Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4997/2019 11.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi-hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı, vəkili Rnun, Cavabdeh1 və vəkili Pnun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07.03.2019-cuiltarixli, 2(103)3156/2019 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon Məhkəməsinin (hakim T.Axundov) 02.10.2017-ci il tarixli, 2(004)-661 6/2017 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə, Cavabdeh2 MMC-yə və Cavabdeh1 qarşı “03.04.2017-ci il tarixli, 223 saylı əmlakın qiymətləndirilməsi barədə hesabatın ləğv edilməsi” tələbinə dair iddiasının rədd edilməsi, iş üzrə ödənilmiş 10 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər İ.Şirinov, E.Kazımov, T.Səmədov) 23.05.2018-ciiltarixli, 2(103)-104/2018 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 02.10.2017-ci il tarixli, 2(004)-6616/2017 nömrəli qətnaməsinin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanması, apellyasiya şika yətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Ə.Mirzəliyev, T.Qoldman, G.Quliyev) 01.11.2018-ci il tarixli, 2(102)-6919/18 saylı qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23.05.2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər E.Həsənov, X.Mərdanova, F.Babayev) 07.03.2019-cuiltarixli, 2(103)-3156/2019 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 02.10.2017-ci il tarixli, 2(004)- 6616/2017 nömrəli qətnaməsinin ləğv edilməklə iş üzrə yeni qətnamə qəbul edilməsi, iddia tələbinin təmin olunaraq, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi şosesinin sol tərəfində yerləşən qeyri-yaşayış binasının qiymətləndirilməsi barədə Cavabdeh2 MMC-nin tərtib etdiyi 03.04.2017-ci il tarixli, 223 saylı hesabatın ləğv edilməsi və həmin əmlakın yenidən qiymətləndirilməsinin həyata keçirilməsinin Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinə həvalə edilməsi, iş üzrə keçirilmiş ekspertizanın dəyəri qismində 150 manatın Cavabdeh2 MMC-dən tutularaq “xxxx” MMC Consultinq və Qiymətləndirmə şirkətinin hesabına köçürülməsi, iddia ərizəsi və apellyasiya şikayəti verərkən iddiaçının ödəmiş olduğu 15.4 manat rüsum məbləğinin Cavabdeh2 MMC-dən alınaraq ona ödənilməsi qə t edilmişdir. Cavabdeh1 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07.03.2019-cuil tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə, Cavabdeh2 MMC-yə və Cavabdeh1 qarşı “03.04.2017-ci il tarixli, 223 saylı əmlakın qiymətləndirilməsi barədə hesabatın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə 13.07.2017-ci il tarixdə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin sifarişi ilə Cavabdeh2 MMC-nin tərtib etdiyi əmlakın qiymətləndirilməsi barədə 03.04.2017-ci il tarixli, 223 saylı hesabatının ləğv edilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh1 və vəkili P kassasiya şikayətini onunla əsaslandırmışlar ki, ididaçı 03.04.2017-ci il tarixli qiymətləndirmə hesabatının ləğv edilməsini tələb edərkən mübahisə predmeti olan olan əmlakın onun deyil, “xxxx” MMC-nin mülkiyyətində olmasını və həmin əmlakın bank qarşısında ipoteka ilə yüklü edilməsini göstərmişdir. Əmlakın bazar dəyərinin düzgün qiymətləndirilməməsi, yəni dəyərindən aşağı qiymətləndirilməsi iddiaçı tərəfindən mübahisələndirilməmiş və iddia ərizəsində həmin məsələ iddianın əsası kimi göstərilməmişdir. İddiaçı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 53-cü maddəsinə əsasən qətnamə qəbul edilənə kimi iddianın əsasını dəyişməmiş, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə dən apellyasiya şikayəti verərkən şikayətinin əsası kimi də həmin hala əsaslanmamışdır. Apellyasiya instansiyası məhkəməsi qiymətləndirmə hesabatını iddia ərizəsində göstərilmiş əsaslara görə deyil, əmlakın bazar dəyərinin müəyyən edilməsi zamanı yol verilmiş hesab etdiyi nöqsanlara görə ləğv etmişdir. Məhkəmə instansiyaları tərəfindən işə baxılarkən əlavə olaraq 4 rəy əldə edilmiş, lakin həmin rəylərdə müəyyən olunmuş qiymətlər arasında kəskin ziddiyyət olduğundan Ali Məhkəmənin 01.11.2018-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 23.05.2018ci il tarixli qətnaməsi ləğv edilərək iş yeni apellyasiya baxışına göndərilmiş və iş üzrə komissiyon ekspertizanın təyin edilməsi məsələsinin müzakirə edilməsi tövsiyyə olunmuşdur. Lakin apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respub likasının MPM-nin 420-ci maddəsinin tələblərinə əhəmiyyət verməyərək hesabatı ləğv edib yeni qiymətləndirmənin həyata keçirilməsini İcra və Probasiya şöbəsinə həvalə etmişdir. Əmlakın yenidən qiymətləndirilməsinin İcra və Probasiya şöbəsinə həvalə edilməsi mübahisəni həll etmir. Çünki mübahisə hər bir halda məhkəmə tərəfindən həll edilməlidir. İş üzrə məhkəmə komissiyan ekspertizasının təyin olunmasına dair Ali Məhkəmənin göstərilən qərarında verilmiş göstərişə uyğun olaraq cavabdeh tərəfindən məhkəmə kollegiyasına məhkəmə komissiyon ekspertizasının keçirilməsi barədə yazılı vəsatət təqdim olunsa da, həmin vəsatət müzakirə olunmamış və ona münasibət bildirilməmişdir. Məhkəmə kollegiyası nəzərə almamışdır ki, əmlakın İcra və Probasiya şöbəsinin sifarişi ilə yenidən qiymətləndirilməsi məhkəm ə instansiyalarında hadisələrin eyni qaydada yenidən təkrarlanması ilə nəticələnə bilər. Digər tərəfdən mübahisəli qeyri-yaşayış sahəsinin açıq hərracdan satılması iddiaçı tərəfindən ləğv edilməsi tələb edilən Cavabdeh2 MMC-nin tərtib etdiyi 03.04.2017-ci il tarixli hesabat əsasında həyata keçirilmişdir. Lakin 20.10.2017ci il tarixdə keçirilmiş hərracın nəticələrinin etibarsız hesab edilməsi iddiaçı tərəfindən tələb olunmamışdır. Belə vəziyyətdə qiymətləndirmə hesabatının ləğv edilməsinin mümkünlüyü məsələsinə qətnamədə qiymət verilməli idi. Həmçinin əmlakın qiymətləndirilməsi barədə “xxxx” MMC tərəfindən verilmiş hesabatda mübahisəli obyekt 772000 manat dəyərində qiymətləndirilərkən orada anbar, mağazalar, ticarət sahəsi, yardımçı və sair təyinatlı sahələrdən ibarət 13 sahənin olması gö stərilmiş Ali Məhkəmənin bu iş üzrə olan 01.11.2018-ci il tarixli qərarında da həmin məsələ apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsaslarından biri kimi göstərilmişdir. Həmin hesabatda sadalanan 13 sahənin hamısının obyektdə mövcud olması həqiqətəuyğun deyil və ondan əvvəl verilmiş bütün digər qiymətləndirmə hesabatları ilə təkzib olunur. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə tərəflərin qarşılıqlı münasibətinə və qanunun tələblərinə uyğun əsaslandırılmamış, işdə olan sübutlar tədqiq olunmadan çıxarılmış, onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətində müəyyənliyin yaranması pozulmuş və mübahisə edilən hüquqların real bərpası təmin edilməmiş və beləliklə maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Ona görə də onlar Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07.03.2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin cavabdehlər Yasamal rayon İcra və Probasiya şöbəsinin və Cavabdeh2 MMC-nin səlahiyyətli nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 və vəkili P kassasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin ed ilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən İddiaçı və vəkili R kassasiya şikayətinə etiraz edərək, məhkəmədən şikayətin təmin edilməməsini və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07.03.2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin madd i və prosessual normaları düzgün tətbiq edib - etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. İş materiallarından görünür ki, iddiaçının Cavabdeh1 qarşısında qüvvədə olan qətnamə əsasında yaranmış öhdəliyinin icrasının təmin edilməsi məqsədilə üzərinə həbs qoyulmuş iddiaçının təsisçisi olduğu “xxxx” MMC-nin mülkiyyətindəki Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi şossesinin sol tərəfində yerləşən qeyriyaşayış binası (ümumi sahəsi: əsas 35.0 kv.m, talvar 1203 kv.m) Cavabdeh2 MMC tərəfindən 71 000 manat məbləğ ində qiymətləndirilmiş, bununla belə əvvəlki apellyasiya baxışı zamanı təyin olunmuş ekspertizalar əsasında həmin əmlaka biri-birindən kəskin fərqlənən qiymətlər – 69 604 manat, 792 320 manat və 772 000 manat – qoyulmuşdur. Kollegiya həmin qiymətləndirici rəylərini təhlil edərək hesab etmişdir ki, Cavabdeh2 MMC əmlakın qiymətini müəyyənləşdirərkən ərazidə təşəkkül tapmış qiymətləri araşdırmamış, qiymətləndirməni səthi aparmış, daşınmaz əmlaka dair zəruri sənədlərlə tanış olmamış, qiymətləndirilən əmlakın dəyərinə təsir edən amilləri nəzərə almamış, analoji əmlakların bazar dəyərini təhlil etməmiş, bənzər əmlakların müqayisəli təhlilini həyata keçirməmişdir. Bu zaman həm də nəzərə alınmalıdır ki, sözügedən əmlak “xxxx” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir və qiymətləndirmə zamanı həmin bankın nümayəndəsinin iştirakı ümumiyyətlə təmin olunmamışdır. Buna görə də kollegiyanın qənaətinə görə, sözügedən əmlakın qiymətləndirilməsinə dair Cavabdeh2 MMC-nin tərtib etdiyi 03.04.2017-ci il tarixli 223 saylı hesabat ləğv olunmalı, əmlakın yenidən qiymətləndirilməsi təmin edilməlidir (qiymətləndirilmə zamanı “xxxx” ASC-nin nümayəndəsinin iştirakı da təmin olunmaqla). Bu qənaətə gələrkən kollegiya həm də nəzərə almışdıır ki, Mülki Məcəllənin 1.2-ci maddəsində öz əksini tapmış bu Məcəllənin əsas vəzifələrindən biri mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsinin yerinə yetirilməsidir; tərəflərin hüquq və vəzifələri isə mülki qanunvericilik prinsipləri əsas götürülməklə ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmaqla tənzimlənməlidir. “İ cra haqqında” Qanunun 51.1-ci maddəsinə əsasən borclunun əmlakının qiymətləndirilməsi, tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. Qiymətləndirici icra məmuru tərəfindən dəvət olunur. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən, qiymətləndirilməsi mülki qanunvericiliklə nəzərdə tutulan və ya sifarişçi tərəfindən zəruri hesab edilən hər cür əmlak qiymətləndirmə fəaliyyətinin obyektidir. Həmin Qanunun 8-ci maddəsinə görə, qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxıla bilər. Bu halda mübahisəni baxılma q üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. Kassasiya kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, kassasiya şikayətinin dəlilləri formal xarakterli olmaqla, apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin tərəflərin qarşılıqlı münasibətinə və qanunun tələblərinə uyğun əsaslandırılmaması, işdə olan sübutların tədqiq olunmadan qətnamə çıxarılması, göstərilən qətnamənin qəbul edilməsi ilə mübahisəli hüquq münasibətində müəyyənliyin yaranmasının pozulması, mübahisə edilən hüquqların real bərpasının təmin edilməməsi halı kassasiya kollegiyası tərəfindən müəyyən edilməmişdir. Apelyasiya kollegiyası i ş üzrə düzgün araşdırma aparmış və işin halları üzrə sübutlara düzgün hüquqi qiymət vermişdir. Odur ki, kassasiya şikayətinin dəlilləri olan həmin dəlillər əsassızdır və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Beləliklə, kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Nəticə olaraq kassasiya kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəmə sinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 Seyfulla oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07.03.2019-cu il tarixli, 2(103)-3156/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4997/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-4997/2019
11.07.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver