Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5002/2022 27.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı tələbinə dair ilk; Cavabdeh İddiaçı və Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı qarşılıqlı; müstəqil tələb irəli sürən üçüncü şəxslər X1 və X8 İddiaçı qarşı (Bakı şəhəri 39 saylı notariat ofisinin xüsusi notariusu X14 müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edilməklə) tələbləri barədə iş üzrə QƏRARİ (Açar sözlər: əmlakın bölünməsi, vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, çıxarışın ləğvi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (məruzəçi hakim), Əliyev Ələsgər Əliabb as oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “xüsusi mülkiyyətdə müəyyən edilmiş əmlakın ½ payın naturada bölünməsi və həmin paydan istifadə etmək üçün cavabdehin maneəsinin qadağan edilməsi” tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı “vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair qarşılıqlı, müstəqil tələb irəli sürən üçüncü şəxslər X1 və X8 İddiaçı qarşı “vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3931/2022 nömrəli mülki iş üzrə 27 may 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 27 sentyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydas ında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ilə Cavabdeh qardaşdırlar.
2. Mübahisəli ev onların anası X6 məxsus olmuşdur;
3. Üçüncü şəxslər Əliəsgərov Mirəlisəttar Vaqif oğlu və X13 isə mülkiyyətçinin nəvələridir. Üçüncü şəxslərin atası, yəni mülkiyyətçinin övladı X3 xx.xx.2014-cü ildə ölmüşdür.
4. X5 xx.xx.1988-ci il tarixdə vəfat etməsi ilə əlaqədar olaraq vərəsələrinin ərizəsi əsasında vərəsəlik işi açılmışdır və vərəsələrin dairəsi (iki nəfər, yəni, İddiaçı və Cavabdeh) müəyyən edilmişdir. X5 əri Əliəsgərov Mirəlisəttar Mirağa oğlu ondan əvvəl, xx.xx.1950-ci ildə vəfat etmişdir.
5. İddiaçı 1978-ci ildə törətdiyi cinayətə görə 14 il müddətinə azadlıqdan məhrum edilmiş, mirasın açıldığı zaman cəza çəkmiş, 1992-ci ildə azadlığa çıxsa da mirasın qəbul edilməsinə yönə lən hərəkətlər etməmiş, 1992-ci ildə Rusiyaya, daha sonra İspaniyaya getmişdir. 2010-cu ildə İspaniyada cinayət törətdiyinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 2018-ci ilin yanvar ayında Azərbaycana ekstradisiya olunaraq azadlığa buraxılmışdır. 6. xx.xx.2018-ci ildə İddiaçı ərizə ilə Bakı şəhəri 39 saylı Notariat Ofisinə müraciət edərək miras evə dair ona vərəsəlik şəhadətnaməsi verilməsini xahiş etmişdir. Ərizəsində iddiaçı mirasın daşınmaz əmlakdan ibarət olduğunu, ondan başqa, eyni ünvanda oğlu Cavabdeh yaşadığını qeyd etmişdir.
7. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin seriya RX, 136040 saylı "Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış”a əsasən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Mirəli Mirəliyev küçəsində yerləşə n (keçmiş C.Cabbarlı küçəsi) 102 saylı ev və torpaq sahəsi mərhum anası X5 adına xx.xx.2018-ci il tarixdə xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır.
8. Bakı şəhəri 39 saylı notariat ofisinin xüsusi notariusu X14 tərəfindən İddiaçı adına xx.xx.2020-ci il tarixli, 2v-62 reyestr saylı qanun üzrə vərəsəlik şəhadətnaməsi verilmişdir. Şəhadətnaməyə görə İddiaçı miras evdən ½ hissə pay almalıdır, qalan ½ hissə isə miras qoyanın adına açıq qalır.
9. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin “Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarış”ına əsasən, ünvan 1 ünvanında yerləşən əmlakın (yeni qaydalarla Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Mirəli Mirəliyev küçəsi, ev 210) ½ hissəsi İd diaçı adına xx.xx.2020-ci ildə qeydə alınmış, ½ hissə isə X5 adında qalmışdır.
10. Hazırda iddiaçı həmin evdə qeydiyyatdadır; evə faktiki sahibliyi isə cavabdeh edir.
11. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(008)1005/2019 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “miras əmlakının naturada bölünərək ½ payın müəyyən edilməsi, qiymətləndirilməsi və evə köçürülməsi tələbinə dair” iddiası təmin olunmamışdır.
12. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-7020/2019 saylı qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmişdir.
13. Azərbaycan Respublikasının Ali Məhkəməsinin mülki kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(102)-6872/2019 saylı qərarı ilə İddiaçı kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Mə hkəməsi mülki kollegiyasının bu iş üzrə xx.xx.2019cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
14. Qanuni qüvvəsini almış məhkəmə aktları ilə müəyyən edilmişdir ki, “tərəflərin anası vəfat etdikdən sonra iddiaçı miras əmlaka dair vərəsəlik hüququnu reallaşdırmaq, bir vərəsə kimi miras əmlakı qəbul etmək üçün qanunla müəyyən edilmiş müddətdə hər hansı bir hərəkət etməmiş, bununla da həmin əmlakdan kənarda qalmışdır. Çünki artıq mübahisəli evə dair Çıxarış alınmışdır. İddiaçı bu məsələni həbsdə olması ilə əlaqələndirsə də, yuxarıda qeyd olunduğu kimi, 1992-ci ildə azadlığa buraxıldıqdan sonra onun miras əmlaka sahiblik etməyə, həmin əmlakdan öz payını vərəsəlik qaydasında əldə etməyə imkanı və vaxtı olmuşdur. Lakin bu hərəkətlər onun tərəfindən həyata keçirilməd iyi üçün hesab edilməlidir ki, iddiaçının mübahisəli evə vərəsəlik qaydasında da hər hansı hüququ yaranmamışdır”. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
15. İddiaçı Cavabdeh qarşı “xüsusi mülkiyyətdə müəyyən edilmiş əmlakın ½ payın naturada bölünməsi və həmin paydan istifadə etmək üçün cavabdehin maneəsinin qadağan edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının ünvan 2 ünvanında yerləşən xüsusi mülkiyyətində müəyyən edilmiş əmlakın ½ payın naturada, real, mütənasib-bərabər hissələrdə bölünməsinə və iddiaçının hissəsinə düşən xüsusi mülkiyyətindən istifadə etmək üçün cavabdehin maneəsinin qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
16. Cavabdeh qarşılıqlı iddia ərizəsini etirazı ilə eyni məzmunda əsa slandırmış və qeyd etmişdir ki, İddiaçı vərəsə kimi qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməməklə həmin hüququnu itirməsi faktı mərhum analarına məxsus evin ½ hissəsinin naturada bölünərək, həmin hissəyə özünün köçürülməsinə dair iddia tələbinin rədd olunmasına dair qanuni qüvvəsini almış məhkəmə aktları tam təsdiq edilmişdir.
17. Müstəqil tələb irəli sürən üçüncü şəxslər X4 və X13 cavabdehlər İddiaçı və Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı “çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı guya vərəsəlik yolu ilə verilmiş xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın qanunsuz olduğu üçün ləğv edilməsi barədə qətnamə çı xarılmasını, İddiaçı adına xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın verilməsində saxtakarlıq faktı ilə bağlı xüsusi qərardad çıxarılmasını xahiş etmişlər.
18. Məhkəmə baxışı dövründə iddiaçı və 3-cü şəxslərin vəkili qarşılıqlı iddia ərizəsinə və 3-cü şəxslərin iddia ərizələrinə əlavə verərək, Bakı şəhəri 39 saylı notariat ofisinin xüsusi notariusu X14 tərəfindən İddiaçı adına verilmiş xx.xx.2020-ci il tarixli, 2v-62 reyestr nömrəli qanun üzrə vərəsəlik şəhadətnaməsinin qanunsuz olduğu üçün etibarsız hesab edilməsi barədə də qətnamə çıxarılması, İddiaçı adına xx.xx.2020-ci il tarixli, 2v-62 reyestr nömrəli qanun üzrə vərəsəlik şəhadətnaməsinin və xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın verilməsində saxtakarlıq faktları ilə bağlı xüsusi qərard ad çıxarılmasını xahiş etmişdir.
19. Qarşılıqlı iddia ərizəsinə və müstəqil tələb irəli sürən üçüncü şəxslərin iddia ərizəsinə əlavələr onunla əsaslandırılmışdır ki, iddia tələbinin həcminin artırılmasına səbəb ondan ibarətdir ki, iddia ərizələri ilə müraciət edərkən ilk iddiaya əlavə edilmiş İddiaçı adına xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışdan başqa bir sənəd olmadığı üçün məhz həmin sənədin qanuniliyi mübahisələndirilmişdir. Belə ki, həmin vaxt ilk iddiaçı sözügedən çıxarışın verilməsinə əsas olan sənədləri təqdim etməmiş, qarşı tərəf isə həmin Çıxarışın verilməsinə əsas olan şəhadətnamə barədə tam məlumatsız olmuşdur. Vəsatət əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə məhkəmənin verdiyi xx.xx.2021-ci il tarixli sorğuya ca vab olaraq xx.xx.2021-ci il tarixli məktubla məhkəməyə göndərilmiş sənədlərin arasında Bakı şəhəri 39 saylı notariat ofisinin xüsusi notariusu X14 tərəfindən İddiaçı adına xx.xx.2020-ci il tarixli, 2v-62 reyestr nömrəli qanun üzrə vərəsəlik şəhadətnaməsinin olması müəyyən edilmişdir. Həmin şəhadətnamə qanunsuz verildiyi üçün etibarsızdır. İddiaçı Bakı şəhəri 39 saylı notariat ofisinin xüsusi notariusu X12 aldadaraq, məhkəmə aktları barədə məlumat verməmiş, həmçinin notariusdan özündən başqa digər vərəsələrin dairəsi barəsində düzgün məlumatı gizlətmişdir. Belə olmasa idi, notarius ona ½ hissədə pay verərək, digər ½ payı isə mərhum mülkiyyətçinin adına açıq saxlamazdı. Bundan başqa, notarius İddiaçı miras əmlakla bağlı iddiaları üzrə qəbul edilmiş məhkəmə aktlarının mövcudluğunu bilsə idi, çox güman ki, notariat hərəkətini aparmaqdan imtina edərdi. Sözügedən şəhadətnamə həm də ona görə qanunsuzdur ki, həmin evdə qarşılıqlı iddiaçıdan başqa, digər mərhum qardaşı X2 oğlanları Azad və Mirəlisəttar ailəsi, uşaqları ilə yaşayırlar.
20. Bundan başqa, sözügedən şəhadətnamənin mövcudluğundan və məzmunundan çıxarışda olan məlumatlar əsasında nəzəri olaraq ilk iddia qaldırılarkən və ona qarşı qarşılıqlı iddianı verərkən, faktiki olaraq isə məhkəmənin sorğusuna verilən cavab məktubuna əlavə edilməsindən sonra məlumatlı olması nəzərə alınmalıdır. Belə ki, vərəsəlik şəhadətnaməsinin surəti vəsatət əsasında məhkəmənin verdiyi xx.xx.2021-ci il tarixli sorğuya cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixli məktubla m əhkəməyə təqdim edilənə qədər tərəflərindən xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın hansı əsaslarla verilməsi ilə bağlı müxtəlif orqanlara şikayətlər etsə də, bu barədə ona dəqiq və müfəssəl cavablar deyil, ümumi sözlərlə cavab verilmişdir. Çıxarışın verilmə mənbəyi notarius tərəfindən verilən sənəd olsa da, hansı notariat kontoru tərəfindən verilməsi barədə məlumat verilməmişdir. Həmin notariat ofisinin Bakı şəhəri 39 saylı notariat ofisi olması və onun xüsusi notariusu X11 da İddiaçı adına xx.xx.2020-ci il tarixli, 2v-62 reyestr saylı qanun üzrə vərəsəlik şəhadətnaməsi verməsi yuxarıda qeyd edilən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2021-ci il tarixli məktuba əlavə edilən sənədlər əsasın da müəyyən edilmişdir.
21. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 06 dekabr 2021-ci il tarixli, 2(008)- 4979/2021 saylı qətnaməsi ilə (hakim H.Mahmudova) İddiaçı ilk iddiası təmin edilməmiş, Cavabdeh qarşılıqlı iddiası və üçüncü şəxslər Əliəsgərov Mirəlisəttar Vaqif oğlu və X8 müstəqil iddiası qismən təmin edilərək evə dair İddiaçı adına verilmiş xx.xx.2020-ci il tarixli, 2v-62 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə etibarsız hesab edilmiş, həmin şəhadətnamənin əsasında İddiaçı adına verilmiş, evin ½ hissəsinə mülkiyyət hüququna dair reyestr çıxarışı ləğv edilmişdir.
22. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1, 560.1, 560.2, 1252, 1253.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 80, 217.3, 21 7.4 maddələrinə, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 40-cı və 59-cu maddəsinin İ hissəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi xx.xx.2012-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
23. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, ilk iddia təmin olunmasını, cavabdehin qarşılıqlı iddiası və üçüncü şəxslərin müstəqil iddiasının rədd olunmasını xahiş etmişdir.
24. İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki apellyasiya məhkəməsi mübahisə predmetinin vaxtilə məhkəmə baxışının predmeti olduğunu əsas gətirərək iddianı tam həcmdə rədd etsə də, hal-hazırda olan məhkəmə prosesinin predmeti olan məsələlərin heç də hamısı, o cümlədən vərəsəlik şəh adətnaməsinin və qeydiyyat vəsiqəsinin əldə olunması məhkəmə baxışının heç vaxt predmeti olmayıb. Məhkəmə isə cavabdehlərin qarşılıqlı iddialarını təmin edərək heç bir əsas olmadan vərəsəlik şəhadətnaməsini və qeydiyyat vəsiqəsini ləğv etmişdir.
25. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-3931/2022 nömrəli mülki iş üzrə 27 may 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – N.Cəfərov (sədrlik edən və məruzəçi), X.Sarıyev və E.Mehdiyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
26. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, İddiaçı mirası qəbul etməmişdir. Miras xx.xx.198 8-ci ildə açılmışdır. Həmin vaxt qüvvədə olmuş Mülki Məcəllənin 552-ci maddəsinin 3-cü hissəsinə görə mirasın qəbulu müddəti miras açılan gündən 6 aydır. Bu maddənin 2-ci hissəsində mirasın qəbulunun 2 forması müəyyən edilmişdir: 1) notariusa mirasın qəbulu barədə ərizə verilməsi; 2) vərəsənin miras əmlakı faktiki surətdə idarə etməyə başlaması və ya mirasa yiyələnməsi. İddiaçı bu formaların heç birindən istifadə etməmişdir, belə ki, xx.xx.1988-cı ildən xx.xx.1988-cı ilədək olan 6 aylıq müddətdə notariusa ərizə verməmiş və ya mirası faktiki surətdə idarə etməyə başlama və ya mirasa yiyələnmə kimi hərəkətlər etməmişdir.
27. Bundan başqa, İddiaçı əvvəl başqa mülki işdə Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək miras evin ½ hissəyə bölünməsini və payına düşən hissəyə köçürülməsini tə ləb etmiş, sözügedən aktlarla iddiası təmin edilməmişdir. İddiaçı xx.xx.2018-ci ildə (həmin qətnamənin çıxarılmasından əvvəl) mirasın qəbulu üçün ərizə ilə notariusa müraciət etmiş, notarius isə xx.xx.2020-ci ildə (həmin qətnamənin qanuni qüvvəyə minməsindən sonra) vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. Həmin ərizənin verildiyi zaman mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddət bitmişdir. O cümlədən qüvvədə olan məhkəmə qətnaməsi ilə İddiaçı mirası qanunla müəyyən edilmiş müddətdə qəbul etmədiyi müəyyən edilmişdir. Buna baxmayaraq, notarius şəhadətnamə vermişdir. İddiaçı həmin şəhadətnamənin əsasında mülkiyyət hüququnu qeydə aldırmış, yenidən hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, qanuni qüvvədə olan qətnamə ilə müəyyən edilmişdir ki, İddiaçı qanunla müəyyən edilmiş müddətdə mirası qəbul etməyib.
28. Məhkəmə kollegiyası hesab etmişdir ki, İddiaçı vərəsə olması faktı özözlüyündə miras evə hüquq yaratmır, hüququn yaranması üçün vərəsə qanunla müəyyən edilmiş müddətdə mirası qəbul etməlidir. Əvvəlki Mülki Məcəllənin 552-ci maddəsinin 6-cı hissəsinə görə qəbul edilmiş miras vərəsəyə məxsus hesab olunur. İddiaçı mirası qəbul etmədiyinə görə onun adına verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə və həmin şəhadətnamənin əsasında dövlət reyestrində miras evin ½ hissəsi üzərində onun mülkiyyət hüququna dair aparılmış qeyd qanunsuzdur.
29. Apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi düzgün olaraq İddiaçı payını naturada ayırmaqdan imtina etmiş, onun adına verilmiş vərəsəlik şəhadətnaməsini və reyestr çı xarışını isə ləğv etmişdir.
30. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qənaəti və gəldiyi nəticə ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
31. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün yenidən apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. b)
32. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
33. Maddə 16.1 Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə, hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir.
34. Maddə 560.1 Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
35. Maddə 560.2 Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
36. Maddə 1252 Əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya).
37. Maddə 1253.1. Mirasın irsi transmissiya üzrə qəbul edilməməsi vərəsəni bilavasitə ölən vərəsəyə çatası mirası almaq imkanından məhrum etmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
39. Maddə 77.1. Hər bir tərəf öz tələblə rinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
40. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
41. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
42. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaların ın düzgün tətbiq edilməsini yoxlayır.
43. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
44. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Notariat haqqında Qanun
45. Maddə
40. Notarius və notariat hərəkətlərini aparan digər vəzifəli şəxslər hərəkətin aparılması qanuna zidd olduqda notariat hərəkətlərini aparmaqdan imtina etməlidirlər.
46. Maddə 59 İ hissə: Notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm f aktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Kassasiya baxışının hədləri
47. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
48. Apellyasiya ins tansiyası məhkəməsinin aktı iddiaçının şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edi lmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsas yoxdur.
51. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.
52. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi halların a uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
53. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
54. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3931/2022 nömrəli mülki iş üzrə 27 may 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.