Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4975/2023 18.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki, Kommersiya və İnzibati Kollegiyalarının qarışıq tərkibinin QƏRARİ İddiaçı cavabdeh “X2 "xxxx"” ASC-yə qarşı iş üzrə QƏRARİ İş № 2(102)-4975/2023 (Açar sözlər: məhkəmə aidiyyətinin müəyyən edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimi Vəliyeva Elşanə Rafiq qızı, Kommersiya kollegiyasının hakimi Dadaşov İlqar Ağababaş oğlu və İnzibati kollegiyasının hakimi Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət qarışıq tərkibdə, İddiaçı cavabdeh “X2 "xxxx" ASC-yə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1429/2023 nömrəli iş üzrə 31 oktyabr 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Ali Məhkəmənin binasında məhkəmə baxışı keçirilmədən və tərəflər dəvət olunmadan baxaraq, aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh “X2 "xxxx"” ASC-yə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, ona dəymiş maddi zərərə görə 66.096 manat, mənəvi zərərə görə 10.000 manat olmaqla, ümumilikdə 76.096 manat məbləğin cavabdeh "xxxx" ASC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddia tələbini onunla əsaslandırmışdır ki, Şabran çay üzərində Aygünlü bələdiyyə ərazisində yerləşən 2 hektar torpaq sahəsini 98 il müddətinə icarəyə götürmüş dür. Həmin torpaq sahəsində qum çınqıl karxanası quraşdırılmışdır. Bakı-QubaRusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun LO1km 194-700-144-800 hissəsində Şabran şayının üzərində tikilən körpünün inşaatı başladığı andan iddiaçı işini saxlamışdır. Göstəriş olunmuşdur ki, obyekt tikinti sahəsinə yaxındır. Bundan istifadə edən podratçı şirkət X1 "xxxx" ASC tərəfindən qısa müddət ərzində qazıntı işlərinə başlayaraq zibil tullantılarını, qrunt, beton maşınlarından qalan beton tullantılarını karxananın neft məhsulları töküldüyü əraziyə tökərək ərazini bərbad vəziyyətə salmışlar. Ərazidə yerləşən 2 ədəd 4x4x1.70 ölçüdə ehtiyat su anbarını, operator otağını, 1 ədəd ayaqyolunu, ağac tinglərini məhv edərək zibil tullantılarının altında qoymuşlar. Drobilkanın ələk üçün istifadə edilən qolunu avtomaşınla vuraraq sındırıb yararsız vəziyyətə salmışlar. Bütün bu yazılanlar barədə çəkilişləri və foto şəkilləri vardır. Həmçinin tərtib olunmuş aktda qeyd olunan sayda ağaclar məhv edilərək, tullantılar altında qpyulmuşdur. İddiaçı dəymiş ziyanın cavabdehdən tutlmasını istəyir.
3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6572/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh “X2 "xxxx"” ASC-yə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər məhkəmə aidiyyət qaydalarının pozulması əsası ilə geri qaytarılmışdır.
4. İddiaçı Yasamal Rayon Məhkəməsinin 2(004)-6572/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadının ləğv edilməsi barədə şikayət verilmişdir.
5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1 429/2023 nömrəli, xx.xx.2023- cü il tarixli qərardadı ilə şikayət təmin edilmiş və məhkəmə aidiyyətinə məhkəmə baxışında araşdırılaraq qiymət verilməsi məqsəd ilə xx.xx.2022-ci il tarixli qərardad ləğv edilərək İddiaçı cavabdeh “X2 "xxxx"” ASC-yə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmişdir. Belə ki, məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün tərəflərin şifahi qaydada dinlənilməsi zərurəti yaranmışdır.
6. Məhkəmənin baxış iclasında cavabdeh X2 "xxxx"” ASC-nin nümayəndəsi Nümayəndə1 şifahi qaydada vəsatət verərək mülki iş icraata qəbul edilərkən məhkəmə aidiyyət qaydalarının pozulmasını bildirmiş və işin mahiyyəti üzrə baxılması üçün aidiyyəti üzrə kommersiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.
7. Bakı şəhəri Yasama l Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)1429/2023 saylı qərardadı ilə (hakim Günel Əkbərli) iddiaçı “İddiaçı cavabdeh “X2 "xxxx"” ASC-yə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair 2(004)-1429/2023 saylı mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
8. Qərardad onunla əsaslandırılmışdır ki, tərəflər hər ikisi sahibkarlıq fəaliyyəti ilə məşğul olduğundan, bununla da iddiaçının iddia tələbi bilavasitə cavabdehdən ayrılıqda həyata keçirdiyi sahibkarlıq fəaliyyəti zamanı ona delikt nəticəsində vurulmuş zərərlə bağlı tələb olduğundan hazırkı mübahisəyə məhkəmə aidiyyəti üzrə müvafiq kommersiya məhkəməsində baxılmalıdır. Belə ki, işin hallarından göründüyü kimi tərəflərin hər biri sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Tikinti və yenidənqurma işləri aparan cavabdeh şirkətlə (hüquqi şəxs) çay qum-çınqıl karxanası olan iddiaçı (fərdi sahibkar) arasında mübahisə məhz onların sahibkarlıq fəaliyyətini həyata keçirmələri ilə bağlı yaranmışdır. Deməli, hazırkı mübahisə iki ayrı tərəfin sahibkarlıq fəaliyyətini birgə deyil, ayrı-ayrılıqda həyata keçirdiyi zaman yaranmış deliktdən irəli gələn mübahisədir.
9. İddiaçı (vəkil Nümayəndə2) həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməklə işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsində baxılması və iş üzrə məhkəmə iclasının təyin edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir.
10. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə işin aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsi ilə bağlı düzgün nəticəyə gəlməmişdir. Belə ki, işin f aktiki hallarından görünür ki, cavabdeh 2019-cu ildə iddiaçının məlumatı və icazəsi olmadan onun torpaq sahəsini və avadanlıqlarını özbaşına istifadə edərək iddiaçıya külli miqdarda maddi ziyan vurmuşdur. Bu hal xx.xx.2020-ci il tarixli aktla təsdiq olunur. Həmin vaxt, yəni 2019-2020-ci illərdə iddiaçının adına VÖEN olmamış, o, sahibkar statusu əldə etməmişdir. İddiaçı sahibkar kimi dövlət reyestrində xx.xx.2022-ci il tarixdə qeydiyyatdan keçmiş, 1 ay sonra xx.xx.2022-ci il tarixdə onun fəaliyyəti dayandırılmışdır. Həmin 2022-ci ildə 1 aylıq sahibkarlıq fəaliyyətini 2019-cu ildə cavabdehin iddiaçıya maddi ziyan vurması ilə bağlı münasibətlərinə aid etmək olmaz. İddiaçı 2019-2020-ci illərdə sahibkar olmamış, cavabdehin ona zərər vurması ilə bağlı hərəkətlərinin iddiaçının sahibkarlıq fəaliy yəti ilə əlaqəsi yoxdur. İddiaçı 2022-ci ildəki 1 aylıq sahibkarlıq statusunun olması 2019- 2020-ci ildə cavabdehin ona delikt törətməsi ilə bağlı münasibətlərin iddiaçının sahibkarlıq fəaliyyətinə bağlanılması yanlış nəticədir. Bu baxımdan hesab edir ki, məhkəmə tərəfindən MPM-nin 25.1-ci maddəsinin tələbləri pozulmuşdur. İddiaçının sahibkarlıq fəaliyyəti ilə əlaqədar olmayan cavabdehin ona qarşı delikt törətməsinin kommersiya mübahisəsi kimi qiymətləndirilməsi hesab edir ki, yolverilməzdir.
11. Birinci instansiya məhkəməsinin 16 noyabr 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməyərək, baxılması üçün işlə birlikdə Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
12. Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.
13. Maddə 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır.
14. Maddə 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır.
15. Maddə 403-1.6. Kassasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan hakimlərin qarışıq tərkibində tərəflərin təqdim etdiyi sənədlə r əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan 10 gün müddətində baxılır.
16. Maddə 403-1.7. Kassasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 17. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarı Kassasiya instansiyası məhkəməsinin mövqeyi
18. Məhkəmə tərkibi şikayətin dəlillərini araşdırıb hesab edir ki, aşağıdakılara görə şikayət təmin edilmədən, qərardad dəyişdirilmədən saxlanılmalıdır.
19. Belə ki, işdən görünür ki, hazırkı mübahisə üzrə iddiaçı fərdi sahibkar, cavabdeh isə kommersiya hüquqi şəxsidir. Mübahisə cavabdeh tərəfindən iddiaçının icarəsində olan torpaq sahəsində mövcud olan iddiaçıya məxsus qum-çınqıl karxanasının fəaliyyətinə yaradılan maneələr nəticəsində əmlaka vurulan zərər və əldən çıxmış faydaya görə dəymiş maddi və mənəvi ziyan barədədir.
20. Məhkəmə tərkibi birinci instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşaraq hesab edir ki, işdə iştirak edən şəxslərin subyektiv tərkibinə, mübahisənin predmetinə və hüquq münasibətinin xarakterinə görə hazırki işə məhkəmə aidiyyəti üzrə kommersiya məhkəməsində baxılmalıdır. 21. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidi yyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarının 12-ci bəndində isə göstərilir ki, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsi tələb olunur.
22. Həmin Qərarın 13-cü bəndində göstərilir ki, əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir.
23. Həmin Qə rarın 14-cü bəndində göstərilir ki, əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır.
24. Məhkəmə tərkibi tərəflərin subyekt tərkibini, hər ikisinin sahibkarlıq fəaliyyətini həyata keçirdiyini, iddia edilən zərərin iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirdiyi istehsal sahəsinə aid olduğunu, mübahisənin həmin təsərrüfat obyektindən istifadəyə yaradılan maneələr nəticəsində vurulmuş real zərər və gəlirdən məhrum olma ilə bağlı yarandığına görə hesab edir ki, bu tələb həm MPM-nin yuxarıda qeyd edilən müddəalarına, həm də qeyd edilən Plenum Qərarının tələblərinə görə kommersiya mübahisəsidir.
25. Məhkəmə kassasiya şikayətinin iddiaçının maddi ziyan vuruması ilə nəticələnən hərəkətlər edilən zaman iddiaçının fərdi sahibkar statusunun olmaması, sahibkar kimi xx.xx.2022-ci il tarixdə qeydiyyatdan keçməsi və 1 ay sonra sahibkarlıq fəaliyyətini dayandırması barədə dəlilləri ilə bağlı qeyd edir ki, bu dəlillər mübahisənin kommersiya mübahisəsi olması halını aradan qaldırmır.
26. Belə ki, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarına Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 19 dekabr 2022-ci il qərarı ilə əlavə edilmiş 28ci bəndində göstərilir ki, Məhkəmələrə izah edilsin ki, fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxsin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada öz fəaliyyətini müvəqqəti dayandırması, yəni həmin şəxsin VÖEN-nin (vergi ödəyicis inin eyniləşdirmə nömrəsinin) aktiv olmaması onu fərdi sahibkar statusu olmayan şəxs kimi qiymətləndirməyə əsas vermir. Fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxs yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 34.7.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar üzrə belə uçotdan çıxarıldığı halda fərdi sahibkar statusunu itirmiş hesab edilir. Həmçinin nəzərə alınmalıdır ki, fiziki şəxsin fərdi sahibkar kimi vergi orqanında uçota alınarkən göstərilən konkret fəaliyyət istiqamət (lər)i ilə deyil, qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətinin başqa növü ilə məşğul olması işin kommersiya məhkəməsinə aidiyyətini dəyişdirmir.
27. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, iddiaçı mübahisə yaranan dövrdə fərdi sahibkar kimi qeydiyyata alınmasa da həmin qum-çınqıl sahəsindən təsərrüfat obyekti kimi istifadə etmiş və sonradan həmin fəaliyyətini sahibkar kimi qeydiyyat alınmaqla qanuniləşdirmişdir və iddia qaldırılan dövrdə artıq həm subyekt təribinə, həm predmetinə, həm də hüquq münasibətinin xarakterinə görə mübahisə kommersiya məhkəməsinə aid olmuşdur.
28. Göründüyü kimi, birinci instansiya məhkəməsi aidiyyətlə bağlı məsələni həll edərkən mülki prossesual normaların tələblərinə və müvafiq Plenum qərarının müddəalarına uyğun hərəkət etmişdir. Buna görə də kassasiya şikayətinin dəlilləri əsassızdır.
29. Bu baxımdan məhkəmə tərkibi hesab edir ki, iş Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1429/2023 nömrəli iş üzrə 31 oktyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 403-1-ci maddəsinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1429/2023 nömrəli iş üzrə 31 oktyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.