Məhkəmə qərarları › İş №2(102)-498/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-498/2025

11.03.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-498/2025 11.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyət hüququnun məhdudlaşdırılması, servitut) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (məruzəçi), Əliyev Zaur Əli oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “gediş-gəliş yolunun açılması və üzərinə servitut qoyulması” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)- 1174/2025 nömrəli, 15 oktyabr 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qəra rı qəbul etdi. İşin halları 1. ünvan 1 ünvanında yerləşən 25 kv.m qeyri- yaşayış sahəsi olan, mağaza 28 mart 2018-ci il tarixdə notarial qaydada bağlanmış AN-1 Nb0684910 saylı alqı-satqı müqaviləsinə əsasən İddiaçı tərəfindən Cavabdeh satılmışdır.

2. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş **********80-06301-083001 reyestr nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 25 kv.m qeyri-yaşayış sahəsinin tam mülkiyyətçisi Cavabdeh, torpaq sahəsinin 0,00329 ha hissəsi isə İddiaçı mülkiyyətindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı gediş-gəliş yolunun açılması və üzərinə servitut qoyulması tələbin ə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, 28 mart 2018-ci il tarixində notarial qaydada Cavabdeh Sahır oğlu ilə AN_1 Nb0684910 saylı alqı-satqı müqaviləsini bağlamışdır. Onunla alıcı arasında olan müqavilənin şərtlərinə əsasən cavabdeh - alıcı 25 kv.m qeyri-yaşayış sahəsini, mağazanı almışdır. 28 mart 2018-ci tarixindən bu günə qədər cavabdeh ona məxsus olan 25 kv.m torpağından və 22 kv.m qeyri-yaşayış sahəsindən, yəni mağazadan istifadə edir. Onun mağazası ümumilikdə 47 kv.m-dən ibarətdir. Cavabdehə satdığı mağaza 25 kv.m ibarətdir. Bu mülkə birləşdirilmiş qeyriyaşayış sahəsinin 22 kv.m ona məxsusdur. Həmin sahəyə gediş-gəliş yolu cavabdeh tərəfindən tutulmuşdur. Sözügedən qeyri-yaşayış sahəsinin arxa tərəfi şəhər məscidinin həyəti nə tərəfdir. Əvvəllər bir neçə dəfə cəhd eləmişdir ki, qeyri-yaşayış sahəsinə gedişgəliş yolu arxa tərəfdən, yəni şəhər məscidinin həyətindən olsun. Lakin həmin məscidin rəhbəri tərəfindən buna icazə verilmədi və ona məscid tərəfdən gediş-gəliş yolunun açılması üçün razılıq verilmədi. Hətta buna baxmayaraq, başqa çarəsi olmadığı üçün məscid tərəfdən gediş-gəliş yolunun açılmasına çalışmışdır. Belə olan halda məscid rəhbərliyi onun barəsində edilən şikayətə görə müvafiq icra orqanı tərəfindən onun barəsində inzibati xəta haqqında protokol tərtib edilərək inzibati qaydada cərimə edilmişdir. Odur ki, son nəticə olaraq ona məxsus olan 22 kv.m qeyri-yaşayış sahəsinə gediş-gəliş yolunun açılması üçün ön tərəfdən yol verilməlidir. Bu səbəbdən də onun 22 kv.m qeyri-yaşayış sahəsinə gediş-gəlişi üç ün cavabdehin mülkiyyətində və istifadəsində olan mağazadan ona aid 7,5 kv.m torpaq sahəsinədək olan 1,5 metr enində 5 metr uzunluğunda gediş-gəliş yoluna ehtiyacı vardır. Həmin torpaq sahəsinə gediş-gəliş yolu ancaq cavabdehin istifadəsində olan mağazadan ona aid 7,5 kv.m torpaq sahəsindən mümkündür. Cavabdeh tərəfindən tutulmuş ona məxsus olan 22 kv.m qeyri-yaşayış sahəsinə ön tərəfdən gediş-gəliş yolunun açılması, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyest Xidmətinin 17 saylı Ərazi İdarəsi tərəfindən 1,5 metr enində 5 metr uzunluğunda gediş-gəliş yolunun servitut olaraq yüklü edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

5. Ağdaş Rayon Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2(014)-137/2024 nömrəli (hakim Cavid Sultanov) qətnaməsi ilə iddia tələbi t əmin edilməmişdir.

6. Məhkəmə tərəfindən iş üzrə ekspertiza təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 06 aprel 2024-cü il tarixli, 3-16-16/2-10/1341 nömrəli ekspert rəyi ilə, 25 kv.metr qeyri-yaşayış sahəsinin daxilindən 0,00329 hektar torpaq sahəsinə həmin arakəsmə kimi taxta dikt hissədən eni 1,5 metr gediş-gəliş yolunun açılmasının mümkün olduğu müəyyən edilmişdir.

7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, servitut hüququnun qeydə alınaraq istifadə etmək istədiyi əmlak onun mülkiyyətində deyil. Sadəcə məhkəmə iclasında bildirdiyinə görə onun həmin sahəyə mülkiyyət hüququ əldə etməsinə icra hakimiyyəti orqanının etirazının olmamasına dair məktubu mövcuddur.

8. Bundan başqa, servitut hüququnun həyata keçirilməsi bu hüqu qu verməli olan şəxsin öz hüquqlarından məhrum olmasına səbəb olmamalıdır. Belə ki, cavabdehin mülkiyyətində olan sahə ticarət mağazasıdır. Mağazada cavabdehin şəxsi əmlakları mövcuddur. Mağaza günün müəyyən saatlarında fəaliyyət göstərir və qeyri-iş saatlarında bağlı olur. İddiaçıya servitut hüququ veriləcəyi təqdirdə isə cavabdehin hüquqları əhəmiyyətli dərəcədə pozula bilər.

9. İddiaçının ümumiyyətlə servitut hüququ verilərkən ona koridor kimi konkret ölçüdə (özünün qeyd etdiyinə əsasən 1,5 m x 5,0 m) sahənin verilməsi isə mülkiyyət hüququnun prinsiplərinə ziddir. Çünki, belə olacağı təqdirdə cavabdeh mülkiyyətində olan daşınmaz əmlakın müəyyən (7,5 kv.m) hissəsindən birdəfəlik məhrum olacaqdır

10. Məhkəmə gəldiyi nəticənin hüquqi əsaslandrması üçün Azərbaycan Respublikasının Mülki Məcə lləsinin 255.2 və 255.4-cü; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 81, 89.3, 119.1, 217.3, 217.4-cü maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamədə servitut hüququnun anlayışına yanlış təsvir verilmişdir. Belə ki, qətnamədə iddiaçının servitut hüququnun qeydə alınaraq istifadə etmək istədiyi əmlakın onun mülkiyyətində olmaması qeyd edilmişdir. Lakin, Mülki Məcəllənin 255-ci maddəsinin servitut hüququnun anlayışına görə servitut hüququ şəxsin daşınmaz əmlaka mülkiyyət hüququnun olub-olmaması ilə şər tləndirilməmişdir. Başqa sözlə, servitut özgəsinə məxsus torpaqdan nəqliyyat, kommunal və digər ehtiyaclar üçün istifadə imkanı kimi nəzərdə tutulan bir hüquqdur. Bundan əlavə, məhkəmə qətnamədə 25 kv.m qeyri-yaşayış sahəsinin altındakı torpağın iddiaçının xüsusi mülkiyyətində olması faktından da yan keçmiş, heç bir münasibət bildirməmişdir. Belə ki, məhkəmə qətnaməsində qeyd edir ki, qanunvericiliyin tələbinə görə servitut hüququ mülkiyyətdən istifadənin təmin edilməsi üçün təyin oluna biləcəyi halda, iddiaçı bu hüquqdan cavabdehlə aralarında mübahisəli olan digər məsələlərin həlli üçün təzyiq vasitəsi kimi sui-istifadə niyyəti ilə məhkəməyə müraciət etmişdir. Məhkəməyə müraciət etməkdə məqsədi məscid tərəfindən qeyri- yaşayış sahəsinin arxa qapısından istifadə etməyinə icazə verilməməsi, polis və icra orqanı qarşısında həmin qapıdan istifadə etməyəcəyi baradə öhdəlik götürməsi olub. Məhkəmə işə düzgün hüquqi qiymət verməmiş, işə baxılan zaman qeyd edilən faktiki halları hərtərəfli və tam araşdırmadan qətnamə qəbul etmişdir. X2 istifadə etmək istədiyi sahənin arxa qapısı məscidin həyətinə açılır. O, məscidə rəsmi qaydada gediş-gəliş yolunun açılması ilə bağlı müraciət etməmişdir.

13. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1174/2025 nömrəli, 15 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər X5 (sədrlik edən və məruzəçi), X4 və X3 ibarət tərkibdə) apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

14. Birinci instansiya məhkəməsinin mövqeyi ilə üm umən razılaşan məhkəmə kollegiyası, ilk öncə onu qeyd etmişdir ki, iddiaçının məhkəməyə müraciət edərək hazırkı iddianı qaldırmağa subyektiv hüququ olmuşdur. Kollegiya buna əsas olaraq qüvvədə olan Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-561/2022 saylı, 31 mart 2022-ci il tarixli qətnaməsini əsas gətirmiş və qeyd etmişdir ki, həmin qətnamə ilə ünvan 1 ünvanında yerləşən 22 kv.m qeyri-yaşayış sahəsinin hüquq müəyyənedici sənədləri olmasa da, həmin əmlakın hazırkı iş üzrə İddiaçı məxsus olması müəyyən edilmişdir. Kollegiya hesab etmişdir ki, həmin qətnamə hazırkı iş üzrə preyudisial əhəmiyyətə malik olmuşdur. Belə ki, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 16.1-ci bəndində göstərilir ki, məhk əmə qətnaməsi qanuni qüvvəyə mindikdə onun məcburilik və preyudisiallıq xüsusiyyətləri əmələ gəlir.

15. İddiaçı ünvan 1 ünvanında yerləşən 25 kv.m qeyri-yaşayış sahəsini (mağazanı) özünun xx.xx.2018-ci ildə Cavabdeh satdığını vurğulayan kollegiya hesab etmişdir ki, cavabdeh hər hansı ərazini zəbt etməmiş, qanuni yolla həmin əmlakı əldə etmişdir.

16. Məhkəmə müəyyən etmişdir ki, cavabdehin mülkiyyətində olan sahə ticarət mağazasıdır. Mağazada cavabdehin şəxsi əmlakları mövcuddur. Mağaza günün müəyyən saatlarında fəaliyyət göstərir və qeyri-iş saatlarında bağlı olur.

17. Məhkəməsi kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslandırıcı hissəsində qeyd olunanları təkrar olaraq qeyd edərək, belə qənaətə gəlmişdir ki, iddiaçıya servitut hüququ veriləcəyi təqdirdə cavabdehin hüquq ları əhəmiyyətli dərəcədə pozula bilər.

18. Belə ki, cavabdehin mağazasından iddiaçıya 1,5 metr enində və 5 metr uzunluğunda gediş-gəliş yolunun verilməsi mülkiyyət hüququ əsasında cavabdehə məxsus olan əmlakdan istədiyi kimi istifadə etməyə icazə verilməməsi onun sözügedən əmlaka mülkiyyət hüququnun məhdudlaşdırılmasına səbəb ola bilər.

19. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, iddiaçıya servitut hüququ əsasında gediş-gəliş yolu (koridor) kimi konkret ölçüdə (özünün qeyd etdiyinə əsasən 1,5 m x 5,0 m) sahənin verilməsi isə ümumiyyətlə mülkiyyət hüququnun prinsiplərinə ziddir. Çünki, belə olacağı təqdirdə cavabdeh mülkiyyətində olan daşınmaz əmlakın müəyyən (faktiki 7,5 kv.metr) hissəsindən birdəfəlik məhrum olacaqdır.

20. Bundan başqa işə baxan birinci instansiya məhkəməsi müba hisəli obyekti yerində müayinə etmiş və çəkilmiş fotoşəkillər də iş materiallarına əlavə edilmişdir.

21. Birinci instansiya məhkəməsi tərəfindən mübahisəli obyektə baxış keçirilən zaman müəyyən edilmişdir ki, iddiaçının istifadə etmək istədiyi sahəyə keçərək oradan istifadə etməsi üçün həmin tikilinin hazırda arxa hissəsindən qapı mövcuddur. İddiaçı isə həmin qapıdan deyil, məhz cavabdehin istifadəsində olan sahədən servitut hüququ istəyir.

22. Kollegiya xüsusilə qeyd edir ki, iş materiallarına əlavə edilmiş fotoşəkillərdə (şəkil 1) - iddiaçının obyektinin arxa qapısından çıxanda sol tərəfdə küçəyə (yola) çıxmaq üçün yol (keçid) görünür. Həmin qapı məscidin həyətinə açılsa da, iddiaçı bugünədək yolun açılması ilə bağlı məscidə rəsmi müraciət etməmişdir. İş materiallarında iddiaçı barədə in zibati araşdırmalar olsa da, sonda həmin qapının açılmasına görə iddiaçı inzibati və s. məsuliyyətə cəlb edilməmişdir.

23. Həmin fotoşəkillərdən həmçinin müəyyən edilir ki, Cavabdeh mülkiyyətində olan daşınmaz əmlakın (mağazanın) sağ və sol tərəflərinə bitişik başqa mağazalar vardır. Yəni, Cavabdeh istəsə də iddiaçıya özünə məxsus olmayan yerdən servitut hüququ tanınmaqla yol verə bilməzdi. Yolun verilməsi ancaq mağazanın içərisindən ola bilərdi. Halbuki iddiaçının tələbi də məhz bu yöndədir.

24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin cavabdehin aldığı əmlakın pulunu ödəməməsi ilə bağlı dəlilinə münasibət bildirərək qeyd etmişdir ki, apellyatorun qeyd etdiyi hal hazırkı işdə öz təsdiqini tapmamış, eyni zamanda da həmin hal da hazırkı mübahisənin predmeti deyildir və belə olan halda ap elyasiya şikayətinin dəlilləri həmin hissədə də əsassızdır.

25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin mağazanın altında yerləşən torpaq sahəsinin iddiaçıya məxsus olması ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd etmişdir ki, apellyasiya şikayətinin dəlilləri həmin hissədə də əsassızdır.

26. Belə ki, İddiaçı ünvan 1 ünvanında yerləşən 25 kv.m qeyri-yaşayış sahəsini özü xx.xx.2018-ci ildə Cavabdeh satması işin mübahisələndirilməyən halıdır.

27. Bundan başqa, hazırkı mübahisə mağazanın altında yerləşən torpaq sahəsi ilə bağlı deyildir.

28. Həmçinin ekspert rəyi verilən zaman Cavabdeh özünə məxsus mağazadan istifadəyə yaranacaq maneələr faktiki olaraq nəzərə alınmamışdır.

29. Belə ki, rəydə yolun verilməsi qeyd edilsə də faktiki həmin halda Cavabdeh hüquqlarının pozula biləcəyi v ə mağazanın işlək vəziyyətdə olmayacağı nəzərə alınmamışdır.

30. Beləliklə məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdehə mülkiyyət hüququ əsasında ona məxsus olan əmlakdan istədiyi kimi istifadə etməyə icazə verilməməsi onun sözügedən əmlaka mülkiyyət hüququnun “şərti və qeyri-sabit” xarakter almasına gətirib çıxaracaqdır. Hazırkı işdən isə müəyyən edilir ki, iddiaçı irəli sürdüyü tələblə cavabdehin öz mülkiyyətində olan əmlakından səmərəli istifadəsini məhdudlaşdırmaq istəyir.

31. Sonda kollegiya apellyasiya şikayətinin digər dəlillərinə münasibətdə isə bildirmişdir ki, digər dəlillər şəxsi mülahizələrə əsaslanan fikirlərdir və iş materialları ilə öz təsdiqini tapmamışdır.

32. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu; Mülki Məcəlləsinin 6, 14, 1 52, 157, 159, 241, 243, 255, 256, 261, 385, 386, 390cı; Torpaq Məcəlləsinin 54.1, 54.2-ci; “Ümumdünya İnsan Hüquqları Bəyannaməsi”nin 17-ci; "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın İ saylı Protokoluna; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016- ci il 23 fevral tarixli Qərarına; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019- cu il 18 mart tarixli Qərarına və Mülki Prossesual Məcəllənin 14, 77, 88, 217, 372, 384, 385 və 402.1-ci maddələrinə istinad edərə k əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

33. Qətnamədən iddiaçı kassasiya şikayəti verərək, apelyasiya instansiyası qətnaməsinin ləğv edilməsini və hazırkı mülki işin yeni apellyasiya baxışına göndərilməsinə dair məhkəmə qərarı qəbul edilməsini xahiş etmişdir.

34. Kassasiya şikayəti iddia ərizəsində və apelyasiya şikayətində qeyd olunanlarla oxşar məzmunda əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, məhkəmə maddi və prossesual hüquq normalarını pozaraq, haqlı tələbini təmin etməmi, və ona qarşı qərəzli olmuşdur. Belə məhkəmə kollegiyası tərəfindən ki, işin faktiki halları düzgün araşdırılmamış, sübutlara düzgün qiymət verilməmiş və nəticə etibarı ilə səhf qərar qəbul olunmuşdur. Belə ki, cavabdehə məxsus əmlakın yerləş diyi torpaq sahəsi ona məxsusdur. Öz torpaq sahəsindən ona yerin verilməməsi nə qanuna, nə də məntiqə sığır.

35. İddiaçı şikayətini Azərbaycan Respublikası Mülki Məcəllənin 14.2, 157.8, 159.1.2, 255.1-ci; Mülki Prosessual Məcəllənin 14.1, 77.1, 88-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

36. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası:

37. Maddə

13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edi lə bilməz.

38. Maddə

29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. V. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Vİ. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. Vİİ. Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

39. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

40. Maddə 255.6. Servitut yalnız o zaman baş tuta bilər ki, bu, servitutu almış şəxsə öz daşınmaz əşyasından istifadə etməkdə lazımi güzəştlər və imkanlar yaratsın.

41. Maddə 169.1. Bu Məcəllədə müəyyənləşdirilmiş hallarda mülkiyyət hüququ məhdudlaşdırıla bilər.

42. Maddə 255.1. Servitut daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman ona (digər daşınmaz əşyanın mülkiyyətçisinə ) ayrı-ayrı hallarda əşyadan istifadə etməyə icazə verilir və ya daşınmaz əşyanın mülkiyyətçisinə müəyyən hərəkətləri yerinə yetirməyə və ya mülkiyyət hüququndan irəli gələn digər hüquqları həyata keçirməyə icazə verilmir.

43. Maddə 256.1. Servitutun verilməsi üçün daşınmaz əmlakın dövlət reyestrində onun qeydə alınması zəruridir. Servitutun əldə edilməsi və qeydə alınması üçün torpağa mülkiyyət haqqında müddəalar qüvvədədir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

44. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

45. Maddə 416.1. Kassa siya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

46. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

47. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırıl mış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

48. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsinin mövqeyi

49. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı araşdırma apararaq hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyil.

50. İlk növbədə məhkəmə kollegiyası MPM-nin 418.4-cü maddəsində nəzərdə tutulmuş kobud prosessual hüquq pozuntularına yol verilib-verilmədiyini yoxlayaraq hesab edir ki, işə baxmış məhkəmə tərəfindən qətnamənin kassasiya qaydasında ləğv edilməsinə əsas olan, bu normada nəzərdə tutulan pozuntulara yol verilməmişdir.

51. İşin hallarından görünür ki, iddiaçı cavabdehin mülkiyyətində olan qeyri-yaşayış sahəsindən öz mülkiyyətində olan sahəyə gediş-gəliş yolu olaraq müəyyən sahənin hər hansı haqq ödənişi təklif edilmədən və müddət müəyyən edilmədən servitutla yüklü edilməsini xahiş etmişdir.

52. İddiaçı tələbini əsaslandırarkən cavabdehin mülkiyyətində olan sahənin altındakı torpaq sahəsinin hazırda onun mülkiyyətində olmasına və hazırda mülkiyyətində olan sahənin giriş-çıxış qapısının məscidin həyətinə açıldığına istinad etmişdir.

53. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnaməni qüvvədə saxlayarkən iddiaçının dəlillərini maddi hüquq normalarının tələbləri baxımından qiymətləndirilərək iddia təmin ediləcəyi təqdirdə cavabdehin mülkiyyət hüququnun pozulacağına dair məhkəmənin iş üzrə gəldiyi nəticəni əsaslı etmişdir.

54. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, mülki qanunvericilikdə servitut mülkiyyət hüququnun məhdudlaşdırılmasının qanuni əsaslarından biri kimi müəyyən edilsə də, bu məhdudlaşdırma mülkiyyətçinin hüququnun pozulmasına əsas olmamalıdır. Hazırkı halda cavabdehin mülkiyyətində olan cəmi 25 kv.m sahəsi olan mağazanın 7,5 kv.metr hissəsinin gediş- gəliş yolu olaraq istifadə edilməsi üçün əvəzsiz və müddətsiz olaraq iddiaçının xeyrinə servitutla yüklü edilməsi məhkəmə tərəfindən düzgün olaraq cavabdehin mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilmişdir.

55. Bundan əlavə qeyd edil məlidir ki, digər mülkiyyətçinin əmlakı üzərində istifadə hüququ-servitut müəyyən edilməsini xahiş edən mülkiyyətçi servitut müəyyən edilmədiyi halda mülkiyyətində olan əmlakdan istifadə edilməsinin qeyri-mümkün olduğunu sübut etməlidir. Məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, iddiaçının obyektinin arxa qapısından çıxanda sol tərəfdə küçəyə (yola) çıxmaq üçün yol (keçid) və məscidin həyətinə açılan qapı mövcuddur.

56. Məhkəmə tərəfindən mübahisə həll edilərkən maddi və prosessual normaların düzgün tətbiq edildiyi müəyyən olunur.

57. Göstərilənlərə əsasən kollegiya belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1174/2025 nömrəli, 15 oktyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

58. Yuxarıda q eyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 407, 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1174/2025 nömrəli, 15 oktyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar