Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-500/2020 22.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 27 avqust 2019-cu il tarixli qətnaməsindən cavabdeh x2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 22 yanvar 2020-ci il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 mart 2019-cu il tarixli 2(001)1038/2019 saylı qətnaməsi ilə (sədrlik edən hakim G.Abbasova) iddia qismən təmin edilərək, iddiaçı x1 müəllifi olduğu musiqi əsərlərinin cavabdeh x2 tərəfindən ifasının qadağan edilməsi, cavabdeh x2ndan kompensasiyaya görə 500 manat, əsərdən normal istifadə zamanı əldə edə biləcəyi qonorara görə 500 manat və 10 manat dövlət rüsumu, cəmi 1010 manatın tutularaq iddiaçı x1 ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi və ödənilmiş 20 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 27 avqust 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər R.Qurbanov (sədrlik edən, məruzəçi), E.Nəbiyev və A.Hüseyn, 2(103)8766/2019 saylı mülki iş) hazırki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1038/2019 saylı mülki iş üzrə qəbul etdiyi 27 mart 2019-cu il tarixli qətnaməsi iddianın qismən təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı x1 cavabdeh x2na qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsərlərinin cavabdeh tərəfindən ifasına qadağa qoyulmasına, müəllif hüquqlarının pozulması nəticəsində ona dəymiş zərərin ödənilməsi və ya gəlirin tutulması əvəzinə 55000 manat məbləğdə kompensasiya, əsərlərdən normal istifadə zamanı əldə edə biləcəyi 15000 manat qonorarın, ödədiyi 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri Cavabdeh x2 apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiy a şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. İddiaçı x1 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə əməl etməmiş, vəkilin iştirakı olmadan məhkəmə iclasına gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasına teleqram göndərərək işin təxirə alınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən i şə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara i stinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçının öz tələblərinin əsası kimi istinad etdiyi hallar ondan ibarət olmuşdur ki, o, 2006-2007-ci illərdə cavabdehə “Necə unudum”, “Gecikmiş çiçəklər”, “Gözləyirəm” adlı bəstələrinin ifasına icazə vermişdir. 2009-cu ildə “Azad Azərbaycan” telekanalında keçirilən “Yeni ulduz” televerilişində iştirakçı qismində çıxış edən x3, x4 və cavabdeh x2 ibarət trio bəstəsi olan, sözləri x5, musiqisi ona məxsus “Əziz müəllimim” əsərini onun rəhbərliyi ilə, prodüser kimi çıxış etdiyi, bütün maddi xərcləri üzərinə götürməklə mahnının bəstələnməsindən tutmuş, arenjemana çəkilmiş xərclər, efirlərə təqdim etmək üçün klipin çəkilməsi və s. üçün çəkdiyi bütün xərclər d ə daxil olmaqla ifa etmişlər. “Əziz müəllimim” əsəri populyarlıq və aktuallıq qazandığından və əsərə yaranmış tələbata görə mahnının ifası tələb olunmuşdur. Trionun digər üzvləri iştirak edə bilmədikləri üçün cavabdeh x2 bəstəsinin solo ifası üçün ona müraciət etmişdir. Ona məxsus olan “Əziz müəllimim” əsərinin adının hər yerdə hallanması və əsərin ona məxsus olması şərti ilə cavabdeh tərəfindən ifasına icazə vermişdir. Qazandığı uğurlardan sonra ona müraciət edərək yenidən ona yardım etmək məqsədi ilə “İstanbulda liman var” əsərini ifa etmək üçün cavabdehə verməyini xahiş etmişdir. 2013-cü ilin aprel ayında təşkil etdiyi proyektlərin birində əvvəlcədən cavabdehlə aralarında olmuş şifahi sövdələşməyə uyğun olaraq cavabdeh ifaçı qismində bəstəsi ona məxsus, sözləri x5 məxsus “Məhəbbət dünya sı” adlı əsərini ifa etməsini üzərinə götürmüşdür. Cavabdehin məsuliyyətsizliyi səbəbindən əvvəlcədən aralarında olan şifahi sövdələşməni heçə sayaraq, üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, proyektin iflasa uğramasına, onun maddi və mənəvi zərər çəkməsinə o cümlədən sifarişçinin yanında etibarının itirilməsinə şərait yaratmışdır. Bu hadisənin cavabdeh tərəfindən törədilməsinin izahını zənglər və mesajlar vasitəsi ilə tələb etməyinə baxmayaraq, tərəfindən heç bir reaksiya verilməmiş, etdiyi zənglər və mesajlar cavabsız qalmışdır. Bu hadisə aralarında olan münasibətin korlanmasına gətirib çıxarmış, cavabdehlə aralarında olan bütün əlaqələr kəsilmişdir. Bu hadisədən sonra o, kütləvi informasiya vasitələrində bəstələrinin cavabdeh tərəfindən ifasına qadağa qoyulması barədə bəyanat ve rmişdir (http//www.aznews.az/news/shou-biznes/24483.html). Belə bır bəyanatın verilməsinə baxmayaraq, cavabdeh bu günə qədər bəstələrini ifa edir, əsərlərin müstəsna sahibliyi ona məxsus olsa da, bütün televiziya kanallarında, radiolarda o cümlədən internet resurslarında “Əziz müəllimim”, “İstanbulda liman var” əsərləri cavabdehə məxsus kimi qələmə verilir. Cavabdeh “Lider” telekanalının efirində - “Həyat tərzi” proqramında 15.09.2016-cı il tarixində qonaq qismində çıxış edərək, mahnının ona məxsus olduğunu bildirmiş, hətta daha da irəliyə gedərək ona məxsus bəstənin yəni “Əziz müəllimim” əsərinin minus variantını internet portalında açıq istifadə üçün yerləşdirdiyini bildirmişdir. Cavabdehin buna bənzər hüquq pozuntuları “Azad Azərbaycan” Televiziyasının efirində yayımlanan “10dan sonra” verilişində 20.05.2016, 14.10.2016, 14.09.2018-ci il tarixlərində də təkrarlanmışdır. Cavabdeh x2 bu illər ərzində razılığı, icazəsi və aralarında belə razılığın verilməsinə dair müqavilə olmadan bəstələrini efirlərdə ifa etmiş, bu yolla özünü yüksək səviyyədə reklam etmiş, həmçinin el şənliklərində ifa edərək əsaslı vəsait qazanaraq varlanmışdır. Həmçinin x6 adlı şəxs 23 may 2016-cı il tarixində ona “facebook” sosial şəbəkəsi hesabı vasitəsi ilə yazaraq iddiaçının bəstəsi olan “İstanbulda liman var” əsərini bəyəndiyini və rejissor olaraq bu əsərə klip çəkmək istəyini bildirdi. Bəstənin ifası cavabdeh x2 tərəfindən olmayacağı təqdirdə icazə verəcəyini bildirmiş, əks halda çəkməməsini tələb etmişdir. Onun tərəfindən icazə və razılıq olmadan “youtube.com” internet portalında “İstanbulda lima n var” adlı bəstəsinə klip çəkilərək yerləşdirilmişdir. Bundan xəbər tutduqdan sonra o “youtube.com” internet portalına rəsmi müraciət edərək, həmin klipin ordan silinməsinə nail olmuşdur. Bununla belə alternativ “vimeo.com” internet portalında bəstəsinə çəkilmiş klip cavabdeh və rejissor tərəfindən yerləşdirilmişdir. Cavabdeh hərəkətləri ilə onun müəllif hüquqlarını kobud surətdə pozmuş və pozulmuş hüquqlarının bərpası üçün onu məhkəməyə müraciət etməyə məcbur etmişdir. Həmçinin cavabdeh əsərin bəstəkarı olaraq ondan xüsusi razılıq və icazə almadan “İstanbulda liman var” bəstəsini aranjeman etdirərək klipə yerləşdirmişdir. Bu da bir daha onun müəllif kimi hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Cavabdeh “axsham.az” internet xəbər portalına müsahibə verərək, müəllif olaraq onun şərəf və ləyaqətinə xələl gətirən hərəkətlər etmiş və onun şöhrətinə hörmət etməmişdir. Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi tərəfindən əsərin müstəsna sahibliyə dair verilmiş 29.06.2018 tarixli 07/C-9769-18 qeydiyyat nömrəli şəhadətnamə əsasında “Əziz müəllimim”, 29.06.2010 tarixli 07/C-5144-10 qeydiyyat nömrəli şəhadətnamə əsasında “Gözləyirəm” və 18.08.2016 tarixli 07/C-8657-16 qeydiyyat nömrəli şəhadətnamə əsasında “İstanbulda liman var” adlı musiqi əsərləri qeydiyyata alınmışdır. Bu da bir daha sadalanmış əsərlərin müəllifi olması və onlara dair bütün müstəsna sahiblik hüquqlarının ona məxsus olmasını göstərmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Konstitusiyasının 30-cu maddəsinə, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun 11-ci maddəsin ə istinad edərək qeyd etmişdir ki, əsərin aranjeman edilməsi onu aranjeman edən şəxsin də müəllif hüquqlarının yaranmasına səbəb olsa da, aranjeman olunmuş əsərə münasibətdə ilkin müəllifin müəllif hüquqlarını da olduğu kimi saxlayır. Ona görə də, istinad edilən “Əziz müəllimim” və “İstanbulda liman var” musiqi əsərləri sonradan aranjeman edilsə də və cavabdeh tərəfindən onun aranjeman olunmuş versiyası ifa edilsə də, bu hal iddiaçının buna münasibətdə pozulmuş müəllif hüquqlarının müdafiəsi ilə iddia qaldırmasını istisna etmir. Həmçinin aranjeman etmiş şəxsin iddia qaldırmaması iddiaçının hazırkı iddia ilə hüquqlarını müdafiə etməsinin qarşısını almır. Habelə, iddiaçının bu şəkildə iddia qaldırması əsəri aranjeman etmiş şəxsin hüquq və maraqlarına hər hansı şəkildə təsir etmir. Cavabdeh q eyd olunmuş “Əziz müəllimim” mahnısını rəsmi mərasimlərdə (son zəng günü, müəllim və bilik günləri) oxuduğunu, ona buna görə pulun verilməsi nəzərdə tutulmadığını və verilmədiyini göstərmişdir. Apellyasiya instansiyası məhkəməsi cavabdehin iddiaçının müəllifi olduğu “İstanbulda liman var” mahnısına klip çəkdirməsi və onun razılığı olmadan onu internet efirdə və hətta müəllif kimi adının göstərilmədən yayımlamasına münasibətdə qeyd etmişdir ki, bu halda iddiaçının müəllif hüquqları pozulmuşdur. Cavabdeh tərəf həmin klipin bir neçə gün youtube.com saytında yayımlanmasını, sonradan həmin saytdan iddiaçı tərəfindən silindiyini qeyd etsə də, youtube.com saytında həmin klipin çəkilişinə dair yerləşdirilmiş cavabdehin müsahibəsi ilə bu hallar tam şəkildə təkzib olunmuşdur. Həmin klip məhz cavab deh tərəfindən çəkilmiş və bütün dünyada yayımı mümkün olan “youtube.com” kanalında nümayiş etdirilmişdir. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun 4-cü maddəsinə əsaslanaraq məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəfindən iddiaçının icazəsini almadan, habelə ona hər hansı qonorar ödənilmədən, habelə adı qeyd edilmədən əsəri kütləvi şəkildə nümayiş etdirməklə iddiaçının müəllif hüquqları pozulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 02 may tarixli, 38 nömrəli qərarına 4 nömrəli əlavənin ədəbiyyat və incəsənət əsərlərinin kütləvi ifasına görə müəllif qonorarının dərəcələrindən istifadə və müəllif qonorarının hesablanması və ödənilməsi qaydalarının 1-ci bəndinə, “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə ist inad edərək məhkəmə qeyd etmişdir ki, əsərlərin kütləvi ifasına, kütləvi nümayişinə və radio-televiziya verilişləri vasitəsi ilə efir ifasına görə Azərbaycan dövlətinin ərazisində həmin fəaliyyət növü ilə məşğul olan tabeçiliyindən və mülkiyyət formasından asılı olmayaraq bütün hüquqi və fiziki şəxslər müəllif qonorarı ödəyirlər ki, hazırda da cavabdeh, sözügedən mahnını televiziyada ifa etməsini təkzib etməmiş, eləcə də həmin ifa məhz müəllifin icazəsi olmadan həyata keçirilmişdir. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 1-ci hissəsinə, 15-ci maddəsinin 1 və 2-ci hissələrinə, 32-ci maddəsinin 1 və 2-ci hissələrinə istinad edərək məhkəmə hesab etmişdir ki, iddiaçının məruz qaldığı zərər, habelə məhrum olduğu qonorar məbləği cavabde hdən tutulmalıdır. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun 45-ci maddəsinin 2-ci hissəsinə, 45-ci maddəsinin 4-cü hissəsinə istinad edərək məhkəmə qeyd etmişdir ki, sözügedən musiqi əsərlərinin müstəsna müəlliflik hüququ iddiaçıya məxsus olduğundan və cavabdehin həmin əsərləri 2013-cü ildən sonra müəllifin razılığı olmadan, ona hər hansı qonorar ödəmədən, hətta adını belə qeyd etmədən ifa etdiyi sübut edilmişdir. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun 45-ci maddəsinə istinad edərək məhkəmə qeyd etmişdir ki, iddia tələbindən görünür ki, iddiaçı zərərin əvəzini və ya məhz qanunda nəzərdə tutulmuş kompensasiyanın tutulmasını tələb edir ki, bu halda da onun məruz qaldığı zərərin məbləğini sübut etməsi vəzifə si aradan qalxır. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun 45-ci maddəsinin 5-ci hissəsinə istinad edərək məhkəmə hesab etmişdir ki, “Əziz müəllimim” və “İstanbulda liman var” musiqi əsərlərinin ilk vaxtlarda ifa olunması iddiaçı tərəfindən cavabdehə təklif olunduğundan və əvəzsiz olması barədə hər iki tərəfin razılığı olduğundan, qonorarın tutulması 2013-cü ildən sonrakı müddəti əhatə etməlidir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, əsərlərin ifasına qadağının 2013-cü ildən qoyulması nəzərə alınaraq, iddia tələbini bu hissədə qismən təmin etməklə, iddiaçının kifayət qədər cəmiyyətdə tanınmış bəstəkar olmasını, qonorarın məbləğinin 2013-cü ildən başlayaraq cavabdehin müəllifin icazəsi olmadan musiqi əsərlərini ifa etdiyini nəzərə al araq 500 manat həddində olmasını ağlabatandır. Həmçinin qeyd edilmişdir ki, müəllif iddiaçı cavabdeh tərəfindən onun musiqi əsərlərinin ifa olunmasına qarşıdır və bu barədə iddiaçı iradə ifadəsini açıq nümayiş etdirdiyindən, iddiaçının müəllifi olduğu musiqi əsərlərinin cavabdeh tərəfindən ifası qadağan edilməlidir. Qeyd olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini iddianın qismən təmin olunmuş hissəsində dəyişdirmədən saxlamaqda düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün heç bir əsas olmadığından qətnamə dəyişdiril mədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh x2nın kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə 27 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-500/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-500/2020
22.01.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver