Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5009/2019 01.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Mirzəliyev Əsəd Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əliyev Ələsgər Əliabbas oğlundan, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Şirinov Eldar Şirinağa oğlunun iştirakı ilə, 3-cü şəxs Cavabdeh3 ASC-nin Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 fevral 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 05 noyabr 2018-ci il tarixli 2(009)3210/2018 saylı qətnaməsi ilə (hakim M.Bağırova) İddiaçı cavabdeh «xxxx» MMC-yə (3cü şəxslər Sumqayıt şəhəri üzrə İcra İdarəsi və Cavabdeh3 ASC) qarşı «əmlakın qiymətləndirilməsi nin nəticələri haqqında hesabatın ləğv olunması» tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nın 2(103)-2157/2019 saylı, 25 fevral 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: V.Sadıqov, A.Hüseynov və A.İmanov) Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 05 noyabr 2018-ci il tarixli 2(009)-3210/2018 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi təmin edilərək,İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 147,2 m2-dən ibarət olan fərdi yaşayış evinin qiymətləndirilməsinə dair Cavabdeh1 MMCnin 17 avqust 2018-ci il tarixli əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatın ləğv edilməsi, iş üzrə ödənilmiş dövlət rüsumlarının iddiaçıya aid edilməsi qət edilmişdir. 3-cü şəxs Cavabd eh3 ASC kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi MK-nın 2(103)-2157/2019 saylı, 25 fevral 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı cavabdeh «xxxx» MMC-yə (3-cü şəxslər Sumqayıt şəhəri üzrə İcra İdarəsi və Cavabdeh3 ASC) qarşı «əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatın ləğv olunması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi və üzərində ümumi sahəsi 147,2 m2 olan fərdi yaşayış evinin qiymətləndirilməsinə dair Cavabdeh1 MMC-nin 17 avqust 2018-ci il tarixli əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İdd iaçı tələbi onunlaəsaslandırılmışdır ki, Sumqayıt şəhər məhkəməsinin 2(060)4233/2015 saylı 08 iyul 2015-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh3 ASC-nin ona və X4 qarşı «kredit müqaviləsinin ləğv edilməsi, ipoteka predmetinə tutma yönəldilməsi, onun açıq hərracdan satılması və satışdan əldə olunan vəsait hesabına kredit müqaviləsi üzrə öhdəliklərin icrası, vurulmuş ziyanın ödənilməsi»nə dair iddia tələbi qismən təmin edilərək, iddiaçı Cavabdeh3 ASC-nin «Nərimanov» filialı ilə onun arasında bağlanmış 28.01.2014- cü il tarixli, 14001-1709/433683 saylı kredit müqaviləsi ləğv edilmiş, iddiaçı Cavabdeh3 ASC-nin xeyrinə ondan qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə 31.175,27 ABŞ dolları əsas borc, 2.281,42 ABŞ dolları faiz borcu, 136 ABŞ dolları məbləğində cərim ə olmaqla, cəmi 33.592,69 ABŞ dolları məbləğində pul vəsaiti və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş ona məxsus ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 147,2 m2-dən ibarət fərdi yaşayış evinə yönəldilərək, həmin fərdi yaşayış evinin açıq hərracda satılması və satışdan əldə olunmuş pul vəsaiti hesabına iddiaçı Cavabdeh3 ASC-yə ümumilikdə cəmi 33.592,69 ABŞ dolları məbləğində pul vəsaiti və 30 manat ödənilmiş dövlət rüsumunun ödənilməsi, ona məxsus ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 147.2 m2-dən ibarət fərdi yaşayış evinə tutma yönəldildikdə və onlar satıldıqda həmin fərdi yaşayış evində yaşayan şəxslərin evi boşaldaraq ən geci bir ay ərzində ordan çıxarılma ları qət edilmişdir. O, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4233/2015 saylı 08 iyul 2015-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermiş və Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2233/2015 saylı mülki iş üzrə 21 dekabr 2015-ci il tarixli qətnaməsi ilə onun apellyasiya şikayəti təmin edilməmiş və Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4233/2015 saylı 08 iyul 2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən ona məxsus olan fərdi yaşayış evində «yaşayan şəxslər» çıxarılsın hissəsi xaric edilmişdir. O, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2233/2015 saylı mülki iş üzrə 21 dekabr 2015-ci il tarixli qətnaməsindən Ali Məhkəməyə kassasiya şikayəti vermiş, lakin Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-9144/17 saylı 26 dekabr 2017-ci il tarixli qərarı ilə kassa siya şikayəti təmin olunmamış və iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)2233/2015 saylı mülki iş üzrə 21 dekabr 2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. İş üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş və Sumqayıt Şəhər Məhkəməsi tərəfindən verilmiş icra vərəqəsi üzrə icraat başlanılmışdır. Sumqayıt şəhəri üzrə icra şöbəsinin sifarişli məktubuna əsasən əmlakın qiymətləndirilməsi işini həyata keçirən Cavabdeh1 MMC tərəfindən ona məxsus ünvan 2 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 147,2 m2-dən ibarət fərdi yaşayış evinin bugünkü günə qiyməti 85.000 manat məbləğində müəyyən olunmuşdur. Cavabdeh1 MMC-nin 17 avqust 2018-ci il tarixli əmlakın qiymətləndirilməsinin nəticəl əri haqqında hesabatını tamamilə qanunsuz vəəsassız hesab edir. Belə ki, ona məxsus yaşayış evinin hazırki bazar qiyməti 165.000 manat təşkil edir. Belə olan halda cavabdeh tərəfindən ona məxsus evin qiymətinin 85.000 manat məbləğində müəyyən olunması tamamilə qanunsuzdur. Həmin qiymət evinin real bazar qiymətindən dəfələrlə aşağıdır. Hesabat həqiqəti əks etdirilmədiyindən etibarsızdır. Ona görə də, hesab edir ki, Cavabdeh1 MMC-nin 17 avqust 2008-ci il tarixli əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatı ləğv olunmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: 3-cü şəxs Cavabdeh3 ASC kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən, “Qiymətləndirmə fəaliyyəti haq qında” Qanunun 7 və 8-ci maddələrini səhv tətbiq etmiş, AR MPM-in 261.0.1-ci maddəsini isə ümumiyyətlə tətbiq etməməşdir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsi MK-nın 2(103)-2157/2019 saylı, 25 fevral 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. İş materiallarından müəyən olunur ki, iddiaçı 28.01.2014-cü il tarixli 140011709/433683 saylı kredit müqaviləsinə əsasən Cavabdeh3 ASC-nin «Nərimanov» filialından götürdüyü kredit borcunu vaxtında qaytara bilmədiyi üçün bank borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə məhkəmədə iddia qaldırmış və Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4233/2015 saylı 08 iyul 2015-ci il tarixli qətnaməsi ilə iddia təmin olunaraq, ondan cəmi 33.592,69 ABŞ dolları məbləğində pul tutulması və tutmanın ipoteka ilə yüklü edilmiş ona məxsus ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 147.2 m2-dən ibarət fərdi yaşayış evinə yönəldilməsi qət edilmiş, yuxarı məhkəmələr tərəfindən qətnamə həmin hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmiş və icra məmuru yaşayış evinin qiymətləndirməsini Cavabdeh1 MMC-yə sifariş vermiş, sonuncu da 17.08.2018-ci il tarixli 18-291 saylı «Əmlakın qiymətləndirilməsinin nəticələri haqqında» hesabatla yaşayış evinin qiymətləndirmə aparıldığı günə qiymətinin 85.000 manat təşkil etməsi barədə rəy vermişdir. Məhkəmə kollegiyası mübahisənin hüquqi həlli ilə bağlı qeyd edir ki, “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 5-ci maddəsinə əsasən məhkəmə hökmünün və ya qərarının təmin edilməsi məqsədi ilə əmlakın qiymətləndirilməsinə zərurət olduqda əmlakın məcburi qaydada qiymətləndirilməsi aparılır. Həmin Qanunun 7-ci maddəsinə görə, qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Nazirlər Kabineti) müəyyənləşdirir. Qiymətləndirmənin nəticələr i haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Həmin Qanunun 8-ci maddəsinə əsasən qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 9-cu maddəsinə uyğun olaraq, qiymətləndirici dövlət və kommersiya sirləri istisna olunmaqla, qiymətləndirməni həyata keçirmək üçün zəruri hesab etdiyi hər cür məlumatı yazılı və ya şifahi formada üçüncü şəxslərdən almaq h üququna malikdir. Göründüyü kimi, qanunverici məhkəmə tərəfindən sözügedən qanunun və mövcud prosessual qanunvericiliyin göstərişlərini diqqətə alaraq, aparılmış qiymətləndirmənin nəticələri haqqında hesabatdakı əmlakın dəyərinin yekun göstəricisinin həqiqi olmadığını müəyyən edildikdə qiymətləndirmə hesabatının ləğv edilməsi barədə qərar qəbul edilməsini nəzərdə tutmuşdur. Bu baxımdan, məhkəmə sözügedən qənaətə gələrkən ədalət mühakiməsinin bərabərlik, çəkişmə və dispozitivlik prinsiplərini rəhbər tutmalı və proses tərəflərindən hər hansı birinə müəyyən imtiyaz və ya üstünlük verməməlidir. Odur ki, adıçəkilən prinsiplər, aparılmış qiymətləndirmə hesabatının ləğvi ilə bağlı məsələlərin həllində məhkəmələrin üzərinə formal mülahizələrdən çıxış etməmək, bu cür məsələləri qanunvericiliyin onl ara verdiyi bütün mümkün vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmaq vəzifəsi qoyur. İşdə olan «xxxx» MMC-nin 14.02.2019-cu il tarixli G-02/19-047 nömrəli ekspert rəyindən müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 14.02.2019cu il tarixə olan satış (bazar) qiyməti 160.000 manat təşkil edir. Məhkəmə kollegiyası nəticəyə gəlir ki, cavabdeh Sumqayıt şəhəri üzrə İcra İdarəsinin sifarişi əsasında aparılmış qiymətləndirmə obyektiv olmamışdır. Belə ki, iddiaçının apellyasiya şikayətinə əlavə etdiyi arayışda göstərilən və ekspertizanın müəyyən etdiyi qiymətlə Cavabdeh1 MMC-nin müəyyən etdiyi qiymət arasında kəskin ziddiyət mövcuddur. Kollegiya onun da qeyd etməyi zəruri hesab edir ki, mübahisələndirilən hesabatndan da göründüyü kimi, Cavabdeh1 MMC-nin eksper ti İ.Bəşirov həmin hesabatı iddiaçının yaşayış evinə baxış keçirmədən və hər hansı həcm-ölçü işləri aparmadan hazırlamışdır. Hesabat evin hüquqmüəyyənedici sənədləri əsasında (sənədlərdə göstərilən ölçülər nəzərə alınmaqla) verilmişdir ki, bu da həmin hesabatın tam, obyektiv və ədalətli olmasını şübhə altına almağa birbaşa əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ödənilmiş rüsumların cavabdehlərdən tutulması tələb edilmədiyinə görə ödənilmiş rüsumlar tərəflərin özlərinə aid edilməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsində işə baxılarkən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, prosessual hüquq pozuntusuna yol verilmədiyindən, kassasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 419-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh3 ASC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi MK-nın 2(103)-2157/2019 saylı, 25 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5009/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5009/2019
01.08.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver