Məhkəmə qərarları › İş №2(102)-498/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-498/2024

12.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-498/2024 12.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı ilk iddia tələbi, Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qızna qarşı qarşılıqlı iddia tələbi ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-498/2023 (Açar sözlər: qarşılıqlı pul tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4959/2023 nömr əli, 02 oktyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh (vəkil Nümayəndə) tərəfindən verilmiş kassasiya şikayətinə 12 fevral 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı xx.xx.2009-cu il tarixdə Cavabdeh atası X4 ilə rəsmi nikaha daxil olmuşdur. Dadaş Rzayev xx.xx.2012-ci il tarixdə vəfat etmişdir.

2. Sumqayıt şəhəri, Novxanı bağ massivində 0,12 ha torpaq sahəsi olan B-1988 ünvanında yerləşən, ümumi sahəsi 44,1 kv.m., 30,4 kv.m. yaşayış sahəsi, yardımçı sahəsi 13,7 kv.m. olan 2 otaqlı bağ evinin 1/2 hissədə İddiaçı vərəsəlik hüququ üzrə mənsub olub. Həmin ev Cavabdeh tərəfindən X1 50.000 manat məbləğə İddiaçı razılığı olmadan satılıb.

3. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-10/2022 nömrəli, 30 m art 2022-ci il tarixli qətnaməsinə əsasən, İddiaçı iddiası qismən təmin edilmiş, Bakı şəhəri 26 saylı Notariat ofisinin xüsusi notariusu İ.B.Hüseynov tərəfindən Sumqayıt şəhəri, Novxanı bağ yaşayış massivində yerləşən 0,12 ha torpaq sahəsində 1 mərtəbəli, 2 otaqlı, 30,4 kv.m. yaşayış, 13,68 kv.m. köməkçi sahədən ibarət B-1988 nömrəli bağ evinə xx.xx.2013-cü il tarixdə Cavabdeh adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilmiş, Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 0,12 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 30,4 kv.m. yaşayış, 13,68 kv.m. köməkçi sahədən ibarət B-1988 nömrəli bağ evi İddiaçı tərəfindən qəbul edilmiş hesab edilmiş, qalan hissədə iddia təmin edilməmişdir.

4. Həmin qətnamə ilə ******* saylı, xx.xx.2019-cu il tarixl i daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən, Cavabdeh Sumqayıt şəhəri, Novxanı bağ massivində 0,12 ha torpaq sahəsi olan B-1988 ünvanında yerləşən, ümumi sahəsi 44,1 kv.m., 30,4 kv.m. yaşayış sahəsi, yardımçı sahəsi 13,7 kv.m. olan 2 otaqlı bağ evini Elnarə Həsənovaya 50.000 manata satması, İddiaçı Cavabdeh tərəfindən sözügedən əmlakın satışından əldə olunmuş vəsaitdən 7.000 manat pul verilməsi müəyyən edilmişdir.

5. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1627/2022 nömrəli, 26 sentyabr 2022-ci il tarixli qətnaməsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-10/2022 nömrəli, 30 mart 2022-ci il tarixli qətnaməsi Cavabdehna aid hissədə dəyişdirilmədən saxlanılmışdır.

6. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-551/2023 nömrəli, 15 fevral 2023-cü il tarixli qərarına əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1627/2022 nömrəli, 26 sentyabr 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

7. İddiaçı (bundan sonra iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh və ya İddiaçı)) Cavabdeh (bundan sonra cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı və ya Cavabdeh)) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 18.000 (on səkkiz min) manat məbləğində pulun alınaraq ona verilməsi ödənilmiş dövlət rüsumunun cavabdehə aid edilməsi barədə qətnamə qəbul olunmasınıi xahiş etmişdir.

8. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Dadaş Rzayevlə xx.xx.2009-cu il tarixdə rəsmi nikaha daxil olmuşdur. X8 xx.xx.2012-ci il t arixdə vəfat etmişdir. Onun əvvəlki arvadından olan oğlu iş üzrə Cavabdeh ərindən miras qalan Sumqayıt şəhəri Novxanı bağ massivində yerləşən 0,12 ha torpaq sahəsində 1 mərtəbəli, 2 otaqlı, 30,4 kv.m. yaşayış, 13,68 kv.m. köməkçi sahədən ibarət B-1988 nömrəli evi onun məlumatı olmadan satmışdır. O, “Qanun üzrə vərəsəliyin, reyestrdən çıxarışın ləğv edilməsi, miras əmlakın qəbul edilmiş hesab edilməsi, miras əmlakın bölünməsi tələbinə dair” iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)10/2022 nömrəli, 30 mart 2022-ci il tarixli qətnaməsi ilə iddiası qismən təmin edilmiş, Bakı şəhəri 26 saylı Notariat ofisinin xüsusi notariusu İ.B.Hüseynov tərəfindən Sumqayıt şəhəri, Novxanı bağ yaşayış massivində yerləşən 0,12 ha torpaq sahəsində 1 mərt əbəli, 2 otaqlı, 30,4 kv.m. yaşayış, 13,68 kv.m. köməkçi sahədən ibarət B-1988 nömrəli bağ evinə xx.xx.2013-cü il tarixdə Cavabdeh adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilmiş, Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 0,12 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 30,4 kv.m. yaşayış, 13,68 kv.m. köməkçi sahədən ibarət B-1988 nömrəli bağ evi onun tərəfindən qəbul edilmiş hesab edilmiş, qalan hissədə iddia təmin edilməmişdir. Qətnamədə həmçinin göstərilmişdir ki, “məhkəmə miras əmlakda tərəflərin payına qiymət verməklə, onun satışından əldə olunmuş vəsaitlə bağlı iddiaçının tələb hüququnu tanıyır, bu hüququn həyata keçirilməsində müəyyənlik yaratmaq məqsədini güdür”. Habelə, Cavabdehlə Elnarə Həsənova arasında Sumqayıt şəhəri 4 say lı notariat ofisində bağlanmış, xx.xx.2019-cu il tarixli AN-İ, ******* №-li daşınmaz əmlakın alğı-satqı müqaviləsindən görünür ki, Cavabdeh torpaq sahəsini və bağ evini 50.000 manata satmışdır. Qeyd edilən məbləğ miras əmlakın satışından əldə edildiyindən həmin məbləğin 1/2 hissəsi (25.000 manat) ona mənsubdur. Qeyd olunmalıdır ki, həmin məbləğdən Cavabdeh ona 7.000 manat pul vermişdir. Qalan 18.000 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq ona verilməlidir.

9. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı 20.000 manat məbləğində pulun və qarşılıqlı iddia ərizəsinin verilməsi üçün ödənilmiş 150 manat məbləğində dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

10. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, İddiaçı 25.000 manat məbləğində pul alınaraq ona verilməlidir. Belə ki, İddiaçı istinad etdiyi Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-10/2021 nömrəli, 30 mart 2022-ci il tarixli qətnaməsindən göründüyü kimi İddiaçı ilkin olaraq Bakı şəhəri 26 saylı Notariat Ofisinin xüsusi notariusu İ.B.Hüseynov tərəfindən Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 0,12 ha torpaq sahəsində 1 mərtəbəli, 2 otaqlı, 30,4 kv.m. yaşayış, 13,68 kv.m. köməkçi sahədən ibarət B-1988 nömrəli bağ evinə xx.xx.2013-cü il tarixdə Cavabdeh adına verilmiş qanun üzrə vərəsəllik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, Bakı şəhəri 26 saylı Notariat Ofisinin xüsusi notariusu İ.B.Hüseynov tərəfindən "xxxx" Mənzil Tikinti Kooperativinin nizamnamə kapitalındakı payının 1/1 hissədə Cavabdeh adına verilməsi barədə xx.xx.2015-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, xx.xx.2008-ci il tarixli, MH seriyalı. ******* saylı reyestrdən çıxarışa əsasən həyat yoldaşı Dadaş Rzayevin mülkiyyətində olan, Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 0,12 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 30,4 kv.m. yaşayış, 13,68 kv.m. köməkçi sahədən ibarət B-1988 bağ evinin onun tərəfindən miras kimi qəbul edilmiş hesab edilməsi, xx.xx.2008-ci il tarixli, MH seriyalı, ******* saylı reyestrdən çıxarışa əsasən həyat yoldaşı Dadaş Rzayevin mülkiyyətində olan Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 0,12 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 30,4 kv.m. yaşayış, 13,68 kv.m. köməkçi sahədən ibarət B-1988 nömrəli bağ evinə vərəsəliyin açılması və qeyd edilən əmlaka 1/2 pay əsasında onunla cavabdeh arasında qanun üzrə vərəsəlik əsasında bölünməsi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Bakı bölgə şöbəsi tərəfindən qeydiyyatdan keçmiş, xx.xx.2004-cü il tarixli, 01/Ş-4503 nömrəli kommersiya təşkilatının dövlət reyestrindən çıxarışa və xx.xx.2004-cü il tarixli, 0104-P83-41536 nömrə ilə qeydiyyatdan keçmiş, Dadaş Rzayevə məxsus olan "xxxx" Mənzil Tikinti Kooperativinin nizamnamə kapitalındakı payının 1/2 hissədə onunla cavabdeh arasında qanun üzrə vərəsəlik əsasənda bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinə dəqiqləşdirmə verərək, Bakı şəhəri 26 saylı Notariat Ofisinin xüsusi notariusu İ.B.Hüseynov tərəfindən Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 0,12 ha torpaq sahəsində 1 mərtəbəli, 2 otaqlı, 30,4 kv.m. yaşayış, 13,68 kv.m. köməkçi sahədən ibarət B-1988 nömrəli bağ evinə xx.xx.2013-cü il tarixdə Cavabdeh adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, Sumqayıt şəhəri 4 saylı notariat kontorunda Cavabdeh ilə Elnarə Həsənova arasında Sumqayıt şəhəri Novxanı bağ massivində yerləşən 0,12 ha torpaq sahəsində 1 mərtəbəli, 2 otaqlı, 30,4 kv.m. yaşayış, 13,68 kv.m. köməkçi sahədən ibarət B-1988 nömrəli bağ evinin alqısatqısına dair xx.xx.2019-cu il tarixli, 4Ə-2118 reyestr nömrəli müqavilənin etibarsız hesab edilməsi və Sumqayıt şəhəri Novxanı bağ massivində yerləşən 0,12 ha torpaq sahəsində 1 mə rtəbəli, 2 otaqlı, 30,4 kv.m. yaşayış, 13,68 kv.m. köməkçi sahədən ibarət B-1988 nömrəli bağ evinin mülkiyyətə verilməsi barədə Elnarə Həsənovanın adına verilmiş reyestrdən çıxarışın ləğv edilməsi, Elnarə Həsənovanın Sumqayıt şəhəri Novxanı bağ massivində yerləşən 0,12 ha torpaq sahəsində 1 mərtəbəli, 2 otaqlı, 30,4 kv.m. yaşayış, 13,68 kv.m. köməkçi sahədən ibarət B-1988 nömrəli bağ evini boşaldılaraq təhvil verilməsi, xx.xx.2008-ci il tarixli, MH seriyalı, ******* saylı reyestrdən çıxarışa əsasən həyat yoldaşı Dadaş Rzayevin mülkiyyətində olan Sumqayıt şəhəri Novxanı bağ massivində yerləşən 0,12 ha torpaq sahəsində 1 mərtəbəli, 2 otaqlı, 30,4 kv.m. yaşayış, 13,68 kv.m. köməkçi sahədən ibarət B-1988 nömrəli bağ evinin onun iddiaçı tərəfindən miras kimi qəbul edilmiş hesab edilməsi, iddiaç ının Sumqayıt şəhəri Novxanı bağ massivində yerləşən 0,12 ha torpaq sahəsində 1 mərtəbəli, 2 otaqlı, 30,4 kv.m. yaşayış, 13,68 kv.m. köməkçi sahədən ibarət B-1988 nömrəli bağ evinə köçürülməyi və xx.xx.2008-ci il tarixli, MH seriyalı, ******* saylı reyestrdən çıxarışa əsasən həyat yoldaşı Dadaş Rzayevin mülkiyyətində olan Sumqayıt şəhəri Novxanı bağ massivində yerləşən 0,12 ha torpaq sahəsində 1 mərtəbəli, 2 otaqlı, 30,4 kv.m. yaşayış, 13,68 kv.m. köməkçi sahədən ibarət B-1988 nömrəli bağ evinə vərəsəliyin açılması və qeyd edilən 1/2 pay əsasında iddiaçı ilə cavabdeh arasında qanun üzrə vərəsəlik əsasında bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsində iddiaçı ilkin tələbindən fərqli olaraq Bakı şəhəri 26 saylı Notariat Ofisinin xüsusi notariusu İ.B.Hüseynov tərəfindən "xxxx" Mənzil Tikinti Kooperativinin nizamnamə kapitalındakı payının 1/1 hissədə Cavabdeh adına verilməsi barədə xx.xx.2015-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Bakı bölgə şöbəsi tərəfindən qeydiyyatdan keçmiş, xx.xx.2004-cü il tarixli, 01/Ş-4503 nömrəli kommersiya təşkilatının dövlət reyestrindən çıxarışa və xx.xx.2004-cü il tarixli, 0104-P83-41536 nömrə ilə qeydiyyatdan keçmiş Dadaş Rzayevə məxsus olan "xxxx" MTK-nın nizamnamə kapitalındakı payının 1/2 hissədə onunla cavabdeh arasında qanun üzrə vərəsəlik əsasında bölünməsini xahiş etməmişdir. X2 "xxxx" MTK-dakı payla bağlı həmin MTK-ya 150.000 manat məbləğində borcu olmuş və həmin borcun 40.000 manatı onun tərəfindən ödənilmişdir. İddiaçı bu barədə məlumatlandırıldıqdan sonra iddia tələbinə dəqiqləşdirmə verərək qeyd olunan əmlakla bağlı heç bir tələb irəli sürməmişdir. Qeyd olunan maddi hüquq normasının tələblərini nəzərə alaraq hesab edir ki, miras əmlak olan Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 0,12 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 30,4 kv.m. yaşayış, 13,68 kv.m. köməkçi sahədən ibarət B 1988 nömrəli bağ evi 50.000 manata satıldıqdan sonra miras qoyan Dadaş Rzayevin "xxxx" MTK-ya olan 150.000 manat məbləğində borcdan 40.000 manatı onun tərəfindən ödənildiyindən, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-10/2021 nömrəli, 30 mart 2022-ci il tarixli qətnaməsi ilə Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 0,12 ha torpaq sahəsi ndə yerləşən 1 mərtəbəli, 2 otaqlı, 30,4 kv.m. yaşayış, 13,68 kv.m. köməkçi sahədən ibarət B 1988 nömrəli bağ evi İddiaçı tərəfindən miras kimi qəbul edilmiş hesab edildiyindən və həmin qətnamə qanuni qüvvəsini aldığından Şölə Rzayev birgə borclu kimi miras qoyanın kreditoruna ödənilmiş pul məbləğinin yarısını təşkil edən 20.000 manat məbləğində pulu ona ödəməlidir. Belə ki, Şölə Rzayevnın iddia tələbinin əsasını təşkil edən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-10/2021 nömrəli, 30 mart 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1627/2022 nömrəli, 26 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

11. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(006)-168/2023 nömrəli, 27 aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakim Səməd Cəfərov), iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşı “pul” tələbinə dair ilk iddiası təmin edilmişdir və Cavabdeh 18.000 (on səkkiz min) manat məbləğində pul və 144 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddiası rədd edilmişdir.

12. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, qanunvericiliyin tələbinə görə, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfin dən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Belə ki, başqa iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən olunan faktlar preyudisial faktlar adlanır. İddiaçı 1/2 hissədə məxsus olmuş miras əmlak iddiaçının Cavabdeh tərəfindən özgəninkiləşdirilməklə, cavabdeh tərəfindən 50.000 manat məbləğ əldə edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya 7.000 manat ödəniş edilməsi mülki işin mübahisəsiz halıdır. Bu səbəbdən ilkin iddia təmin edilməli, m iras əmlakın satılması nəticəsində əldə edilmiş məbləğin 1/2 hissəsi 7.000 manat çıxılmaqla (18.000 manat) iddiaçıya ödənilməlidir.

13. Qarşılıqlı iddia ilə bağlı məhkəmə qeyd etmişdir ki, qarşılqlı iddiaçı iddiasını X2 "xxxx" MTK-dakı payla bağlı həmin MTK-ya 150.000 manat məbləğində borcu olması və həmin borcun 40.000 manatının onun tərəfindən ödənilməsi ilə əsaslandırılmışdır. Qeyd olunmalıdır ki, qüvvəyə minmiş məhkəmə qərarı ilə məhz Sumqayıt şəhəri, Novxanı bağ massivində 0,12 ha torpaq sahəsi olan B-1988 ünvanında yerləşən, ümumi sahəsi 44,1 kv.m., 30,4 kv.m. yaşayış sahəsi, yardımçı sahəsi 13,7 kv.m. olan 2 otaqlı bağ evinin 1/2 hissədə İddiaçı tərəfindən miras əmlak kimi qəbul edilməsi müəyyən edilmişdir. X2 "xxxx" MTK-dakı payının olması (hər hansı müqavilənin qüvvədə olub-olmama sı, onun qüvvədə olub-olmaması şərtləri və s.) və bunun miras əmlakın kütləsinə daxil olması ilə bağlı isə qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir.

14. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi nəticənin qanuni əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 5-ci hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1, 1091.2, 1092.1, 1096.1, 1096.2, 1133.1, 1133.2, 1134.1, 1159.1.1, 1243.1, 1243.2, 1246, 1248.1, 1252, 1253.1, 1255, 1300-1318, 1321.1, 1321.2-1322, 1324, 1325-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-ci maddələrinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

15. Qətnamədən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) (nümayəndə və vəkil Nümayəndə) apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansıya məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Miras qoyan Dadaş Rzayevin "xxxx" Mənzil Tikinti Kooperativindəki payı ilə bağlı həmin MTK-ya 150.000 manat məbləğində borcu olmuş və həmin borcun 40.000 manatı Cavabdeh tərəfindən ödənilmişdir. Miras əmlak olan Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 0,12 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 30,4 kv.m. yaşayış, 13,68 kv.m. köməkçi sahədən ibarət B 1988 nömrəli bağ evi 50.000 manata satıldıqdan sonra miras qoyan Dadaş Rzayevin "xxxx" MTK-ya olan 150.000 manat məbləğində borcdan 40.000 manatı onun tərəfindən ödənildiyindən, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-10/2021 nömrəli, 30 mart 2022-ci il tarixli qətnaməsi ilə Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 0,12 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 30,4 kv.m. yaşayış, 13,68 kv.m. köməkçi sahədən ibarət B 1988 nömrəli bağ evi İddiaçı tərəfindən miras kimi qəbul edilmiş hesab edildiyindən və həmin qətnamə qanuni qüvvəsini aldığından İddiaçı birgə borclu kimi miras qoyanın kreditoruna ödənilmiş pul məbləğinin yarısını təşkil edən 20.000 manat məbləğində pulu ona ödəməlidir. Birinci instansiya məhkəməsi isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1 və 1306.1ci maddələrinin tələblərini nəzərə almamış, nət icədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir.

17. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 2(103)-4959/2023 nömrəli, 02 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Məhəmməd Rüstəmli (sədrlik edən və məruzəçi), Akif İsgəndərov və Vahid Sadıqov), cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

18. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq mövgeyini onunla əsaslandırmışdır ki, 50.000 manatın 2/1 hissəsi 25.000 manat təşkil etdiyindən və həmin məbləğdən 7.000 manat ödənildiyindən, İddiaçı tərəfindən Cavabdeh 18.000 manat məbləğində pulun t ələb edilməsi barədə iddiası əsaslı olmuşdur.

19. Məhkəmə kollegiyası işin araşdırılan hallarına və apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək qeyd etmişdir ki, X2 "xxxx" MTK-dakı payının olması və bunun miras əmlakın kütləsinə daxil olması sübuta yetmədiyindən, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı iddiası əsassız olmuşdur. Belə ki, həmin tələb üzrə iddiaçı tərəfindən mərhum Dadaş Rzayevin "xxxx" MTK-ya borcunun olub olmaması ilə bağlı hər hansı mötəbər sübut (borc müqaviləsi, borcun yaranmasına əsas olmuş digər sənədlər və s.) təqdim edilməmişdir.

20. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, işdə olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh yalnız bağ evini 50. 000 manata satmış, miras kütləsinə daxil olan torpaq sahəsini isə Elnarə Həsənovaya və X3 ümumilikdə 30.000 manata satmışdır. Dadaş Rzayevin "xxxx" MTK-ya borcunun olduğu təsdiq edildiyi təqdirdə belə həmin borcun məhz bağ evinin satışından əldə edilmiş 50.000 manatdan ödənildiyinə dair də iş materiallarında sübutlar yoxdur.

21. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticənin hüquqi əsası kimi Mülki Məcəllənin 1091.1, 1091.2, 1133.1, 1133.2, 1134.1, 1159.1.1, 1151.1 və 1306.1-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 82.3., 88, 217.3-cü maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

22. Qətnamədən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) (vəkil Nümayəndə) kassasiya şikayəti verərək apellyasiya instansiy a məhkəməsinin qətnaməsinin ləğv edilməsini və apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, miras qoyan Dadaş Rzayevin "xxxx" Mənzil Tikinti Kooperativindəki payı ilə bağlı həmin MTK-ya 150.000 manat mənləğində borcu olmuş və həmin borcun 40.000 manatı Cavabdeh tərəfindən ödənilmişdir. Bu hal "xxxx" MTK tərəfindən verilmiş maliyyə arayışı ilə təsdiq edilir. Belə olan halda, miras əmlak olan Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 0,12 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 30,4 kv.m. yaşayış, 13,68 kv.m. köməkçi sahədən ibarət B 1988 nömrəli bağ evi 50.000 manata satıldıqdan sonra miras q oyan Dadaş Rzayevin "xxxx" MTK-ya olan 150.000 manat məbləğində borcdan 40.000 manatı Cavabdeh tərəfindən ödənildiyindən, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-10/2021 nömrəli, 30 mart 2022-ci il tarixli qətnaməsi ilə Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 0,12 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 30,4 kv.m. yaşayış, 13,68 kv.m. köməkçi sahədən ibarət B 1988 nömrəli bağ evi İddiaçı tərəfindən miras kimi qəbul edilmiş hesab edildiyindən və həmin qətnamə qanuni qüvvəsini aldığından İddiaçı birgə borclu kimi miras qoyanın kreditoruna ödənilmiş pul məbləğinin yarısını təşkil edən 20.000 manat məbləğində pulu Cavabdeh ödəməlidir. Birinci instansiya məhkəməsi isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1 və 1306.1-ci maddələrinin tələblərini nəzərə almamış, nəticə də qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Apellyasiya şikayəti əsasında işə baxan apellyasiya instansiyası məhkəməsi də birinci instansiya məhkəməsi oğlunun "xxxx" MTK-dakı payının olması (hər hansı müqavilənin qüvvədə olub-olmaması, onun qüvvədə olub-olmaması şərtləri və s.) və bunun miras əmlakın kütləsinə daxil olması ilə bağlı isə qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən məhkəməyə hər hansı tərəfindən yol verilmiş pozuntuları təkrarlamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

24. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

25. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan v əsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

26. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.

27. Maddə 1159.1.1. Qanun üzrə vərəsəlik zamanı birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar.

28. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

29. Maddə 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.

30. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

31. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir

32. Maddə 1094. Əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

33. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

37. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmə nin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

40. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

41. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsini n qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

42. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

43. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansi yası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

44. Kassasiya şikayətində birinci iş üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) apellyasiya instansiyası məhkəməsinin aktının ləğv edilməsini qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsini kassasiya məhkəməsi mübahisələndirilən hissədə tam yoxlayır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

46. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi hazırki kassasiya şikayətində göstərilən məsələlər üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, işin faktiki hallarını müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası hazırki qərarın 18-20-ci paraqraflarında qeyd olunan həmin əsaslandırılma ilə razılaşır.

47. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

48. Göstərilənlərə əsasən kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçı) kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum yoxdur. Kassasiya şikayətində qeyd olunan dəlillər əsassızdır.

49. Məhkəmə kollegiyası onu da qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normal arının düzgün tətbiq edilməsini yoxlayır.

50. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki halları na uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

51. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

52. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. 53. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

54. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisəni n həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

55. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

56. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4959/2023 nömrəli, 02 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar