Məhkəmə qərarları › İş №2(102)-5007/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5007/2021

04.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5007/2021 04.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5007/21 (Açar sözlər: vurulmuş zərər, tələbin hüquqi əsasının olmaması ) Bakı şəhəri, 04 oktyabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı, Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi, iddiaçı İddiaçı və onun vəkili Vəkil Məhəımməd oğlunun, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Ələkbərov Fuad Rafiq oğlunun iştitakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “vurulmuş zərərin əvə zinin ödənilməsi ” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)877/2021 nömrəli, 02 mart 2021-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 04 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. X1 məxsus «VAZ 21074» markalı ** HM *** dövlət qeydiyyat nişanlı avtomobil 08.08.2019-cu il tarixdən 08.08.2020-ci il tarixədək – 1 il müddətinə "xxxx" ASC-də sığorta olunmuş, sığorta məbləği 55.000 manat müəyyən olunmuşdur. 2. 30.09.2019-cu il tarixdə sığortalanmış avtomobil İddiaçı idarə etdiyi “Great Wall M2” markalı, 99EK148 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur.

3. İddiaçıya sığorta şirkəti tərəfindən 2487,5manat sığorta məbləği ödənilib.

4. Mübahisə sığorta şirkəti ilə sığorta hadisəsi nəticəsində zərər çəkmiş iddiaçı arasında sığorta məbləği ilə bağlı yaranıb. a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edərək, 2170,56 manat məbləğində ziyanın, eləcə də maşının təmiri ilə bağlı ona vurulmuş maddi və mənəvi ziyanın və ödənilmiş dövlət rüsumunun cavabdeh "xxxx" Şirkətindən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi belə əsaslandırılıb ki, 30.09.2019-cu il tarixdə idarə etdiyi “X4” markalı, **-FK-*** dövlət nömrə nişanlı avtomaşınını Quba rayonunun 2-ci Nüqədi kəndi ərazisində başqa bir maşın vuraraq nəqliyyat hadisəsi törətmiş və həmin hadisədə onun təqsiri müəyyən edilmədiyinə görə, maşınını əzmiş və ona maddi ziyan vurmuş sürücünün sığorta e tdirdiyi "xxxx" şirkəti tərəfindən ona vurulmuş ziyanın ödənilməsi nəzərdə tutulmuşdur.

7. İddiaçı hadisə günü telefonla "xxxx" Şirkətinin departamenti müdiri ilə telefon əlaqəsi saxlamış və yaşadığı Quba rayonuna şirkətin əməkdaşları gələrək maşına baxış keçirmişlər. Lakin maşının xarici görünüşündə baş vermiş dəyişiklik maşınını Quba rayonunda təmir edilməsini qeyri-mümkün etdiyi üçün iddiaçı məcbur olub təkrarən "xxxx" Şirkətin departament müdiri ilə telefon əlaqəsi saxlamış və sonuncu iddiaçıya maşınının təmiri üçün 1500 manat məbləğində pul ayırılmasını bildirmişdir.

8. İddiaçı maşınının təmiri üçün ən azı 4-5 min manat xərc tlazım olduğunu deyib, etiraz etmişdir. Maşının təmirinə qeyd edilən məbləğdə xərc lazım olmasını iddiaçıya maşına baxış keçirən mütəxəssislər demişdir.

9. Cavabd eh şirkətdən maşına özlərinin baxış keçirəcəkləri deyildikdən sonra iddiaçı maşınını evakuatorla "xxxx"ya aparmışdır. Şirkətdən maşınına baxan olmayıb. İddiaçıya bildiriblər ki, maşını Bakı şəhəri, Babək prospektində yerləşən “X3 Azərbaycan” servisinə aparmalıdır, orada şirkət maşını düzəltdirəcəkdir. İddiaçı da razı olub maşınını evakuatorla servisə aparmışdır.

10. Təxminən iki həftə maşın həmin servisdə qalmışdır. İddiaçı dəfələrlə "xxxx" Şirkətinin departament müdiri ilə telefon əlaqəsi saxlamış, maşınının təmir edilmədiyini, dəymiş ziyanın həqiqi qiymətinin çıxarılmadığını, süründürməçiliyə yol verildiyini bildirmişdir. “X3 Azərbaycan“ servisi tərəfindən 01.11.2019-cu il tarixdə ilkin qiymətləndirmə aktı verilmiş və həmin akta maşınına dəymiş ziyanın məbləği 4557 manat müəyyən edilmişd ir.

11. İddiaçı idarə etdiyi maşını 06.11.2019-cu il tarixdə Bakı şəhərinə aparıb, yuxarıda qeyd etdiyi servisə təqdim etmişdir. 10 gün gözlədikdən sonra iddiaçıya servisdən bildirilib ki, maşınını aparsın. İddiaçı da məcbur olub maşınını servisdən götürüb aparmışdır.

12. İddiaçı servisdən 620 manat dəyərində ehtiyat hissələrini nağd pulu ilə almış və həmin tarixdə də, yəni 06.11.2019-cu il tarixdə Quba rayonuna qayıtmışdır. 13. 01.11.2019-cu il tarixdə verilmiş ilkin qiymətləndirmə aktına əsasən ona 21.11.2019-cu il tarixdə Azərbaycan Beynəlxalq Bankı vasitəsi ilə 2487,56 manat məbləğində pul verilmişdir. İddiaçı təkrarən məcbur olub avtoservisə getmiş və onlardan dəymiş ziyanla bağlı baxış aktını tələb etmişdir. Onlar tərəddüd edib aktı verməyib və deyiblər ki, onların "xxxx" Şirkəti i lə müqaviləsi var, ona görə göstərə bilmirlər.

14. Daha sonra iddiaçı maşınına dəymiş ziyanın dəqiq qiymətini müəyyən etmək məqsədilə 19.12.2019-cu il tarixdə Quba şəhərində fəaliyyət göstərən "xxxx" MMC-yə müraciət edərək dəymiş ziyanla əlaqədar ziyan aktı almışdır. Həmin aktda maşınına dəymiş ziyanın 4657 manat məbləğində olması müəyyən edilmişdir.

15. Qeyd edilmiş ziyan aktına görə iddiaçıya dəymiş ziyan hal-hazıra kimi ödənilməmiş və idarə etdiyi maşın təmir edilməmişdir.

16. İddiaçı idarə etdiyi maşına vurulmuş maddi ziyanın dəqiqləşdirilməsi məqsədi ilə maşınına mütəxəssislərin iştirakı ilə baxış keçirilməsini təşkil edib, ona dəymiş maddi ziyanın tam həcmdə ödənilməsi məqsədi ilə 26.12.2019-cu il tarixdə "xxxx" Şirkətinin idarə heyətinin sədrinə müraciət etmişdir. 17. "xxxx" Şirkəti nin idarə heyəti tərəfindən ona ünvanlanmış 10.01.2020-ci il tarixli, 121 saylı cavab məktubunda qeyd edilib ki, hadisə nəticəsində maşına 2500 manat məbləğində ziyanın vurulub.

18. Hadisədən dörd aydan artıq bir müddətin keçməsinə baxmayaraq, idarə etdiyi maşın "xxxx" Şirkəti tərəfindən təmir edilərək iddiaçıya təqdim edilməmişdir. 19. "xxxx" Şirkəti tərəfindən iddiaçıya 2500 manat məbləğində pul təqdim edilərkən, bildirilmişdir ki, həmin 2500 manat məbləği ilkin qiymətləndirmə aktına əsasən verilir. Lakin, iddiaçı idarə etdiyi avtomaşınını tam təmir edib işlək vəziyyətə gətirmək məqsədilə maşınını təkrarən mütəxəssislərə göstərərkən, avtomaşına dəymiş ziyanın 4657 manat məbləğində olması müəyyən edilmişdir. 20. "xxxx" Şirkəti maşına dəymiş 4657 manat məbləğində olan ziyandan yalnız 2497, 56 manat məbləğində pulu ödəmiş və qalıq qalmış 2170,56 manat pulu ödəmək istəmir.

21. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 21.2, 1096.1, 1096.2 və 1097.1-cı maddələrinə istinad etmişdir.

23. Mülki iş ərazi aidiyyatı üzrə baxılması üçün əvvəlcə Yasamal Rayon Məhkəməsinə, sonra isə Səbail Rayon Məhkəməsinə göndərilmişdir.

24. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi iddiaya etiraz olaraq göstərmişdir ki, İddiaçı məxsus "xxxx" markalı, 99EK148 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər Sığorta Şirkəti tərəfindən 2500 manat məbləğində qiymətləndirilmiş və iddiaçı həmin məbləğlə razı olmuşdur. Bununla əlaqədar qanuna müvafiq olaraq Sığorta Aktı tərtib olunmuş və həmin akta İddiaçı imza edərək təsdiq etmişdir. Həmin aktda göstərilib ki, müəyyən edilmiş sığorta ödənişi sığorta h adisəsi nəticəsində zərərin əvəzinin ödənilməsi üçün qətidir”. İddiaçı müəyyən edilmiş zərər məbləği ilə razı olmamaq hüququ olmuş, lakin o, məbləği mübahisələndirilməmişdir. Sığorta aktına imza etdikdən sonra İddiaçı 2500 manat məbləğində sığorta ödənişi həyata keçirilmiş və 21.11.2019-cu il tarixdə o, həmin məbləği hesabından çıxararaq qəbul etmişdir.

24. Səbail rayon Məhkəməsinin 2(009)-1424/2020 saylı, 14 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim Şahin Abdullayev)

25. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara istinadən müəyyən etmişdir ki, "xxxx" ASC-də icbari sığorta üzrə sığortalanmış «VAZ-21074» markalı 10HM989 dövlət nömrə nişanlı avtomaşın 30.09.2019-cu il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində iddiaçı tərəfindən idarə olunan “X5 M2” markalı, 99EK148 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Yol-nəqliyyat hadisəsi nəticəsində “X5 M2” markalı, 99EK148 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələsinə ziyan dəymişdir. İddiaçının avtomobilinə dəymiş zərər "xxxx" ASC tərəfindən 2500 manat məbləğində qiymətləndirilmiş, iddiaçı həmin məbləğlə razı olmuş və tərtib edilmiş sığorta aktında iddiaçı imza edərək təsdiq etmişdir ki, həmin sığorta aktı ilə müəyyən edilmiş sığorta ödənişi sığorta hadisəsi nəticəsində zərərin əvəzinin ödənilməsi üçün qətidir. "xxxx" ASC tərəfindən “X5 M2” markalı, 99EK148 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 2500 manat məbləğində sığorta ödənişi ödənilmişdir.

26. Birinci instansiya məhkəməsi vurğulayıb ki, icbari sığorta qanunvericilyinə əsasən sığorta hadis əsi baş verdikdə dəymiş zərərin miqdarı sığortaçının özü və ya sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilməklə, zərərin miqdarının qiymətləndirilməsi tərəflərin qarşılıqlı razılığı ilə təyin olunan qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert tərəfindən aparılır.

27. Birinci instansiya məhkəməsinin mövqeyinə görə iddiaçı sığorta hadisəsi nəticəsində avtomaşınına dəymiş ziyan məbləği ilə razı olmadığını iddia etsə də, ziyan məbləği sığortaçı tərəfindən müəyyən edilərkən bu hüququnu sığortaçıya bildirməmişdir. Yəni iddiaçı sığortaçı tərəfindən müəyyən edilmiş ziyan məbləği ilə razılığını ifadə edərək sığorta aktını imzalamış və sığorta ödənişini almışdır. İddiaçı sığortaçı tərəfindən müəyyən edilmiş ziyan məbləği ilə bağlı razılığını bildirdiyindən və sığorta ödənişi aldığından, o həmin ziyan məbləğini yenidən mübahisələndirmək hüququnu itirmişdir.

28. Birinci instansiya məhkəməsi qeyd edib ki, icbari sığorta qanunvericiliyinə əsasən sığortaçının sığortalı qarşısında öhdəliyi qanunla müəyyən edilmiş həddə yaranır. Yəni sığortaçı sığortalıya sığorta ödənişini qanunla müəyyən edilmiş prosedur həyata keçirildikdən sonra ödəyir. Həmin prosedur sığorta hadisəsinin müəyyən edilməsi, ziyanın hesablanması və sığorta ödənişinin ödənilməsindən ibarətdir. Qanun sığortalıya hər mərhələ üzrə sığortaçının hərəkətlərini mübahisələndirmək hüququnu vermişdir. İddiaçı yol-nəqilyyat hadisəsi zamanı avtomaşınına 4657 manat ziyan vurulmasını hesab et mişdirsə, bu halda sığortaçı tərəfindən müəyyən edilən ziyan məbləği ilə razı olmamaq və onu mübahisələndirmək hüququ var idi. Lakin iddiaçı bu hüququndan istifadə etməmiş və ziyan məbləği ilə razı olduğunu bildirərək sığorta ödənişini almışdır. Digər tərəfdən yenidən sığortaçı üzərinə sığorta ödənişi vəzifəsinin qoyulması qanunun pozulması ilə nəticələnə bilər ki, bu da yolverilməzdir. Hazırki iş üzrə iddiaçı ziyan məbləğini mübahiləndirmədiyi üçün, o hazırda sığorta ödənişi kimi cavabdeh tərəfindən ödənilməmiş 2170,56 manat məbləğində pulu tələb etməkdə haqlı hesab edilə bilməz.

29. Məhkəmə mövqeyini Mülki Məcəllənin 925-ci “İcbari Sığortalar haqqında” 16.2ci, “Sığorta fəaliyyəti haqqında” Qanunun 10.10-cu maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat 3

0. İddiaçı apellyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın təmin edilməsini xahiş etmişdir.

31. Apellyasiya şikayətinin dəlilləri: - yol-nəqliyyat hadisəsi nəticəsində onun idarə etdiyi və mülkiyyətində olan avtomaşına 4657 manat maddi ziyan dəysə də, "xxxx" ASC ona yalnız 2500 manat pul ödəmişdir; - iş materiallarında olan sənədlərə əsasən, ona 4657 manat maddi ziyan dəyməsi tam olaraq öz əksini tapmışdır.

32. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-877/2021 nömrəli, 02 mart 2021-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-424/2020 saylı iş üzrə 14 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Emin Mehdiyev (sədrlik edən və məruzəçi), Şərafət Məmmədova, Xəyal Sarıyev) 3

3. Apellyasiya instansiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və onun hüquqi əsaslandırılması ilə razılaşaraq, apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, şikayətin dəlilləri qətnamənin ləğv üçün əsas təşkil etmir.

34. Apellyasiya instansiyası apellyasiya şikayətinin dəllləri üzrə qeyd edib ki, icbari sığorta haqqında qanunvericiliyə əsasən sığortaçının sığortalı qarşısında öhdəliyi qanunla müəyyən edilmiş həddə yaranır. Yəni sığortaçı sığortalıya sığorta ödənişini qanunla müəyyən edilmiş prosedur həyata keçirildikdən sonra ödəyir. Həmin prosedur sığorta hadisəsinin müəyyən edilməsi, ziyanın hesablanması və sığorta ödənişinin ödənilməsindən ibarətdir. Qanun sığortalıya hər mərhələ üzrə sığortaçının hərəkətlərini mübahisələndirmək hüququnu vermiş dir. İddiaçı yol-nəqilyyat hadisəsi zamanı avtomaşınına 4657 manat ziyan vurulmasını hesab etmişdirsə, bu halda sığortaçı tərəfindən müəyyən edilən ziyan məbləği ilə razı olmamaq və onu mübahisələndirmək hüququ var idi. Lakin iddiaçı bu hüququndan istifadə etməmiş və ziyan məbləği ilə razı olduğunu bildirərək sığorta ödənişini almışdır. Tərəflər sığorta aktında ödənilən razılaşdırılmış həmin sığorta məbləğinin qəti olduğunu imzaları ilə təsdiq etmişlər.

35. Həmçinin iddia tələbi maddi və mənəvi ziyanın ödənilməsi hissəsində konkret olmadığından və belə bir ziyanın cavabdeh tərəfindən vurulması müəyyən edilmədiyindən, həmin tələblərin də təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı işt irakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

36. İddiaçı İddiaçı (vəkili Vəkil ) kassasiya şikayəti verib, qətnamənin ləğv edilməsini, işin yeni apelyasiya baxışına qaytarılmasını xahiş etmişdir.

37. Kassasiya şikayətinin dəlilləri: - dəymiş ziyanla bağlı şübhələr var idisə ekspertiza təyin edilməli idi. İddiaçı ekspertiza təyin edilməsi barədə şifahi vəsatət versə də, bu vəsatətə qiymət verilməyib. b) Kassasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

38. Kassasiya şikayətinə qarşı tərəfin yazılı etiraz daxil olmamışdır. c) Kassasiya icraatı iştirakçılarının izahatları

39. Məhkəmə kollegiyasının iclasında İddiaçı və vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdilər.

40. Cavabdeh "xxxx" ASC-nin vəkili Ələkbərov Fuad Rafiq oğlu ka ssasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini xahiş etdi. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 925.2. Sığortaçı dəymiş zərəri müxtəlif üsullarla, o cümlədən zərər dəymiş predmetin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla nümayəndəsi kimi təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirir. “İcbari Sığortalar haqqında” Qanun Maddə 16.2. Sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunu nun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla tərəflərin qarşılıqlı razılığı ilə təyin olunan qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert tərəfindən aparılır. “Sığorta fəaliyyəti haqqında” Qanun Maddə 10.10. Azərbaycan Respublikasının sığorta sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxsləri və müstəqil ekspertləri yalnız bu Qanunun 95.3-cü maddəsində nəzərdə tutulmuş reyestrə daxil edilmiş olduqları halda sığorta əməliyyatları üz rə xidmət göstərmək üçün cəlb oluna bilərlər. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansi yası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasi ya baxışının hədləri

41. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

42. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən məhkəmə kollegiyası qətnaməni tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlmişdir. Məhkəmə tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

44. Kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən tam qiymət verilib.

45. Belə ki, iddiaçı sığorta hadisəsi nəticəsində ona dəymiş zərərin tam ödənilməməsinə istinad edərək, zərərin ödənilməyən hissəsiin ödənilməsini tələb etmişdir.

46. Apellyasiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı zərərin məbləği ilə razı deyildisə, onun bunu müba hisələndirmək hüququ olmuş, lakin iddiaçı bu hüququndan istifadə etməmiş və ziyan məbləği ilə razı olduğunu bildirərək sığorta ödənişini almışdır. Üstəlik, tərəflər sığorta aktında ödənilən razılaşdırılmış sığorta məbləğinin qəti olduğunu imzaları ilə təsdiq etmişlər.

47. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya məhkəməsinin gəldiyi nəticəni işin müəyyən edilmiş hallarına uyğun olaraq qanuni və əsaslı sayır.

48. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

49. Yuxarıda göstərilənləri və MPM-in 416, 417.1.2 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya M əhkəməsi Mülki Kollegiyasının 2(103)-877/2021 nömrəli, 02 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar