Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5000/2019 11.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi, tərçüməçi X6, iddiaçı İddiaçı nümayəndəsi X7 və vəkili X3 iştirakları ilə, İddiaçı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 aprel 2019-cu tarixli qərardadından verdiyi kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “çıxarışın ləğv edilməsi və payın ayrılması tələbinə dair” iddia ərizəsi ilə məhkəm əyə müraciət edərək, Bakı şəhəri,********************** saylı mənzil üzrə ½ hissəsinin vərəsəsi olduğunu və hal-hazırda həmin hissənin ona ayrılmasını barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Bakı şəhəri, Səbail rayon Məhkəməsinin 2(009)-4030/2018 saylı, 28 dekabr 2018-ci il tarixli qərardadı ilə iddia tələbi üzrə işin icraatına eyni tərəflər arasında, eyni predmet barəsində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğundan xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 aprel 2019-cu tarixli qərardadı ilə (hakimlər A.Ş.Məmmədova(sədrlik edən və məruzəçi), V.T.Həsənov, N.Ş.Cəfərov2(103)-6111/2019)İddiaçı şikayəti təmin edilməmiş, Bakı şəhəri, Səbail rayon Məhkəməsinin 28 dekabr 2018-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətini n dəlilləri İddiaçıkassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Konstitusiyasının 12,13,25,26,60,71,127-ci maddələrinin tələbləri pozulmuş, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin eyni predmet barəsində və eyni əsaslar üzrə olmaması nəzərə alınmamış, nəticədə əsassız və qanunsuz qərardad çıxarılmışdır. Məhkəməkollegiyasınıniclasında iddiaçı İddiaçı nümayəndəsi Nümayəndə və vəkili X5 kassasiyaşikayətininməzmununauyğunizahatverərək, şikayətintəminedilməsinixahişetdilər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlum atlandırılmasına baxmayaraq,cavabdeh heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq no rmalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin mübahsiəsiz hallarından görünür ki, Bakı şəhər Səbail Rayon Məhkəməsinin 28 aprel 2015-ci il tarixli qətnaməsi ilə iddiaçı X4 hüquqi varisi Cavabdeh Bakı şəhəri 41 saylı notariat kontoruna (maraqlı şəxs;İddiaçı) qarşı “ vərəsəlik hüququnun tanınması“ tələbinə dair İddiası təmin edilmiş, X4 anası -X1 miras qalmış Bakı şəhəri, ******************* saylı mənzilin ½ hissəsinə vərəsəlik hüquqlarının tanınması, qətnamənin X4 adına miras əmlak üzrə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün əsas olması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Məcəlləsinın 31 iyul 2017-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Səbail rayon məhkəməsinin 28 aprel 2015-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia təmin edilmiş, X4 oğlunun Bakı şəhəri, ********************* saylı mənzilin anası-X2 adında açıq saxlanılmış ½ hissəsinə vərəsəlik hüququnun tanınması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülk i Məcəlləsinin 20 fevral 2018-ci tarixli qərarı ilə maraqlı şəxs F8 kassasiya şikayəti təmin edilməmiş. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31 iyul 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Beləliklə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edildiyi kimi iş materiallarından görünür ki, qeyd olunan tərəflər arasında eyni predmet üzrə və eyni əsaslarla qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcüdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəməni n qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə prosessual hüquq normaları düzgün tətbiq edilməklə qanuni və əsaslı qərardad qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 416419- cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının bu iş üzrə 2019-cu tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. 25 aprel
Məhkəmə qərarları › İş №2(102)-5000/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5000/2019
11.07.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver