Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5004/2020 15.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh “xxxxxxxxxxxxx” ASC-yə qarşı və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X2 cavabdeh “xxxxxxxxxxxxx” ASC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: maddi ziyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı, Cavabdeh “xxxxxxxxxxxxx” ASC-nin nümayəndəsi X3 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-10812/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(010)-3404/2016 nömrəli qətnaməsi ilə cavabdeh İddiaçı 8292 manat məbləğində sığorta ödənişinin və 31 manat dövlət rüsumu üçün çəkilmiş xərcin iddiaçı “xxxxxxxxxxxxx” ASC-nin xeyrinə tutulması qət edilmişdir. Qətnamə qanuniqüvvəyə minmiş və icraya yönəlmişdir. Tələbkar “xxxxxxxxxxxxx” ASC xx xxx 2018-cı il tarixli ərizə ilə Suraxanı rayon İcra və probasiya şöbəsinə müraciət edərək, icra sənədi üzrə tələbin borclunun (hazırki mülki iş üzrə iddiaçının) pensiyasına yönəldilməsini xahi ş etmiş və tələbkarın müraciəti nəzərə alınaraq borclunun pensiyasından tutulmanın aparılması üçün icra sənədi xx xxx 2018-ci il tarixdə DSMFnin Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş Departamentinə göndərilmişdir. Nəticədə iddiaçının pensiyasından xx xxxxxx 2018-ci il və xx xxxxxxxx 2018-ci il tarixlərdə hər dəfə 175 manat olmaqla, cəmi 350 manat tutulma aparılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh “xxxxxxxxxxxxx” ASC-yə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, saxta məhkəmə aktı tərtib etməklə pensiyasının yarıqat edilməsinə, avtomobilinin həbsə qoyulmasına görə və başqa məhkəmədə eyni tərəflər arasında eyni predmet və əsaslar üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı olduğu halda, əsassız iddia qaldırdığına görə, cinayət məsuliyyəti müəyyən edilməsi üçün xüsusi qərardadla prokurora xəbər verilməsi, pensiyasından cavabdehə ödənilən 350 manatın və 25000 manat mənəvi ziyanın cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X4 “xxxxxxxxxxxxx” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 5000 manat maddi ziyanın, 25000 manat mənəvi ziyanın cavabdehdən alınaraq onun pensiya hesabına ödənilməsi və cavabdeh tərəfindən onun xaricdə müalicəsinin təşkil olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində mübahisəsiz olaraq müəyyən olunmuşdur ki, İddiaçı 2-ci qrup əlildir və pensiya ona V ətənin müdafiəsində xidməti vəzifələrini yerinə yetirərkən aldığı xəsarət nəticəsində əlil olmağına görə verilir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx xxx 2019-cu il tarixli, 2(005)-2028/2019 saylı qətnaməsi ilə (hakim Vüqar Quliyev)iddia tələbi qismən təmin edilmiş, cavabdehdən iddiaçının xeyrinə maddi zərərə görə 350 manatın tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmiş, müstəqil tələblər irəli sürən üçüncü şəxs X2 iddiası rədd edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(010)-3404/2016 nömrəli qətnaməsinin icrası üçün borclunun pensiyasından tutulma aparıla bilməz və vurulmuş zərər, yəni 350 manat məbləğində pul cavabdehdən i ddiaçının xeyrinə tutulmalıdır. Cavabdeh ASC apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin 350 manatın tutulması hissəsində ləğv edilməsini və yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Elşad Şamayev - sədrlik edən və məruzəçi, Məmməd Məmmədov, Aida Hüseyn) xx xxxxxx 2019-cu il tarixli qətnaməsi iləapellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə, yəni cavabdehdən iddiaçının xeyrinə maddi zərərə görə 350 manatın tutulması hissəsində ləğv edilərək iddia tələbi həmin hissədə rədd edilmişdir. Apelyasiya instansiyası məhkəməsi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 68.1.2-ci maddəsinə ist inad edərək hesab etmişdir ki, icra məmuru tərəfindən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qətnaməsi üzrə tələbin iddiaçının pensiyasına yönəldilməklə qanunvericiliyin tələbləri pozulmuşdur. Həmin normaya görə, xidməti vəzifəsini yerinə yetirərkən xəsarət almış şəxslərə, həmin şəxslər həlak olduqda (öldükdə) isə onların ailə üzvlərinə ödənilən məbləğlərə tələbin yönəldilməsinə yol verilmir. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, qanunvericiliyə əsasən deliktin yaranması üçün 4 elementin mövcudluğu tələb olunur. 1. qanuna-zidd hərəkət (hərəkətsizlik), 2. zərər, 3. hərəkət (hərəkətsizlik) və zərər arasında səbəbli əlaqə, 4. hərəkət (hərəkətsizlik) edən şəxsin təqsiri. Hazırki iş üzrə iddiaçının pensiyasından tutmanın aparılması qanunazidd olsa da, həmin hərəkətin cavabdeh tərəfindən edilməsi və bununla da, sonuncunun təqsiri müəyyən olunmamışdır. Ümumiyyətlə tələbkar olan “xxxxxxxxxxxxx” ASC-nin tutmanın borclunun hər hansı bir əmlakına və ya gəlirinə yölətməyə səlahiyyəti olmamış, o yalnız belə təkliflə icra məmuruna müraciət etmişdir. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı tərəfindən tələb olunan 350 manat pulun cavabdehdən tutulması üçün başqa hüquqi əsaslar, o cümlədən əsassız varlama əsası da mövcud deyildir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Lakin hazırki iş üzrə müəyyən olunur ki, cavabdeh ASC-yə 350 manatın ödənilməsi üçün qanuni əsası - qanuni qüvvədə olan məhkəmə qətnaməsi - mövcud olmuş və həmin əsas aradan qalxmamışdır. Qeyd edilənlərə əsasən apelyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, iddia tələbini 350 manatın ödənilməsi hissədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmişdir. Ona görə də, qətnamə ləğv edilməklə iddia tələbi həmin hissədə də rədd edilməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (vəkil X7) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və cavabdeh ASC-dən iddiaçının xeyrinə 350 manat pulun tutu lması yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, ona dəymiş ziyan cavabdeh ASC və icra məmuru tərəfindən müştərək qaydada vurulmuş və pul vəsaiti cavabdehin hesabına köçürülmüşdür. Həmin pul vəsaiti cavabdeh ASC-də olduğundan həmin pulun qaytarılması barədə tələbi əsaslıdır. Apelyasiya instansiyası məhkəməsi bu hala düzgün hüquqi qiymət verməyərək iş üzrə səhv nəticəyə gəlmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı və cavabdehin nümayəndəsi X5 məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiklərindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onların izahatı dinlənilmədi. Məhkəmə kollegiya sı iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə üçüncü şəxs gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat vermədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21. hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2 -ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (rea l zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096 mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Mülki Məcəllənin 1097.1 mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 407.2. Kassasiya ş ikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olun ub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı iş üzrə iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən iddia tələbinin rədd edilən hissəsindən apelyasiya şikayəti verməmiş, qətnaməni həmin hissədə mübahisələndirməmişdir. Qətnamə yalnız iddiaçının kassasiya şikayətinə əsasən iddia tələbinin apelyasiya instansiyası məhkəməsi tərəfindən rədd edilən, yəni 350 manat pulun cavabdehdən tutulması hissədə mübahisələndirilir. Ona görə də, qətnamə yalnız mübahisələndirilən hissədə kassasiya qaydasında yoxla nılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə icra hərəkətləri zamanı cavabdeh ASC tərəfindən iddiaçıya qarşı hüquq pozuntusu (delikt) törədilməsi müəyyən edilmir. İşdən göründüyü kimi, icra işi üzrə tələbkar olan “xxxxxxxxxxxxx” ASC-nin tutmanın borclunun hər hansı bir əmlakı na və ya gəlirinə yölətməyə səlahiyyəti olmamışdır. ASC belə təkliflə icra məmuruna müraciət etmiş, icra hərəkətləri yerinə yetirilərək 350 manat məbləğində pul iddiaçının pensiya kartından tutularaq cavabdeh ASC-nin hesabına köçürülmüşdür. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-10812/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdiri lmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov