Məhkəmə qərarları › İş №2(102)-4982/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4982/2022

27.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4982/2022 27.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “pul tələbinə barədə” iddia tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: maddi və mənəvi zərərin ödənilməsi tələbi) Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1644/2022 nömrəli, 1 mart 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 27 sentyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh X6 özünə məxsus olan, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 1003 kv.m olan qeyri-yaşayış sahəsinin 40 kv.m-lik hissəsini xx.xx.2017-ci il tarixli icarə müqaviləsi əsasında X3 icarəyə verib. İcarə müqaviləsinin 11-ci bəndində obyektdə texniki təhlükəsizlik qaydalarına riayət olunması icarəçinin vəzifəsi kimi müəyyən olunub. X1 kimi icarəyə götürdüyü həmin hissədə avtomobillərin təmiri ilə məşğul olub, X7 ilə xx.xx.2017-ci il tarixdə müddətsiz əmək müqaviləsi bağlayıb.

2. İddiaçı özünə məxsus “Mercedes-E270” markalı, **-HG-*** dövlət qeydiyyat nişanlı avtomaşını xx.xx.2017-ci il tarixdə “Dərnəgül Servis”-ə aparıb, mühərrik ustası X7 ilə avtomobilin yağ radiatorunda olan nasazl ığı aradan qaldırmaq barədə razılaşıb, sonuncu avtomobili təhvil alıb yağ radiatorunu düzəldib, lakin avtomobildə səs olduğuna görə iddiaçıya avtomobili bu vəziyyətdə idarə etməməyi tövsiyə edib, avtomobili təmir sexində saxlamağı, səhərisi günü başqa ustanın müayinə etməsini məsləhət görüb. X9 avtomobili təmir sexinin qabağında həyətdə saxlayıb avtomobilin açarlarını təmir sexində qoymuşdur. Həmin gecə avtomobil qismən yanmış, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yanğını söndürmüş, yanğın barəsində 29 sentyabr 2017-ci il tarixli akt tərtib olunmuşdur.

3. Azərbaycan Respublikası FHN Əməliyyat-istintaq İdarəsi tərəfindən 31 yanvar 2018-ci il tarixdə "cinayət işinin başlanılmasının rədd edilməsi haqqında" qərar qəbul olunmuşdur. Həmin qərarda göstərilmişdir ki, toplanmış materiallarla m üəyyən olunur ki, xx.xx.2017-ci il tarixdə ünvan 1 ünvanında yerləşən “Dərnəgül servis”in həyətində saxlanılmış, İddiaçı məxsus “Mersedes Benz 270 CDİ” markalı, ** HG *** dövlət qeydiyyat nişanlı avtomobildə yanğın hadisəsi, avtomobilin elektrik naqillərində yaranmış elektrotexniki qəza nəticəsində baş vermişdir. İddiaçı araşdırma zamanı bildirmişdir ki, “Dərnəgül Servis”in həyətində saxlanılmış ona məxsus avtomobildə baş vermiş yanğın nəticəsində ona 16000 manat məbləğində maddi ziyan ödənmiş, avtomobil “Dərnəgül Servis” tərəfindən tamamilə bərpa edilmiş, hadisə ilə əlaqədar heç bir tələb və şikayəti yoxdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona vurulmuş maddi zərərə görə 17.500 manat və vəkilin xidmətinə görə ödənilmiş 200 manat pulun, habelə mənəvi zərərə görə 2000 manat məbləğində pulun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına istinadən belə əsaslandırılmışdır ki, 11 sentyabr 2017-ci ildə avtomobildə yaranmış nasazlıq səbəbindən iddiaçı avtomobili “Dərnəgül Servis”-ə aparmış, avtomobil baxışdan keçirildikdən sonra onun təmiri üçün 300 manat məbləğ tələb olunmuşdur. Səhəri gün iddiaçıya bildirilmişdir ki, avtomobildə qısa qapanma baş verib və saat 01:00 radələrində yanıb, avtomobilin qabaq hissəsindən alov tutub bütöv yanaraq tam yararsız hala düşüb. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən avtomobil söndürülmüş və şifahi bildirdiklərinə g örə avtomobilin çöl tərəfindən alovlanaraq yanmışdır. Qeyd olunmalıdır ki, avtomobil söndürüldükdən sonra yük yerinin işığı yanırdı və qısa qapanma olsaydı avtomobilin enerji təchizatı tamamilə çökmüş olardı, heç bir işıq yanmazdı. Cavabdeh təklif etmişdir ki, 60 faiz onlar, 40 faiz onun tərəfindən ödənilmək şərti ilə avtomobili yenidən təmir etsinlər. Avtomobilə 8000 manatlıq hissələr alınıb və təmir olunmasına 9500 manat pul xərclənib. Ümumilikdə 17500 manat xərc çəkilməsinə baxmayaraq, avtomobilin tam yararlı olması mümkün deyildir, avtomobil yanmış vəziyyətdə olduğu halda hal-hazırda servisin həyətindədir. Yenidən xərc çəkməyinə baxmayaraq avtomobil yararlı hala salınmamışdır. FHN Əməliyyat-istintaq İdarəsi tərəfindən 31 yanvar 2018-ci il tarixdə "cinayət işinin başlanılmasının rədd ed ilməsi haqqında" qərar çıxarılmışdır. Belə ki, həmin vaxt cavabdeh tərəf avtomobili tam yararlı hala salaraq ona təhvil verəcəyini vəd etmiş və iddiaçı da onlara inanaraq hadisə ilə əlaqədar şikayətinin olmadığını bildirmişdir.

6. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh iştirak etməmiş, iddia tələbinə qarşı yazılı etiraz və mülahizə təqdim etməmişdir.

7. Nəsimi Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 2(006)-344/2021 nömrəli qətnaməsi ilə (hakim Natavan Tağıyeva) iddia tələbi qismən – cavabdehdən maddi zərərə görə 17.500 manat və vəkilin xidmətinə görə ödənilmiş 200 manat pulun tutularaq iddiaçının xeyrinə ödənilməsi hissələrində təmin olunmuş, qalan hissədə isə təmin olunmamışdır.

8. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, məhkəmə iclasında tədqiq edilmiş s übutlarla müəyyən olunur ki, cavabdeh iddiaçının 17.500 manat məbləğində pul vəsaitini hüquqi əsas olmadan əldə etmiş və bununla da əsassız varlanmışdır. Qanunun tələblərindən irəli gələrək məhkəmə belə nəticəyə gəlir ki, həmin məbləğdə pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır. Bundan əlavə məhkəmə qeyd etmişdir ki, iddiaçının vəkil ödənişi ilə bağlı tələbi iş materiallarında olan mədaxil qəbzinin surətinə istinadən əsaslı olduğuna görə təmin edilməlidir. Məhkəmə iddiaçının mənəvi zərərin ödənilməsi ilə bağlı tələbinə münasibətdə qeyd etmişdir ki, cavabdeh tərəfindən ona bilavasitə hansı formada və məbləğdə mənəvi ziyan vurmasına dair iddiaçı məhkəməyə heç bir sübut təqdim etmədiyindən, iddia tələbi bu hissədə rədd edilməlidir.

9. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası ki mi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 386.1, 1091, 1092.1 və 1093.1-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

10. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, məhkəmə iclasında cavabdehin iştirakı təmin edilməmişdir. Həmçinin birinci instansiya məhkəməsi mülki işi tam, hərtərəfli araşdırmamış və hətta iddiaçının təqdim etdiyi sübutlara düzgün qiymət verməmiş, qətnamə qəbul edilərkən müqavilə bağlanandan sonra tərəflər arasındakı münasibətlərin davam edib-etməməsi, öhdəliklərin icra edilib -edilməməsi araşdırmamışdır. Belə ki, X6 ilə 15 fevral 2017-ci il tarixdə icarə müqaviləsi bağlanmışdır. Müqavilənin 11-ci bəndinə əsasən icarə obyektində texniki təhlükəsizlik qaydalarına əməl olunması vəzifələri icarəçi tərəfindən həyata keçirilir. Odur ki, vurulmuş maddi ziyanın hazırki cavabdehdən tələb edilməsi əsassızdır. Həmçinin birinci instansiya məhkəməsi qətnaməni əsaslandırarkən də işin faktiki hallarına uyğun olmayan maddi hüquq normalarına istinad etmişdir.

12. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 16 iyun 2021-ci il tarixli, 2(103)5861/2022 nömrəli qətnaməsi ilə (hakimlər A.N.İmanov (sədrlik edən və məruzəçi), Q.A.Əsgərov və V.N.Sadıqov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia tələbinin rədd olunması qət edilmişdir.

13. Apellyasiya instansiyası məhkəməsi mövqeyini icraat zamanı müəyyənləşdirilmiş hallara istinadən belə əsaslandırmışdır ki, hazırki iş üzrə iş üzrə iddiaya cavab verməli şəxs Cavabdeh deyil, əsl cavabdeh olaraq icarəçi X4r. İşə birinci instansiya məhkəməsində baxılarkən sonuncunun əlavə cavabdeh qismində cəlb olunması barədə ərizə verilməmiş, bu məsələ müzakirə predmeti olmamışdır.

14. Mülki prosessual qanunvericiliyə əsasən şəxsin cavabdeh qismində cəlb edilməsi birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edilənədək mümkün olduğundan hazırkı icraat çərçivəsində həmin məsələnin müzakirəsi və həlli mümkün olmamışdır. Əks yanaşma işə yeni qoşulan cavabdehi bir sıra mühüm prosessual hüquqlardan, o cümlədən üçpilləli məhkəmə müdafiəsi hüququndan məhrum etməklə, ədalət müh akiməsinin çəkişmə, tərəflərin bərabərliyi prinsiplərinə zidd olardı. Bu, həmçinin apelyasiya instansiya məhkəməsinin əsas təyinatı olan birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslığının yoxlanılması baxımından da yolverilməzdir.

15. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50.3, 51.3, 57.1, 217.2, 217.3 və 385.1.1-ci maddələrinə istinad etmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

16. İddiaçı qətnamədən kassasiya şikayəti verərək, qətnamənin ləğv olunması və iddia tələbinin tam təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı X5 tanımır və görməmişdir, onunla heç bir söhbəti olmamışdır və bütün danışıqlar şəxsən cavabdehlə aparılmışdır. Hətta cavabdeh sonda avtomobili tam yığıb satdıracağını və ona vurulmuş maddi ziyanı ödəyəcəyi barədə vəd vermişdir. İddiaçı heç vaxt X6 ilə danışmamış və bu şəxs heç bir öhdəlik götürməmişdir. Hətta cavabdeh bir dəfə ondan 1000 manat pul almış, lakin sonda ondan tələb etdikdə yalnız 600 manat pul qaytarmış, qalan pulu ustalara verdiyini bildirmişdir. Avtomobili satması üçün iddiaçı tərəfindən cavabdehə etibarnamə verilmişdir. X2 ilə cavabdeh arasında hər hansı bir müqavilə olmasından məlumatı olmamışdır. Cavabdeh tərəf heç bir halda bu barədə məsuliyyət daşımadığını, bu obyektin icarədə olmasını bildirməmişdir. Təqdim edilmiş icarə müqaviləsinin surətindən görünür ki, 1003 kv.m sahəsi olan qeyri-yaşayış sahəsinin yalnız 40 kv. m hissəsi icarəçi X3 icarəyə verilmişdir. Belə olan halda avtomobilin icarəçiyə aid olan hissədə təmirə qəbul edilməsi və yanması sübut olunmur. Fövqəladə Hallar Nazirliyində araşdırma aparılarkən də icarəçi bu işə cəlb edilməmişdir, halbuki icarəçi texniki təhlükəsizlik qaydalarına cavabdeh olduğu halda nə rəydə, nə də cinayət işi başlanılmasının rədd edilməsi haqqında qərarda adı hallanmamış, izahatı alınmamışdır. Usta bildirmişdir ki, avtomaşın boksda deyil, servisin həyətində, onların istifadə etdiyi hissədən kənarda yanmışdır və onlara heç bir aidiyyəti yoxdur. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası heç bir ətraflı araşdırma aparmamış, yuxarıda qeyd edilən amilləri qətiyyən araşdırmamışdır. Hazırkı iş üzrə apelyasiya instansiyası məhkəməsi qanunvericiliyin ona verdiyi mümkün vasitələrdən istifadə etməmiş, yalnız cavabdeh tərəfindən irəli sürülən dəlillərə istinad etməklə onun irəli sürdüyü dəlilləri nəzərə almadan apelyasiya şikayətini təmin etmişdir.

18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 16 noyabr 2021-ci il tarixli iş üzrə 2(102)-6226/2021 saylı qərarı ilə (hakimlər M.T.Əhmdəova (sədrlik edən və məruzəçi), Ə.Ə.Əliyev və İ.K.Xəlilov) kassasiya şikayəti qismən təmin edilmiş, qətnamə ləğv edilərək, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

19. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2018-ci il tarixli qərarda hazırki cavabdeh yanğın baş vermiş servisin sahibi kimi dindirilmiş, o, yanğın nəticəsində ona ziyan dəy mədiyini bildirmiş, lakin X6 ilə aralarında obyektlə bağlı icarə müqaviləsi olması barədə bir kəlmə belə bildirməmişdir (Səh 11). Həmçinin hazırki cavabdeh qeyd edilən izahatında avtomobilin Servisin həyətində saxlanılmasını göstərmişdir.

20. Lakin təqdim edilmiş Cavabdeh ilə X6 xx.xx.2017-ci il tarixli icarə müqaviləsindən isə görünür ki, hazırki cavabdeh ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 1003 kv.m olan qeyri-yaşayış sahəsinin tam mülkiyyəti üzrə ona məxsus (40 kv.m ) hissəsini icarəçi X3 icarəyə vermişdir.

21. Apellyasiya kollegiyası isə iddia tələbini rədd edərkən bu hala əhəmiyyət verməmiş, həmçinin münasibət bildirməmiş, yalnız icarə müqaviləsinin mövcudluğuna istinadən hazırki cavabdehin iddia tələbinə cavab verməli olmayan şəxs olması qənaətinə gəlmişdir. Halbuki, işə mahiyyət i üzrə baxmağa səlahiyyətli olan bir məhkəmə kimi apellyasiya kollegiyası hazırki cavabdehin yanğın hadisəsi ilə əlaqədar vermiş olduğu izahatla qarşılıqlı surətdə icarə müqaviləsi üzrə münasibətləri, bu münasibətlərin qeyri-yaşayış sahəsinin hansı hissəsini əhatə etdiyini, yəni hadisənin baş verdiyi hissəyə aidiyyətinin olub-olmadığını araşdırmamışdır. Əlavə olaraq qeyd edilməlidir ki, iddiaçı kassasiya şikayətində hazırki cavabdehə avtomobilin tam təmir edilib satılması ilə bağlı etibarnamə verdiyini də göstərmişdir.

22. Məhkəmə kollegiyası iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1096.2-ci maddələrinə istinad etmişdir. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

23. Apellyasiya instansiyası məhkəməsinə işə yenidən baxılanda X6 və X8 üçüncü şəxs kimi işə cəlb olunmuşdur.

24. Apellyasiya instansiyası məhkəməsinin 1 mart 2022-ci il tarixli, 2(103)-1644/2022 nömrəli qətnaməsi ilə (hakimlər X.A.Mərdanova (sədrlik edən və məruzəçi), E.M.Həsənov və F.F.Babayev) apellyasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilmiş, iddia tələbi təmin olunmamışdır.

25. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, apellyasiya şikayətində göstərilən dəlillər birinci instansiya məhkəməsinin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsasdır.

26. Apellyasiya instansiyası məhkəməsi işin tədqiq edilmiş materiallarına əsasən qeyd etmişdir ki, iddiaçının özünə məxsus "Mercedes E-270" markalı, ** HG *** dövlət qeydiyyat nişanlı avtomobili təmir etdirməklə bağlı xx.xx.2017-ci il tarix də Binəqədi rayonu, K.Rəhimov 31a ünvanda yerləşən və cavabdehə məxsus olan "Dərnəgül Servis"ə apararaq avtomaşını servisin işçisi Kamal adlı ustaya təmir məqsədi ilə təhvil verməsi, avtomaşının təmirdən sonra usta tərəfindən servisdən çıxarılaraq servisin həyətində saxlanması, bundan sonra avtomobilin alov tutub bütöv yanaraq tam yararsız hala düşməsi, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən avtomobil söndürülməsi, xx.xx.2017-ci il tarixdə yanğın haqqında akt tərtib edilməsi işin mübahisəsiz hallarıdır. Həmçinin işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, servisin mülkiyyətçisi tərəfindən servisin 1003 kv.m sahəsi olan qeyriyaşayış sahəsinin yalnız 40 kv.m hissəsi icarəçi X3 verilmişdir.

27. Kollegiya qeyd etmişdir ki, avtomaşının 3-cü şəxs tərəfindən təmirdən sonra servisin həyətinə qoyulandan sonra naməlum səbəblərdən yanması faktı mübahisəzdir. Bu həm cavabdehin, həm 3- cü şəxsin, həm də iş materiallarında olan xx.xx.2017-ci il tarixdə yanğın haqqında aktın məzmunu ilə təsdiq edilir. Avtomaşının cavabdehə məxsus servisdə deyil, onun həyətində yanması faktının mövcudluğuna baxmayaraq iddiaçı tərəf avtomobilin yanaraq tam yararsız hala düşməsində cavabdehin onun qarşısında mülki məsuliyyət daşımasını yalnız onu avtomobili tam yararlı hala salaraq ona təhvil verəcəyi barədə verdiyi vədə əməl etməməsi ilə əsaslandırmışdır.

28. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi hazırki iddia üzrə cavabdehin iddiaçının qarşısında mülki məsuliyyət daşımalı olmasının əsaslarını düzgün göstərməmiş, cavabdeh iddiaçının 17500 manat məbləğində pul vəsaitini hüquqi əsas olmadan əldə etməsini konkret sübutlarla əsaslandırmamış, avtomaşının yanması ilə cavabdehin hərəkət və ya hərəkətsizliyi arasında səbəbli əlaqənin olmasını müəyyən etməmiş, iddiaçının avtomaşının yanması ilə ona 17500 manat ziyan dəyməsini təsdiq edən sübutlar təqdim etməməsinə, təqdim edilən sübutları isə MPM-in 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymətləndirilməmiş, həmçinin cavabdehin iddiaya cavab verən şəxs olmalı olmamasına diqqət yetirməmiş, beləliklə iddianı qismən təmin etməklə səhv nəticəyə gəlmiş, maddi hüquq normalarını hazırki işə düzgün tətbiq etməmişdir.

29. Mülki prosessual qanunvericiliyə əsasən şəxsin cavabdeh qismində cəlb edilməsi birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edilənədək mümkün olduğundan hazırkı icraat çərçivəsind ə həmin məsələnin müzakirəsi və həlli mümkün olmamışdır. Əks yanaşma işə yeni qoşulan cavabdehi bir sıra mühüm prosessual hüquqlardan, o cümlədən üçpilləli məhkəmə müdafiəsi hüququnda məhrum etmiş olmaqla, ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi prinsiplərinə zidd olardı. Bu, həmçinin apelyasiya instansiya məhkəməsinin əsas təyinatı olan birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslığının yoxlanılması baxımından da yolverilməzdir.

30. Apellyasiya instansiyası məhkəməsi vurğulamışdır ki, iddiaçının hazırki cavabdehə avtomobilin tam təmir edilib satılması ilə bağlı etibarnamə verməsi faktının mövcudluğu belə cavabdehin iddiaçı qarşısında hazırki işin predmeti baxımından mülki məsuliyyət daşımalı olmasına dəlalət etmir. İddiaçı FHN-də araşdırma zamanı hadisə ilə əlaqədar şikayətinin olmamasının göstərməsinin aldatma nəticəsində baş verməsinə dair məhkəməyə sübutlar təqdim etməmişdir.

31. Kollegiya qeyd etmişdir ki, iddiaçı yanğının baş verməsində yalnız hərəkət və ya hərəkətsizliklə bağlı ziyan vurulması ilə bağlı təqsiri mötəbər sübut növləri ilə təsdiq olunan şəxsə və ya şəxslərə qarşı iddia qaldırmaq hüququndan istifadə edə bilərdi.

32. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 1096.1 və 1097.1-ci maddələrinə istinad edərək, əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a)Kassasiya şikayətinin dəlilləri

33. İddiaçı (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

34. Kassasiya şikayəti işin faktiki hallarına və iddiaçının əvvəlki kassasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmış əlavə olaraq qeyd edilmişdir ki, cavabdeh tərəflər arasında bağlanmış şifahi tapşırıq müqaviləsinin şərtlərinə əməl etməmişdir. Bundan əlavə, məhkəmə avtomobilin cavabdehin mülkiyyətində və məsuliyyətində olan ərazidə yanmasına dair məsələyə qiymət verməməklə yanlış nəticəyə gəlmişdir. Odur ki, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

35. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

36. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zər ərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

37. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

38. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

39. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəti cəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

40. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

41. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

42. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

43. Maddə 217.4 Məhkəmə (ha kim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

44. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

45. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

46. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bi lər. Kassasiya baxışının hədləri

47. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

48. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən, məhkəmə aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

50. İddia tələbinin maddi hüquqi əsası ilə bağlı kassasiya instansiyası məhkəməsi qeyd edir ki, zərərin əvəzinin ödənilməsinə dair Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret idd ia tələbinin əsası xüsusi hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və sair) irəli gəlir.

51. Hazırkı mülki mübahisəyə münasibətdə iddia tələbinin əsasını delikt təşkil edir. Çünki tərəflərin arasında hər hansı müqavilə yoxdur.

52. Mülki hüquq pozuntusunun tərkibini mülki-hüquqi məsuliyyətinin aşağıdakı ümumi şərtləri təşkil edir:

1. Törədilmiş əməlin (hərəkətin və ya hərəkətsizliyin) hüquqazidd olması (hüquqazidd əməl dedikdə şəxsin qanunla birbaşa qadağan edilmiş və ya qanunun imperativ normalarını pozan hərəkət və ya hərəkətsizliyi anlaşılır);

2. Törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə birbaşa ziyan və ya zərər yetirilməsi (Bu halda şəxsin maddi və ya mənəvi itkilərə məruz qalması anlaşılır. Maddi zərər əmlak itkilərinə səbəb olur);

3. Zər ərvuranın hüquqazidd hərəkəti ilə baş vermiş zərərli nəticələr arasında səbəbli əlaqənin olması (Baş vermiş zərərli nəticə məhz məsuliyyətə cəlb edilməli şəxsin hərəkəti nəticəsində baş verdikdə onun məsuliyyəti yarana bilər. Səbəbli əlaqə zərərli nəticənin konkret əməldən yaranmasını ehtiva edir);

4. Hüququ pozan şəxsin təqsirinin olması.

53. Göründüyü kimi qanunvericiliyin tələbinə əsasən ziyanın vurulması və mülki hüquq pozuntusunun yaranması üçün dörd şərtin olması vacibdir. Yalnız yuxarıda göstərilən dörd şərtin hamısını özündə ehtiva edən, mülki qanunvericilik normalarını pozan əməl (hərəkət və ya hərəkətsizlik) mülki hüquqi məsuliyyətin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayılır. Başqa sözlə, qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin mövcud olmaması del iktə əsaslanan iddia tələbinin təmin edilməsinə əsas vermir.

54. İşə baxmış apelyasiya instansiyası məhkəməsi də işin hallarını bu şərtlər əsasında yoxlamış, həmin şərtlər mövcud olmadığına görə verilmiş tələb üzrə Cavabdehliyinin olmadığını müəyyən etmişdir.

55. Kassatorun tapşırıq müqaviləsinə əsaslanan öhdəliklərə istinadla irəli sürdüyü dəlillər də əsassızdır. Çünki avtomobilin təmir sexinin həyətində saxlanması ilə bağlı tərəflərin arasında hər hansı razılaşma və ya şəraitdən əmələ gələn öhdəlik müəyyən olunmamışdır.

56. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.

57. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

58. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1644/2022 nömrəli, 1 mart 2022-ci il tarixli qətnaməsi "xxxx" MMC-yə aid hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar