Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-501/2020 27.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X15 oğlunun katibliyi, İddiaçı, vəkili Vəkil, Cavabdeh1 vəkili X16 oğlunun iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “avtomobilin qanunsuz sahiblikdən geri qaytarılması” tələbinə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)-8407/2019 nömrəli qətnaməsindən İddiaçı və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə baxaraq, MÜƏYYƏN ETD İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus **-CJ-*** dövlət nömrə nişanlı, “Mercedes C240” minik markalı avtomaşının (hazırda **-MM-*** dövlət nömrə nişanlı) Cavabdeh1 mülkiyyətinə keçirilməsinin və dövlət qeydiyyat nişanının dəyişdirilməsinin etibarsız hesab edilməsi və həmin avtomaşının cavabdehlərin qanunsuz sahibliyindən alınıb iddiaçıya qaytarılması, habelə onun tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim Kəmalə Əmirxanova) xx xxxx 2018-ci il tarixli 2(005)-1992/2018 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin (hakimlər İsmayıl Vəliyev - sədrlik edən və məruzəçi, Xumar Mərdanova və Elnur Həsənov) xx xxxxxxx 2018-ci il tarixli 2(103)-9654/2018 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamış və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(005)-1992/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin (hakimlər İlqar Dəmirov - sədrlik edən və məruzəçi, Akif İsgəndərov və Əhməd Əhmədov) xx xxxxx 2019-cu il tarixli 2(102)-1911/2019 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin olunaraq, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən apellyasiya qaydasında baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin (hakimlər Raqib Qurbanov - sədrlik edən və məruzəçi, Etibar Nəbiyev və Aida Hüs eyn) xx xxxxxx 2019-cu il tarixli, 2(103)-8407/2019 saylı qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1992/2018 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilərək, iddianın rədd edilməsi qət edilmişdir. İddiaçı və vəkili Vəkil kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən qanunsuz və əsassızdır. Belə ki, məhkəmə işə baxarkən işin həqiqi hallarını, sübutları hərtərəfli və obyektiv araşdırmamış, tərəflərə münasibətdə birtərəfli mövqedə olmuş, nəticədə maddi hüquq normalarını düzgün tətbiq etməyərək prosessual hüquq normalarını pozmaqla yanlış nəticəyə gəlmişdir. PROSESSUAL MƏSƏLƏLƏR İddiaçı və vəkili Vəkil məhkəmə iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun məzmununa uyğun izahat vermiş, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Cavabdeh1 vəkili X16 oğlu kassasiya şikayətinin dəliləri ilə razılaşmayaraq təmin edilməməsini xahiş etmişdir. Digər proses iştirakçılarına işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin onların məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. M əhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub - olunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Belə ki, apellyasiya instansiyası məhkəməsinin işin araşdırılmış halları ilə müəyyən etmişdir ki, **-CJ-*** dövlət nömrə nişanlı “Mercedes C240” minik markalı avtomobilə müvafiq qeydiyyat nömrəsi ilə xx.xx.2013-cü il tarixdə şəhadətnamə verilmiş, həmin avtomobil İddiaçı məxsus olmuş, onun tərəfindən X3 xx.xx.2013-cü il və xx.xx.2013-cü il tarixlərdə etibarnamə verilmiş, müvafiq olaraq həmin etibarnamələrə xx.xx.2013-cü il və xx.xx.2014-cü il tarixlərdə xitam verilmiş, avtomobil xx.xx.2013-cü il tarixdə qeydiyyatdan çıxmışdır. Qeyd edilən avtomobilə **-RR-*** dövlət qeydiyyat nömrəsi ilə xx.xx.2013-cü il tarixdə şəhadətnamə verilmiş, həmin avtomobil X4 məxsus olmuş, onun tərəfindən X3 və digər şəxslərə müxtəlif vaxtlarda etibarnamələr verilmiş, həmin etibarnamələrə müxtəlif tarixlərdə xitam verilmiş, avtomobil xx.xx.2017-ci il tarixdə alqı-satqı müqaviləsinə əsasən qeydiyyatdan çıxmış, eyni qeydiyyat nömrəsi ilə xx.xx.2017-ci il tarixdə şəhadətnamə verilmiş, həmin avtomobil X8 məxsus olmuş, onun tərəfindən heç kimə etibarnamə verilməmiş, avtomobil xx.xx.2017-ci il tarixdə alqı-satqı müqaviləsinə əsasən qeydiyy atdan çıxmış, **-MM-*** dövlət qeydiyyat nömrəsi ilə xx.xx.2017-ci il tarixdə şəhadətnamə verilmiş, həmin avtomobil Cavabdeh1 məxsus olmuş, onun tərəfindən Cavabdeh2 xx.xx.2017-ci il tarixdə xx.xx.2022-ci il tarixə kimi olan dövrü əhatə edən etibarnamə verilmiş, həmin etibarnaməyə xitam verilməmiş, avtomobil hazırkı tarixədək qeyd edilən məlumatlar əsasında qeydiyyatdadır. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli 1(101)-724/2014 saylı hökmü ilə müəyyən olunmuşdur ki, X5 özgənin əmlakını ələ keçirmək məqsədi ilə X13 və qeyriləri ilə İddiaçı etibarından sui-istifadə edərək, xx xxxxxx 2013-cü il tarixdə 9000 ABŞ dolları dəyərində “Mersedes-Benz” markalı **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobili yalnız idarə etmək hüququ verən və səlahiyyətlərin başqa şəxsə verilə bil mədiyi etibarnamələri əldə etdikdən sonra, qabaqcadan məlum olmayan şəraitdə və yerdə saxtalaşdırdıqları, hüquq verən rəsmi sənəd hesab edilən saxta etibarnamələrdən bilə-bilə istifadə edib, həmin etibarnamələr əsasında avtomobili başqa şəxsə satmaqla əldə etdikləri pulları ödəməyib ələ keçirərək, İddiaçı külli miqdarda ziyan vurmuşdur. Həmin hökmlə X14 və X5 hər biri 8 il müddətinə azadlıqdan məhrum edilmişlər. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mübahisələndirilən xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi qənaətinə gəlmək üçün əsaslar mövcud deyildir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işin mübahisəsiz hallarından göründüyü kimi mübahisəli avtomobilin 4 mülkiyyətçisi olmuş, avtomobil hər dəf ə alqı-satqı müqaviləsi əsasında özgəninkiləşdirilmişdir. İddiaçı isə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli 1(101)-724/2014 saylı hökmünə istinad edərək, sonuncu iki mülkiyyətçi - X9 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbini irəli sürmüşdür. Lakin iddiaçının istinad etdiyi etibarsızlıqla bağlı hallar mübahisələndirilən X9 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsi ilə deyil, onun adından etibarnamə əsasında X6 ilə bağlanmış xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsi ilə bağlıdır və Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli 1(101)-724/2014 nömrəli hökmündən də görünür ki, İddiaçı adından saxta etibarnamələr hazırlanmış və bunun əsa sında da xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsi bağlanmış və avtomobil X1 mülkiyyətinə keçmişdir. Bununla yanaşı iddiaçı həmin müqaviləni və daha sonra X6 ilə X9 arasında bağlanmış alqı-satqı müqaviləsini mübahisələndirmədən birbaşa olaraq sonuncu müqaviləni, yəni X9 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli alqısatqı müqaviləsini mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticələri işin araşdırılmış hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə, kassasiya instansiya məhkəməsinin göstərişlərinə uyğun olmuşdur. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Məhkəmə kollegiyası qeyd edir ki, əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həy ata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Məhkəmə kollegiyası hesab edir ki, mübahisəli avtomobilə dair etibarnamənin saxtalaşdırılması faktının mövcudluğu və onun avtomobilə dair mülkiyyət hüququnun saxta olduğu müəyyən edilən sənədlər əsasında X1 adına qeydə alınması cavabdehlər X9 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün o vaxt əsas ola bilər ki, sonuncu bu fakt barədə məlumatlı olsun, əmlakı vicdanlı əldə edən olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 182.1-ci maddəsinə əsasən əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçisi olmadığını bilinmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. "S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarında qeyd edilir ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçinin vurğulanmalıdır ki, mülkiyyət hüquq una dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. "X2 şikayəti ilə əlaq ədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx xxxxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarında qeyd edilir ki, əmlakın üçüncü şəxsə keçməsində mülkiyyətçinin birbaşa və ya dolayısı iştirakının olmaması, əldə edənin (vicdanlı sahibin) əmlakla bağlı hüquqlarının yaranmasının əsasının isə onun mülkiyyətçisi ilə bağlanan əqddən törənən əlaqələrə söykənməməsi, onun mülkiyyətçiyə geri qaytarılmasına məhdudiyyət qoyan təminatın əqdin etibarsız hesab edilməsi ilə bağlı iddia ilə dəf olunmasını istisna edir. Vicdanlı sahibin xoşniyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasit əsilə şübhə altına alınmasını, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan belə hüquqi qeyri-müəyyənlik isə mülki dövriyyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, həmçinin tərəflərin bir-birinə olan inamının da azalmasına gətirib çıxarardı. Məhkəmə kollegiyası nəzərə alır ki, Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir və həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdırlar. Məhkəmə kollegiyası qeyd edir ki, qüvvədə olan mülki qanunvericilik əldə edənin vicdanlılığı prezumpsiyasını müəyyən etmişdir. Bu prezumpsiyaya görə əldə e dən onun vicdanlı sahib olması sübut edilənədək vicdanlı sahib hesab olunur. Vicdanlı sahib o şəxsdir ki, bu şəxs əmlakı onun özgəninkiləşdirməyə hüququ olmayan şəxsdən əldə etməsini bilmir və ya bunu bilməli olmağa borclu deyildir. O halda əldə edən vicdanlı sahib sayıla bilməz ki, əgər dəyəri ödənilməklə aparılan alqı-satqı anında mübahisəli əmlaka 3-cü şəxslərin iddiaları ona məlum olmuş olsun və bu iddialar sonradan qanuni sayılsın. Qanunun tələbinə görə əgər mülkiyyətçi tərəfindən alqı-satqı müqaviləsinin və onun alıcıya verilmiş əmlakın geri qaytarılması formasında nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürülərsə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edilərsə bu halda Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 33 7.5-ci maddəsi ilə müəyyən edilmiş qaydada iddianın təmin olunmasından imtina edilməlidir. Göründüyü kimi, Cavabdeh1 mübahisəli avtomobili xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən onun mülkiyyətçisi olan X7 və sonuncunun iradə ifadəsinə uyğun əldə etmişdir, onun vicdanlı sahib olmasını istisna edən hər hansı bir hal işdə müəyyən edilməmişdir. Yuxarıda qeyd edilənlərə əsasən, kassasiya şikayətinin əqdin etibarsız olması dəlillərini məhkəmə kollegiyası əsassız hesab edir. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olma qla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Buna görə də, kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)-8407/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-501/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-501/2020
27.01.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver