Məhkəmə qərarları › İş №2(102)-4979/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4979/2019

03.07.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4979/2019 03.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, Cavabdeh2, onun vəkili ***nun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30.10.2018-ci il tarixli, 2(103)10877/2018 nömrəli qətnaməsindən İddiaçı MMC-nin kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdehlər 01 saylı Notariat Kontoruna, Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavab deh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 1 saylı notariat kontoru tərəfindən 19.06.2017-ci il tarixdə, reyestrdə 7E-1614598 nömrə ilə verilmiş təsdiqin və onun əsasında Cavabdeh2 tərəfindən səlahiyyətlərin ötürülməsi qaydasında X9 adından 01.07.2017-ci il tarixdə verilən və cavabdeh Bakı şəhəri 1 sayılı notariat kontoru tərəfindən reyestrdə 7E8508 nömrə ilə qeyd edilən etibarnamənin etibarsız hesab edilərək, ləğv edilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 02.07.2018-ci il tarixli 2(009)-894/2018 saylı qətnaməsi ilə (hakim E.Rəhimov) İddiaçı MMC-nin cavabdehlər 1 saylı notariat kontoruna və Cavabdeh2 qarşı etibarnamənin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki K ollegiyasının (hakimlər R.Ə.Qurbanov, E.Q.Nəbiyev, A.N.İmanov) 30.10.2018-ci il tarixli, 2(103)-10877/2018 nömrəli qətnaməsi ilə İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-894/2018 saylı mülki iş üzrə qəbul etdiyi 02.07.2018ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı MMC-nin nümayəndəsi və vəkili X3 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30.10.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı MMC-nin nümayəndəsi və vəkili X3 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30.10.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, onun ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdirlər. Kassa siya şikayəti belə əsaslandırılmışdır ki, Cavabdeh2 Heinz-Günter Vendelin ona verdiyi etibarnamədən istifadə edərək X6 Heinz-Günter Vendelin adından 01.07.2017ci il tarixli etibarnamə verərək hərəkətlər etmək səlahiyyəti verilmişdir. Etibarnamədən suiistifadə olunaraq qərəzli olaraq hüquqi əsası olmayan Brockschmidt Hans-Dieter Jürqenin direktor kimi səlahyyətlərinə xitam verilməsi barədə işdən çıxma əmri verilmiş, lakin məhkəmənin qanuni qüvvəsini almış qətnaməsinə əsasən əmr etibarsız hesab edilmişdir. Belə olan halda hüququn pozulmasına əsas olan sənədlərin mübahisələmdirilməsi üçün subyektiv hüquq yaranmış olur. Belə ki, hüququ pozulan şəxs məhz İddiaçı MMC-nin direktoru Brockschmidt Hans-Dieter Jürqen olmuşdur, ancaq nədənsə məhkəmə hesab etmişdir ki, subyektiv hüququn pozulması faktı müəyyən edilmir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən Cavabdeh2, onun vəkili ***nun kassasiya şikayətinin dəlilləri ilə razılaşmadığını vurğulayaraq şikayətin təmin edilməməsini Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30.10.2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Digər tərəflər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında digər tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası m əhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 30.10.2018-ci il tarixli qətnaməsi ilə İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin etməyərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-894/2018 saylı mülki iş üzrə qəbul etdiyi 02.07.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlayarkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, İddiaçı” MMC-nin təsisçisi Herbert İddiaçı Manfred olmuş və o 31.12.2016-cı il tarixdə vəfat etmişdir. 2005-ci il tarixli vəsiyyətnaməy ə əsasən X9 miras qoyanın vərəsələrinin 23 yaşı tamam olana qədər miras üzrə vəsiyyətnamənin icraçısı təyin edilmişdir. X9 tərəfindən Cavabdeh2 Almaniya Federativ Respublikasında etibarnamə verilmişdir. X1 Respublikasının notariusu Dr. Volker Stange tərəfindən 07.06.2017-ci il tarixdə qeydiyyat nömrəsi 304/2017, 910E-434/2017 reyestr nömrəsi ilə təsdiq edilmişdir. Cavabdeh 1 saylı notariat kontoru Almaniya Federativ Respublikasında verilmiş və orada mətni Azərbaycan dilinə tərcümə edilmiş etibarnamənin sonuncu səhifəsinin məzmununu tərcümə etmiş tərcüməçi ***nın imzasının həqiqiliyini 19.06.2017ci il tarixdə 7E-1614598 reyestr nömrəsi ilə təsdiq etmişdir. 1 saylı notariat kontoru tərəfindən 7E-8508 nömrə ilə təsdiq edilmiş etibarnamə 01.07.2017-ci il tarixdə HeinzGünter Vendel tərəfindən v erilmiş etibarnamə üzrə Cavabdeh2 tərəfindən X6 verilmiş və sözü gedən bu etibarnamə X4 21.08.2017-ci il tarixli ərizəsinə əsasən 1 saylı Notariat Kontoru tərəfindən ləğv edilmişdir. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, iddiaçı tərəfindən irəli sürülmüş cavabdeh Bakı şəhəri 1 saylı kontoru tərəfindən 19.06.2017-ci il tarixdə, reyestrdə 7E-1614598 nömrə ilə verilmiş təsdiqin etibarsız hesab edilməsi tələblərinin qanuni əsasını Mülki Məcəllənin 19-cu maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Apell yasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, hazırkı işdə həmin maddənin tətbiq edilməsi üçün əsaslar mövcud deyildir. Belə ki, sənəd tərcüməçi vasitəsilə bir dildən başqa dilə tərcümə olunduqda notarius yalnız tərcüməçinin imzasının həqiqiliyini təsdiq edir. 1 saylı Notariat Kontorunun notariusu Almaniya Federativ Respublikasında verilmiş və orada mətni Azərbaycan dilinə tərcümə edilmiş etibarnamənin sonuncu səhifəsinin məzmununu tərcümə etmiş tərcüməçi ***nın imzasının həqiqiliyini 19.06.2017-ci il tarixdə 7E-1614598 reyestr nömrəsi ilə təsdiq etmişdir. Göründüyü kimi notariusun hərəkətlərində etiibarnamə ilə bağlı hər hansı qanunsuzluq olmamışdır. Apellyasiya instansiyası doğru olaraq qeyd etmişdir ki, həmin təsdiq yalnız o zaman etibarsız hesab edilə bilər ki, etibarn amənin sonuncu səhifəsini həmin tərcüməçi tərcümə etməsin. Lakin hazırkı işdə bu hal müəyyən olunmur. Belə ki, tərcüməçi X2 birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş və o, öz ifadəsində bildirmişdir ki, mübahisə olunan sənədi Alman dilindən Azərbaycan dilinə o, tərcümə etmiş və həmin tərcümə olunmuş sənəddə tərcüməni təsdiq edən imza ona məxsusdur. Bu baxımdan həmin təsdiqin etibarsız hesab edilməsi üçün heç bir əsas yoxdur. Ona görə də, həmin iddia tələbləri düzgün olaraq rədd edilmişdir. Eyni zamanda mübahisəli 01.07.2017-ci il tarixli etibarnamənin etibarsız hesab edilməsi tələbləri də düzgün olaraq əsassız hesab edilmişdir. Belə ki, mübahisələndirilən etibarnamə iddiaçının adından verilməyib, yəni o, həmin əqd üzrə tərəf deyildir. Çünki həmin etibarnamə üzrə etibar edə n Cavabdeh2 etibar edilən isə X8 olmuşdur. Bununla yanaşı iddiaçı həmin etibarnamənin etibarsız hesab edilməsi tələbini irəli sürmüşdür. Halbuki əqdlərin etibarsızlığından bəhs edən Mülki Məcəllənin 337.2-ci maddəsindən görünür ki, əqdin etibarsız hesab edilməsi tələbinin irəli sürməsi hüququ yalnız əqdin tərəfinə məxsusdur. Belə ki, həmin maddədə təsbit olunmuşdur ki, əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Göründüyü kimi əqdin mübahisələndirilməsi üçün ilk olaraq əqdin bir tərəfinin digər tərəfə bununla bağlı iradə ifadəsinin bildirilməsi tələb olunur. İdd iaçının mübahisəli etibarnamə üzrə nə etibar edən, nə də etibar edilən olmadığını nəzərə alınaraq hesab edilir ki, o mübahisəli etibarnamənin etibarsız hesab edilməsi tələblərini irəli sürmək hüququna malik şəxs kimi qəbul edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi iddianı rədd edərkən gəldiyi qənaəti aşağıdakı kimi əsaslandırmışdır. Belə ki, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 68-ci maddəsinə əsasən notarius müvafiq dilləri bilmədiyi halda, sənədləri tərcüməçi tərcümə etməli, onun imzasının həqiqiliyini isə notarius təsdiq etməlidir. “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 9-cu bəndinə əsasən əgər notariat hərəkətinin aparılması üçün müraciət etmiş şəxs dövlət dilini bilmirsə, rəsmiləşdirilmiş sənədin mətni ona notarius, yaxud tərcüməçi tə rəfindən tərcümə olunmalıdır. Həmin sənədin notarius tərəfindən edilmiş tərcüməsinin düzgünlüyü və ya sənədi tərcümə etmiş tərcüməçinin imzasının həqiqiliyi təsdiq olünur. Notariat hərəkəti aparılarkən, eyni zamanda başqa dilə də tərcümə edilərsə, bu Təlimatın 134-cü və 135-ci hissələrində göstərilmiş qaydaya riayət olunmalıdır. Həmin Təlimatın 134-cü və 135-ci bəndlərində isə təsbit olunmuşdur ki, notariat hərəkəti aparılarkən (əqdin təsdiq edilməsi, surətin düzgünlüyünün təsdiq olunması və s.) eyni zamanda başqa dilə tərcümə də edilərsə, tərcümə sənədin əsli ilə bir vərəqdə, hər iki mətn bir-birinin yanında, şaquli xətlə ayrılan bir səhifə elə yerləşdirilir ki, mətnin əsli sol tərəfdə, tərcümə isə sağ tərəfdə olsun. Mətnin hamısı tərcümə olunmalı və imzalarla qurtarmalıdır. Tərcümənin sonunda tərcüməçinin imzası olur. Bu halda notarius əvvəl tərcüməçinin imzasının həqiqiliyini, sonra isə sənədi təsdiq edir. Təsdiq qeydləri sənədin və sənəddən tərcümənin mətnlərinin sonunda ifadə olunur. Tərcümə sənədin əslindən ayrı vərəqdə də verilə bilər. Bu halda tərcümə sənədin əslinə və ya notariat qaydasında təsdiqlənmiş surətinə əlavə olunur, qaytanla ona tikilir və notariusun imzası və şəxsi gerbli möhürü ilə təsdiq edilir. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, iddia tələbləri buna müvafiq subyektiv hüququ olmayan şəxs tərəfindən qaldırıldığından, sübutlar araşdırılmadın rədd olunmalıdır. Eyni zamanda əgər iddiaçı həmin etibarnamə ilə müəyyən hərəkətlərin edildiyini və həmin hərəkətlərin onun hüquq və maraqlarına toxunduğunu id dia edirsə, onda etibarnamənin özünü deyil, həmin hərəkətləri mübahisələndirə bilər. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstə rilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı MMC-nin kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30.10.2018-ci il tarixli, 2(103)-10877/2018 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar