Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4976/2021 10.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər x, "xxxx" QSC-yə və "xxxx" MMC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayətinin geri qaytarılması) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16.06.2021-ci il tarixli, x nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisə hərracın və onun nətic ələri haqqında protokolun ləğv olunması və mülkiyyət hüququnun bərpa olunması tələbləri ilə bağlıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. Sumqayıt Şəhər Məhkəməsinin 16 noyabr 2020-ci il tarixli, x saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Sumqayıt şəhəri üzrə İcra İdarəsi, "xxxx" QSC və "xxxx" MMC-yə qarşı hərracın və onun nəticələri haqqında protokolun ləğv olunması və mülkiyyət hüququnun bərpa olunması tələbinə dair iddiası təmin edilməmişdir. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
3. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 mart 2021-ci il tarixli, x saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 16 noyabr 2020-ci il tarixli, x qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
4. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər-T.Quliyev (sədrlik edən və məruzəçi), G.Tağızadə və L.Məmmədova) 16 iyun 2021-ci il tarixli, x saylı qərardadı ilə həmin qətnamədən iddiaçının verdiyi kassasiya şikayəti geri qaytarılmışdır.
5. Qərardad belə əsaslandırılmışdır ki, İddiaçı qətnaməni rəsmi qaydada qəbul etdiyi vaxtdan sonra 2 ay müddətində kassasiya şikayəti verməmiş və kassasiya şikayətini bir gün gec təqdim etməklə prosessual müddəti ötürmüşdür. Bundan əlavə, şikayət verən şəxs Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 mart 2021-ci il tarixli, x saylı qətnaməsinin əsassızlığının nədən ibarət olması əsaslandırılmamış və kassasiya şikayətində qətnamənin ləğv olunması daha sonra işin yenidən ona baxmış birinci instansiya məhkəməsinə qaytarılması ba rədə qərarın qəbul edilməsin xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
6. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək onun ləğv olunmasını xahiş etmişdir.
7. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, xəbərnamədəki imza ona məxsus deyil. O, xəbərnaməyə imza atmamışdır. O, qətnaməni 04.04.2021-ci il tarixdə almışdır. Qətnaməni alarkən onun heç bir yerə imza atmağı tələb olunmayıb. Hesab edir ki, həmin xəbərnamədəki imzanın ona məxsus olub-olmaması barədə ekspertiza keçirilməli, həmin imzanın mənə məxsus olub-olmaması müəyyən olunmalıdır. İddiaçı qətnamədən 03 iyun 2021-ci il tarixdə kassasiya şikayəti vermişdir və həmin tarixdə poçt vasitəsilə şikayətini apellyasiya məhkəməsi nə göndərmişdir və 04 iyun 2021-ci il tarixdə kassasiya şikayəti apellyasiya məhkəməsinə daxil olmuşdur. O, qətnamədən qanunla müəyyən olunmuş müddətdə şikayət vermişdir. Kassasiya şikayəti vermə müddətini ötürməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. a) Məhkəmə icraatı iştirakçılarının izahatları
9. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
10. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
11. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.
12. Maddə 135.2 və 135.3. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ail ə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir.
13. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.
14. Maddə 405.0.1. maddəsinə görə, kassasiya şikayəti qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilir.
15. Maddə 407.1.1 və 407.1.5. Kassasiya şikayəti tərtib edildikdə şikayətdə, şikayətin verildiyi məhkəmənin adı və ünvanı; şikayəti verən şəxsin soyadı, adı, atasının adı, iş yeri, yaşayış yeri, yaxud olduğu yer və işdə prosessual vəziyyəti, şikayəti verən hüquqi şəxsin adı, yerləşdiy i ünvan; şikayət olunan məhkəmə aktını qəbul etmiş məhkəmənin adı, aktın qəbul edildiyi tarix, mübahisənin predmeti; şikayəti verən şəxsin tələbi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması və şikayətə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir.
16. Maddə 408.1.1, 408.1.4 və 408.1.5. Kassasiya şikayəti bu Məcəllənin 407.1-ci maddəsinin tələblərinə cavab vermirsə, kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət verilməmişsə, habelə kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə kassasiya şikayəti qaytarılır.
17. Maddə 408.2. Bu Məcəllənin 408.1.1. və 408.1.3.-408.1.5-ci maddələrində nəzərdə tutulmuş hallarda kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən, 408.1.2-ci maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda kassasiya şikayəti kassasiya instansiyası məhkəməsi tərəfindən, 408.1.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda isə kassasiya şikayətinin qaytarılması barədə ərizənin daxil olduğu vaxt işin şikayətlə hansı instansiya məhkəməsində olmasından asılı olaraq apellyasiya və kassasiya instansiyası məhkəmələri tərəfindən qaytarılır.
18. Maddə
416. Kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
19. Hazırkı kassasiya şikayətində qərardad iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apelya siya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
20. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
21. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişdir.
22. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 mart 2021-ci il tarixli, x saylı qətnaməsinin surəti 30 mart 2021-ci tarixdə poçt vasitəsi ilə tərəflərə göndərilmiş, İddiaçı şəxsən poçt göndərişinin xəbərnaməsinə 02 aprel 2021-ci il tarixdə imza etməklə qətnamənin surətini rəsmi qaydada qəbul etmişdir.
23. İddiaçı və onun vəkili Vəkil kassasiya şikayəti 03 iyun 2021-ci i tarixdə poçt xidmətinə təqdim olunmuş və kassasiya şikayəti 04 iyun 2021-ci il tarixdə apelyasiya məhkəməsinə daxil olmuşdur.
24. Göründüyü kimi İddiaçı qətnaməni rəsmi qaydada qəbul etdiyi vaxtdan sonra 2 ay müddətində kassasiya şikayəti verməmiş və kassasiya şikayətini bir gün gec təqdim etməklə prosessual müddəti ötürmüşdür.
25. Bundan əlavə kassasiya şikayətində Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 mart 2021-ci il tarixli qətnaməsinin əsassızlığının nədən ibarət olması əsas landırılmamış və kassasiya şikayətində qətnamənin ləğv olunması daha sonra işin yenidən ona baxmış birinci instansiya məhkəməsinə qaytarılması barədə qərarın qəbul edilməsin xahiş etmişdir.
26. Kollegiya hesab edir ki, apellyasiya məhkəməsinin yuxarıda göstərilən hallara və prosessual hüquq normalaraına istinad edərək kassasiya şikayətini geri qaytarması qanuni və əsaslı olmuşdur (§ 10-17).
27. Bu qənaətə gələrkən məhkəmə kollegiyası onu da nəzərə alır ki, apellyasiya məhkəməsi kassasiya şikayətinin mümkünlüyünə baxılması üçün məhkəmə iclası təyin etmiş və bu barədə iddiaçıya bildiriş göndərmişdir. İşdə olan poçt qəbzindən görünür ki, həmin bildiriş ünvanda qəbul edilmişdir. Buna baxmayaraq iddiaçı həmin məhkəmə iclasına getməmiş, hazırkı şikayətin də əsaslarını təşkil edən faktiki hallara dair sübutlarını apellyasiya məhkəməsinə təqdim etməmişdir. Belə olan halda kassasiya şikayətinin dəlilləri qərardadın ləğv edilməsi üçün əsas ola bilməz.
28. Ona görə də apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
29. Göstərilənlərə əsasən və MPM-in 417-419 və 421-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16.06.2021-ci il tarixli, x nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.