Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5006/2021 05.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: maddi ziyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, X7 oğlunun katibliyi, iddiaçıların vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə3 və vəkili Məhərrəmov Oktay Əvəz oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 aprel 2021-ci il tarixli, 2(103)3508/2021 saylı qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfind ən verilmiş kassasiya şikayəti üzrə işə 05 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhər İcra Hakimiyyətinin 21.04.1997-ci il tarixli, 422 saylı sərəncamına əsasən “Cen Telekom LTD” şirkətinə özəl xəstəxana tikintisi üçün ayrılmış Bakı şəhəri, Tibilisi prospekti 3166 ünvandakı ərazinin bir hissəsi, Bakı şəhər İcra Hakimiyyətinin 17.03.1999-cu il tarixli, 239 saylı torpaq sahəsinin ayrılması haqqında sərəncamına əsasən, "xxxx" Telekom MMC-nin ofis binasının layihələndirilməsi və tikintisi üçün təhkim olunmuşdur. 21.06.2001-ci il tarixli, 0020 saylı icarə müqaviləsinə əsasən 0,8 hektar torpaq sahəsi 49 il müddətinə, 07.06.2002-ci il tarixli, 0088 saylı icarə müqaviləsinə əsasən, 1,0 hektar torpaq sa həsi 49 il müddətinə "xxxx" Telekom LTD-yə icarəyə verilmişdir. Obyektin tikintisi 10.05.2002-ci ildə başa çatmış və ofis binası 25.12.2002-ci il tarixdə istismara qəbul edilmişdir.
2. X4 iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 3166-cı məhəllədə neçə illər yaşadıqları, zəhmətlə qurub yaratdıqları evi olan ərazinin 1999-cu ildə "xxxx" MMC tərəfindən ofis tikintisi üçün alındığını, heç bir kompensasiya ödənilmədən evinin dağıdıldığını bildirmiş və cavabdeh "xxxx" MMC-dən maddi zərərin əvəzi kimi 150.000 manat, mənəvi zərər kimi 100.000 manat pulun alınıb ona verilməsi barədə qətnamə cıxarılmasını xahiş etmişdir.
3. Onun iddia tələbi Yasamal Rayon Məhkəməsinin 17 mart 2011-ci il tarixli, 2(004)1545/2011 saylı qət naməsi ilə təmin edilməmişdir. Həmin iş üzrə Məryən Quliyevanın apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 iyul 2011-ci il tarixli qətnaməsi ilə, kassasiya şikayəti isə Ali Məhkəmənin Mülki Kolegiyasının 09 dekabr 2011-ci il tarixli, 2(102)-3803 saylı qərarı ilə rədd edilmişdir. Məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, Məryəm Quliyeva iddia etdiyi torpaq sahəsinə və əmlaka dair hər hansı hüquqlarını təsdiq edən, həmin tikilinin mövcudluğunu, tikilinin məhz "xxxx" MMC tərəfindən söküldüyünü və bununla da sonuncu tərəfindən ona maddi və mənəvi zərərin vurulduğunu təsdiq edən sübutları təqdim etməmişdir.
4. Hazırki iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 Məryəm Quliyevanın nəvələridir və onlar da "xxxx" Telekom MMC tərəfindən nənələrinə aid evin sökülməs i nəticəsində hüquqlarının pozulduğunu iddia edirlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçılar İddiaçı1 və İddiaçı2 "xxxx" Telekom MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, vurulmuş maddi zərərin əvəzi olaraq cavabdehdən 300.000 manat pulun tutularaq onlara ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3166-cı məhəllə ünvanında babaları X3, nənələri X1 və ataları Nümayəndə1 zibillik və daş-kəsəkdən ibarət ərazini təmizləyərək, illərlə qurub yaratdığı 0,10 ha torpağı və evi olmuşdur. 1999-cu ilin may ayında cavabdeh "xxxx" Telekom MMC ofis tikmək üçün həmin evi heç bir kompensasiya ödəmədən polis gücünə zor tətbiq edərək dağı tmış, ailələrini çöllərə salmışdır. Özləri həmin evdə dünyaya gəlmişlər. Cavabdehin məkrli niyyətlərindən dünyaya qaçqın kimi evsiz, eşiksiz ayaq açmışlar. Bu gün də əmilərinə məxsus evdə qalırlar. Bakı şəhər İcra Hakimiyyəti Başçısı tərəfindən "xxxx" Telekom MMC-yə torpaq ayrılan zaman, babaları Qurban Quliyev, nənələri Məryəm Quliyeva və ataları Nümayəndə1 sahibliyində olan evin qanunvericiliyin bütün tələblərinin ziddinə olaraq sökülüb ailələrinin küçəyə atılması iddiaçıların da həyatına misilsiz ağır təsir etmiş, Azərbaycan Respublikası Konstitusiyası ilə təsbit olunmuş mənzil hüquqları pozulmuşdur. Bundan əlavə, cavabdehin hərəkətləri nəticəsində onlara sarsıdıcı mənəvi zərər vurulmuşdur. Vurulmuş mənəvi zərəri təqribən 100.000 manat, maddi zərəri isə təxminən 200.000 manat qiymətlənd irirlər.
7. Cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək bildirmişdir ki, bəhs edilən torpaq sahəsində mövcud olmuş tikililər torpağın MMC-yə təhvil verilməsindən daha öncə sökülmüş və MMC tərəfindən heç kimin evi dağıdılmamışdır. Hazırki iş üzrə iddiaçıların hüquqlarının pozulmasını irəli sürdüyü daşınmaz əmlak üzərində hər hansı hüququnu, yaxud bağlılıgını təsdiq edən sübutu olmadığına görə onların həmin əmlakla bağlı məhkəmədə iddia qaldırmasına subyektiv hüququ da yaranmamışdır (İddiaçı1 xx.xx.1999cu il, İddiaçı2 xx.xx.2000-ci il təvəllüdlü olduqları halda iddia etdikləri tikilidə yaşamaları təkzib edilir, babalarının istifadəsində olmuş hər-hansı əmlaka dair tələb irəli sürmək hüququ isə vərəsəlik qaydasında 1-ci növbə vərəsələrə-ölənin arvadı və uşaqlarına məxsus olduğundan bu halda da hətta vərəsəlik hüquqları belə yaranmır, çünki ata və nənələri sağdır). Məryəm Quliyevanın eyni məzmunlu iddiasına məhkəmələrdə baxılmış, iddia etdiyi torpaq sahəsinə və əmlaka dair hər hansı hüquqlarını təsdiq edən, həmin tikilinin mövcudluğunu, tikilinin məhz MMC tərəfindən söküldüyünü və bununla da sonuncu tərəfindən ona maddi və mənəvi zərərin vurulduğunu təsdiq edən sübutlar təqdim etmədiyindən iddia bütün məhkəmə instansiyalarında rədd edilmişdir. X2 Avropa İnsan Hüquqları Məhkəməsinə verdiyi şikayət ərizəsi (Guliyeva v. Azerbaijan, 40004/12) 08.06.2017-ci il tarixli qərardadla mümkün hesab edilməməklə rədd edilmişdir. Hazırki iddiaçıların Bakı şəhər İcra Hakimiyyətinə və Cavabdeh MMC-yə qarşı eyni məzmunlu iddiası Bakı İnzibati Məhkəməsinin 04.03.2020-ci il tarixli 2-1(1 12)-827/2020 saylı qərardadı ilə iddiaçıların subyektiv hüququ olmadığına görə mümkün sayılmamışdır.
8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli, 2(004)2493/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir.
9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti məhəllə 3166 ünvanda yerləşən, iddiaçıların iddia etdikləri torpaq sahəsinə və əmlaka dair hər hansı hüquqlarını təsdiq edən sənədlərin mövcud olmaması, tikilinin məhz "xxxx" MMC tərəfindən söküldüyünə dair sübutların olmaması müəyyən edildiyinə, bununla da, hazırki mülki iş üzrə iddiaçıların "xxxx" MMCyə qarşı maddi və mənəvi zərərin ödənilməsi ilə bağlı iddia tələbi ilə çıxış etmək hüququnun yaranmadığına görə iddia ərizəsi əsassız olduğ undan təmin edilməməlidir. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
10. İddiaçılar həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 aprel 2021-ci il tarixli, 2(103)-3508/2021 saylı qətnaməsi ilə (hakimlər Z.Şirinov (sədrlik edən və məruzəçi), F.Talışinski və R.Eyvazov) iddiaçıların apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, mübahisəli Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3166-cı məhəllə ünvanda yerləşən, iddiaçıların iddia etdikl əri torpaq sahəsinə və əmlaka dair hər hansı hüquqlarını təsdiq edən sənədlərin mövcud olmaması, tikilinin məhz "xxxx" MMC tərəfindən söküldüyünə dair sübutların olmaması müəyyən edildiyinə, bununla da, hazırki mülki iş üzrə iddiaçıların Cavabdeh MMC-yə qarşı maddi və mənəvi zərərin ödənilməsi ilə bağlı iddia tələbi ilə çıxış etmək hüququnun yaranmadığına görə apellyasıya şikayəti təmin edilməməlidir.
13. Məhkəmə kollegiyası gəldiyi nəticəni Mülki-Prosessual Məcəllənin 14.2-ci, 77.1ci, 78.1-ci, 80, 81 və 82-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
14. İddiaçılar birgə kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
15. Kassasiya şikayətində işin faktik halları təkrar göstərilmiş və qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinin tələbindən göründüyü kimi iddiaçıların babasının uzun illər fasiləsiz sahibliyində və istifadəsində olan torpaq sahəsinin dövlət tərəfindən ədalətli şəkildə kompensasiyası ödənilmək yolu ilə əldə edilməsi qanunvericiliyin tələbi idi. Yəni iddiaçıların babaları və ataları uzun illər özlərinin faktiki sahibliyində olan torpaq sahəsinə müvafiq qaydada xərc çəkərək kolluqdan və daşkəsəkdən təmizləyərək istismara hazır vəziyyətə gətirməsi, onların həmin torpaq sahəsi üzərində gələcəkdə qanunvericiliyin tələblərinə uyğun olaraq mülkiyyət hüquqların ı əldə edəcəyinə olan inamını artırmışdır.
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə əsasən qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər.
17. Məhkəmələr iddiaçıların nənələri Məryəm Quliyeva tərəfindən eyni predmet barədə iddia verməsini, həmin iddianın rədd olunmasını qeyd etmiş və Azərbaycan Respublikası MPM-nin 82.3-cü naddəsinin tələblərinə istinad etmişdir. Buna istinad etməklə məhkəmələr iddiaçıların qeyd olunan iddia predmetinə subyektiv hüququnun olmadığı barədə nəticəyə gəlmişlər.
18. Məhkəmə qətnaməsində göstərmişdir ki, Tbilisi prospekti 3166-cı məhəllə ünvanındakı torpaq sahəsinin iddi açılardan zorla alınaraq cavabdehə verilməsi və həmin torpaq sahəsinin üzərində inşa edilmiş evin sökülməsi müqabilində Məryəm Quliyevaya Bakı-Aeroport yolunun kənarında yeni salınan qəsəbədə fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi ayrılmışdır. Bu isə özlüyündə iddiaçıların babasının, nənəsinin və atasının, o cümlədən özlərinin həmin torpaq sahəsi üzərində hüquqlarının mövcudluğuna dəlalət etməkdədir və bu halda iddiaçıların torpaq sahəsinə və tikilmiş evlə bağlı hər hansı əsas və sübut təqdim etməməsi barədə məhkəmənin gəldiyi nəticə qanunsuzdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı verilmiş etiraz, cavabdehin birinci instansiya məhkəməsində iddia tələbinə qarşı bildirdiyi etirazın dəlillərinə uyğundur. c) Məhkəmə icraatı iştirakçılarının iza hatları
20. İddiaçıların vəkili Vəkil kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, kassasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
21. Cavabdehin nümayəndəsi Nümayəndə3 və vəkili Məhərrəmov Oktay Əvəz oğlu kassasiya şikayətinin dəlilləri ilə razılaşmadıqlarını bildirərək, şikayətin təmin edilməməsinin xahiş etdilər.
22. İddiaçılar məhkəmə kollegiyasına ünvanladıqları ərizədə onların ailəlikcə koronovirus (Covid-19) infeksiyasına yoluxduğunu, bu səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iddiaçıların vəsatətini təmin etməmiş, onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Çünki Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən ş əxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Bu normanın tələbinə görə məhkəmə iclasına gəlməyən şəxs təkcə məhkəməyə gələ bilməyəcəyi barədə məlumat verməklə kifayətlənməməli, bunun üzürlü səbəbi barədə sübutu təqdim etməlidir. İddiaçılar qanunun bu tələbinə əməl etməmiş, üzürlü səbəb barədə sübutu təqdim etməmişdir. Bundan başqa, iddiaçılar məhkəmə iclasında vəkillə təmsil edilir. MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Tətbiq edilən hüquq
23. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Madd ə
21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə
152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Maddə
158. Mülkiyyətçi olmayan şəxslərin hüquqları 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.2. əmlakdan istifadə hüququ; 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
24. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
80. Sübutların aid edilməsi Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə
81. Sübutların mümkünlüyü Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə
106. İşdə iştirak edən şəxslərin izahatları 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə
417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.4. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qə rar qəbul edə bilər. Kassasiya baxışının hədləri
25. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
26. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın lə ğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
27. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
28. Hazırkı kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
29. Ali Məhkəmənin Mülki Kollegiyası məruzəçi hakimin məruzəsini, iş üzrə iddiaçının vəkilinin, cavabdehin nümayəndəsinin və vəkilinin izahatlarını dinləyib hesab edir ki, aşağıdakılara əsasən mülki-prosessual hüquq normasının tələbləri pozulduğuna görə kassasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv edilməli və iş üzrə yeni qərar çıxarılmaqla iddia təmin edilməməlidir.
30. Belə ki, məhkəmələr işin mahiyyəti üzrə həlli üçün əhəmiyyətli olan faktiki halları kimi müəyyən etmişdir ki, mübahisəli Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3166cı məhəllə ünvanında yerləşən, iddiaçıların iddia etdikləri topaq sahəsinə və əmlaka dair hər hansı hüquqlarını təsdiq edən sənədlər mövcud deyil, tikilinin məhz "xxxx" MMC tərəfindən sökü ldüyünə dair sübutlar yoxdur. Bu səbəbdən hazırki mülki iş üzrə iddiaçıların "xxxx" MMC-yə qarşı maddi və mənəvi zərərin ödənilməsi barədə iddia tələbi ilə çıxış etmək hüququ yaranmamışdır.
31. Həmçinin işin bu qərarın 1-3-cü bəndlərində göstərilən hallar, tərəflərin mübahisələndirmədiyi işin faktik hallarıdır.
32. İşə baxmış məhkəmələr, iddiaçıların iddia etdikləri torpaq sahəsinə və əmlaka dair hər hansı hüquqlarını təsdiq edən sənədlərin olmaması, tikilinin məhz "xxxx" MMC tərəfindən söküldüyünə dair sübutların olmamasını müəyyən etdiyi və bunu iddianın rədd edilməsinin əsası kimi qəbul etdikləri halda, həm də X1 "xxxx" MMC-yə qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddianın rədd olunması barədə Yasamal Rayon Məhkəməsinin 17 mart 2011-ci il tarixli, 2(004)-1545/2011 say lı qətnaməsi ilə müəyyən olunmuş halları preyudisial hal kimi qəbul edərək göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
33. Məhkəmələr nəzərə almamışdır ki, Mülki Prosessual Məcəllənin 233.3-cü maddəsinə əsasən, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərinin, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Göründüyü kimi, preyu disiallıq prinsipi yalnız əvvəlki və ya sonrakı proseslərdə iştirak edən tərəflərə, işdə iştirak edən digər şəxslərə və onların hüquq varislərinə aid edilir. Müstəqil tələbi olan üçüncü şəxslər məhkəmə prosesində iştirak etməmişlərsə, müvafiq əsaslar olduqda müstəqil tələblə məhkəməyə müraciət edə bilərlər. Həmin şəxslərə məhkəmə qətnaməsinin preyudisiallığı aid edilmir. Onlar iştirak etmədikləri mülki iş üzrə qəbul edilən qətnamə ilə müəyyən edilmiş faktları mübahisələndirə bilərlər. Əvvəlki məhkəmə qətnaməsinin preyudisiallığı, həmçinin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə yeni açılmış hallar üzrə baxılmasına da aid edilir. 34. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli qərarında Konstitusiya Məhkəməsi nin ifadə etdiyi hüquqi mövqeyə görə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməməsi və yenidən sübut edilməməsi qeyd olunmuşdur.
35. Hazırki iddiaçılar, X1 "xxxx" MMC-yə qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işdə prosesin iştirakçıları olmamışlar, onların ataları sağ olduqlarına görə baba və nənəsinin qanun üzrə vərəsələri (yaxud vəsiyyət üzrə vərəsələri) olmamışlar və bu halda məhkəmələrin həmin iş üzrə Yasamal Rayon Məhkəməsinin 17 mart 2011-ci il tarixli, 2(004)-1545/2011 saylı qətnaməsi ilə müəyyən olunmuş hallara görə Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə istinad etməsi prosessual pozuntudur.
36. MPM-nin 418.1-ci maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
37. Buna görə də apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilməli, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar çıxarılmalıdır.
38. İddia tələbinin ümumi hüquqi əsasını təşkil edən Mülki Məcəllənin 21-ci maddəsinin baxılan işə tətbiqi onu ehtiva edir ki, iddianın təmin olunması üçün iddiaçılara zərər vurulmuş olmalı, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzə rdə tutulmamış olmalıdır.
39. İddiaçılara zərərin əvəzinin tam ödənilməsini şərtləndirən, Mülki Məcəllənin 1096cı maddəsində nəzərdə tutulan mülki hüquq pozuntusu o halda mövcud olur ki: a) iddiaçıların hüquqla və ya qanunla müdafiə edilən mənafelərinə ziyan vurulmuş olsun; b) cavabdehin əməli (hərəkət və hərəkətsizliyi) zərər vurmaya gətirib çıxarsın; c) cavabdehin bu əməli (hərəkət və hərəkətsizliyi) təqsirli və hüquqa zidd olsun.
40. Yəni iddiaçılar Tbilisi prospekti 3166-cı məhəllədə babaları X5, nənələri X4 və ataları Nümayəndə1 məxsus evin olmasını, həmin evlə hüquqi bağlılıqlarını (orada yaşamaqla və ya vərəsəlik qaydasında malik olduqları mənafeləri), bu evin cavabdeh tərəfindən sökülməsini sübut etməlidirilər. İşə baxmış məhkəmələr işin hallarını bu baxımdan araşdırmış və həmin halların sübut edilmədiyini müəyyən etmişdir.
41. Əgər işin faktiki halları ilə iddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qərarı ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir.
42. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416 - 419-cu maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçıların kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 aprel 2021-ci il tarixli, 2(103)3508/2021 saylı qətnaməsi ləğv edilsin. İddia tələbi təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.