Məhkəmə qərarları › İş №2(102)-4985/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4985/2019

19.07.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4985/2019 19.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Kalbalıyev Aslan Kalbalı oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Xəlilova Şərqiyyə Adilxan qızının katibliyi ilə, İddiaçı, onun vəkili Əliyev Əlisəfa Qurban oğlu, X4 iştirakları ilə, İddiaçı Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 fevral 2019-cu il tarixli qətnaməsindən verdiklərii kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 fevral 2019-cu il tarixli qətnaməsindən kassasiya şika yəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdilər. İşin halları: İddiaçı cavabdeh X10 qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi rayon məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 05 oktyabr 2018-ciil tarixli qətnaməsi ilə (sədrlik edən F.Qasımov, iş 2(001)6927/2018)iddia tələbi təmin edilmiş, 2500 manat məbləğində əsas borcun və 250 manat məbləğində faiz borcunun, ödənilmiş 30 manat dövlət rüsumunun X10 tutularaq İddiaçıya ödənilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 fevral 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər X.Cəmilova (sədrlik edən və məruzəçi), İ.Xəlilov və İ.Kərimli, iş № 2(103)-2906/2019) cavabdeh X4 apelyasiya şika yəti təmin edilmiş, hazırki iş üzrə Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 05 oktyabr 2018-ciil tarixli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə çıxarılmış, İddiaçı cavabdeh X10 oğluna qarşı pul tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdılar ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 fevral 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş edirlər. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin i zahatları: İddiaçı vəkili Əliyev Əlisəfa Qurban oğlu izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 fevral 2019-cu tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinin tələbinə müvafiq X10 izahatı dinlənilməmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və pro sessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə r iayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, İddiaçı hazırki mülki iş üzrə cavabdeh X10 həyat yoldaşı X3 qarşı “pul” tələbi ilə 17.05.2017-ci il tarixdə Binəqədi rayon Məhkəməsində iddia qaldırmış və onun iddiası məhkəmənin 07.09.2018-ci il tarixli qətnaməsi ilə təmin edilərək, 2500 manat məbləğində pulun cavabdeh X2 İddiaçı xeyrinə tutulması qət edilmişdir. Bununla əlaqədar həmin mülki iş Binəqədi rayon Məhkəməsindən tələb edilmiş və iş materiallarında olan iltizama baxış keçirilərkən aydın oldu ki, X1 2014-cü ilin iyun ayında 2500 manat məbləğində borc pul almışdır. Həmin iltizama 30.09.2015, 03.01.2016 və 30.05.2016-cı il tari xlərində qeydlər aparılaraq borcun son qaytarılma müddəti «01.09.2016-cı il» müəyyən edilmişdir. Hazırkı mülki işə (i.v. 5) əlavə olunmuş iltizamdan görünür ki, həmin iltizam 01.12.2015-ci il tarixdə tərtib olunmuşdur. Apellyasiya baxışı zamanı cavabdeh bu barədə izahatında bildirdi ki, həyat yoldaşı verdiyi iltizamda göstərilən 2500 manat borcunu ödəyə bilmədiyi üçün iddiaçı narazılıq etmiş və buna görə də ondan da 01.12.2015-ci il tarixdə iltizam almış və nəticədə hazırki iş üzrə iddiaçı birinci instansiya məhkəməsinə təqdim etdiyi sözügedən iltizamdan sui-istifadə edərək bu iddianı qaldırmışdır Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: “Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsa sən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir (425.1). Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (425.2).” İddiaçı kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi ona istinad etmişdir ki, “cavabdehə 1 dekabr 2015-ci ildə 2500 manat borc pul vermiş, bu barədə cavabdeh yazılı iltizam verərək həmin məbləği aldığını və 3 ay müddətinə qaytaracağını etiraf etmişdir.” Kassasiya şikayətinin həmin dəlili ilə əlaqədar Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin mövqeyini əsaslı hesab edir. Belə ki, mülki işin materialları ilə təsdiq olunur ki, iddiaçı cavabdehin arvadı X3 10 ay müddətinə 2014-cü ilin iyun ayında 2500 manat borc vermişdir. X2 borcu vaxtında geri qaytara bilməmiş və 30.09.2015-ci il tarixdə yenidən iddiaçının adına iltizam yazaraq ona 2015-ci ilin dekabr ayının 30-na kimi möhlət verilməsini xahiş etmişdir. X2 sonrakı tarixlərdə yazdığı iltizamlardan və iddiaçı iddia ərizəsinin surətindən məlum olur ki, X2 həmin borc pulu ödəməmiş və iddiaçı İddiaçı 10.05.2017-ci il tarixdə iddia ərizəsi ilə Binəqədi rayon məhkəməsinə müraciət etmişdir. Cavabdehin arvadının 2014-cü ilin iyun ayında 10 ay müddətinə borc aldığı 2500 manat pulu qaytara bilmədiyi halda, 2015-ci ilin dekabr ayında iddiaçının onun ərinə də yenidən 2500 manat borc verməsi inandırıcı deyildir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi hüququ normalarını mübahisəli hüquq münasibətinə düzgün tətbiq etmiş, prosessual qanun pozuntusuna yol verməmişdir. Kassasiya ş ikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 fevral 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar