Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5008/2021 14.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1, X7, İddiaçı3 (eyni zamanda X4 vərəsələri qismində) və İddiaçı4 cavabdeh Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə qarşı, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər "xxxx" MTK, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi və X11 cəlb edilməklə, əmlakların həbsdən azad edilməsi tələbinə dair QƏRARİ (Açar sözlər: kassasiya şikayətinin icrata qəbul olunmasına dair qərardadın ləğv olunması və işin kassasiya baxışından çıxarılması ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Novruzova X Alim qızının katibliyi, İddiaçı3 nümayəndəsi və vəkili Vəkil1, müstəqil tələb irəli sürməyən üçüncü şəxs AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin nümayəndəsi X1 və vəkili Vəkil2 iştirakları ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4395/2021 nömrəli iş üzrə 17 may 2021-ci il tarixli qətnaməsindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 14 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə i clasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 mart 2018-ci il tarixli, 1(101)-61/2018 saylı hökmünün hökm etdi hissəsində qeyd olunmuşdur ki, “... cinayət işi üzrə ibtidai istintaq zamanı üzərinə həbs qoyulmuş 1.759.500 manat dəyərində olan X3 adına "xxxx" MMCdən Bakı şəhəri, Xünvanında yerləşən “X19” kompleksində Bsaylı mənzil; 63.000 manat dəyərində olan X3 adına "xxxx" MMC-dən Bakı şəhəri, X ünvanında yerləşən “X19” kompleksində Xnömrəli avtomobil dayanacaq sahəsi; 63.000 manat dəyərində olan X3 adına "xxxx" MMC-dən Bakı şəhəri, X ünvanında yerləşən “X19” kompleksində Cnömrəli (1-ci zirzəmi mərtəbəsi) avtomobil dayanacaq sahəsi; 63.000 manat dəyərində olan X4 adına “X19” kompleksində 37 nömrəli avtomobil dayanacaq sahəsi; 63.000 manat də yərində olan X4 adına “X19” kompleksində 38 nömrəli avtomobil dayanacaq sahəsi; 63.000 manat dəyərində olan İddiaçı1 adına “X19” kompleksində 41 nömrəli avtomobil dayanacaq sahəsi; 1.081.000 manat dəyərində İddiaçı2 adına Bakı şəhəri, B qəsəbəsində olan 0,94 ha torpaq sahəsi; 3.212.600 manat dəyərində olan X4 adına Bakı şəhəri, B olan 1709 saylı bağın 0,04 ha hissəsi; 626.400 manat dəyərində olan İddiaçı4 adına Bakı şəhəri, X küçəsi X №-li evin, 9 nömrəli mənzili; 515.200 manat dəyərində olan X3 adına Bakı şəhəri, X saylı evin 9 saylı mənzili; 47.169 manat dəyərində olan X3 adına qeydiyyata alınmış AZ **-NK-*** dövlət qeydiyyat nişanlı, 2010-cu il buraxılışlı “X25” markalı avtomobil; 50.313,60 manat dəyərində olan X6 adına qeydiyyata alınmış AZ **-Z*** dövlət qeydiyyat nişanlı 2010-cu il b uraxılışlı “Porsche Cayenne” markalı avtomobil; 134.169,60 manat dəyərində olan XX6 adına qeydiyyata alınmış AZ **-FE-*** dövlət qeydiyyat nişanlı, 2013-cü il buraxılışlı “X27” markalı avtomobil; 48.217,20 manat dəyərində olan İddiaçı4 adına qeydiyyata alınmış AZ **-CD-*** dövlət qeydiyyat nişanlı, 2012-ci il buraxılışlı “X24” markalı avtomobil barəsində xüsusi müsadirə tətbiq edilməklə, həmin daşınar və daşınmaz əmlaklar xüsusi hərrac vasitəsilə satılsın, əmlakların satışından olanan pul vəsaiti Vergilər Nazirliyinin mülki iddiasının ödənilməsinə yönəldilsin. Cinayət işi üzrə İddiaçı4 Mirmehdi oğlunun "xxxx" ASC-dəki ******************** nömrəli kart hesabındakı üzərinə həbs qoyulmuş 3.032,26 manat və Azərbaycan Respublikası Baş Prokurorluğunun Maliyyə Xidmətində saxlanılan X Xanın yaşadı ğı mənzildən götürülmüş 870.442 manat dəyərində olan qızıl-zinət əşyaları, 3.215 avro, 5.400 ABŞ dolları, 26.500 manat, eləcə də X istintaq zamanı ödədiyi 104.600 manat pul Vergilər Nazirliyinin mülki iddiasının ödənilməsinə yönəldilsin. Cinayət işi üzrə ibtidai istintaq zamanı üzərinə həbs qoyulmuş müqavilə qiyməti 607.986 manat olan və 407.126 manat ödənilmiş X4 adına “X19” kompleksində 1202A saylı mənzil; müqavilə qiyməti 608.260 manat dəyərində olan və 407.406 manat ödənilmiş X4 adına “X19” kompleksində 1201A saylı mənzil və müqavilə qiyməti 615.280 manat olan və 204.207 manat ödənilmiş İddiaçı1 adına “X19” kompleksində 609A saylı mənzil barəsində xüsusi müsadirə tətbiq edilməklə, həmin mənzillər xüsusi hərrac vasitəsilə satılsın, mənzillərin satışından əldə olanan pul vəsaitindən mü vafiq olaraq 407.126 manat, 407.406 və 204.207 manat cinayət işi üzrə Vergilər Nazirliyinin mülki iddiasının ödənilməsinə yönəldilsin, yerdə qalan məbləğlər isə “X19” kompleksinin mülkiyyətçisinə ödənilsin”. Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 25 iyul 2018-ci il tarixli, 1(103)708/2018 saylı qərarından görünür ki, həmin qərarla maraqlı şəxslər İddiaçı4, İddiaçı2, İddiaçı1, eləcə də X4 hüquqi varislərinin (İddiaçı1, İddiaçı2 və X3) nümayəndəsinin apellyasiya şikayətlərinin baxılmasına xitam verilmiş, apellyasiya protesti, mülki iddiaçının nümayəndəsinin, zərər çəkmiş təşkilatların nümayəndəsinin və məhkumun müdafiəçisinin apellyasiya şikayətləri təmin olunmamış; Bakı Ağır Cinayətlər Məhkəməsinin X2 haqqındakı 14 mart 2018-ci il tarixli hökmü dövlət ittihamçısı apellyasiya prot estinə, mülki iddiaçının nümayəndəsinin, zərər çəkmiş təşkilatların nümayəndəsinin və məhkumun müdafiəçisinin apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət Kollegiyasının xx.xx.2019-cu il tarixli, 1(102)-1087/2019 saylı qərarından görünür ki, həmin qərarla məhkum X8 barəsində Bakı Apellyasiya Məhkəməsinin 25 iyul 2018-ci il tarixli qərarından məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmış, zərərçəkmiş şəxslər “X” şirkəti, “X” şirkəti, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X9 tərəfindən verilmiş kasassiya şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət Kollegiyasının 17 iyun 2020-ci il tarixli, 1(102)-300/2020 saylı qərarından görünür ki, həmin qərarla Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 mart 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2, 193-1.3.2, 213.2.2 və 313-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş X3 barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 iyul 2018-ci il tarixli qərarından məhkum X Xanın müdafiəçisi Vəkil1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2, 193-1.3.2, 213.2.2 və 313-cü maddələri ilə təqsirli bilinib məhkum edilmiş X3 barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 iyul 2018-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 mart 2018-ci il tarixli, 1(101)-61/2018 saylı hökmündə qeyd edilmişdir ki, “... Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Cinayət işi üzrə ibtidai istintaq zamanı cinayət yolu ilə əldə edilmiş pul vəsaiti hesabına əldə edilməsi əsası ilə aşağıdakı daşınar və daşınmaz əmlakların üzərinə həbs qoyulmuşdur: 1.759.500 manat dəyərində olan X3 adına "xxxx" MMC-dən Bakı şəhəri, X saylı mənzil; 63.000 manat dəyərində olan X3 adına "xxxx" MMC-dən Bakı şəhəri, X ünvanında yerləşən “X19” kompleksində 40 nömrəli avtomobil dayanacaq sahəsi; 63.000 manat dəyərində olan X3 adına "xxxx" MMC-dən Bakı şəhəri, X ünvanında yerləşən “X19” kompleksində 236 nömrəli (1-ci zirzəmi mərtəbəsi) avtomobil dayanacaq sahəsi; 6 3.000 manat dəyərində olan X4 adına “X19” kompleksində 37 nömrəli avtomobil dayanacaq sahəsi; 63.000 manat dəyərində olan X4 adına “X19” kompleksində 38 nömrəli avtomobil dayanacaq sahəsi; Müqavilə qiyməti 607.986 manat olan və 407.126 manat ödənilmiş X4 adına “X19” kompleksində 1202A saylı mənzil; Müqavilə qiyməti 608.260 manat dəyərində olan və 407.406 manat ödənilmiş X4 adına “X19” kompleksində 1201A saylı mənzil; Müqavilə qiyməti 615.280 manat olan və 204.207 manat ödənilmiş İddiaçı1 adına “X19” kompleksində 609A saylı mənzil; 63.000 manat dəyərində olan İddiaçı1 adına “X19” kompleksində 41 nömrəli avtomobil dayanacaq sahəsi; 1.408.000 manat dəyərində olan İddiaçı2 adına Bakı şəhəri, X yerləşən 185 nömrəli binanın 1-ci yarımzirzəmisində 176 m2 ölçüdə qeyri-yaşayış sahəsi; 509.200 man at dəyərində olan İddiaçı2 adına Bakı şəhəri, X yerləşən 185 nömrəli binada 134,3 m2 qeyri-yaşayış sahəsi; 664.200 manat dəyərində olan İddiaçı2 adına Bakı şəhəri, X yerləşən 185 nömrəli binada 246 m2 ümumi sahədən ibarət olan 2 nömrəli mənzil; 234.900 manat dəyərində olan İddiaçı2 adına Bakı şəhəri, Z 32 nömrəli mənzil; 650.700 manat dəyərində olan İddiaçı2 adına Bakı şəhəri, X 33 nömrəli mənzil; 650.700 manat dəyərində olan İddiaçı2 adına Bakı şəhəri, X 36 nömrəli mənzil; 372.600 manat dəyərində olan İddiaçı2 adına Bakı şəhəri, X 8 nömrəli mənzil; 461.700 manat dəyərində olan İddiaçı2 adına Bakı şəhəri, X 31 nömrəli mənzil; 1.081.000 manat dəyərində İddiaçı2 adına Bakı şəhəri, torpaq sahəsi; 966.299 manat dəyərində olan X4 adına Bakı şəhəri, torpaq sahəsi; 3.212.600 manat dəyərində olan X4 adına Bakı şəhəri, Xhissəsi; 702.000 manat dəyərində olan X4 adına X hissəsi; 626.400 manat dəyərində olan İddiaçı4 adına Bakı şəhəri, Xmənzili; 515.200 manat dəyərində olan X3 adına Bakı şəhəri, Xmənzili; 47.169 manat dəyərində olan X3 adına qeydiyyata alınmış Z dövlət qeydiyyat nişanlı, 2010-cu il buraxılışlı “X25” markalı avtomobil; 50.313,60 manat dəyərində olan X X6 adına qeydiyyata alınmış AZ dövlət qeydiyyat nişanlı 2010-cu il buraxılışlı “Porsche Cayenne” markalı avtomobil; 134.169,60 manat dəyərində olan X X6 adına qeydiyyata alınmış AZ dövlət qeydiyyat nişanlı, 2013-cü il buraxılışlı “X27” markalı avtomobil; 76.518,60 manat dəyərində olan X4 adına qeydiyyata alınmış AZ dövlət qeydiyyat nişanlı, 2012-ci il buraxılışlı “Porsche Cayenne” markalı avtomobil; 48.217,20 manat dəyərin də olan İddiaçı4 adına qeydiyyata alınmış AZ dövlət qeydiyyat nişanlı, 2012-ci il buraxılışlı “X24” markalı avtomobil. Həmçinin, İddiaçı4 oğlunun "xxxx" ASC-dəki ******************** nömrəli kart hesabındakı 3032,26 manat vəsaitin üzərinə həbs qoyulmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 (eyni zamanda X4 vərəsələri qismində) və İddiaçı4 cavabdeh Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə qarşı əmlakların həbsdən azad edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, X14 Federasiyasında sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla yüksək məbləğlərdə gəlirlər əldə edir. Ru siya Federasiyası vergi orqanına təqdim edilmiş və vergi orqanı tərəfindən təsdiq edilmiş “Fiziki şəxsin gəlirləri haqqında” arayışlardan görünür ki, İddiaçı1 2007-ci ildə 23,294,743 rubl (məzənnə ilə 931790 ABŞ dolları), 2008-ci ildə 23499972 rubl (məzənnə ilə 979166 ABŞ dolları), 2009cu ildə 23490296 rubl (məzənnə ilə 783010 ABŞ dolları), 2010-cu ildə 24700015 rubl (məzənnə ilə 823334 ABŞ dolları), 2011-ci ildə 26599986 rubl (məzənnə ilə 886666 ABŞ dolları), 2012-ci ildə 29699615 rubl (məzənnə ilə 989987 ABŞ dolları) olmuşdur. Göründüyü kimi, İddiaçı1 illik rəsmi gəlirləri 2007-2012-ci illər arası hər il üçün 1 milyon ABŞ dollarına yaxın olmuşdur. Qeyd edilən faktlar müvafiq rəsmi arayışlarla təsdiq edilir və onun adına olan əmlakların qanuni gəlirlər hesabına əldə edilməsini sübut edir. Bundan əlavə, cinayət işi üzrə Azərbaycan Respublikası Baş Prokurorluğunun Maliyyə Xidmətində saxlanılan X Xanın həyat yoldaşından ayrılması ilə bağlı müvəqqəti yaşadığı İddiaçı2 adına olan, faktiki olaraq İddiaçı1 məxsus mənzildən götürülmüş 870.442 manat dəyərində olan qızıl-zinət əşyaları, 3.215 avro, 5.400 ABŞ dolları, 26.500 manat pul vəsaitləri də İddiaçı1 məxsusdur. Bundan əlavə, "X19" kompleksindəki 1.759.500 manat dəyərində olan X3 adına yazılmış "xxxx" MTK-nın Bakı şəhəri, ünvanında yerləşən “X19” kompleksində 615B saylı mənzil və həmin kompleksdəki 40 və 236 saylı dayanacaqlar İddiaçı1 məxsus olan, nağd formada atasında saxladığı pul vəsaitləri və onun "xxxx" ASCdə olan hesabından onun verdiyi etibarnamə ilə 742684 ABŞ dolları məbləğində pul vəsaiti məxaric edilməklə əldə edilm iş və həmin mənzillərin faktiki sahibi İddiaçı1dur. Bakı şəhəri, ünvanında yerləşən “X19” kompleksində 615B saylı mənzil, həmin kompleksdə olan 63.000 manat dəyərində qiymətləndirilmiş 40 nömrəli avtomobil dayanacaq sahəsi və 236 nömrəli (1-ci zirzəmi mərtəbəsi) avtomobil dayanacaq sahəsi İddiaçı1 məxsus olan, nağd formada atasında saxladığı pul vəsaitləri və onun "xxxx" ASC-də olan hesabından onun verdiyi etibarnamə ilə 742684 ABŞ dolları məbləğində pul vəsaiti məxaric edilməklə əldə edilmiş, həmin mənzillərin faktiki sahibi İddiaçı1dur, (Xa) X qızının həmin əmlaklara aidiyyatı yoxdur. 515.200 manat dəyərində olan X3 adına Bakı şəhəri, saylı mənzili isə 2000-ci ildən əvvəl alınmışdır. Həmin mənzilə tələb yönəldilməsinə dair ittiham aktında heç bir qeyd olmamışdır, bu, Ağır Cinayətlər məhk əməsinin hakimi tərəfindən səhv olaraq, hökmə daxil edilmişdir. Cinayət işi üzrə Azərbaycan Respublikası Baş Prokurorluğunun Maliyyə Xidmətində saxlanılan X yaşadığı İddiaçı2 adına olan, faktiki olaraq İddiaçı1 məxsus Bakı şəhəri, mənzildən götürülmüş 870.442 manat dəyərində olan qızıl-zinət əşyaları, 3,215 avro, 5.400 ABŞ dolları, 26.500 manat pul vəsaitləri də İddiaçı1 məxsus olmuşdur. Həmin mənzilə münasibətdə məhkəmə tərəfindən haqlı olaraq müsadirə tətbiq edilməmişdir. Bununla bağlı məhkəmə hökmündə də xüsusi olaraq qeyd edilmişdir ki, “Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, X4 mülkiyyətində olan... Bakı şəhəri, nömrəli mənzilin mülkiyyət kimi əldə edilmə dövrləri 2005-2007-ci və 2011-ci illərə təsadüf etdiyindən, həmin dövrdə X10 müstəqil əmək fəaliyyəti ilə məşğul olduğundan və adı çəkilən daşınmaz əmlakların cinayət yolu ilə əldə edilmiş pul və ya digər əmlak hesabına əldə edilmələri ilə bağlı mötəbər sübutlar olmadığından həmin əmlaklar üzərinə qoyulmuş həbs götürülməli və həmin daşınmaz əmlaklara münasibətdə xüsusi müsadirə tətbiq edilməməlidir”. Göründüyü kimi, qeyd edilən mənzil xüsusi müsadirəyə məruz qalmadığı halda, ümumiyyətlə, İddiaçı3 həmin mənzilin mülkiyyətçisi, nə sahibi olmadığı halda, həmin mənzildən götürülmüş pul və zinət əşyalarının İddiaçı3 məxsus olmadığı aşkardır. 47.169 manat dəyərində qiymətləndirilmiş X3 adına qeydiyyata alınmış AZ dövlət qeydiyyat nişanlı, 2010-cu il buraxılışlı “X25” markalı avtomobil X8 özünə məxsus olmuş “Lexus RX-300” markalı avtomobilin satışından əldə etdiyi vəsait hesabına almışdır. İddiaçı4 məxsus 48.217,20 manat dəyərində olan AZ dövlət qeydiyyat nişanlı, 2012-ci il buraxılışlı “X24” markalı avtomobil və onun "xxxx" ASC-dəki ******************** nömrəli kart hesabındakı üzərinə həbs qoyulmuş 3.032,26 manat İddiaçı4 xüsusi mülkiyyəti olmaqla, cinayət işinə heç bir aidiyyatı yoxdur və yuxarıda istinad edilən məhkəmə hökmü və qərarında da bu hal sübut edilməmişdir. X4 adına olan əmlaklara münasibətdə qeyd olunmalıdır ki, İddiaçı2 mərhumun arvadı, İddiaçı1 mərhumun oğlu, İddiaçı3 isə mərhumun qızı olmaqla X4 hüquqi varisləridir. 02 sentyabr 2017-ci il tarixdə X10 vəfat etmişdir. Bu barədə 3 saylı “ASAN xidmət” Mərkəzi tərəfindən xx.xx.2017-ci il tarixli, AZ-İ 897182 saylı “Ölüm haqqında Şəhadətnamə” verilmişdir. İddiaçıların X4 vərəsəsi olmaları həmçinin Bakı şəhəri 29 saylı notariat kontorunun 03 yanvar 2019-cu il tarixli, 1 saylı Arayışı ilə də təsdiq edilir. İddiaçı2 mərhum əri X10 ilə rəsmi nikahda olmuşdur və mərhumun adına olan əmlaklar onların birgə nikahı dövründə əldə edilmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakim N.Nəbizadə, iş № 2(001)-86/2021) iddia tələbi qismən təmin edilərək, “X19” kompleksində yerləşən 609A, 1201A və 1202A saylı mənzillərin həbsdən azad edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 may 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər V.Sadıqov (sədrlik edən və məruzəçi), Q.Əsgərov və A.İmanov, iş № 2(103)4395/2021) müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin apelyasiya şikayətinin təmin edilməməsi, iddiaçıların apelyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 fevral 2021-ci il tarixli 2(001)86/2021 saylı qətnaməsinin mübahisələndirilən hissədə qismən - iddianın təmin edilməmiş İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri küçəsində yerləşən 0,94 ha torpaq sahəsi və X3 mülkiyyətində olan Bakı şəhəri, Nəsimiı mənzilə aid hissədə ləğv edilməsi və həmin hissədə iddianın təmin edilməsi, İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri Əzizbəyov rayonu torpaq sahəsi və X3 mülkiyyətində olan Bakı şəhəri, mənzilin həbsdən azad edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi (Vəkil2) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4395/2021 nömrəli iş üzrə 17 may 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı3 nümayəndəsi və vəkili Və kil1 digər iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətinin AR MPM-nin 407-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün işin baxışdan çıxarılmasına etiraz etmədi. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin nümayəndəsi X5 və vəkili Vəkil2 da etiraz etmədiklərini bildirdilər. Digər tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-o lunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 407.1.-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş formada verilən kassasiya şikayətində aşağıdakılar göstərilməlidir: 407.1.1.-ci maddəsinə əsasən şikayətin verildiyi m əhkəmənin adı və ünvanı; 407.1.2.-ci maddəsinə əsasən şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; 407.1.3.-cü maddəsinə əsasən şikayət olunan məhkəmə aktını qəbul etmiş məhkəmənin adı, aktın qəbul edildiyi tarix, mübahisənin predmeti; 407.1.4.-cü maddəsinə əsasən şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması, işə məhkəmə iclasında baxılması istənildiyi halda bu Məcəllənin 414.1-ci maddəsində nəzərdə tutulmuş əsasl arın mövcudluğunun əsaslandırılması; 407.1.5.-ci maddəsinə əsasən şikayətə əlavə edilən sənədlərin siyahısı. 407.2.-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 407.3.-cü maddəsinə əsasən şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. 407.4.-cü maddəsinə əsasən şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur. 417.1.7-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması müəyyən edərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə baxışı zamanı Bakı Apellyasiya Məhkəməsindən daxil olmuş 26 iyul 2021ci il tarixli məktubun surətindən müəyyən olunur ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4395/2021 saylı 17 may 2021-ci il tarixli qətnaməsindən verilmiş iddiaçıların kassasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün həmin mülki işin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi xahiş e dilmişdir. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, Ali Məhkəmənin Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli 2(102)-5008/2021 nömrəli işin icraata qəbul edilməsinə dair qərardadı ləğv edilərək kassasiya şikayəti məhkəmə baxışından çıxarılaraq geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 402, 407, 417.1.7-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4395/2021 nömrəli iş üzrə 17 may 2021-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayətinin icraata qəbul edilməsi nə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli 2(102)5008/2021 nömrəli qərardadı ləğv edilsin. Mülki iş məhkəmə baxışından çıxarılsın. İddiaçıların kassasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5008/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-5008/2021
14.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver