Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4979/2021 02.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı cavabdeh Rüstəmov Rauf Camal oğluna qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4979/21 (Açar sözlər: əmlak bölgüsü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən və məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, İddiaçı: İddiaçı və nümayəndəsi X1 iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 mart 2021-ci il tarixli, 2(105)-922/2021 saylı qətnaməsindən Cavabdeh kassasiya şikayəti üzrə işə 02 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, İddiaçı məhkəmədə Cavabdeh qarşı ilk iddia qaldıraraq, sonuncudan "xxxx" ASC olan kredit borcunun yarı hissəsinin, yəni 5.262 manat, nikahdan əvvəl verdiyi 3.000 ABŞ dolları və mənəvi zərərə görə 5.000 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Cavabdeh isə məhkəmədə İddiaçı qarşı qarşılıqlı iddia verərək, birgə mülkiyyətləri sayılan dəyəri 18.000 manat olan “BMW X-5” markalı, ** XN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində dəyərində payının ½ hissəsinin, yəni 9.000 manat, dəyəri 10.000 manat olan Siyəzən şəhəri, 28 may küçəsində yerləşən, mişar daşı ilə hasarlanmış 5 sot torpaq sahəsində payının ½ hissəsinin və yaxud dəyərində pay ının 1/2 hissəsinin, dəyəri 1.000 manat olan “LC markalı” televizorun dəyərində payının 1/2 hissəsinin, dəyəri 540 manat olan soyuducunun və ya dəyərinin 1/2 hissəsinin, dəyəri 150 manat olan paltaryuyan maşının dəyərinin 1/2 hissəsinin, dəyəri 1.158 manat olan “Alfon-7” markalı telefonun dəyərinin 1/2 hissəsinin, evdən gedərkən apardığı 400 ABŞ dollar və 100 avronun 1/2 hissəsinin, cəmi dəyəri 30.848 manat olan birgə mülkiyyətlərində olan əmlakın 1/2 hissəsinin və yaxud onların dəyəri olan 15.424 manat pulun, 200 ABŞ dollarının, 50 avronun və evdən gedərkən özü ilə apardığı anasına məxsus çəkisi 4 qram, dəyəri 300 manat olan nişan üzüyünün, habelə "xxxx" KB ASC-dən 25 oktyabr 2018-ci ildə birinci dəfə götürülmüş 5.000 manat və sonradan 26 aprel 2019-cu ildə götürülmüş 10.439,73 manat pulu n 1/2 hissəsini təşkil edən 5.219 manat pulun İddiaçı tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Şabran Rayon Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim Ç.Ə.İsgəndərov) ilk və qarşılıqlı iddia ərizələri qismən təmin edilərək, Cavabdeh "xxxx" ASC olan borcun yarısı, yəni 4.627,79 manat pulun (Kapitalbank ASC ödənilməsi üçün) pulun tutulub İddiaçı ödənilməsi, habelə İddiaçı “BMW X-5” markalı, ** XN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin dəyərinin ½ hissəsinin, Siyəzən şəhəri, 28 may küçəsində yerləşən, mişar daşı ilə hasarlanmış 5 sot torpaq sahəsində payının 1/2 hissəsinin, dəyəri 700 manat olan “LC markalı” televizorun dəyərinin 1/2 hissəsinin, dəyəri 540 manat olan soyuducunun dəyərinin 1/2 hissəsinin, dəyəri 150 manat olan paltaryuyan maşının dəyərinin ½ hissəsinin alınıb Cavabdeh verilməsi və qalan hissədə qarşılıqlı iddianın rədd olunması qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, tərəflər 10 iyun 2016-cı il tarixdə rəsmi nikah əsasında ailə qurublar və onların birgə nikahdan övladları olmayıb. Tərəflər bir ailədə yaşadıqları müddətdə 08 iyun 2018-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" ASC tərəfindən İddiaçı 48 ay müddətinə, illik 27.84 faizlə 6.300 manat kredit verilib. 2018-2019-cu il tarixli qəbzlərə əsasən İddiaçı müxtəlif vaxtlarda "xxxx" ASC olan kredit borcundan ödənişlər edib. Habelə 25 oktyabr 2018-ci il tarixli ödənişin təyinatı sənədlərinə əsasən Cavabdeh "xxxx" KB ASC- dən 10.439.73 manat kredit götürüb. Eyni zamanda tərəflər birgə nikahda olub bir yerdə yaşadıqları müddətdə İddiaçı alqı-satqı yolu ilə “BMW X-5” markalı nəqliyyat vasitəsini satın alıb. 05 mart 2018-ci il tarixli çıxarışa əsasən Siyəzən şəhərində yerləşən 0,5 ha həyətyanı torpaq sahəsi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydə alınıb. Bundan əlavə, Cavabdeh ailənin birgə istifadəsi üçün 700 manat dəyərində “LG markalı” televizor, 540 manat dəyərində “soyuducu” və 95 manat dəyərində “paltaryuyan maşın” alıb. Həmin əmlaklar İddiaçı qalıb. Qeyd olunan əmlaklar tərəflərin birgə mülkiyyəti hesab edilməklə, həmin əmlaklarda onların hər birinin 1/2 hissədə payları vardır. Ona görə də ilk və qarşılıqlı iddialar qismən təmin edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Ailə Məcəllə sinin 32.1, 32.2.2, 36.3, 37.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. İddiaçı apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ilk iddianın təmin olunmayan, qarşılıqlı iddianın təmin olunan hissələrində ləğv edilib, ilk iddianın tam təmin, qarışlıqlı iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apellyasiya instansiyası məhkəməsində icraat Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər T.O.Quliyev sədrlik edən, məruzəçi, G.F.Tağızadə və L.M.Məmmədova) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Şabran Rayon Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli qətnaməsi qismən- İddiaçı “BMW X-5” markalı, ** XN *** dövlət qeydiyya t nişanlı nəqliyyat vasitəsinin dəyərinin 1/2 hissəsinin, qiyməti 700 manat olan “LC markalı” televizorun dəyərinin 1/2 hissəsinin, qiyməti 540 manat olan soyuducunun dəyərinin 1/2 hissəsinin, qiyməti 150 manat olan paltaryuyan maşının dəyərinin 1/2 hissəsinin alınıb Cavabdeh verilməsi hissəsində ləğv edilib, həmin hissədə qarşılıqlı iddia rədd edilib, qalan mübahisələndirilən hissədə qətnamə dəyişdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, tərəflər 10 iyun 2016-cı il tarixdə rəsmi nikah əsasında ailə qurublar və onların birgə nikahdan övladları olmayıb. Tərəflər bir ailədə yaşadıqları müddətdə 08 iyun 2018-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" ASC tərəfindən İddiaçı 48 ay müddətinə, illik 27.84 faizlə 6.300 manat kredit verili b. 2018-2019-cu il tarixli qəbzlərə əsasən İddiaçı müxtəlif vaxtlarda "xxxx" ASC olan kredit borcundan ödənişlər edib. Habelə 25 oktyabr 2018-ci il tarixli ödənişin təyinatı sənədlərinə əsasən Cavabdeh "xxxx" KB ASC-dən 10.439.73 manat kredit götürüb. Eyni zamanda “BMW X-5” markalı nəqliyyat vasitəsi mülkiyyət hüququ üzrə Mehman Bayramovun adına qeydə alınıb. 05 mart 2018-ci il tarixli Çıxarışa əsasən Siyəzən şəhərində yerləşən 0,5 ha həyətyanı torpaq sahəsi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyatdan keçib. Bundan əlavə, mübahisəli 700 manat dəyərində “LG markalı” televizorun, 540 manat dəyərində “soyuducu”nun və 95 manat dəyərində “paltaryuyan maşın”nın tərəflərin ümumi gəlirləri hesabına əldə olunması mülki iş materialları ilə təsdiq olunmur. Ona görə də qarşılıqlı iddia ərizəsi sö zügedən əmlaklara aid hissədə rədd edilməlidir. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Ailə Məcəlləsinin 32.1, 34.1, 37.1-ci maddələrinin və digər maddi və prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qarşılıqlı iddianın rədd olunması hissəsində ləğv edilib, mülki işin həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual h üquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı və nümayəndəsi Mehman Bayramov məhkəmə iclasında iştirak etsələr də vəkillə birgə təmsil olunmadıqları üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərini izah etməklə onları məhkəmə iclasında dinləmədi. Cavabdeh və vəkili Vəkil məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəbdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. T ətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsi: Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2.2-ci maddəsində göstərilir ki, ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər- arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir. Həmin Məcəllənin 36.1-ci maddəsinə görə, ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tə ləbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər- arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Həmin Məcəllənin 36.8-ci maddəsinə əsasən, ər-arvadın ümumi əmlakı bölündükdə, nikah dövründə həmin əmlakın bölünməmiş hissəsi, eləcə də nikah dövründə sonradan qazanılmış əmlak onların birgə mülkiyyətini təşkil edir. Həmin Məcəllənin 37.1-ci maddəsinin tələbinə əsasən, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Həmin Məcəllənin 37.3-cü maddəsində göstərilir ki, ümumi əmlak bölünərkən ərarvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kassasiya b axışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qarşılıqlı iddianın təmin olunmayan hissəsində ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında yalnız mübahisəl əndirilən hissədə yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər 10 iyun 2016-cı il tarixdə rəsmi nikah əsasında ailə qurublar və onların birgə nikahdan övladları olmayıb. Hazırda Cavabdeh, mübahisəli “BMW X-5” markalı nəqliyyat vasitəsinin; 700 manat dəyərində “LG markalı” televizorun, 540 manat dəyərində “soyuducu”nun və 95 manat dəyərində “paltaryuyan maşın”nın İddiaçı ilə birgə nikahları dövründə, ümumi gəlirləri hesabına əldə etdiklərini və bu səbəbdəndə həmin əmlakların onlar arasında bərabər paylarda bölünməsini iddia edir. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə ilə razılaşmayıb haqlı olaraq qeyd etmişdir ki, Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarə lərinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Həmin Məcəllənin 34.1-ci maddəsinə nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəkilində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Apellyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, işə əlavə edilmiş sübutları, o cümlədən İddiaçı apellyasiya şikayətinin dəlillərini araşdırıb müəyyən etmişdir ki, 23 noyabr 2018-ci il tarixli “Nəqliyyat vasitəsinin qeydiyyat Şəhadətnaməsi”nə əsasən mübahisəli “BMW X-5” markalı nəqliyyat vasitəsi mülkiyyət hüququ üzrə İddiaçı deyil, Mehman Bayramovun adını qeydə alınıb və bu gün də həmin sənədlər qüvvədədir. Belə olan halda sözügedən nəqliyyat vasitəsi tərəflər arasında bərabər paylar üzrə bölünə bilməz. Həmçinin, qanuni qüvvəyə minmiş Şabran Rayon Məhkəməsinin 26 sentyabr 2019cu il tarixli qətnaməsi ilə Azad Novruzovun “BMW X-5” markalı nəqliyyat vasitəsinin İddiaçı və Mehman Bayramovun qanunsuz sahibliyindən geri qaytarılması barədə iddiası əsassız olduğundan rədd edilib. Apellyasiya instansiyası məhkəməsi eyni zamanda qeyd etmişdir ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddia üzrə İddiaçı dəyəri 700 manat olan “LC markalı” televizorun dəyərinin 1/2 hi ssəsinin, dəyəri 540 manat olan soyuducunun dəyərinin 1/2 hissəsinin, dəyəri 150 manat olan paltaryuyan maşının dəyərinin 1/2 hissəsinin alınıb Cavabdeh verilməsi hissəsində də səhv nəticəyə gəlib. Belə ki, Cavabdeh sözügedən əmlakın İddiaçı ilə birgə nikahları dövründə ümumi gəlirləri hesabına əldə etdiklərini göstərsə də, tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir mötəbər yazılı sübut təqdim etməyib. Eyni zamanda, həmin əmlakların məhz tərəflərin birgə nikahları dövründə və Cavabdeh tərəfindən alınması və sözügedən əmlakların İddiaçı qanunsuz sahibliyində qalması inandırıcı olmayıb, başqa sübutlarla öz təsdiqini tapmır və işin araşdırılan halları ilə təkzib olunur. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tər əflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya şikayətində göstərilən dəlillər üzrə araşdırma aparılmır və onlara qiymət vermir (Mülki Prosessual Məcəllənin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb həmçinin hesab edir ki, Cavabdeh kassasiya şikayəti ilə eyni məzmunlu olan qarşılıqlı iddia tə ləblərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün, həmin dəlilləri təkrar müzakirə etməyə lüzum görmür. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 mart 2021-ci il tarixli, 2(105)-922/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4979/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-4979/2021
02.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver