Məhkəmə qərarları › İş №2(102)-4983/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4983/2020

15.10.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4983/2020 15.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər LPO Cavabdeh1 ASC-yə, “X1 Mərkəzi” MMC-yə və Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşıiş üzrə QƏRARİ (Açar sözlər: Hərracın nəticələrinin etibarsızlığı) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və X2 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçının vəkili Vəkil, Cavabdeh LPO Cavabdeh1 ASC-nin vəkili X3 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)- 605/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2013-cü il tarixli 2(001)-2771/2013 saylı qətnaməsinə əsasən cavabdeh “xxxx” MMC-dən iddiaçı “xxxx” ASC-nin xeyrinə xx xxxx 2007-ci il tarixli kredit müqaviləsi üzrə 241490,29 manat əsas, 84521,60 manat faiz, 23472,85 manat dəbbə pulu, cəmi 349484,74 manat borcun tutulması, tutmanın İddiaçı məxsus Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi Almas İldırım küçəsində yerləşən 85V nömrəli mənzilə (bundan sonra – mübahisəli mənzil) yönəldilməsi və həmin mənzilin ilkin satış qiyməti 65000 manat müəyyən edilməklə aç ıq hərracda satılması, bankın kredit tələbinin satılmış əmlak hesabına ödənilməsi, mənzil hərracda satıldıqdan sonra 1 ay ərzində cavabdehin mənzildən çıxarılması, iddiaçı “xxxx” ASC tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 78%-i, yəni 23,4 manatı cavabdehlərdən tutulması qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxx 2014-cü il tarixli 2(103)1083/2014 saylı qətnaməsinə əsasən iddiaçı “xxxx” ASC-nin apelyasiya şikayəti təmin edilmiş, Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2013-cü il tarixli 2(001)-2771/2013 saylı qətnaməsi mənzilin ilkin satış qiymətinin 400000 manat məbləğində müəyyən edilməsi hissəsində dəyişdirilmiş, mənzilin ilkin satış qiyməti 65000 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2016-cı i l tarixli 2(102)-2535/16 saylı qərarına əsasən cavabdeh İddiaçı kassasiya şikayəti təmin edilməmişdir. Qətnamə qanuni qüvvəsini alaraq icra edilməsi üçün Binəqədi rayon İcra Şöbəsinə göndərilmişdir. xx xxxxxx 2014-cü il tarixli 1944 nömrəli bildirişdə Binəqədi rayon İcra şöbəsinin 25.07.14-cü il tarixli 17/68 №10654-3 saylı sifariş məktubuna əsasən mənzilin açıq hərraca çıxarıldığı, mənzilin ilkin satış qiymətinin 65000 manat müəyyən edildiyi, hərracın xx.xx.2014-cü il tarixdə saat 11:00-da keçiriləcəyi göstərilmişdir. xx xxxxxxx 2014-cü il tarixli 2200 nömrəli bildirişdə Binəqədi rayon İcra şöbəsinin 25.07.14-cü il tarixli 17/68 №10654-3 saylı sifariş məktubuna əsasən mənzilin açıq hərraca çıxarıldığı, mənzilin satış qiymətinin 55250 manat müəyyən edildiyi, hərracın xx.xx.2014-cü il tarix də saat 11:00-da keçiriləcəyi göstərilmişdir. xx.xx.2014-cü il tarixli Y-412 nömrəli hərracın nəticələri haqqında yekun protokolda sifarişçi Binəqədi rayon İcra şöbəsi, hərracın təşkilatçısı kimi “X1 Mərkəzi” MMC, alıcı kimi isə xxxx ASC göstərilmişdir. Əmlakın ilkin satış qiymətinin 65000 manat, əmlakın satılmış son qiymətinin isə 41438 manat olduğu qeyd edilmişdir. xx.xx.2018-ci il tarixli RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən mənzil ləğv prosesində olan Cavabdeh1 ASC-nin xüsusi mülkiyyətindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı (bundan sonra – iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mübahisəli mənzilə dair tələbkar “xxxx” (Cavabdeh1) ASC (b undan sonra – bank) ilə hərrac təşkilatçısı “X1 Mərkəzi” MMC arasında bağlanmış xx.xx.2014-cü il tarixli Y-412 saylı protokol və eyni tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi, həmin mənzil üzərində bankın mülkiyyət hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, mənzil üzərində iddiaçının mülkiyyət hüququnun bərpa edilməsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində bu barədə müvafiq qeydlərin aparılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Binəqədi rayon İcra Şöbəsi tərəfindən hərraca sifariş verilməsindən onun məlumatı olmamışdır. Həmçinin hərrac təşkilat çısı tərəfindən keçirilmiş hərraclar barədə ona məlumat verilməmişdir. Hərrac mərkəzinə edilmiş müraciətə cavab olaraq hərracın keçirilməsinə dair sənədlərin surətləri ona təqdim edilmişdir. Hərrac təşkilatçısının xx.xx.2014-cü il tarixli bildirişindən müəyyən edilir ki, mənzilin açıq hərracda satılması məqsədi ilə ilkin satış qiyməti 65000 manat olmaqla xx.xx.2014-cü il tarixdə saat 11:00-da birinci hərrac keçirilmişdir. Hərrac təşkilatçısınınxx.xx.2014-cü il tarixli bildirişindən müəyyən edilir ki, mənzilin təkrar hərracdan satılması məqsədi ilə satış qiyməti 55250 manat olmaqla xx.xx.2014-cü il tarixdə saat 11:00-da hərrac keçirilmişdir. İddia ərizəsinə əlavə edilmiş “Hilal Ekspress” kuryer şirkətinin 040797 saylı qaiməsindən müəyyən edilir ki, ona çatdırılmalı olan bildiriş ünvan 1 ü nvanın düzgün olmadığı qeyd edilmişdir. Halbuki mənzilin nömrəsi 50 deyil, 5C-dir. Bu səbəbdən həmin bildiriş ona çatmamışdır. Həmçinin “xxxx” kuryer şirkətinin xx.xx.2014-cü il tarixli aktından müəyyən edilir ki, xx.xx.2014-cü il tarixdə ünvan 2 ünvanında ona aid olan zərf “xxxx” MMC-nin kuryeri tərəfindən götürülmüş və həmin ünvana bir dəfə aparmışdır. Ünvan tam olmadığına görə məktub hərrac iştirakçısına geri qaytarılmışdır. Beləliklə, hərrac təşkilatçısı tərəfindən qanunvericiliyin birbaşa tələbləri pozularaq hərracın keçirilməsi barədə ona heç bir məlumat verilməmişdir. Ona məxsus mənzilə dair tələbkar bank ilə hərrac təşkilatçısı “X1 Mərkəzi” MMC arasında xx.xx.2014-cü il tarixli Y-412 saylı protokol imzalanmış və eyni tarixli hərracın yekunları barədə əmlakın alqı-satqısı barədə müq avilə bağlanmışdır.İş materiallarına əlavə edilmiş xx.xx.2014-cü il tarixli 040797 nömrəli qaimədən ünvan 3 ünvanına “X1 Mərkəzinin” göndərdiyi bildirişin ona çatmadığı aydın olur. Səbəb kimi isə ünvanın düzgün olmaması göstərilir. xx.xx.2014-cü il tarixli 016590 nömrəli qaimədən “X1 Mərkəzinin” ünvanladığı bildirişin ona çatmadığı aydın olur. Səbəb kimi isə ünvanın tam olmaması göstərilir. “xxxx” tərəfindən tərtib edilmiş xx.xx.2014-cü il tarixli akta əsasən xx.xx.2014-cü il tarixdə ünvan 4 ünvanına “xxxx” MMC-nin kuryeri tərəfindən ona aid olan zərfin göstərilən ünvana aparıldığı, lakin ünvanın tam olmaması səbəbi ilə geri qaytarıldığı qeyd edilir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin(bundan sonra – birinci instansiya məhkəməsi) xx xxxx 2019-cu il tarixli, 2(009)-1800/2019 saylı qətnamə si ilə (hakim Ülviyyə Şükürova) iddia təmin edilmişdir. Həmin qətnamədən cavabdeh bank apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – İlham Kərimli - sədrlik edən və məruzəçi, Xəyalə Cəmilova, İsmayıl Xəlilov) xx xxxxxx 2020-ci il tarixli qətnaməsi iləcavabdeh LPO Cavabdeh1 ASC-nin apelyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi rədd edilmişdir. Apelyasiya icraatı zamanı cavabdeh “X1 Mərkəzi” MMC-nin direktoru X564un təqdim etdiyi bildirişlər və xəbərnamələrdən müəyyən edilmişdir ki, iddiaçının adına ünvan 4 ünvanına göndərilmiş hərrac barədə b ildiriş xx.xx.2014-cü il tarixdə, ünvan 6 ünvanda isə xx.xx.2014 və xx.xx.2014-cü il tarixlərdə ünvan sahibi tərəfindən qəbul edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işdə olan sübutlardan göründüyü kimi, mübahisələndirilən hərrac qanuni əsaslarla keçirildiyinə görə onun ləğvi üçün əsas yoxdur. “xxxx” MMC xx xxxx 2007-ci il tarixli kredit müqaviləsinə əsasən bankdan 12 ay müddətinə illik 18 faiz dərəcəsi ilə 300000 manat məbləğində kredit götürərkən iddiaçı öz mülkiyyətində olan mənzili könüllü olaraq ipoteka ilə yüklü etmiş, öhdəliyin icra edilməməsinin mülki məsuliyyətini və onun hüquqi nəticələrini dərk etmişdir. “xxxx” MMC bank qarşısında öhdəliklərini yerinə yetirmədiyinə görə məhkəməyə müraciət olunmuş, məhkəmə qətnaməsinə əsasən borcun tutulması, tutmanın ipot eka predmeti olan evə yənəldilməsi və mənzilin boşaldılması qət olunmuşdur. Bu barədə məhkəmə qərarlarından iddiaçı məlumatlı olsa da, məhkəmə qərarının icrası ilə maraqlanmamışdır. Hərrac təşkilatı hərracın keçirilməsi barədə həm ipoteka qoyanı, həm də ipoteka saxlayanı mümkün olan bütün vasitələrlə məlumatlandırmışdır. Hərrac təşkilatının apelyasiya məhkəməsinə təqdim etdiyi bildirişlərdən görünür ki, ipoteka qoyan şəxsə ünvanlanmış bildirişlər ünvanına çatdırılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prossesual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Məhkəmə bildirişlərin qəbul edilməsi barədə xəbərnamələrdəki imzaların ona məxsus olub olmamasını araşdırmadan, bu barədə ekspertiza aparılmadan, bildirişlərin çatdırılmasını qəbul etmişdir. Məhkəmə bu halı müəyyən etmək üçün məhkəmə-xəttşünaslıq ekspertizası təyin etməli, bildirişlərin həqiqətən həmin ünvana çatdırılıbçatdırılmamasını və həmin ünvanda yaşayan hər hansı bir şəxsin onu qəbul edib-etməməsini müəyyən etməli idi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının vəkili Vəkil məhkəmə kollegiyasının iclasın da kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdeh LPO Cavabdeh1 ASC-nin vəkili X4 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər cavabdehlər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 33 borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımı nca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Tutma yönəldilən ipoteka predmetinin satış üsullarından biri olan hərracların keçirilmə qaydaları, hərracın baş tutmamış elan edilməsi, bu halda təkrar hərracın keçirilməsi qaydaları və nəticələri “İpoteka haqqında” Qanunun 42 və 43-cü maddələri ilə tənzimlənir. Maddə 41.2. məhkəmənin qərarı və notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən həyata keçirilir. İcra məmuru hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata sifariş verir. 41.3 hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Hərrac açıq auksion formasında keçirilir. Maddə 42.1 hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətini n 5 faizi miqdarında beh ödəməlidir. Maddə 43.1. hərraca iki nəfərdən az alıcı gəldikdə; hərracın iştirakçısı olmadıqda; hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə (bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın) hərracın təşkilatçısı hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir. Maddə 43.3-43.5. hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutm adıqda birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. Maddə 43.7. Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla hərrac digər səbəblər görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25% az olmayan qiymətlə ala bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 414.4. hərrac auksion və ya müsabiqə formasında keçirilir. Maddə 415.2. qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı h ərracın keçirilməsini onun keçirilməsinə ən azı otuz gün qalmış bilməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası və s. məlumatlar olmalıdır. Maddə 416.1maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət ve rmir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin bildirişlərin məhz iddiaçıların ünvanına təqdim edilməsi işin mübahisə olunm ayan hallarına aiddir. “Poçt haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.10-cu maddəsinə görə, sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Həmin Qanunun 13.1-ci maddəsinə görə, aşağıdakı hallarda poçt göndərişi çatdırılması mümkün olmayan hesab edilir: Poçt göndərişinin üzərində ünvanın dəqiq olmadığı, silindiyi, pozulduğu, oxunmadığı və ya buna oxşar digər hallarda (maddə 13.1.1.). Ünvan sahibi poçt göndərişini almaqdan imtina etdikdə (maddə 13.1.2.). Azərbaycan Respublikasının Rabitə Nazirliyinin 120 №-li xx.xx.2002-ci il tarixli əmri ilə təsdiq edilmiş “Poçt rabitəsi qaydalarının” 7-ci maddəsinin 7-ci bəndinə görə, bütün növ göndərişlərin, gö ndəricinin çağırış ünvanında qəbul edilərək qısa müddət ərzində ünvan sahibinə çatdırılması kuryer poçt adlanır. Həmin Qaydaların 8-ci maddəsinin 12-ci bəndinə görə, qəbula dair qəbz verilən, müşayiət sənədlərinə yazılan, təyinat yerində alıcıya imza etdirməklə verilən poçt göndərişləri (məktublar, poçt kartları, banderollar) sifarişli poçt göndərişləri adlanırlar. İşin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarında göründüyü kimi, hərracın keçirilməsi barədə bildirişlər iddiaçının ünvanına göndərilmiş və həmin ünvandan qəbul edilmişdir. Bildirişlərin iddiaçıya məxsus olan ünvanda qəbul edilməsi işin halları ilə müəyyən edildiyindən həmin bildirişlərdəki imzaların kimə məxsusluğu barədə ekspertiza keçirilməsi üçün zərurət yoxdur. Məhkəmə kollegiyası qeyd olunanla rı nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-605/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar