Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-497/2023 31.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçın cavabdehlər Cavabdeh10, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X14, Cavabdeh13, Cavabdeh4, X35, Cavabdeh6, X36, X27, Cavabdeh7, Cavabdeh8, X20, Cavabdeh9, Cavabdeh14 qarşı QƏRARİ Açar sözlər: daşınmaz əmlakın əvəzləşdirilməsi, əmlakın sökülməsi, mənzildən çıxarılma, kirayə haqqının ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər, Həsənov Vüqar Təvəkkül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu, Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh10, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X14, Cavabdeh13, Cavabdeh4, X35, Cavabdeh6, X36, X27, Cavabde h7, Cavabdeh8, X20, Cavabdeh9, Cavabdeh14 qarşı daşınmaz əmlakın əvəzləşdirilməsi, əmlakın sökülməsi, mənzildən çıxarılma, kirayə haqqının ödənilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6520/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 31 yanvar 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları
1. Bakı şəhər Nəsimi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli, 51 saylı sərəncamının surətinə əsasən İddiaçı MMC-nin xx.xx.2019-cu il tarixli, 09 saylı müraciətini, Nəsimi rayon İcra Hakimiyyətinin xx.xx.2019- cu il tarixli, 1-1092 saylı, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X6 Təşkili üz rə Dövlət Agentliyinin xx.xx.2019-cu il tarixli **********46 saylı və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2020-ci il tarixli 02/07-510 saylı razılıq məktublarını nəzərə alaraq, Bakı şəhəri, Nəsimi rayonu, H.Əliyev, Y.Çəmənzəminli və Novruzov qardaşları küçələrinin əhatə etdiyi ərazidəki yaşayış üçün yararsız vəziyyətdə olan şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin sökülərək yerində müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi məqsədilə həmin tikililərin yerləşdiyi 4.2258 ha torpaq sahəsi icarə əsasında İddiaçı MMC-nin istifadəsinə verilməsi, ərazidə qeydə alınmış hüquqlarla bağlı məsələlər sahədə yerləşən mövcud yaşayış və qeyriyaşayış tikililərin sökülməsi vəsaitin ödənilməsi və sakinl ərin köçürülməsi müvafiq qanunvericiliyə əsasən İddiaçı MMC tərəfindən həll edilməsi qərara alınmışdır. 2. 59 saylı MKİS tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 2 saylı forma üzrə arayışa əsasən Cavabdeh10, Cavabdeh1, X28, Cavabdeh3, X21, Cavabdeh13, Cavabdeh4, X43, Cavabdeh6, X44, Cavabdeh12, X29, X37, Cavabdeh11, Cavabdeh9, Cavabdeh14, X9, X45 Bakı şəhəri, Novruzov Qardaşları küçəsində yerləşən 73B saylı evdə qeydiyyatdadırlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı MMC cavabdehlər Cavabdeh10 və qeyrilərinə qarşı «daşınmaz əmlakın əvəzləşdirilməsi, əmlakın sökülməsi, mənzildən çıxarılması, kirayə haqqının ödənilməsi və s.» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
4. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhər İc ra Hakimiyyətinin Başçısının xx.xx.2020-ci il tarixli 51 saylı Sərəncamına əsasən Nəsimi rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X6 Təşkili üzrə Dövlət Agentliyinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin razılıq məktubları nəzərə alaraq Bakı şəhəri, Nəsimi rayonu, Y.Çəmənzəminli və Novruzov qardaşları küçələrinin əhatə etdiyi ərazidəki ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin sökülərək yerində müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi məqsədilə həmin tikililərin yerləşdiyi 4.2258 ha torpaq sahəsini icarə əsasında İddiaçı MMC-nin istifadəsinə verilməsi qərara alınmışdır. Sərəncamın 1.1-ci bəndinə əsasən ərazidə yerləşən mövcud yaşayı və qeyri-yaşayış tikililərin sökülməsi vəsaitin ödənilməsi və sakinlərin köçürülməsi İddiaçı MMC-yə həvalə edilmişdir. Bakı şəhəri, Nəsimi rayonu, Y.Ə.Çəmənzəminli və Novruzov qardaşları küçələrinin əhatə etdiyi ərazidəki yaşayış və qeyri-yaşayış tikililəri XX əsrin əvvəlləri inşa edilmiş yaşayış evləri və yaşayış evləri but daşlarından, mişarlanmış əhəng daşından, dam örtüklər taxta konstruksiyadan inşa edilmiş yaşayış evlərinin but daşından olan divarlarında müxtəlif istiqamətli çatlar, taxta konstruksiyalarında çürümələr, beton konstruksiyalarında mühafizə qatının dağılması, tökülməsi, armatur millərinin açıqda qalaraq korroziyaya uğraması müşahidə olmuş, yaşayış evləri uzun müddət ərzində təmirsiz istismar olunmuş köhnəlmiş, fiziki və mənəvi aşınmaya məruz qalmış kommunikasiya xətləri və sistemləri ya rarsız vəziyyətindədir, həmin evlərdə binada təmir bərpa gücləndirmə işlərinin aparılması texniki və iqtisadi cəhətdən məqsədə uyğun hesab edilmir, mövcud tikinti norma və qaydalarına şəhərin ümumi görünüşünə mövcud şəhərsalma tələblərinə cavab vermir. Şəhərsalma prinsiplərinə cavab verməyən fərdi yaşayış evlərində yaşayan sakinlərin köçürülmə ilə əlaqədar həmin sakinlərə istifadələrində (mülkiyyətlərində) olan sahədən 20% artıq olmaqla həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında yeni təmirli abad yaşayış sahələrinin (mənzillərin) verilməsi, yaşayış sahəsi verilənədək hər bir ailəyə yaşayış otaqlarının sayından asılı olaraq 300-500 manat miqdarında kirayə haqları verilməklə qonşu fərdi yaşayış evlərindən 100-ə yaxın ailə köçürülmüşdür. Buna və yaşayış evlərinin qəzalı vəziyyətdə olması səbəbindən həmin fərdi yaşayış evlərində yaşayan əksər sakinlər öz əşyalarını çıxarmış və yaşayış evlərini boşaltmışlar. Lakin, ünvan 1 ünvanındakı daşınmaz əmlakın ümumi sahəsi 142,7 kv.m. olan fərdi yaşayış evinin mülkiyyətçisi Cavabdeh10 və istifadəçiləri digər cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X21, Cavabdeh13, Cavabdeh4, X43, X22, X44, X40, X29, Cavabdeh8, X38, Cavabdeh9 və Cavabdeh14 və kirayə haqlarını iddiaçıdan almaqla müvəqqəti başqa yaşayış yerinə köçməmiş yeni inşa ediləcək binadan mövcud yaşayış sahəsindən 20% artıq təmirli mənzilləri qəbul etməkdən imtina etmişdilər. Tikintisinə müvafiq icazə alınmış tikinti sahəsinə düşən ərazidəki sakinlərlə qarşılıqlı razılığa gəlmiş və onların fərdi yaşayış evləri iddiaçı tərəfindən sökülərək tikinti üçün hazı r hala salınmışdır. Fərdi yaşayış evləri sökülmüş sakinlərə tikiləcək binada müasir tələblərə uyğun və tam şəraitli mənzillərlə təmin ediləcəkləri barəsində iddiaçı öhdəlik götürmüşdür. Cavabdehin fərdi yaşayış evi Bakı şəhərinin müasir vəziyyətinə cavab vermir və görkəminə uyğun deyildir. Şəhərin görkəminə xələl gətirən bir tikilidir. Baxmayaraq ki, cavabdehin fərdi yaşayış evinin yanındakı ev sahibləri qeyd edilənlərin nəzərə alaraq mənzillərinin sökülməsi barəsində iddiaçı ilə razılığa gəlmişdilər. Həmin sakinlər tezliklə binanın tikilməsi və yeni mənzillərinə köçmələrini gözləyirlər. Lakin cavabdehin qanuna zidd əməlləri həmin sakinlərin haqlı mənafe və mülkiyyət hüquqlarını kobud surətdə pozur. Köçürülmüş şəxslərə veriləcək mənzillər barəsində onların mülkiyyət hüququnu təsdiq edən qe ydiyyatla təmin edilir. Qeyd edilənlərdən göründüyü kimi cavabdehlər istismar müddəti bitmiş şəhərin görkəminə eybəcərlik gətirən fərdi yaşayış evlərinə tamamilə əsassız və qeyri-real qiymət tələb etməsi və həmin məbləğ ona verilmədiyi təqdirdə isə binanın tikintisinə imkan verməyəcəyini bildirməklə öz qanuna zidd hərəkətlərini davam etdirməklə, faktiki olaraq iddiaçını şantaj edirlər. Mənzil Məcəlləsinin 28.3-cü maddəsinə müvafiq olaraq, mənzilin (yaşayış binasının) mülkiyyətçisi bu Məcəllənin 28.1-ci maddəsində göstərilən vəzifəsini yerinə yetirmədikdə kirayəçilərin, qonşuların və ya digər maraqlı şəxslərin, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) iddiası əsasında mənzilin (yaşayış binasının) qəza vəziyyətində olması barəsində məhkəmə tərəfindən qərar qəbul edilə bilər. Binanın tikintisi barəsində Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli 51 saylı Sərəncamının 1.1-ci bəndində göstərilən tələbə əsasən ərazidəki yaşayış və qeyriyaşayış tikililərin sökülməsi və sakinlərin köçürülməsi və onlara vəsaitlərinin ödənilməsi iddiaçıya həvalə edilmişdir. İddiaçı sərəncamda göstərilən tapşırıq və tələbləri olduğu kimi və ləyaqətlə yerinə yetirir. Bundan başqa iddiaçı Ali dövlət orqanlarının Bakı şəhərinin görkəminə uyğun olmayan köhnə tikililərin sökülərək yerində müasir tələblərə cavab verən binaların tikilməsi, şəhərin abadlaşdırılması və yaşıllaşdırılması barəsindəki göstərişlərinə uyğun olaraq çox sürətlə həmin tələblər yerinə yetirilir. Həmçinin Bakı şəhərində olan görünüşləri müasir tələblərə cavab verməyən köhnə və qəzalı evlə rin sökülməsi və yerində müasir binaların tikilməsi geniş vüsət almaqla Ali dövlət orqanlarının tələbləri yerinə yetirilir. Müasir binaların tikilməsi eyni zamanda yüzlərlə insanların işlə təmin edilməsi və hər tikilən yeni binaya görə dövlət birbaşa milyonlara vergi ödənilməsi deməkdir. Göründüyü kimi Ali dövlət orqanlarının tapşırıqlarının yerinə yetirilməsi həm iqtisadi cəhətdən səmərəli olmaqla yanaşı həm də insanların müasir tələblərə cavab verən evlərlə təmin olunması və eyni zamanda da şəhərin görkəminin də gözəlləşdirilməsi deməkdir. İddiaçı cavabdehin mülkiyyət hüququnu bu və ya digər formada pozmur və onu mülkiyyətindən məhrum etmir. Əksinə onun mülkiyyətinin ədalətli qaydada əvəzinin bazar qiymətinə uyğun dəyərini ödəməyə və ya da mütənasib olaraq mənzilinin sahəsindən artıq olm aqla əvəzinə müasir tələblərə cavab verən yeni tikilən binada onların mülkiyyətinə verir. İddiaçı cavabdehə məxsus qəzalı və şəhərin müasir tələbinə cavab verməyən fərdi yaşayış evlərinin sökülərək yerində abadlaşdırma və yaşıllaşdırma aparması ədalətli mülkünə görə münasib təklifdir. Lakin cavabdeh fərdi yaşayış evinə mülkiyyət hüququnun olmasından sui-istifadə etməklə yanaşı yuxarıda qeyd edilən tələbləri kobud surətdə pozmaqla yanaşı Ali Dövlət orqanlarının Bakı şəhərinin müasir tələblərə cavab verən hala gətirilməsinin qarşısını almış olurlar. Göstərilənlərə əsasən cavabdehlər Cavabdeh10, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X11, Cavabdeh13, Cavabdeh4, X30, Cavabdeh6, X31, X23, Cavabdeh7, Cavabdeh8, X17, Cavabdeh9 və Cavabdeh14, X3 və X32 ünvan 3 mənzilin üzərində sahiblik, istifadə və d igər hüquqlarına xitam verilməsi, cavabdehlər X4, X1 və X10 ünvan 3 mənzildən çıxarılmaqla, mənzilin boşaldılması və sökülməsi, İddiaçı MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Novruzov Qardaşları 73B ünvanında yerləşən yaşayış evinin yerində tikiləcək çoxmərtəbəli yaşayış binasında 170 kv.m. ümumi sahəsi olan təmirli yeni mənzilin Cavabdeh10 mülkiyyətinə verilməsi, yeni çoxmərtəbəli yaşayış binası tikilənədək İddiaçı MMC tərəfindən Cavabdeh10 hər ay 600 manat məbləğində kirayə haqqı ödənilməsi barədə qətnamə çıxarılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
5. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, məhkəmə tərəfindən ekspertiza təyin edilmişdir. Ekspertiza rəyi və qiymətləndirmə hesabatına əsasən müəyyən edilmişdir ki, cavabdehlərə məxsus ünvan 5 nömrəli mənzilinin ümumi sahəsi 149,1 kv.m. təşkil edir. İddia tələblərinə əsasən "xxxx" MMC tərəfindən ünvan 3 ünvanında yerləşən yaşayış evinin yerində tikiləcək çoxmərtəbəli yaşayış binasında 170 kv.m. ümumi sahəsi olan təmirli yeni mənzilin Cavabdeh10 mülkiyyətinə verilməsi xahiş edilmişdir. Hal-hazırda iddia tələbinin dəqiqləşdirilməsi zərurəti yaranmışdır. Göstərilənlərə əsasən cavabdehlər Cavabdeh10, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X11, Cavabdeh13, Cavabdeh4, X30, Cavabdeh6, X31, X23, Cavabdeh7, Cavabdeh8, X17, Cavabdeh9 və Cavabdeh14, X3 və X32 ünvan 3 mənzilin üzərində sahiblik, istifadə və digər hüquqlarına xitam verilməsi, cavabdehlər Cavabdeh10, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X11, Cavabdeh13, Cavabdeh4, X30, Cavabdeh 6, X31, X23, Cavabdeh7, Cavabdeh8, X17, Cavabdeh9 və Cavabdeh14, X3 və X32 ünvan 3 mənzildən çıxarılmaqla, mənzilin boşaldılması və sökülməsi, İddiaçı MMC tərəfindən ünvan 3 ünvanında yerləşən yaşayış evinin yerində tikiləcək çoxmərtəbəli yaşayış binasında 179 kv.m. ümumi sahəsi olan təmirli yeni mənzilin Cavabdeh10 mülkiyyətinə verilməsi, yeni çoxmərtəbəli yaşayış binası tikilənədək İddiaçı MMC tərəfindən Cavabdeh10 hər ay 600 manat məbləğində kirayə haqqı ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
6. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh10, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X11, Cavabdeh13, Cavabdeh4, X30, Cavabdeh6, X31, X23, Cavabdeh7, Cavabdeh8, X17, Cavabdeh9 və Cavabdeh14, X3 və X32 ünvan 3 mənzilin üzərində sahiblik, istifadə hüquqlarına xitam verilməsi, cavabdehlər Cavabdeh10, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X11, Cavabdeh13, Cavabdeh4, X30, Cavabdeh6, X31, X23, Cavabdeh7, Cavabdeh8, X17, Cavabdeh9 və Cavabdeh14, X3 və X32 ünvan 3 mənzildən çıxarılmaqla, mənzilin boşaldılması və sökülməsi, İddiaçı MMC tərəfindən ünvan 3 ünvanında yerləşən yaşayış evinin yerində tikiləcək çoxmərtəbəli yaşayış binasında 215 kv.m. ümumi sahəsi olan təmirli yeni mənzilin Cavabdeh10 mülkiyyətinə verilməsi, yeni çoxmərtəbəli yaşayış binası tikilənədək İddiaçı MMC tərəfindən Cavabdeh10 hər ay 600 manat məbləğində kirayə haqqı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə m üraciət edərək cavabdehlər Cavabdeh10, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X11, Cavabdeh13, Cavabdeh4, X30, Cavabdeh6, X31, X23, Cavabdeh7, Cavabdeh8, X17, Cavabdeh9 və Cavabdeh14, X3 və X32 ünvan 3 mənzilin üzərində sahiblik, istifadə hüquqlarına xitam verilməsi, cavabdehlər Cavabdeh10, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X11, Cavabdeh13, Cavabdeh4, X30, Cavabdeh6, X31, X23, Cavabdeh7, Cavabdeh8, X17, Cavabdeh9 və Cavabdeh14, X3 və X32 ünvan 3 mənzildən çıxarılmaqla, fərdi yaşayış evlərin boşaldılması və sökülməsi, İddiaçı MMC tərəfindən ünvan 3 ünvanında tikiləcək çoxmərtəbəli yaşayış binasında 51 kv.m. yeni təmirli mənzilin X11 mülkiyyətinə verilməsi, yeni çoxmərtəbəli yaşayış binası tikilənədək İddiaçı MMC tərəfindən X14 hər ay 400 manat məbləğində kirayə haqqı ödənilməsi, İddiaçı MMC tərə findən ünvan 3 ünvanında tikiləcək çoxmərtəbəli yaşayış binasında 78 kv.m. yeni təmirli mənzilin Cavabdeh2 mülkiyyətinə verilməsi, yeni çoxmərtəbəli yaşayış binası tikilənədək İddiaçı MMC tərəfindən Cavabdeh2 hər ay 450 manat məbləğində kirayə haqqı ödənilməsi, İddiaçı MMC tərəfindən ünvan 3 ünvanında tikiləcək çoxmərtəbəli yaşayış binasında 86 kv.m. yeni təmirli mənzilin Cavabdeh10 mülkiyyətinə verilməsi, yeni çoxmərtəbəli yaşayış binası tikilənədək İddiaçı MMC tərəfindən Cavabdeh10 hər ay 500 manat məbləğində kirayə haqqı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh10, X5, X13, Cavabdeh3, Cavabdeh16, Cavabdeh13, Cavabdeh4, X30, Abbasova X48, Cavabdeh15, Cavabdeh12, Abasova (Cəfərova) İlhamə Hədis qızının, X18, Cavabdeh11, Meybullayeva (Əlmirzəyeva) İlahə Nurulla qızının, Cavabdeh14, X3 və X32 ünvan 3 mənzilin üzərində sahiblik, istifadə hüquqlarına xitam verilməsi, cavabdehlər Cavabdeh10, X5, X13, Cavabdeh3, Cavabdeh16, Cavabdeh13, Cavabdeh4, X30, Cavabdeh6 Hacı Bala zının, Cavabdeh15, Cavabdeh12, Abasova (Cəfərova) İlhamə Hədis qızının, X18, Cavabdeh11, Meybullayeva (Əlmirzəyeva) İlahə Nurulla qızının, Cavabdeh14, X3 və X32 ünvan 3 saylı fərdi yaşayış evlərdən çıxarılmaqla, fərdi yaşayış evlərin boşaldılması və sökülməsi, İddiaçı MMC tərəfindən ünvan 3 ünvanında tikiləcək çoxmərtəbəli yaşayış binasında 78 kv.m. yeni təmirli mənzilin Cavabdeh16 mülkiyyətinə verilməsi, yeni çoxmərtəbəli yaşayış binası tikilənədək İddiaçı MMC t ərəfindən Cavabdeh16 hər ay 500 manat məbləğində kirayə haqqı ödənilməsi, İddiaçı MMC tərəfindən ünvan 3 ünvanında tikiləcək çoxmərtəbəli yaşayış binasında 78 kv.m. yeni təmirli mənzilin X13 mülkiyyətinə verilməsi, yeni çoxmərtəbəli yaşayış binası tikilənədək İddiaçı MMC tərəfindən X15 hər ay 500 manat məbləğində kirayə haqqı ödənilməsi, İddiaçı MMC tərəfindən ünvan 3 ünvanında tikiləcək çoxmərtəbəli yaşayış binasında 78 kv.m. yeni təmirli mənzilin Cavabdeh10 mülkiyyətinə verilməsi, yeni çoxmərtəbəli yaşayış binası tikilənədək İddiaçı MMC tərəfindən Cavabdeh10 hər ay 500 manat məbləğində kirayə haqqı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 9. "xxxx" MMC tərəfindən verilmiş daşınmaz əmlakın qiymətləndirilməsi haqqında rəyinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Novruzov qar daşları küçəsində yerləşən «A» tikilisinin tikinti altı sahəsi 95,1 kv.m., ümumi sahəsi 146,6 kv.m., 1 mərtəbəli evin tikilisinin tikinti altı sahəsi 35,7 kv.m., ümumi sahəsi 29,5 kv.m., əlavə tikili tikinti altı sahəsi 2,4 kv.m., ümumi sahəsi 1,8 kv.m., əlavə tikili tikinti altı sahəsi 1,0 kv.m., ümumi sahəsi 0,64 kv.m. təşkil edən 73B saylı mənzillərin xx.xx.2022-ci il tarixli vəziyyətinə bazar dəyəri - 504.615 manat məbləğində müəyyən olunmuşdur. 10..İddiaçı MMC-nin sifarişinə əsasən "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli fərdi yaşayış evinin dəyərini müəyyən etmək üçün qiymətləndirmə hesabatına əsasən ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin xx.xx.2022-ci il tarixə olan orta bazar dəyəri 226.000 manat, orta likvid dəyəri 210.000 manat təşkil etmişdir.
11. Məhkə mə iclasında iddiaçının nümayəndəsi Vəkil1 iddianı müdafiə edərək sonuncu dəqiqləşdirilmiş iddia ərizəsində göstərilənləri təsdiq etmiş və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
12. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X39 iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizəni müdafiə edərək onun təmin edilməsinə dair qətnaamə çıxarılmasını xahiş etmişdir.
13. Məhkəmə iclasında Cavabdeh10 iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, sözügedən ev onların dədə-baba yurdlarıdır. Özü də daxil olmaqla bütün övladları, həmçinin qardaşı və onun övladları bu evdə dünyaya gəlmişlər. Bu cür dəyər kəsb edən evin sökülməsinə razı deyillər. Yalnız həmin ərazidəki evlərin qiyməti nəzərə alınmaqla edilə biləcək ödənişə razı olarlar. Bu da 250.000 manat edir. Şirkətin evlərin tikintisini nə zaman yekunlaşdıracağı bəlli deyil. Onlar isə həmin evdə 11 nəfər yaşayırlar və yeni evlərin tikilməsini gözləmək onlar üçün mümkünsüzdür. Ev verilməsinə razı deyil, yalnız pul məbləğinə razı olar. Odur ki, iddianın rədd olunmasını xahiş etmişdir.
14. Məhkəmə iclasında Cavabdeh15 iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, o, həmin evdə öz ailəsi və atası ilə yaşayır. Onların o evdən çıxarılmaları və sadəcə kirayə pulu ilə yaşamaqları mümkün deyil. Gedəcək yeri yoxdur. Ya öz adına 2 evin verilməsinə, ya da ümumilikdə 250.000 manat pulun onlara verilməsinə razı olar. Əks halda barışıq ola bilməz.
15. Məhkəmə iclasında Cavabdeh11 iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, ya öz adına 2 evin verilməsinə, ya da ümumilikdə 250.000 manat pulun onlara verilməsinə razı olar. Əks halda barışıq ola bilməz. Odur ki, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Məhkəmə iclasında cavabdehlərin nümayəndəsi və vəkili Nümayəndə2 iddia tələbini qəbul etməyərək və iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin (X8) 2(006)-789/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdehlər Cavabdeh10, X2, X13, Cavabdeh3, Cavabdeh16, Cavabdeh13, Cavabdeh4, X30, Abbasova X48, Cavabdeh15, Cavabdeh12, Cəfərova (Abbasova) İlhamə Hədis qızının, Cavabdeh8, Cavabdeh11, Meybullayeva (Əlmirzəyeva) İlahə Nurulla qızının, Cavabdeh14, X3 və X32 ünvan 7 saylı fərdi yaşayış evinin üzərində s ahiblik, istifadə hüquqlarına xitam verilməsi, cavabdehlər Cavabdeh10, X2, X13, Cavabdeh3, Cavabdeh16, Cavabdeh13, Cavabdeh4, X30, Abbasova X48, Cavabdeh15, Cavabdeh12, Cəfərova (Abbasova) İlhamə Hədis qızının, Cavabdeh8, Cavabdeh11, Meybullayeva (Əlmirzəyeva) İlahə Nurulla qızının, Cavabdeh14, X3 və X32 ünvan 7 saylı fərdi yaşayış evlərindən çıxarılmaqla, fərdi yaşayış evlərinin boşaldılması və sökülməsi, İddiaçı MMC tərəfindən ünvan 6 ünvanında tikiləcək çoxmərtəbəli yaşayış binasında 78 kvadrat metr yeni təmirli mənzilin Cavabdeh16 mülkiyyətinə verilsin. Yeni çoxmərtəbəli yaşayış binası tikilənədək İddiaçı MMC tərəfindən Cavabdeh16 hər ay 500 manat məbləğində kirayə haqqı ödənilməsi, İddiaçı MMC tərəfindən ünvan 7 ünvanında tikiləcək çoxmərtəbəli yaşayış binasında 78 kvadrat metr yeni t əmirli mənzilin X13 mülkiyyətinə verilsin. Yeni çoxmərtəbəli yaşayış binası tikilənədək İddiaçı MMC tərəfindən X19 hər ay 500 manat məbləğində kirayə haqqı ödənilməsi, İddiaçı MMC tərəfindən ünvan 7 ünvanında tikiləcək çoxmərtəbəli yaşayış binasında 78 kvadrat metr yeni təmirli mənzilin Cavabdeh10 mülkiyyətinə verilməsi, Yeni çoxmərtəbəli yaşayış binası tikilənədək İddiaçı MMC tərəfindən Cavabdeh10 hər ay 500 manat məbləğində kirayə haqqı ödənilməsi qət edilmişdir.
18. Məhkəmə hesab etmişdir ki, cavabdehlərin istifadəsinə və sahibliyində olan evin istismara yararsız və qəzalı vəziyyətdə olması, həmçinin həmin evin orada yaşayanlar və ətrafdakılar üçün təhlükə mənbəyi olduğunu, həmçinin söküntü işlərinin və daha sonradan tikinti işlərinin həyata keçirilməsi məqsədilə digər sakinlərin buna r azılıq verməsini, hazırda isə cavabdehlərin bu tikintiyə razılıq verməməsi nəticəsində digər sakinlərin mənzillə təmin edilməsinin gecikəcəyini nəzərə alaraq iddia tələbi həmin evin sökülməsi hissəsində əsaslıdır.
19. Məhkəmə İddiaçı MMC tərəfindən ünvan 3 ünvanında tikiləcək çoxmərtəbəli yaşayış binasında cavabdehlər Cavabdeh16, X13 və Cavabdeh10 ayrı-ayrılıqda yeni təmirli mənzilin (hər birinə 78 kv.m.) mülkiyyətinə verilməsi tələbləri üzrə qeyd etmişdir ki, həmin tələblər də əsaslıdır və təmin edilməlidir. Belə ki, İddiaçı MMC-nın cavabdehlərə (Cavabdeh16, M.Abasov və Cavabdeh10) öz əvvəlki mənzilin yerinə yeni, təmirli, əlavə sahə ölçülərinin əlavə edilməklə (55 kv.m-dən yuxarı, + 30%) mənzillə təmin edilməsi hazırki cavabdehlərin mülkiyyət və mülkiyyətdən irəli gələn digər hüquqlarını n pozulması deyildir.
20. Məhkəmə cavabdehlərə (Cavabdeh16, M.Abasov və Cavabdeh10) yeni sahə verilənədək aylıq 500 manat əmlak kirayə haqqı verilməsi tələbi üzrə qeyd etmişdir ki, həmin hissədə də tələb əsaslıdır. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən təklif olunan aylıq əmlak kirayə haqqı ağlabatandır və hazırki bazar qiymətlərinin tələblərinə cavab verir.
21. Məhkəmə həmçinin hesab etmişdir ki, cavabdehlərin (Cavabdeh16, M.Abasov və Cavabdeh10) sahibliyində və istifadəsində olan evin sökülərək əvəzinə yeni tikiləcək çoxmərtəbəli yaşayış binasında cavabdehlərə eyni ölçüdə mənzillərin verilməsi qərara alındığından, cavabdehlərin mübahisəli evin üzərində sahiblik, istifadə hüquqlarına xitam verilməsi və həmin evdən çıxarılmaları barədə tələb də prosessual qənaət prinsipini nəzərə alma qla əsaslıdır və təmin edilməlidir.
22. Həmçinin, məhkəmə hesab etmişdir ki, İddiaçı MMC-nin inşa etdiyi binanın tikintisinin dayandırılması və tikinti gedən ərazidə MMC-nin fəaliyyətinə qadağa qoyulması həmin binada məskunlaşdırılmalarını gözləyən çoxsaylı insanların hüquqlarının bərpaolunmaz şəkildə xələl görməsinə səbəb ola bilər. Belə ki, işin hallarından aydın olur ki, İddiaçı MMC səlahiyyətli dövlət hakimiyyəti orqanının sifarişi əsasında tikinti işlərini həyata keçirir.
23. Məhkəmə həmçinin cavabdehlərin onların istifadəsində və sahibliyində olan mənzillərin əvəzinə müvafiq sahənin deyil, pul məbləğinin verilməsi hissəsində qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2020-ci il tarixli "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbayc an Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair qərarındakı hüquqi mövqeyə uyğun olaraq qeyd edilmişdir ki, Azərbaycan Respublikasında torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiya məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətləri tənzimləyən normalar “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu və Mülki Məcəllə ilə müəyyən edilmişdir. Həmin Qanunun 3-cü maddəsində torpağın alına biləcəyi dövlət ehtiyacları sadalanmışdır. Bu maddəyə əsasən, yalnız dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral nef t və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi və dəniz limanının ərazisinin artırılması hallarında torpaqların dövlət ehtiyacları üçün alınmasına yol verilir.
24. Məhkəmə öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.3, 16.1, 560.1, 560.2, 560.3.5.1, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 15, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, Nazirlər Kabinetinin Qərarı “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.8-ci bəndinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat
25. Cavabdehlər Mehdi Abasov, Cavabdeh10 və Cavabdeh16 nümayəndəsi və vəkili Nümayəndə3 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
26. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən iş hərtərəfli, düzgün və obyektiv araşdırılmamışdır. İlk növbədə iddiaçının subyektiv hüququ məsələsi məhkəmə tərəfindən müəyyən edilməmişdir. Belə ki, iddiaçının iddiasının əsasını təşkil edən sərəncamın bəndləri məhkəmə tərəfindən araşdırılmamışdır. Həmin sərəncamın 2.4cü bəndinə əsasən sifarişçinin Bakı Şəhər İcra hakimiyyəti nəzdində İnterservis Müdriyyəti ilə 3 ay müddətində torpaq icarə müqaviləsinin bağlanmasının təmin edilib-edilməməsi barədə nə mülki iş materiallarında hər hansı bir icarə müqaviləsi əlavə edilməmiş və məhkəmə tərəfindən həmin hal müəyyən edilməmişdir. Digər bir əsaslı pozuntu isə torpaq sahəsinə dair icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasının təmin edilib-edilməməsini müəyyənləşdirməmək olmuşdur. Məhkəmə tərəfindən ən əsas pozuntu isə həmin sərəncamın 1.1-ci bəndinin yəni, ərazidə qeydə alınmış hüquqlarla bağlı məsələlər sahədə yerləşən mövcud yaşayış və qeyri-yaşayış tikililərin sökülməsi, vəsaitin ödənilməsi və sakinlərin köçürülməsinin müvafiq qanunvericiliyə əsasən İddiaçı MMC tərəfindən həll edilib-edilməməsini müəyyən etməmişdir. Belə ki, həmin sərəncamla da birbaşa İddiaçı MMC-yə vəsaitin ödənilməsinin və sakinlərin köçürülməsinin müvafiq qanunvericiliyə əsasən iddiaçı tərəfin üzərinə qoyulmuşdur. İş üzrə müəyyən olunur ki, iddiaçı tərəfindən cavabdehlərə hər hansı vəsait köçürülməmişdir. Bu hallar da bir daha təsdiq edir ki, iddiaçı sərəncamın bəndlərini icra etməmiş və hal-hazırda belə bir iddia qaldırmaqda subyektiv hüquqa malik deyildir. ünvan 3 ünvanında yerləşən ev cavabdehlərin dədə-baba yurdlarıdır. Həmin ünvanda tikilmiş 3 yaşayış evi cavabdehlərin ataları tərəfindən tikilmiş, artıq 100 ilə yaxındır ki, cavabdehlər həmin ünvanda məskunlaşıb və yaşayırlar. Həm in evdə bütün övladları, həmçinin qardaşı və onun övladları bu evdə dünyaya gəlmişlər. Hətta 1974-cü ildə tərtib edilmiş şəxsi mülkiyyət hüquqi ilə evlərin texniki invertarizasiya və qiymətləndirilməsi pasportu əsasında da müəyyən olunur ki, həmin tarixdə cavabdehlərin 224.7 kv.m tikiinti sahəsi və ümumi meydançasının sahəsi 334.0 kv.m olmuşdur. Hal-hazırdada fərdi yaşayış evinin ümumi sahəsi artıqdır. Belə ki, onlar tərəfindən əlavə işlərdə görülmüşdür. Yalnız həmin ərazidəki torpağın 1 kv.m-nin qiyməti 3200 manatdır. Həmin ərazidə yerləşən mənzillərin 1 kv.m-nin qiyməti isə 2500 manatdan artıqdır. Məhkəmə öz qətnaməsində cavadehlərin ifadələrini də təhrif etmişdir. Belə ki, cavabdehlər 250000 manat pulun onlara verilməsi müqabilində evlərinin sökülməsinə heç vaxt razılıq verməmişlər. Hət ta iddiaçının onlara təklif etdiyi məbləğ bundan qat-qat artıq olmuşdur. Şirkət tərəfindən evlərin tikintisi nə zaman yekunlaşacağı bəlli deyil. Cavabdehlər isə həmin evdə 11 nəfər yaşayırlar və yeni evlərin tikilməsini gözləmək cavabdehlər üçün mümkünsüzdür. Evin verilməsinə razı deyillər, yalnız cavabdehlərin tələb etdiyi real torpağın və mənzillərin dəyəri tam ödənildikdən sonra razılaşma ola bilər. Digər bir nüans isə ondan ibarətdir ki, məhkəmənin öz təşəbbüsü ilə mülki iş üzrə qiymətləndirmə aparılması üçün mülki iş "xxxx" MMC-yə göndərilmişdir. "xxxx" MMC tərəfindən verilmiş daşınmaz əmlakın qiymətləndirilməsi haqqında rəyinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Novruzov qardaşları küçəsində yerləşən «A» tikilisinin tikinti altı sahəsi 95,1 kv.m., ümumi sahəsi 146,6 kv.m., 1 mərtəbəli evin tikilisinin tikinti altı sahəsi 35,7 kv.m., ümumi sahəsi 29,5 kv.m., əlavə tikili tikinti altı sahəsi 2,4 kv.m., ümumi sahəsi 1,8 kv.m., əlavə tikili tikinti altı sahəsi 1,0 kv.m., ümumi sahəsi 0,64 kv.m. təşkil edən 73B saylımənzillərin xx.xx.2022-ci il tarixli vəziyyətinə bazar dəyəri - 504.615 manat məbləğində müəyyən olunmuşdur. Mülki iş üzrə həmin rəyin heç bir əhəmiyyəti yox idisə, nəyə görə məhkəmə qiymətləndirmə şirkətinə belə bir qiymətləndirmə üçün müraciət göndərmişdi? Məhkəmə isə həmin rəyə demək olar ki, heç bir hüquqi qiymət verməmişdir. Həmin rəydə də, fərdi yaşayış evinin ölçüləri belə düzgün müəyyən edilməmişdir. Ümumiyyətlə məhkəməyə təqdim olunmuş rəylərin heç birində fərdi yaşayış evinin ölçüləri düzgün ölçülməmiş, hətda məhkəmənin qoyduğu suallara belə tam cavab verilməmişdir. Belə ki, mütəxəssis qarşısında qoyulan suallar tam olaraq cavablandırılmamışdır. Məhkəmə tərəfindən vətəndaşın mülkiyyət toxunulmazlığı hüququ pozulmuşdur. Məhkəmə torpaqların dövlət ehtiyacları üçün alınması barədə qərara istinad etməklə (baxmayaraq ki hansı bir dövlət ehtiyacından söhbət getmir) qabaqcadan onun dəyərinin ədalətli ödənilməsini belə təmin etməmişdir. Məhkəmə tərəfindən mülkiyyət hüquqularının müdafiəsinə dair heç bir köməklik göstərilməmişdir. Mülki iş materialları ilə cavabdehlərin mülkiyyət hüququ təsdiq olunur. Qeyd olunan normaların tələbləri baxımından əmlaka faktiki sahibliyin hüquqi cəhətdən təmin edilmiş imkanı və həmin əmlakdan onun faydalı təbii xassələrini hasil etməyi, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanı pozulmamalı dır. Məhkəmə tərəfindən cavabdehlər müqavilə bağlanılmasına məcbur edilmiş və ümumiyyətlə onların iradə ifadəsi bu halda nəzərə alınmamışdır. Maddi hüquq normaları pozulmuş, mühüm əhəmiyyəti olan faktiki hallar aydınlaşdırılmamış, iş üçün əhəmiiyətli olan hallar sübut edilməmişdir.
27. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər X50 (sədrlik edən və məruzəçi), X51 və X12) 2(103)-6520/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə cavabdehlərin nümayəndəsi və vəkili Nümayəndə3 apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-789/2022 saylı 01 iyul 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh10 və qeyrilərinə qarşı «daşınmaz əmlakın əvəzləşdirilməsi, əmlakın sökülmə si, mənzildən çıxarılması, kirayə haqqının ödənilməsi və s» tələbinə dair iddiası təmin edilməmişdir.
28. Məhkəmə kollegiyası birinci insansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə ilə razılaşmamaqla qətnaməni qanuni və əsaslı hesab etməmiş və aşağıdakıları qeyd etməyi zəruri hesab etmişdir.
29. Kollegiya öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolunun 1-ci maddəsinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
30. İddiaçı (vəkili Vəkil1) kassasiya şikayəti verərək qətnamənin tamamilə ləğv edilməsi, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin iddiasının təmin edilməsi, yəni cavabdehlər Cavabdeh10, X2, X28nun, Meybullayeva X41, Cavabdeh16, Cavabdeh13, Cavabdeh4, X30, Abbasova X48, Cavabdeh15, Cavabdeh12, Abasova (Cəfərova) İlhamə Hədis qızının, X18, Cavabdeh11, Meybullayeva (Əlmirzəyeva) İlahə Nurulla qızının, Cavabdeh14, X3 və Rəcəbli AqşinAraz oğlunun ünvan 7 saylı fərdi yaşayış evinin üzərində sahiblik, istifadə hüquqlarına xitam verilməsi; Cavabdehlər Cavabdeh10, X2, X28nun, Cavabdeh3, Cavabdeh16oğlunun, Cavabdeh13, Cavabdeh4, X30, Abbasova X48, Cavabdeh15, Cavabdeh12, Abasova (Cəfərova) İlhamə Hədisqızının, X18, Cavabdeh11, Meybullayeva (Əlmirzəyeva) İlahə Nurulla qızının, Cavabdeh14, X7 və X32 ünvan 7 saylı fərdi yaşayış evlərdən çıxarılmaqla, fərdi yaşayış evlərin boşaldılması və sökülməsi; "xxxx" MMC tərəfindən ünvan 7 ünvanında tikiləc ək çoxmərtəbəli yaşayış binasında 78 kvadrat metr yeni təmirli mənzilin Cavabdeh16 mülkiyyətinə verilməsi; Yeni çoxmərtəbəli yaşayış binası tikilənədək "xxxx" MMC tərəfindən Cavabdeh16 hər ay500 manat məbləğində kirayə haqqı ödənilməsi; "xxxx" MMC tərəfindən ünvan 7 ünvanında tikiləcək çoxmərtəbəli yaşayış binasında 78 kvadrat metr yeni təmirli mənzilin X13 mülkiyyətinə verilməsi;Yeni çoxmərtəbəli yaşayış binası tikilənədək "xxxx" MMC tərəfindən X19 hər ay 500 manat məbləğində kirayə haqqı ödənilməsi; "xxxx" MMC tərəfindən ünvan 7 ünvanındatikiləcək çoxmərtəbəli yaşayış binasında 78 kvadrat metr yeni təmirli mənzilin Cavabdeh10 mülkiyyətinə verilməsi; Yeni çoxmərtəbəli yaşayış binası tikilənədək "xxxx" MMC tərəfindən Cavabdeh10 hər ay 500 manat məbləğində kirayə haqqı ödənilməsi barədə yen i qərar qəbul edilməsini xahiş etmişdir.
31. Kassator kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdehlərin iddiaçı ilə iddiaçının təklif etdiyi formada razılıq əldə etməməsi mülkiyyət hüquqlarından sui-istifadə kimi qiymətləndirilə bilməz. Bunun əksinin düşünülməsi isə cavabdehlərin mülkiyyət və mülkiyyətdən irəli gələn digər hüquqlarının pozulması ilə nəticələnmiş olar. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə səlahiyyətləri əhatə edir. Mülkiyyətçinin öz əmlakı üzərində «səlahiyyət üçlüyü» adlanan bu imkanları mülkiyyət hüququnun məzmununu təşkil edir. Mülkiyyətçi öz əmlakı ilə bağlı sahiblik, istifadə və sərəncam səlahiyyətlərindən q anun çərçivəsində öz istədiyi kimi istifadə edə bilər. Yəni mülkiyyətçi özünə məxsus olan əmlakdan şəxsən istifadə edə bilər, onu başqasının istifadəsinə verə bilər və ya istifadəsiz öz mülkiyyətində saxlaya bilər. Bütün bu hallarda onun mülkiyyət hüququ bütövlükdə saxlanılır. İddiaçı MMCnın cavabdehlər Cavabdeh16, M.Abasov və Cavabdeh10 öz əvvəlki mənzilin yerinə yeni, təmirli, əlavə sahə ölçülərinin əlavə edilməklə (55 kv.m-dən yuxarı, + 30%) mənzillə təmin edilməsi hazırki cavabdehlərin mülkiyyət və mülkiyyətdən irəli gələn digər hüquqlarının pozulması deyildir.
32. Kassator göstərir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarında bu xarakterli mübahisələrə ətraflı izah verilmişdir. Həmin Qərarda göstərilir ki, mülkiyyət hüququnun məzmunu Konst itusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir və şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Bununla belə, qeyd olunan hüququn əhəmiyyətinə baxmayaraq, o, mütləq deyil və məhdudlaşdırıla bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət insanın xüsusi maraqlarının həyata keçirilməsində vacib funksiya daşımaqla yanaşı, Konstitusiyanın 15-ci maddəsinin məzmununa əsasən, sosial yönümlü dövlətdə həm də mühüm sosial funksiyaya malikdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il 16 dekabr tarixli Qərarı). Həmçinin nəzərə almaq lazımdır ki, Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və71-ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.3-cü maddəsi). Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədi ilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyy ətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Ona görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul etdiyi qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarş ıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 21 dekabr tarixli Qərarı). Həmçinin qərarda qeyd edilmişdir ki, Nazirlər Kabinetinin Qərarı «Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında» Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392- İVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.8-ci bəndinə əsasən, Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının ərazisində abadlıq quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmişdir. Bu qərar qəzalı vəziyyətdə olan əmlakın mülkiyyətçidən alınması deyil, insanların yaşaması və ya istifadəsi üçün nəzərdə tutulmuş tikinti obyektlərində sağlam və təhlükəsiz yaşayışın təmin edilməsi üçün əmlakın yenidən qurulub, istismara yararlı vəziyyətə salınıb mülkiyyətçinin istifadəsinə qaytarılması məqsədi daşıyır.
33. Kassator daha sonra qeyd etmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu onu da vurğulayır ki, mövcud qanunvericilikd ə Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar aydın göstərilməmişdir. Bu qaydaların dəqiq müəyyən olunmaması bəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından sui-istifadə etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələnir. Mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyri-mümkünlüyü isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası
34. Maddə 13 hissə 1 mülkiyyət toxun ulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsi
35. Maddə 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
36. Maddə 157.4 Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 3
7. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
39. Maddə 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.
40. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
41. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına i stinad etməyə yol verilmir.
42. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
43. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun
44. Maddə 8.0.5-ci 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Kassasiya baxışının hədləri
45. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
46. Hazırkı kassasiya şikayətində iddiaçı qətnaməni tam mübahisələn dirdiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
48. Mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişdir.
49. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iş materiallarında olan 1974cü ildə tərtib edilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inverterizasiya və qiymətləndirilməsi pasportundan görünür ki, ünvan 5 ünvanında yerləşən ev cavabdehlərin atası X64 mülkiyyəti kimi qeydiyyata alınmışdır. Həmçinin müəyyən edilmişdir ki, ünvan 5 ünvanında yerləşən ev cavabdehlərin ata-baba yurdlarıdır. Həmin ünvana tikilmiş 3 yaşayış evi cavabdehlərin ataları tərəfindən tikilmiş və cavabdehlər həmin ünvanda məskunlaşıb və yaşayırlar. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.5-ci maddəsinə görə 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunmuşdur.
50. Kollegiya hesab etmişdir ki, ünvan 5 ünvanında yerləşən evə dair Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış olmasa da, cavabdehlərin həmin evə gözlənilən mülkiyyət hüquq vardır.
51. Kollegiya qeyd etmişdir ki, cavabdehlərin yaşadığı ünvan 5 ünvanında yerləşən evin yerləşdiyi torpaq sahəsi dövlətin mülkiyyətində olsa da, həmin evə cavabdehlərin gözlənilən mülkiyyət hüququ mövcud olduğundan, hazırki iş üzrə iddiaçı yalnız mülkiyətçilərlə razılıq əldə etməklə tikilinin sökülməsini həyata keçirə bilər. Hazırki işdən isə görünür ki, iddiaçı cavabdehlərlə bu cür razılıq əldə etməmişdir.
52. Kollegiya onu da qeyd etmişdir ki, cavabdehlərin iddiaçı ilə iddiaçının təklif etdiyi formada razılıq əldə etməməsi mül kiyyət hüquqlarından sui-istifadə kimi qiymətləndirilə bilməz. Bunun əksinin düşünülməsi isə cavabdehlərin mülkiyyət və mülkiyyətdən irəli gələn digər hüquqlarının pozulması ilə nəticələnmiş olar.
53. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
54. Kassasiya şikayətlərinin bir sıra dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yarad ıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
55. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri təmin olunmamalıdır.
56. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6520/2022 nömrəli iş üzrə 12 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.