Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5013/2020 02.11.2020 ALİ MƏHKƏMƏ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə (Açar sözlər: mülkiyyətçinin qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb etməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-82/2020 nömrəli iş üzrə xx xxx 2020-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxara q, aşağıdakı qərarı qəbul etdi. İşin halları ünvan 1 ünvanında yerləşən 0,15 ha həyətyanı torpaq sahəsi (bundan sonra mübahisəli torpaq sahəsi) və həmin torpaq sahəsində 1958-ci ildə tikilmiş, ümumi sahəsi 35,50 kv/m olan fərdi yaşayış evi (bundan sonra - mübahisəli ev) İddiaçı (bundan sonra iddiaçı) mülkiyyətindədir. Həmin əmlak xx.xx.2018-ci ildə tam mülkiyyət hüququ ilə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiаçı cаvаbdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək cavabdehlərin üzərinə mübahisəli torpaq sahəsindən və evdən istifadə və sahiblik etməsinə qarşı yönəlmiş qərəzli hərəkətlərinə (torpaq sahəsinə və evə daxil olmağa qoymamaq, ora da xil olduqda onu qovmaq və təhdid etmək) son qoymaları vəzifəsinin qoyulması və cavabdehlərin zəbt etdikləri həmin əmlakdan çıxarılmaları barədə qətnаmə qəbul olunmasını xаhiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər iddiaçının mülkiyyətində olan torpaq sahəsini zəbt edərək onun həmin torpaq sahəsi və fərdi yaşayış evinə istifadə və sahiblik etməsinə maneçilik törədirlər. Cavabdeh tərəfin iddiaya etirazının əsası ondan ibarət olmuşdur ki, mübahisələndirilən ərazi onların xəbəri olmadan saxta sənədlər əsasında iddiaçıya satılmışdır və torpaq sahəsinin iddiaçıya heç bir aidiyyatı yoxdur. Mübahisələndirilən ərazi əvvəllər X6 adlı şəxsə məxsus olmuş, oranı sonuncudan cаvаbdeh Cavabdeh1 babası satın almışdır və əmlak Cavabdeh1 atası X10 miras qalmışdır. Digər Cavabdeh2 X8 rəsmi qaydada ayrılsa da, sonuncu həmin əmlakı Cavabdeh2 bağışlamış, lakin Cavabdeh2 bunu rəsmiləşdirə bilməmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilən X11 ifadəsində mübahisələndirilən ev və torpaq sahəsinin X4 məxsus olduğunu, sonuncunun həmin torpağı və evi Cavabdeh2 satdığını qeyd etmişdir. Balakən Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(019)-624/2018 nömrəli iş üzrə xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim H.Səlimov) iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, cаvаbdehlər iddiaçının mülkiyyətində olan mübahisəli torpaq sahəsini zəbt edərək onun həmin torpaq sahəsi və fərdi yaşayış evinə istifadə və sahiblik etməsinə maneçilik törədirlər. Birinci instansiya məhkəməsi iddianın əsaslı olması qənaətinə gələrkən öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 140, 152.1, 157.4, 238.1, 238.3, 239.2-ci maddələrinə, Torpaq Məcəlləsinin 67-ci maddəsinin 4-cü bəndinə, 68-ci maddəsinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(107)-2013/2018 nömrəli iş üzrə xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər – M.Əsədli (sədrlik edən və məruzəçi), Ə.Məcidov və İ.Quliyev) birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı hesab edilmiş, cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir k i, cavabdehlər iddiaçının mülkiyyətində olan torpaq sahəsini zəbt edərək onun həmin torpaq sahəsi və fərdi yaşayış evinə istifadə və sahiblik etməsinə maneçilik törədirlər. Məhkəmə kollegiyası həmçinin hesab etmişdir ki, Balakən Rayon XDS İcraiyyə Komitəsinin xx xxxxxx 1984-cü il tarixli 4 nömrəli qərarı ilə X2 həyətyanı torpaq sahəsinin 0,25 ha hissəsinin kəsilərək X12 ev tikmək üçün verilməsi barədə göstərilənlər əsassızdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 2(102)-3237/2019 nömrəli iş üzrə xx xxx 2019-cu il tarixli qərarı ilə (hakimlər – A.Kalbalıyev (sədrlik edən və məruzəçi), V.İbayev və Ə.Əliyev) cavabdehlərin kassasiya şikayəti təmin olunmuş, apelyasiy a instansiyası məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, apelyasiya instansiyası məhkəməsi hazırki mübahisəyə iddiaçının qanunla tanınan və qorunan mülkiyyət hüquqları baxımından hüquqi qiymət versə də, nəzərə almamışdır ki, cavabdeh tərəf iddiaçıya olan etirazın əsası kimi hazırda iddiaçıya məxsus olan torpaq sahəsinin əvvəlki sahibi Aşabel Saramanova ilə əlaqələrinin olmamasını göstərmişlər. Apellyasiya instansiyası məhkəməsi işə obyektiv baxılmasını və cavabdeh tərəfin iddiaya olan etirazlarının əsaslılığına qiymət verilməsi baxımından mübahisəli sahənin iddiaçının adına mülkiyyət hüququ əsasında qeydə alınma sına əsas olmuş sənədlərə baxış keçirməmiş, obyektivliyi təmin etmək məqsədi ilə istər cavabdeh tərəfin irəli sürdükləri dəlillərinə, istərsə də şahid ifadəsinə prosessual qanunvericiliyin tələblərinə uyğun formada hüquqi qiymət verməmişdir. Həmçinin, cavabdeh tərəf birinci instansiya məhkəməsində cavabdehlərin istifadə etdikləri 0,5 ha və 0,25 ha torpaq sahəsinin iddiaçının mülkiyyətində olan 0,15 ha torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsinə aydınlıq gətirilməmiş, həmçinin X1 və X3 şahid qismində dindirilmələri barədə verdikləri vəsatət işə baxan məhkəmə tərəfindən təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi iş üzrə xüsusi bilik tələb edildiyindən, həm də işin tam və hərtərəfli araşdırılması baxımından iş üzrə müvafiq ekspertizanın təyin edilməsi və ya mütəxəssis rəyinin alı nmasının zəruriliyini müzakirə etməmişir. d) Apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat Apelyasiya instansiyası məhkəməsinin 2(107)-82/2020 nömrəli iş üzrə xx xxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – E.Hüseynov (sədrlik edən və məruzəçi), A.Mahmudov və V.Məlikov) cavabdehlərin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnаməsi qismən, cavabdehlərin üzərinə mübahisəli torpaq sahəsində yerləşən fərdi yaşayış evindən iddiaçının istifadə və sahiblik etməsinə qarşı yönəlmiş qərəzli hərəkətlərinə - iddiaçını evə daxil olmağa qoymamalarına son qoymaları vəzifəsinin qoyulması hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia tələbi həmin hissədə təmin edilməmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsinin qərarında irəli sürdüyü hüquqi mövqeyi nəzərə alaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi idarəsinə sorğu və təqdim olunmuş hüquq müəyyən edici sənədlər əsasında müəyyən etmişdir ki, mübahisəli fərdi yaşayış evi xx.xx.2018-ci ildə tam mülkiyyət hüququ üzrə ********** qeydiyyat nömrəsi ilə xx.xx.2018-ci ildə 3 saylı reyestr kitabının 117-ci səhifəsində iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Mübahisəli torpaq sahəsi 0.15 ha, faktiki sahə isə 0.2541 ha, tikinti altı sahə 0.01148 ha, digər sahələr isə 0.24262 ha-dır. Məhkəmə kollegiyasının qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ek spertizanın aparılması Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisləri cəlb edilməklə Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzinə həvаlə edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx xxxxxx 2020-ci il tarixli mütəxəssis rəyi, həmçinin Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 30720 nömrəli rəyi ilə müəyyən edilmişdir ki: 1) cavabdehlərin istifadəsində 0,05 ha və 0,25 ha torpaq sahələri RX seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əlavə edilmiş 1301 inventar nömrəli Texn iki pasporta əsasən iddiaçının mülkiyyətində olan 0,15 ha torpaq sahəsi ilə üst-üstə düşür; 2) cavabdehlərin Balakən Rayon Aqrar İslahat Komissiyasının qərarına əsasən mülkiyyətinə verilmiş torpaq sahəsi barədə hüquqmüəyyənedici sənədlər (çıxarış, şəhadətnamə) təqdim olunmadığı üçün RX seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən iddiaçının mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşməsini müəyyən etmək mümkün deyildir; cavabdehlərin istifadəsində olan 0,05 ha və 0,25 ha torpaq sahələri faktiki olaraq yerində mövcuddur. Məhkəmə kоllegiyаsı tərəflərin iştirakı ilə mübаhisəli torpaq sahəsinə və fərdi yаşаyış evinə bаxış keçirərkən müəyyən etmişdir ki, dаşınmаz əmlаkın dövlət reyestri xidməti tərəfindən verilmiş çıxа rışdа göstərilən və mübаhisə predmeti оlаn 0,15 hа həyətyаnı tоrpаq sаhəsində inşа edilmiş sаhəsi 42,90 kvаdrаt metr оlаn yаşаyış evi həyət dаrvаzаsındаn dаxil оlduqdа həyətin аşаğı tərəfində yerləşir. Fərdi yаşаyış evi həqiqətən də tərəflərin mübаhisələndirdiyi tоrpаq sаhəsində inşа оlunmuşdur. Ev fаktiki оlаrаq dаşdаn inşа edilmişdir və kürsülü оlmаqlа bir mərtəbədən ibаrətdir. Ev yаşаyış üçün tаm yаrаrsız оlduğu üçün evə bаxış zаmаnı evin оtаqlаrının sаhəsi və hündürlüyü üzrə heç bir ölçülər аpаrmаq mümkün оlmаmışdır. Bаxış zаmаnı müəyyən оlunmuşdur ki, sаhəsi 42,90 kvаdrаt metr оlаn ev yаşаyış üçün tаm yаrаrsız vəziyyətdə оlmаqlа evin dаm örtüyü mövcud deyil, eyni zаmаndа evin qаpı və pəncərələri yоxdur, evin sənədində göstərilən pilləkən sаhəsi, аçıq eyvаn və yаşаyış оtаqlаrı təyinаtı üzrə istifаdəyə tаm yаrаrsızdır (bu barədə foto şəkillər iş materiallarına əlavə olunmuşdur). Bаxış zаmаnı həmçinin, müəyyən оlunmuşdur ki, tərəflərin mübаhisələndirdiyi tоrpаq sаhəsi və iddiаçıyа məxsus yаşаyış üçün yаrаrsız оlаn evlə cаvаbdehlərin yаşаdığı fərdi yаşаyış evi və eyni zаmаndа həyətyаnı tоrpаq sаhəsini bir birindən аyırаn hər-hаnsı bir kоnstruksiyаdаn ibаrət оlаn hаsаr mövcud deyil. Məhkəmə kollegiyası qeyd etmişdir ki, faktiki olaraq yaşayış evinin olmadığı halda cavabdehlərin 0,15 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evindən istifadə və sahiblik etməsinə qarşı yönəlmiş qərəzli hərəkətləri – iddiaçını evə daxil olmağa qoymamalarına dair sonuncunun bəyanı əsassızdır. Cavabdehlər mövcud olmayan evə iddiaçının istifadə və sahibliyinə mane olması absurddur və i şə baxan birinci instansiya məhkəməsi bunu nəzərə almamışdır. Lakin cavabdehlərin idiiaçının mülkiyyətində olan torpaq sahəsindən istifadəsinə maneçilik törətmələri barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə doğrudur. Məhkəmə kollegiyası apelyasiya şikayətinə münasibət bildirərək qeyd etmişdir ki, şikayət əsassızdır və mülahizələrdən ibarətdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdehlər (Vəkil) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən - birinci instansiya məhkəməsinin dəyişdirilmədən saxlanılması hissəsində ləğv edilməsi və həmin hissədə işin yenidən baxılması üçün apelyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişlər. Kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisəli torpaq sahəsinə dair hissədə qanunsuz hesab edilməklə göstərilir ki, məhkəmə həmin hissədə işin faktiki hallarını düzgün araşdırmamış, sübutlara düzgün qiymət verməmiş, ümumiyyətlə heç bir araşdırma aparmadan yalnız iddiaçının adına verilmiş çıxarışı əsas götürərək iddiaçının hansı yolla cavabdehlərin mülkiyyətində olan torpaq sahəsini özgəninkiləşdirməsi faktını araşdırmadan iddianın həmin hissədə təmin edilməsini qanuni hesab etmiş, bununla da maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 67-ci maddəsinə əsasən onun izahatı dinlənilməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdehlər hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya inst ansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gəl ərək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İş üzrə cavabdehlər apellyasiya instansiyası məhkəməsinin aktını qismən - iddia tələbinin mübahisəli torpaq sahəsinə dair hissədə təmin edilməsini mübahisələndirdikləri üçün məhkəmə aktı həmin hissədə yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Maddə 238.1 və 238.3. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Maddə 239.2. Fiziki və ya hüquqi şəxsin mülkiyyəti ndə olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Torpaq Məcəlləsi. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir (67-ci maddənin 4-cü bəndi). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən hissədə - cavabdehlərin üzərinə iddiaçının mübahisəli torpaq sahəsindən istifadə və sahiblik etməsinə qarşı yönəlmiş qərəzli hərəkətlərinə (torpaq sahəsinə daxil olmağa qoymamaq, ora daxil olduqda onu qovmaq və təhdid etmək) son qoymaları vəzifəsinin qoyulması və cavabdehlərin zəbt etdikləri həmin torpaq sahəsindən çıxarılmaları hissəsində apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq mün asibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassator şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə qanunsuz olduğunu, maddi və prosessual hüquq normalarının pozulduğunu ümumi ifadələrlə qeyd etsə də, bunun nədən ibarət olmasını əsaslandırmamışdır. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-82/2020 nömrəli iş üzrə xx xxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - cavabdehlərin üzərinə iddiaçının mübahisəli torpaq sahəsindən istifadə və sahiblik etməsinə qarşı yönəlmiş qərəzli hərəkətlərinə son qoymaq vəzifəsinin qoyulması və cavabdehlərin zəbt etdiklər i həmin torpaq sahəsindən çıxarılmaları hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5013/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-5013/2020
02.11.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver