsələsinə toxunulmayıb. Məhkəmə kollegiyası, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarında və “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli Qərarında əks olunan hüquqi mövqelərə görə bu qənaətə gəlmişdir ki, mənəvi zərərin ödənilməsi barədə iddia ya qanunvericilikdə birbaşa göstərilən hallarda, ya da deliktlərdən irəli gələn tələblərdə irəli sürülə bilər. Müqavilə öhdəliklərinin pozulması isə delikt hesab olunmur, həmçinin qanunvericilikdə borc müqaviləsi (istehlakçı ilə bağlanmış müqavilələr istisna olunmaqla) üzrə öhdəliklərin pozulmasına görə mənəvi zərərin ödənilməsi nəzərdə tutulmamışdır. Ona görə də, həmin his sədə iddia tələbi rədd edilməlidir. Qətnamədən narazı qalan cavabdehlərin nümayəndəsi və vəkili kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-273/2021 nömrəli iş üzrə 23 fevral 2021-ci il tarixli qətnaməsinin ləğv edilərək işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia müddətinin tətbiqindən imtina edilməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi hüquq pozuntusu kimi qiymətləndirilməli olduğu halda, apellyasiya instansiya məh kəməsi birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmış və bununla da MM-nin 373.2 və 375.2-ci maddələrinin tələblərini pozmuşdur. Hazırki iddia tələbi üzrə iddia müddətinin ən son tarixi, müqavilənin bağlandığı gündən üç il sonrakı tarix 14.01.2018-ci ildir. İddiaçı iddia müddətinin bitməsindən sonra ərizə ilə məhkəməyə müraciət etmişdir. Beləliklə, İddiaçı cavabdehlər Cavabdeh3 YYYqızına, Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddiası, iddia müddəti ötürülməklə verilmişdir. Həmçinin apellyasiya instansiya məhkəməsi iddianın təmin edilməsi barədə qətnamə çıxararkən, borc müqaviləsində borcun məbləğinin manatla qeyd olunması halına diqqət etməmiş, tələbin ABŞ dollarının məzənnəsinə uyğun ödənilməsinə dair qərara gəlmişdir. Halbuki, iddiaçının istinad etdiyi müqavilənin mətnindən də göründüyü kimi, müqavilədə verilən borcun məbləği Azərbaycan manatı ilə göstərilmişdir. İşdə iştirak edən şəxslərin kassasiya şikayətinə dair yazılı etiraz və ya izahatları məhkəməyə daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 ərizə ilə məhkəməyə müraciət edərək 04.10.2021-ci il tarixdə Bakı şəhərində olmamasını nəzərə alaraq məhkəmə iclasının başqa vaxtda təxirə salınmasını xahiş etmiş, lakin ərizəsinə üzürkü səbəbdən məhkəmə iclasında iştirak etməyəcəyinə dair hər hansı sübut əlavə etməmişdir. İddiaçı işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 415.3-c ü maddəsinə əsasən məhkəmə kollegiyası məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Maddə 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Az ərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 40 7.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiy a instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İş üzrə cavabdehlərin kassasiya şikayətinin dəlilləri əsasında apelyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş hissəsində yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş ü zrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. İş üzrə kassasiya məhkəməsinin göstərişləri tam icra edilmişdir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin iddia müddətinin ötürülməsi və kredit müqaviləsi üzrə borcun manatla tutulması olması barədə dəlilləri üzrə məhkəmə kollegiyası razılaşmır və həmin məsələlər üzrə apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən iddia müddətinin ötürülməsi ilə bağlı qeyd edilmişdir ki, İddiaçı ilə X14 arasında bağlanmış borc müqaviləsinin şərtlərinə əsasən öhdəliyin icra müddəti 14.01.2016-cı il müəyyən edilsə də, mül ki işin 96-cı vərəqəsində olan 06.08.2018-ci il tarixli qəbzdən müəyyən olunur ki, X14 110000 ABŞ dolları borcu 2018-ci ilin avqust ayının sonunadək tam həcmdə İddiaçı qaytarmağı öz üzərinə götürmüşdür. Göründüyü kimi müqavilə üzrə öhdəliyin son icra müddəti 2018-ci ilin avqust ayı razılaşdırılmışdır. Hazırki iddia ərizəsi isə 2019-cu ulun sentyabr ayında məhkəməyə verilmişdir. İddiaçı tərəfindən Mülki Məcəllənin 373.2-ci maddəsində müəyyən olunan üç illik iddia müddəti ötürülməmişdir. Həmçinin borclu və onun varisi müqavilədən sonra borcla bağlı verdikəri qəbzlərdə də borclarını ABŞ dolları ilə olduğunu etiraf etmişdirlər. Məhkəmə kollegiyası qətnamənin kassasiya şikayətində mübahisələndirilən hissələri üzrə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, kassatorun kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlili əsassızdır. Buna görə də, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apelyasiya məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. Göstərilənlərə əsasən iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş hissəsi ndə dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-273/2021 nömrəli iş üzrə 23 fevral 2021-ci il tarixli qətnaməsi iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.